20
əlaqəliliyini nəzərdə tutur.
Standart əsaslı kurrikulum aşağıdakı suallara müəyyən qədər cavab verir:
1. Müəllimlərin kimya fənni üzrə tədris etməli olduqları mövzuları həqiqətən
tədris etdiklərinə necə əmin ola bilərik?
2. Şagirdlərin maksimum təlim fəaliyyətini necə təmin etmək olar?
Fənlərin məzmunu ilə bağlı standartlar şagirdlərin bilməli və bacarmalı
olduqlarını müəyyənləşdirir. Həmin standartlar bir çox hallarda qiymətləndirmə
prosesləri üçün standartlaşdırılmış testlərlə əlaqələndirilir. Belə hallarda tələb
olunan standartların sadəcə olaraq öyrənilən mövzuların şagirdlər tərəfindən tam
mənimsənilmədiyini, materialların mexaniki yadda saxlanılması ilə nəticələndiyini,
şagird fəaliyyətləri üçün motivasiya həyata keçirilmədiyini nəzərə almaq lazımdır.
Aktiv və interaktiv təlim strategiyalarından istifadə etdikdə standartlaşdırılmış
testlərin tətbiq edildiyi dərslər səmərəli olmur və müvafiq prinsiplər əsasında onları
təşkil etmək üçün vaxt və imkan yoxdur. Bununla yanaşı insanın yeni qazandığı və
əvvəlcədən əldə etdiyi bilikləri, bacarıqları əlaqələndirilərsə onun öyrənmək
qabiliyyətinin hüdudsuz olduğunu nəzərə almaq lazımdır. İnteqrativ üsullardan və
fənlərarası yanaşmalardan istifadə edərək yeni kurrikulum mövcud standartları
şagirdlərə mənimsətməyi, onların təlim prosesini daha maraqlı qurmağı təmin
etməlidir. Standart əsaslı təhsilin imkanları öyrənilərək yeni yaradılan
kurrikulumlarla əlaqələndirilməli, ayrı-ayrı fənlərin tədrisi üçün nəzərdə tutulan
standart əsaslı təhsil inteqrativ kurikulumla əvəz edilməlidir. Nəzərdə tutulmalıdır
ki, standartlar fənlər üzrə şagirdlərin yerinə yetirməli olduqları fərdi tapşırıqlar
demək deyildir və ona görə də kimyadan yeni kurrikulum hazırlanarkən
müəyyənləşdirilmiş standartlar fənlər arasında məqsədə uyğun şəkildə
əlaqələndirilmişdir. Hazırda standartlara əsaslanan fənlərarası inteqrasiya olunmuş
kurrikulumun hazırlanması əsas strategiya kimi qəbul olunsa da təlim prosesində
fənlərin ayrılıqda öyrənilməsinə kifayət qədər yer verilməlidir.
Təhsilin məzmununa xüsusi konstruksiya verən fənlərarası və fəndaxili
əlaqələr təhsil sektorunun inkişaf layihəsi çərçivəsində inteqrativ kurikulumun
mahiyyətini təşkil edir. Təcrübəli müəllimlərin fikrincə inteqrativ təlim bacarığı
olmadan hər hansı bir fənnin tədrisində müvəffəqiyyət əldə etmək mümkün deyil.
Şagirdlərə dayanıqlı və kompleks şəkildə biliklər vermək, onların dünyagörüşünü
genişləndirmək, şagird təfəkkürünün inkişafında tədqiqatçılığa meyl yaratmaq,
qazanılan nəzəri bilikləri praktik olaraq həyata tətbiq etmək və s. bacarıqların
formalaşdırılmasında interaktiv kurikulumun əhəmiyyəti əvəzedilməzdir.
Cəmiyyətdə və təbiətdə daim inteqrasiya mövcud olmuşdur. Məsələn, hər
hansı peşə sahibi müəyyən işin həyata keçirilməsində müxtəlif bacarıqlardan
istifadə edir və ya görəcəyi işin digər məsələlərə olacaq təsirini müəyyən edə bilir.
Təlim prosesində nəzərdə tutulan inteqrativ kurikulum mövzuların
öyrənilməsinə qlobal yanaşma çərçivəsində onların birgə öyrənilməsinə xidmət
göstərir.
Maddi aləmin dərk edilməsində aparıcı rola malik olan kimya fənni təbiət
hadisələrinin qarşılıqlı əlaqəsinin başa düşülməsi üçün dünyagörüşü formalaşdırır.
Kimya fənninin mahiyyət etibarı ilə maddi aləm məvhumunda dərk edilməsi`bu
fənnin tədrisində inteqrasiyanın tətbiq edilməsinə olan zərurətin daha yüksək
21
olmasına əsas verir. Kimya fənninin tədrisində yalnız təbiət fənləri deyil, eləcədə
texniki fənlərin tətbiq edilməsi inteqrativlik baxımından kimyanın rolunu
yüksəldir, onu mərkəz mövqeyə gətirir, fənnin didaktiv əhəmiyyətini artırır,
müxtəlif təlim metodlarının tətbiqinə imkan verir, digər fənn sahələri ilə birgə
kombinasiyalar yaratmağı tələb edir.
İnteqrativ təlimdə kimya fənni şagirdlərdə:
sərbəst düşünməyə
qruplarda işləməyə
müzakirələrdə öz mövqeyini bildirməyə
layihələr hazırlamağa
mövzunun aktuallığını əsaslandırmağa
mövzunun əhəmiyyətini, digər sahələr üçün tətbiq edilməsi və s. kimi
xüsusiyyətlərinə imkan yaradır
belə ki, müəllim tədris prosesində:
məsələnin həllinə kompleks yanaşmaq
mövzulararası əlaqələri yaratmaq
sagird bacarığının inkişafına diqqət yetirmək
sagirdlərə hər hansı mövzuya dair biliklərin sistemli şəkildə artan sırasını
müşahidə etmək
təlim prosesini qiymətləndirmək və s. xüsusiyyətləri yüksək dərəcədə
mənimsəməlidir:
Kimya fənni inteqrativlik baxımından aşağıdakı fəaliyyət üsulları üzərində
qurulmuşdur:
Dostları ilə paylaş: