İnsan-maşin interfeysi Əsas anlayişlar


İNSAN-MAŞIN QARŞILIQLI MÜNASIBƏTLƏRIN PSIXOLOJI ASPEKTLƏRI



Yüklə 307,67 Kb.
səhifə4/20
tarix02.01.2022
ölçüsü307,67 Kb.
#40211
1   2   3   4   5   6   7   8   9   ...   20
insan maşın interfeysi mühazirələr

İNSAN-MAŞIN QARŞILIQLI MÜNASIBƏTLƏRIN PSIXOLOJI ASPEKTLƏRI

Stendford Universitetinin professorları Klifford Nass və Bayron Rivz insanın kompüterə olan reaksiyasının öyrənilməsi ilə məşğul olmuşlar.Sosial psixologiyanın klassik metodlarından istifadə edərək onlar insanların fəaliyyətində maraqlı faktla üzləşmişlər.Onların tədqiqatların nəticələri The Media Equation adlı kitabda dərc olunmuşdur. Belə ki, onlar belə qənaətə gəlmişlər ki, insanın kompüterə olan reaksiyası başqa insanlara olan reaksiyası ilə eynidir.Bu tədqiqatdan belə nəticəyə gəlmək olar ki, əgər biz tərtib etdiyimiz proqramın istifadəçinin xoşuna gəlməyini istəyiriksə, onda elə etməliyik ki, onun davranışı insan davranışına bənzər olmalıdır.Nass və Rivz qeyd edirlər ki, tərtib olunmuş proqramlar “nəzakətli” olmalıdırlar, çünki nəzakətli olmaq universal insan faktorudur.

Yüksək idrak qabiliyyətli məhsul olan proqramları da bu qaydaya riayət etməlidir və nəzakətli olmalıdır. Yüksək texnologiyanın bəzi məhsulları "xahiş edirəm” və ya "təşəkkür edirəm" deyərək, kobud ola bilərlər, amma bu nəzakətli olmaq deyil.Əgər proqram informasiya verməyə xəsislik edirsə, öz işinin nəticəsini gizlədirsə, istifadəçini sadə funksiyaları axtarmağa vadar edirsə və onu uğursuzluqla günhlandırırsa, onda belə proqram istifadəçinin xoşuna gəlməyəcəkdir. Bu "xahiş edirəm” və ya "təşəkkür edirəm"-ə baxmayaraq baş verəcəkdir. Bu həm də proqramın bacarıqlı,məcazi, məzmunlu , fərdə uyğunlaşmiş olmasından da asılı olmayacaqdır.

Keyfiyyətli istifadəçi interfeysinin (İİ) yaradılması qoyulmuş qaydalardan da yüksək olmalıdır, yəni “İstifadəçinin maraqları hər şeydən vacib olmalıdır”. Əvvəl verilənlərin təsvir olunma qaydaları, sonra onlarla iş tərtib olunmalıdır. İstifadəçi hiss etməlidir ki, proqramı o idarə edir, əksinə deyil.



Yüklə 307,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin