İnsan resurslarının idarə edilməsi ” mühazirələrin icmalı Mövzu İnsan resursları: mahiyyəti və məzmunu


İşəmuzd-mütərəqqi əmək haqqı sistemi



Yüklə 0,58 Mb.
səhifə44/60
tarix03.02.2022
ölçüsü0,58 Mb.
#52030
növüMühazirə
1   ...   40   41   42   43   44   45   46   47   ...   60
referat 3325

11.5. İşəmuzd-mütərəqqi əmək haqqı sistemi
İşəmuzd-mütərəqqi əmək haqqı sistemində fəhlə müəyyən edilmiş çıxış (baza) norması daxilində müstəqim, dəyişilməz iş qiymətləri, baza normasından əlavə istehsal edilmiş məhsullar üçün isə artırılmış iş qiymətləri üzrə əmək haqqı alır. Bu o deməkdir ki, işəmuzd-mütərəqqi əmək haqqı sistemində diferensallaşdırılmış iki cür iş qiymətləri - sabit və mütərəqqi artan iş qiymətləri tətbiq edilir.

Son vaxtlara qədər işəmuzd-mütərəqqi əmək haqqı sisteminin tətbiqində olan nöqsanlar özünü aşağıdakı hallarda təzahür etdirmişdi:

1) azaldılmış normaların tətbiqi ilə əlaqədar olaraq əmək məhsuldarlığının aşağı səviyyədə olduğu bir şəraitdə bu sistem tətbiq edilmişdir;

2) hasilat və normaların yerinə yetirilməsi düzgün hesablanmamışdır. Belə ki, faktiki işlənilmiş vaxt normasına əlavə işlənilən saatlar daxil edilmiş və növbədaxili boş dayanma saatları isə əksinə, çıxılmışdır;

3) işəmuzd-mütərəqqi əmək haqqı sistemi təcrübə-statistika normaların mövcudluğu şəraitində tətbiq edilmişdir;

4) bu sistem əmək haqqı fondu üzrə müəyyən olunmuş limiti nəzərə almadan aparılmışdır;



Əsas (baza) normanın artıqlaması ilə yerinə yetirilmə dərəcəsi

İş qiymətinin artması, %-lə

1 dən 10-a qədər

30

10-dən 25-ə qədər

50

25-dən 40-a qədər

75

40-dan yuxarı

100
5) həmin sistemin iqtisadi səmərəsinə az fıkir verilmişdir. Belə ki, bir sıra hallarda bu sistemin tətbiqindən sonra maya dəyərinə qənaətin, əmək məhsuldarlığının yüksəldilməsinin dinamikası əsaslı şəkildə təhlil edilməmişdir. İşəmuzd-mütərəqqi əmək haqqı sistemi əmək haqqının kütləvi və daimi forması ola bilməz, çünki bu, bəzi hallarda əmək məhsuldarlığına nisbətən əmək haqqının daha sürətlə artmasına səbəb olardı. İşəmuzd-mütərəqqi əmək haqqı sistemi bir qayda olaraq əmək üsullan tətbiq edilən və "dar" iş sahələrində tətbiq olunur. Burada normaların artıqlaması ilə yerinə yetirilməsi səviyyəsindən asılı olaraq iş qiymətlərinin artırılması dərəcəsi hər bir konkret halda xüsusi şkalalar vasitəsilə müəyyən edilir. İş qiymətlərinin sənayenin hər bir sahəsində artma dərəcəsini təyin etmək üçün müəyyən artma qiymət şkalası tətbiq olunur. Məsələn, yeddi saatlıq iş gününə keçməzdən əvvəl dəzgahqayırma və cihazqayırma sənayesinin müəssisələrində iş qiymətlərinin aşağıdakı artma şkalası müəyyən edilmişdi:

Bu sistemdə normalar üçün ilk baza mütərəqqi əmək haqqı üçün mühüm əhəmiyyətə malikdir. İlk və yaxud əsas norma bazası faktiki yerinə yetirilmə səviyyəsinə görə son 3 ayda müəyyən edilir. İlk norma bazasını müəyyən edərkən, bu sistemin əmək məhsuldarlığının artmasında nə kimi rol oynadığını və məhsulun maya dəyərinin aşağı salınmasına necə təsir göstərməsini müəyyən etmək lazımdır. Aylıq istehsal norması hesablanılarkən həmin ayda olan iş günləri nəzərə alınır. Lakin aylıq vaxt fondundan aşağıdakılar çıxılır:

Növbəti və əlavə məzuniyyət, istehsalatdan ayrılmamaqla təhsillə əlaqədar məzuniyyət, əmək haqqı saxlanılmadan verilən məzuniyyət, hamiləlik və doğuma əlaqədar məzuniyyət, müvəqqəti əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar vaxt, dövlət və ictimai vəzifələrin yerinə yetirilməsi, fəhlələrin təqsiri olmadan bütün növbə boyu boş dayanmalar, plan qrafikində nəzərdə tutulan avadanlıqların plan xəbərdarlıq təmir vaxtı.

İşəmuzd-mütərəqqi əmək haqqı sistemi, adətən, texniki cəhətdən əsaslandırılmış normalarla işləyən işəmuzdçu fəhlələr üçün tətbiq edilir. Bu sistemdən istifadə edihnəsi işə əlavə maddi maraq yaradılmasına səbəb olur. Lakin bu sistemdə göstərildiyi kimi, əmək haqqının əmək məhsuldarlığından daha yüksək sürətlə artması ehtimalı vardır.

Bəzi müəssisələrdə iş qiymətinin artma dərəcəsi istehsal normasının xarakterindən və müxtəlif iş şəraitindən asılı olaraq fərqlənir. Göründüyü kimi, sənayenin ayrı-ayrı sahələrində iş qiymətinin artma faizi müxtəlif prinsiplərdən meydana gəlir. Burada əsasən qabaqcıl peşə fəhlələrinə və daha ağır şəraitdə işləyənlərə üstünlük verilir. İşəmuzd-mütərəqqi qiymətin artma şkalasının düzəldilməsi qabaqcıl peşə fəhlələrin və ağır şəraitdə işləyənlərin faktiki əmək haqqının artmasına imkan verir.

İş qiymətinin yüksəlməsi faizi habelə işin xarakterindən, maşın və avadanlığın xidmət normasından və hasilat normasından asılı olaraq dəyişilir. Məsələn, pambıq parça sənayesində iş qiymətinin yüksəlməsi şkalası xidmət edilən avadanlıqların saymdan asdı olaraq tətbiq edilir. Bunun üçün müəyyən edilmiş avadanlıqların (maşın və dəzgahlar) sayı xidmət norması kimi qəbul edilir.

İşəmuzd-mütərəqqi əmək haqqı, fəhlənin müstəqim iş qiyməti ilə aldığı aylıq əmək haqqına görə hesablanılır.

İşəmuzd-mütərəqqi əmək haqqı üzrə əlavə haqqı hesablamaq üçün fəhlənin müəyyən olunmuş ilk çıxış normadan artıq istehsal normasının yerinə yetirilmə faizini, faktiki işləmə vaxtını və qüvvədə olan şkalaya əsasən iş qiymətinin artma faizini bilmək lazımdır.

Əgər fəhlə ay ərzində müxtəlif istehsal norması ilə müxtəlif iş görübsə, faktiki işləmə vaxtı bütün bu işlər üzrə hesablanır. Faktiki işləmə vaxtını və ümumi işlənmiş norma-saatı təyin etdikdən sonra fəhlənin istehsal normasını yerinə yetirmə faizi müəyyən edilir.

İşəmuzd-mütərəqqi əmək haqqı sistemində bütövlükdə işin hamısı və qismən bir hissəsi mütərəqqi artan iş qiymətləri ilə ödənilə bilər.

Bütün işlər mütərəqqi iş qiymətləri üzrə ödənildikdə və şkalada normanın çıxış bazası 100% götürülmüş olarsa, fəhlənin əmək haqqı aşağıdakı düstur əsasında hesablanır:

,

Burada, Yə - ümumi əmək haqqı;

Uə - aylıq müstəqim işəmuzd əmək haqqı;

N - normaların yerinə yetirilmə faizi; Çb - mütərəqqi əmək haqqı üçün çıxış bazası; Qə - iş qiymətlərinin artma əmsalı. Əgər Uə = 84 manat, N = 115%, Çb=103%, Qə = 0,6 olsa, onda



İşəmuzd-mütərəqqi əmək haqqının səmərəliliyinin artırılması aşağıdakılarla əlaqədardır: 1) sistemin iqtisadi cəhətdən əsaslandırılması; 2) mütərəqqi şkalanın seçilməsi və qurulması; 3) çıxış normalarının dəqiq müəyyən edilməsi; 4) bu sistem üzrə əmək haqqının hesablanması qaydasının təkmilləşməsi.



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin