İnsanlar və



Yüklə 426,35 Kb.
Pdf görüntüsü
səhifə1/2
tarix03.02.2017
ölçüsü426,35 Kb.
#7457
  1   2

 

 

 

 

 

İNSANLAR VƏ 

KƏSƏYƏNLƏR

  

(ingilis dilindən tərcümə edən  



Mirsadiq Mircəfər oğlu Cəfərov)

 


 

2

Redaktor 



 

  f.e.n.,dos., 

Ə.H.Əmirova 

 

Rəyçilər 



 

  f.e.n.,dos., 

Ç.M.Qaraşarlı  

 

                         



          b.m. F.H.Kərimov  

 

 



 

 

 



Amerikan  yazıçısı  Con  Steynbek  tərəfindən  

yazılmış  və oricinaldan  Azərbaycan  dilinə    tərcümə  

olunan bu kitabda gənclərin  iş    tapa    bilməməsindən,  

iş  tapanda  isə  həmin  işdən maddi  cəhətdən  kifayət  

qədər  yararlana  bilməməsindən,  evlənmək eləcə  də  

ev-eşik, torpaq  sahəsi  almaq  iqtidarında  olmama-

sından bəhs  olunur. 


 

3

İNSANLAR VƏ KƏSƏYƏNLƏR 

 

MÜNDƏRİCAT 



 

I FƏSİL ……………………………………………… 3 

II FƏSİL ……………………………….……………20 

III FƏSİL ………………………………..…………….. 40 

IV FƏSİL …………………………………..………63 

V FƏSİL …………………………………………… 91 

VI FƏSİL ………………………………………… 

 

 



Bir neçə kilometr cənuba tərəf irəlilədikcə, 

Salinas çayı daha sakit axır, sahilləri getdikcə 

yaşıllaşırdı. Çayın bir tərəfində Qabilan dağlarının  şiş 

qayaları, o biri tərəfində isə yaşıl ağaclar vardı. 

Ağacların altında, qumlu sahildə yarpaqlar yeri elə 

örtmüşdü ki, sanki yerə salınmış xalçaya bənzəyirdi. 

Axşamlar dovşanlar kolların, otların arasından çıxaraq 

qumlu sahildə  gəzişir, marallar isə çaya su içməyə 

gəlir, kolların, ağacların arasındakı  cığırla isə  oğlanlar 

çimməyə gəlirdilər.  

İsti günün axşamı  zəif  əsən külək  əsərək 

yarpaqları  tərpədirdi. Kölgə get-gedə uzanırdı. Qumlu 



 

4

sahildə  gəzişən dovşanlar çığırla yeriyən adamların 



səsini eşitcək öz yuvalarına qaçmağa cəhd 

göstərirdilər. 

Bir-birinin ardınca gedən iki nəfərin addım səsləri 

buralara çökən sükutu pozdu. İrəlidə gedən qısa boylu, 

cəld hərəkətli, qara sifətli və iti baxışlara malik idi. 

Arxada gedən isə yekəpər, iri sifətli, geniş solğun 

gözləri, enli kürək bir oğlan idi. Onun ağır yerişi onu 

ayıya oxşadırdı. Hər ikisi qara, nimdaş paltarda idilər. 

İrəlidə gedən bir qədər açıqlıqda dayandı, arxadakı isə 

geri qaldığından, ona çatmaq üçün iri addımlarla 

irəliləməyə başladı.  İrəlidəki  şlyapasını başından 

götürüb, alınının tərini sildi. İri cüssəli yoldaşı isə 

əlindəki çantasını yerə qoyub, su içmək üçün çaya 

yaxınlaşdı. Balaca boylu ona tərəf gedərək əsəbi halda 

dedi: 

- Allah xatirinə, Lenni çox içmə. Keçən gecəki 



kimi yenə də xəstələnəcəksən. 

Lenni su içməkdə davam edirdi. O, su içib 

qurtardıqdan sonra başını suya soxdu, sonra isə qumlu 

sahildə oturdu, saçından damcılayan damlalar isə onun 

kürəyini, paltarını isladırdı.  

- Nə yaxşıdır, Corc, sən də bir az iç, o, sevinc 

içərisində dedi. 


 

5

Corc çantasını yerə qoyaraq dilləndi: 



- Mənə elə  gəlir ki, bu içməli sudur. Təmiz suya 

oxşayır.  

Lenni sudan bir ovuc götürüb Corca göstərdi.  

- Bax, Corc, gör necə də yaxşı sudur. 

Corc dizi üstə suyun, kənarında əyilərək, ovcu ilə 

su içməyə başladı. O, bir-iki ovuc su içdikdən sonra 

üzünü yudu və qumun üstündə dizlərini qucaqlayaraq 

oturdu. Ona baxan Lenni Corcu yamsılayırmış kimi o 

da dizlərini qucaqlayıb oturdu əşlyapasını gözlərinin 

üstünə çəkdi. 

Corc gözlərini süzərək axan çaya baxırdı. Onun 

gözləri günün istisindən qızamışdı. 

O, acıqlı-acıqlı dedi: 

- Biz belə isti havada dörd mildən çox yol 

gəlmişik, lənətə gəlsin bu istini. 

Lenni ona utancaqlıqla baxdı və müraciət etdi.  

- Corc? 

- Hə, nə istəyirsən?  

- Biz, hara gedirik, Corc? 

Corc yerindən cəld qalxaraq Lenniyə əsəbi halda 

dedi? 


 

6

- Sən artıq hər  şeyi yaddan çıxarmısan? Mən 



sənə neçə  dəfə deməliyəm? Aman Allah, sən lap 

balaca uşaq kimisən! 

- Mən çalışırdım ki, yadımdan çıxmasın, amma 

yenə çıxdı.  

- Yaxşı … yenə deyəcəm. Daha başqa işim-

gücüm yoxdur elə bütün günümü sənə belə-belə şeyləri 

deməklə keçirirəm, amma sən də deyilənləri yaddan 

çıxarırsan. 

- Neynim, Corc, ha çalışdım yadıma salam, 

amma bir xeyri olmadı. Təkcə dovşanlar yadımdadır. 

- Elə yadında qalan təkcə dovşanlardı? Yaxşı, 

onda diqqətlə qulaq as və yadında saxla! 

Hovard küçəsində taxta üzərinə qoyulmuş 

alətlərə baxdığımız yadındadır, Lenni? 

Lenninin sifətində gülüş cizgiləri göründü.  

- Niyə ki, Corc, yadımdadı. Nə olsun ki? Bizim 

yanımızdan bir neçə qızın keçdiyi də yadımdadır.  

- Bura bax, Lenni, yadındadırmı Murey və 

Rediklə  gəzməyimiz, onlar bizə  işə daxil olmaq üçün 

kağızlar və eləcə də avtobus biletləri verdilər. 

- Hə, Corc, indi yadıma düşdü – deyə o əllərini 

cəld surətdə ciblərinə apardı – Corc mənimkilər yoxdur, 

mən onları itirmişəm. 


 

7

O, yerə göz gəzdirməyə başladı. 



- Tapa bilmədin, eləmi? Sən lam balaca 

uşaqsan. Mənimkilərin hər ikisi cibimdədir. Onu bil ki, 

sənə öz iş kağızlarımı gəzdirməyə verməyəcəm. 

Lenni dişlərini ağardaraq dedi: 

- Mənə elə gəlir ki, onu yan cibimə qoymuşdum. 

O, əlini yenidən cibinə apardı. 

Corc ona iti nəzərlə baxdı. 

- Sən cibindən nə çıxaracaqsan ki? 

- Mənim cibimdə heç nə yoxdur. 

- Mən bilirəm orada heç nə yoxdur. Sənin əlində 

nəsə var. 

Göstər görüm əlindəkini… 

Doğrudur heç nə yoxdur, Corc. 

- Yaxın gəl, əlindəkini də mənə ver. 

Lenni yumulmuş əlini Corca tərəf uzatdı.  

- Təkcə siçandır, Corc 

- Siçan? Diri siçan? 

- Yox, ölü siçandır,Corc. Onu mən 

öldürməmişəm. Elə ölüsünü tapmışam.  

- Ver mənə, - deyə Corc acıqlandı. 

- Qoy qalsın, Corc. 

- Yox, ver mənə! 



 

8

Lenni onun sözünə baxdı  və Corc ölmüş siçanı 



ondan alıb çayın o biri tərəfindəki kolluğa atdı. 

- Ölmüş siçan sənin nəyinə gərəkdir, axı?  

- Mən onu bayaq gəzəndə tapmışdım, Corc. 

- Sən gəzib siçan tapmalı deyilsən. Yaxşısı budur 

ki, yadına sal görüm, biz hara gedirik? 

Lenni bir az duruxdu və dedi: 

- Yenə yadımdan çıxdı, Corc. 

- Aman allah, bura bax, diqqətlə qulaq as və 

yadında saxla! Biz böyük bir fermerin təsərrüfatına 

işləməyə gedirik. Zəmidə işləyəcəyik. 

- Hə, yadıma düşdü, Corc. 

- Bizim getdiyimiz fermer təsərrüfatına təxminən 

bir milə  qədər məsafə qalıb. Bura bax,mən fermerə  iş 

kağızlarını verəndə  sən heç nə danışma. Yalnız sakit 

dayanarsan və heç nə deməzsən. Əgər o bilsə ki, sən 

necə  də qanmazsan, onda bizi işə götürməz. Biz iş 

almazdan  əvvəl o səninlə söhbət etsə, onda batdıq, 

düzünü deyim ki, iş ala bilməyəcəyik. Başa düşdün? 

- Hə, başa düşdüm, Corc. 

- Yaxşı, de görüm, elə ki, biz sahibin yanına 

gedəndə, onda sən nə edəcəksən? 

- Mən ….mən, - Lenni fikirləşərək, mən heç nə 

deməyəcəyəm. 


 

9

- Bax belə, indi yaxşı  oğlansan. Amma bunu 



yaddan çıxarma, ha!...  

- Çalışacağam, Corc. 

- Mənə belə gəlir ki, Lenni, sən orada pis-pis işlər 

də görməyəcəksən, eləmi? Yoxsa, bizi zəmidən qovub 

çıxaracaqlar. 

- Mən bunu yaddan çıxarmaram, Corc. 

Corc onun bu sözlərindən sevindi, qumun 

üzərində uzandı  və  əllərini bir-birinə keçirərək başımın 

altına qoydu. Lenni də onu yamsılayırmış kimi elə etdi. 

- Aman Allah, sən başdan ayağa dərd-sərsən. 

Əgər səni özümlə hərləməsəydim, sənin üçün çox çətin 

olacaqdı. Mən özüm çox yaxşı dolanardım, hətta bir 

qızla da evlənərdim, - deyə Corc dərdli-dərdli 

danışmağa başladı. 

Bir müddət Lenni danışmadı, sonra isə böyük 

ümidlə dedi: 

- Biz böyük bir fermerin təsərrüfatına işləməyə 

gedirik, Corc. 

- Deyəsən, bunu başa düşmüsən. Onu da deyim 

ki, biz indi burada yatmalıyıq. 

Günəşin  şüaları yalnız Qabilan dağının başında 

öz əksini tapırdı. 



 

10

- Corc, nə üçün biz fermerin təsərrüfatına gedib 



orada şam etmirik? Orada ki, yemək var… 

Corc onun tərəfə çevrildi. 

- Sənin üçün nə  fərqi var. Mən burada 

xoşlayıram. Sabah biz işləməyə başlayacağıq. Amma 

bu gün burada yatmaq istəyirəm. 

Lenni ayağa qalxıb dedi: 

- Bəs biz şam etməyəcəyik? 

-  Əgər  sən quru odunlardan yığmısansa, onda 

edəcəyik. Mənim torbamda lobya konservləri var. Sən 

ocağı hazır elə. Odunları bir yerə  yığ, mən sənə kibrit 

verəcəyəm. Konservləri qızdırmaq lazımdır. 

- Mən tomatlı konservi daha çox xoşlayıram, 

Corc. 

- Neynim, mənim tomatlı konservim yoxdur. Get 



odun gətir, yoxsa qaranlıq düşəcək. 

Lenni ayağa qalxdı  və kolların arası ilə 

gəzişməyə başladı. O, əlində balaca bir çubuq 

gəzdirirdi. Uzaqdan ona fikir verən Corc dedi: 

- Lenni, o siçanı mənə ver! 

- Hansı siçanı, məndə heç bir siçan yoxdur.  

Lenni bir az tərəddüd etdi, Corc isə ona bir daha 

təkidlə dedi. 



 

11

- Sən o, siçanı mənə verəcəksən yoxsa yox? Elə 



isə səni vuracağam ha!... 

- Sənə nə verim, Corc? 

- Mən həmin o siçanı istəyirəm. 

Lenni əlini cibinə apardı və sanki danışmağa dili 

olmadı. Gec də olsa dilləndi: 

- Mən bilmirəm nə üçün bu siçanı saxlamalıyam. 

Bu ki, heç kimin deyil. Onu yoldan tapmışam. 

Corc siçanı ondan alıb dedi: 

- Bu sənin nəyinə lazımdır? 

- O mənə lazım deyil, Corc, istəyirsən tulla 

getsin. 

Corc siçanı bacardıqca uzağa – kolluğa atdı  və 

əllərini yudu. 

- Sən axmağın birisən, Lenni. Mən sənin 

ayağının yaş olduğundan bilirdim ki, sən onu çayın o 

biri tərəfindən tapıb gətirmişəm. Elə bayaqkı siçandır.  

O, Lenninin dodaqaltı deyinməsini və ağlamağını 

eşitdi. Bu zaman Corc dedi: 

- Aman Allah, sən böyük oğlansan gör nə 

edirsən?! 

Lenni dodaqlarını çeynəyir və gözlərindən yaş 

damcılayırdı. 



 

12

- Hə, Lenni! – Corc əlini onun çiyninə qoyaraq 



sözünə davam etdi, - mən bunu mənasız yerə 

demirəm. Bu siçan təzə deyil, sonradakı yaxşı yedə 

saxlamamısan. Əgər sən başqa bir siçan tapsan və o, 

təzə olsa, onda onu saxlamağa icazə verərəm.  

Lenni qumun üzərində oturaraq dedi: 

- Mən başqa bir siçan yeri bilmirəm. Yadımdadır 

ki, mənə çox vaxt siçanı bir xanım verərdi.  İndi isə o 

xanım burada yoxdur. 

- Xanım?! Sən o xanımın kim olduğunu 

bilmirsən? O, sənin Klara xalandır. Son zamanlar onlar 

siçanları sənə vermirdi, çünki sən onları öldürürdün. 

Bu sözləri eşitcək Lenni ona qəmgin halda baxdı. 

- Onlar çox balaca idilər. Mən onları saxlayırdım 

və çox keçmədi ki, onlar mənim barmaqlarımı 

dişləyirdilər. Ona görə  də öldürürdüm. Amma mən 

istəyirəm ki, bizim dovşanlarımız olsun, Corc, onlar 

siçanlar kimi balaca deyillər. 

- Sən mənə odun gətirəcəksən, yoxsa yox? 

Oralarda odun çoxdur, yığ gətir ocaq yandıraq. 

Lenni ağacların altından quru budaqları  və yerə 

tökülmüş yarpaqları qoca palıd ağacının altına 

toplayırdı. Demək olar ki, qaranlıq düşmüşdü. 

Göyərçinlər uçduqca qanadlarının səsi aydınca 


 

13

eşidilirdi. Corc Lenniyə ocağı yandırmaqda kömək etdi



sonra isə ocağın yaxşı yanması üçün odunları tərpətdi. 

Ocaq alovlanmağa başladı. Corc çantasından üç lobya 

konservi çıxartdı və ocağın kənarına qoydu. 

- Burada dörd nəfər üçün konserv var – dedi. 

Lenni ocağın o biri tərəfində oturub Corca baxaraq 

dedi: 


- Mən tomatlı konserv xoşlayıram. 

- Neynim, mənim tomatlı konservim yoxdur. 

Corc yenə də dərdli – dərdli sözünə davam etdi. 

- Əgər mən tək olsaydım, mənim üçün yaşamaq 

asan olardı, özümə  iş tapardım heç bir narahatçılığım 

olmazdı. Mən istədiyim yerdə yaşaya bilərdim, istədiyim 

mehmanxanada gecələyə bilərdim.  İndi də burada 

qalmazdım. 

Lenni gah ocağa, gah da acıqlı Corca baxırdı. 

Onun üzündə qəzəb hiss olunurdu. 

-  İndi mənim nəyim var? Mənə qalan sənsən. 

Sən özün işini işləyə bilmirsən və  mən də  sənə görə 

işimi itirirəm. 

Corc danışdıqca səsini qaldırırdı. 

- Sən pis işlərindən qalmırsan. Mən də istəyirəm 

ki, sən belə pis əməllərdən əl çəkəsən.  



 

14

Onun birdən elə bil hirsi soyudu və Lenninin 



dolmuş gözlərinə baxdı. Qaranlıq olmasına 

baxmayaraq, ocağın alovu ağacları, kolları 

işıqlandırırdı. 

Lenni yavaş-yavaş Corca yaxınlaşdı. Corc 

konservlərin o biri üzünü çevirdi ki, yaxşı isinsin. 

- Corc, - deyə Lenni ciddiliklə müraciət etdi, lakin 

Corc cavab vermədi. Lenni yenə müraciət etdi: 

- Corc? 


- Nə istəyirsən? 

- Mən axmağam, Corc, tomatlı konserv istəyirəm. 

-  Əlbəttə, burada tomatlı konserv olsaydı, bir az 

yeyərdik. 

- Mən heç birini yemirəm, Corc. 

Corc ona bir söz demədi, bir müddət 

fikirləşəndən sonra dedi: 

- Mən  ən yaxşı vaxtımı  sənin olmamağında 

düşünürəm.  

-  İstəyirsən, Corc, mən çıxım gedim, sən tək 

qal… 

- Səndən soruşuram, hara gedə bilərsən? 



- Yer tapa bilərəm. Mən elə bu dağlarda mağara 

tapacağam. 



 

15

- Doğrudan? Necə  yəni? Bəs sən nə tapıb 



yeyəcəksən? 

- Tapacağam, Corc, mən günəş altında 

uzanacağam, heç kimi incitməyəcəyəm. Əgər mən ölü 

siçan tapsam, saxlayacağam. Onu məndən heç kim 

almayacaq. Mən hər vaxt gedə bilərəm. 

- Yox, deyəsən mən axmaqladım, Lenni! Mən 

istəyirəm ki, sən mənimlə qalasan. 

O bir az dayandıqdan sonra sözünə davam 

edərək dedi: 

- Mən nə edəcəyimi sənə deyirəm, Lenni, mən 

sənə küçük verəcəyəm, o böyük olduğundan bəlkə  də 

onu öldürməyəcəksən. O, siçandan yaxşıdır. 

-  Əgər mənim qalmağımı istəmirsənsə, yenə 

deyirəm, dağlara gedib orada yaşaya bilərəm. Görürəm 

sən bunu demək istəyirsən. 

- Mən istəyirəm ki, sən mənim yanımda qalasan, 

ay axmaq. Sənin Klara xalan da çıxıb getməyini 

istəməzdi. 

Corcun səsi daha da dərinləşir, sözləri ritmik 

olaraq təkrar edirdi. Bu sözlərin o əvvəllər də bir – neçə 

dəfə demişdi. 

- Bizim kimi oğlanlar dünyada yalqız adamlardır. 

Onların nə ailəsi, nə də bir balaca yeri yoxdur. 


 

16

Lenni sevincək soruşdu. 



- De görüm bəs biz necəyik, hə?... 

- Biz belə deyilik, bizim gələcəyimiz var. 

Başqa oğlanlar  əzab-əziyyət içərisindədilər, biz 

isə yox. 

Lenni onun sözünü kəsərək: 

- Biz isə yox? Bəs nə üçün? Çünki, … çünki biz 

bir-birimizə qayğı göstəririk, ona görə deyirsən, Corc? 

Davam elə, Corc! 

- Sən bunu ürəkdən dedin. İndi hər şeyi yaddan 

çıxart, bir gün gələr, bizim birlikdə torpağımız olar. Biz 

balaca bir ev tikərik, inəyimiz və bir neçə donuzumuz 

da olar. 

- Bizim dovşanlarımız da olacaq, eləmi Corc?  

Sözünə davam et Corc! De görüm bizim bağımız 

necə olacaq, bizim dovşanlarımız qəfəslərdə  nə 

edəcəklər? Mən deyərdim ki, qatığımız o qədər bərk 

olacaq ki, hətta biz onu güclə  kəsəcəyik. Bu haqda 

danış, Corc. 

- Daha nə danışım sən bunların hamısını bilirsən. 

- Yox, sən de. Sənin deməyinlə, mənim deməyim 

bir deyil. De görüm biz dovşanları necə saxlayacağıq? 

- Hə bizim tərəvəz  əkmək üçün sahəmiz, 

dovşanlar və toyuq cücəmiz üçün yerimiz olacaq. 


 

17

Qışda ocaq yandırıb evdə oturacaq və çöldə yağan 



qara, yağışa baxacağıq. 

O, cibindən cib bıçağını  çıxardı, konservlərdən 

birini götürüb ağzını açdı  və Lenniyə verdi. Sonra 

ikincisini açdı. Daha sonra yan cibindən iki qaşıq 

çıxarıb birini Lenniyə, birini isə özünə götürdü. 

O, ağzını lobya ilə dolduraraq çeynəməyə 

başladı. Bir neçə lobya, Lenninin ağzının kənarlarından 

yerə tökülürdü. Corc əlindəki qaşığı  ağzına apararaq 

soruşdu: 

- Sabah təsərrüfatın sahibi sənə suallar verəndə 

nə deyəcəksən? 

Lenni çeynəməyini dayandırdı. Onun üzündə 

ciddilik ifadəsi göründü. 

- Mən… mən… demək – mən bir söz 

deməyəcəm. 

- Yaxşı  oğlansan! Xoşum gəldi, Lenni! İndi sən 

yaxşıya doğru gedirsən. Biz torpaq olanda mən sənə 

dovşanlar saxlamağa icazə verəcəm. Sən xüsusilə 

bunu yaxşı yadında saxla. 

Lenni fərəhlə dedi: 

- Çalışacağam ki, yadımda saxlayım. 

- Bura bax, Lenni, sən ətrafa yaxşı-yaxşı bax və 

bu yerləri yaddan çıxartma. Biz gedəcəyimiz fermer 


 

18

təsərrüfatı həmin çayın kənarı ilə burdan cəmisi bir mil 



uzaqdadır. 

- Çalışaram, Corc, bunu yaddan çıxarmayam. 

Corc ağzındakı lobyaları çeynəyə-çeynəyə 

sözünə davam etdi: 

- Elə ki, bir çətinliyə düşdün, bax gəlib kolların 

arasında gizlənərsən. 

- Bu kolların arasıda gizlənim, - deyə Lenni 

yavaşca öz-özünə təkrar etdi. 

- Gizlənərsən bu kolların arasında mən gəlincə. 

Bunu yadında saxlaya bilərsənmi, Lenni? 

- Saxlayaram, Corc. Sən gəlincə bu kolların 

arasında gizlənəcəyəm. 

- Amma sən çalış  mənə heç bir əziyyət vermə, 

yoxsa sənə dovşanları saxlamağa qoymayacağam. 

Corc əlindəki boş konservi kolluğa atdı. 

- Mən sənə heç bir əziyyət verməyəcəm, Corc, 

heç bir söz deməyəcəm. 

- Yaxşı, çantanı bura gətir, biz indi yatacağıq. 

Ocağa daha odun qoyma, qoy sönsün. 

Onlar qumun üzərində özlərinə yatmaq üçün yer 

düzəltdilər. Ocağın közərtisi külək əsdikcə parlayır, gah 

da yox olurdu. Təzəcə uzanmışdılar ki, Lenni soruşdu: 

- Corc, sən yatmısan? 


 

19

- Yox, nə deyirsən? 



- Biz rəngbərəng dovşanlar taparıq, Corc. 

- Əlbəttə, qırmızı, yaşıl, mavi. Özü də milyonlarla, 

- deyə Lenninin sözlərinə cavab olaraq dedi. 

- Cod tüklülərindəndə, Corc. 

- Əlbəttə, Lenni. Daha bəsdir, indi yat. 

Ocağın odu daha közərmirdi. Ağacların 

yarpaqları yavaş əsən mehin təsirilə sanki pıçıldaşır və 

elə bil gecənin bir vaxtında bir-birinə nağıl danışırdılar. 

 

xxxx 


 

 

20

Yataqxana uzun və ensiz bir bina idi. Divarlar 



azacıq ağardılmış,döşəmə 

rənglənməmişdi. 

Yataqxananın üç pəncərəsi, bir enli qapısı, səkkiz ensiz 

çarpayısı var idi ki, bunların beşinin üstünə yorğan 

örtülmüş, üçünə isə yorğan örtülməmişdi. Hər 

çarpayının yanına yeşikdən düzəldilmiş 

şkaf 

qoyulmuşdu. Bu şkaflardan sabun, diş tozu, üz qırxmaq 



alətlərini qoymaq üçün istifadə etmək olardı. Şkafa bəzi 

dərmanlar, daraq və s. şeylər də qoymaq olardı. Otağın 

küncünə bir pilətə, ortasında isə böyük bir stol 

qoyulmuşdu. Stolun üstündə kart, ətrafında isə 

oyunçuların oturması üçün yeşiklər düzülmüşdü. 

Səhər saat on idi. Günəşin səhər şəfəqləri otağa 

düşürdü. Taxtadan düzəldilmiş iri qapı qəfil açıldı. İçəri 

ucaboy, enliküək qoca bir kişi daxil oldu. O, mavi rəngə 

çalan cins şalvar geyinmişdi, sol əlində isə böyük bir 

süpürgə tutmuşdu. Onun arxasınca Corc, ondan 

arxada isə Lenni içəri daxil oldular. 

- Sahib sizi keçən gecə gözləyirdi, - deyə qoca 

dilləndi. Sonra isə onlar üçün hazırlanmış çarpayıları 

göstərdi. Corc döşəyin olub-olmadığını müəyyən etmək 

üçün yorğanı qaldırdı. Onun çarpayısının yanına 

qoyulmuş  şkafın ağzını açıb baxdıqda orada balaca, 



 

21

sarı  rəngli zibilqabı gördü. O, zibilqabını götürərək 



soruşdu. 

- Bu nə olan şeydir? 

- Mən bilmirəm, - qoca cavab verdi və zibilqabını 

götürmək üçün əyildi, - necə deyim, sizdən  əvvəlki 

yaxşı  və  təmizkar oğlan idi. O həmişə  əllərini yemək 

yeyəndən sonra da yuyardı. 

Get-gedə acıqlanan Corc Lenniyə öz çantasını 

qonşu çarpayının üstünə qoymağı  və oturmağı  işarə 

etdi. Lenni mat qalmış kimi Corca baxırdı. Qoca sözünə 

davam edərək dedi: 

- Sizə  nə deyim… Onun adı Vitey idi. O yemək 

yeyərkən stolun üstünə bircə damcı  da  olsa  ləkə 

salmazdı. Bir sözlə, demək istəyirəm ki, o, təmizlik 

sevən oğlan idi. O, elə indicə getdi.  

- Mən siz deyənləri görməmişəm. Bir də 

deyirsiniz ki, o indicə getdi? Corc soruşdu. 

- Bəli … o indicə getdi, - deyə qoca cavab verdi.  

Corcun az da olsa hirsi soyudu. O, çantasının 

ağzını açıb  şkafa qoyulası  şeyləri-üzqırxanı, sabunu, 

dərman dolu butulkanı, kremi və toqqasını  şkafın 

içərisinə qoydu. Lenni də onun kimi etdi. Kənarda 

dayanmış qoca dedi: 



 

22

- Məncə, sahib bir neçə  dəqiqədən sonra bura 



gələcək. O, sizi çox gözləyib. Biz səhər yeməyi 

yeyərkən içəri girib sizi soruşdu və yerlərinizi göstərdi. 

- Sahib necə adamdır? – Corc soruşdu. 

- O, yaxşı yoldaşdır. Hərdən bir acıqlanmağı var, 

amma ümumiyyətlə, pis adam deyil. 

Elə ki, Milad bayramı gəlir, böyük bir şüşədə viski 


Yüklə 426,35 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin