İnsan hüquqlari üZRƏ avropa məHKƏMƏSİ Birinci bölmə Rantsev Kiprə və Rusiyaya qarşı


Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalının presedent-hüququ



Yüklə 104,87 Kb.
səhifə19/80
tarix02.01.2022
ölçüsü104,87 Kb.
#1856
1   ...   15   16   17   18   19   20   21   22   ...   80
2. Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalının presedent-hüququ

142. Köləliyə cinsi istismar məqsədilə insanlıq əleyhinə olan bir cinayət kimi baxıldığı birinci işdə — Prokuror Kunarak, Vukoviç və Kovaka qarşı 12 iyun 2002-ci il tarixli işdə Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalı müşahidə etmişdir ki:

“117. ...Köləlik haqqında 1926-cı il tarixli Konvensiyada tərifi verilən və çox vaxt “qul əməyi” adlandırılan ənənəvi köləlik anlayışı mülkiyyət hüququna dair hər hansı və bütün səlahiyyətlərin həyata keçirilməsinə əsaslanan müxtəlif müasir köləlik formalarını əhatə edən səviyyəyə gəlmişdir. Bu müxtəlif müasir köləlik formalarında qurban “qul əməyi” ilə əlaqəli ifrat mülkiyyət hüquqlarının həyata keçirilməsinə məruz qalmır, lakin mülkiyyət hüququna aid edilən istənilən və bütün səlahiyyətlərdən istifadənin nəticəsində hüquqi qabiliyyətin bir növ məhvi baş verir; “qul əməyi” halında hüquqi qabiliyyətin məhvolma dərəcəsi daha yüksəkdir, amma fərqli dərəcələrdən biridir...”

143. Belə nəticəyə gəlinir ki:

“119. ... xüsusi bir halın köləlik forması olub-olmaması, “bir kəsin hərəkətinə nəzarət, fiziki şəraitə nəzarət, psixoloji nəzarət, qaçmanın qarşısını almaq və ya tutub saxlamaq üçün görülən tədbirlər, zorakılıq, zorakılıqla hədələmə və ya məcburetmə, müstəsnalığın davam etdirilməsi və möhkəmləndirilməsi, qəddar rəftar və təhqirə məruz qoyma, cinsi istismar və məcburi əmək [daxil olmaqla], belə köləlik faktorları və ya xüsusiyyətlərinin istifadəsindən asılıdır. Nəticə etibarilə, əsas ideya daxilində dərk edilən köləliyin bütün müasir formalarının tamamilə aradan qaldırılması mümkün deyil...”


Yüklə 104,87 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin