Şəxsiyyətyönümlülük – Milli Kurrikulumun hazırlanması zamanı nəzərə
alınmış didaktik prinsiplərdən biridir. Onun tələbinə görə, kurrikulumların
tərkibində olan təlim standartları, strategiyaları və qiymətləndirmə
mexanizmləri şagird şəxsiyyətində idraki, hissi və psixomotor bacarıqlar
əsasında yaranan keyfiyyətlərin formalaşmasına yönəlir. Çox vaxt bu
keyfiyyətlər kompetensiyalar (səriştələr, qabiliyyətlər), dəyərlər və ya
mədəniyyətlər terminləri ilə ifadə edilir. Şəxsiyyətyönümlü təhsilin keyfiyyət
göstəricisi sadəcə bilik və ya bacarıqlar deyil, milli səviyyədə müəyyən
olunmuş ümumi nəticələrə uyğun səviyyənin (kompetensiya, keyfiyyət və ya
mədəniyyət göstəricilərinə uyğun səviyyənin) əldə edilməsidir.
Dostları ilə paylaş: |