İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3.32 Mb.
Pdf просмотр
səhifə1/58
tarix06.05.2017
ölçüsü3.32 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   58

 

 

YYSQ



 

 



www.yysq.org

  

www.elmler.net

  

İntellektual-Elektron Kitabxananın təqdimatında 

 

2014



 

“Gənc elektron elm” N 55  (12 - 2014) 

FAİQ ƏLƏKBƏROV  

 

 

MİLLİ İDEOLOGİYA 

PROBLEMİNƏ  

TARİXİ-FƏLSƏFİ BAXIŞ  

 

(II HİSSƏ) 

 

Elmi-ictimai monoqrafiya 



 

 

 



 

 

 



www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 



 

www.elmler.net

  

 

 



Virtual İnternet R

esurs M

ərkəzinin təqdimatında

 

 “Gənc elektron elm”: 55 (12 - 2014) 



 Bu elektron nəşr 

Azərbaycan Respublikasının Prezidenti 

y

anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən,

 

Yeni 



Yazarlar və Sənətçilər Qurumunun

 “

Gənc elektron elm –



 

Virtual İnternet resurs mərkəzi”  innovativ

-intellektual 

layihəsi 

çərçivəsində rəqəmsal nəşrə hazırlanır və yayımlanır. 

 

 

Elektron kitab N 55 (12 - 2014)

 

Layihənin maliyyələşdirir: 

Azərbaycan Respublikasının Prezidenti yanında 

 

 

Gənclər Fondu



 

http://youthfoundation.az



 

YYSQ - 

http://www.yysq.org

 

 

http://www.elmler.net

 

 



Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb. 

YYSQ - Milli Virtual-Elektron  Kitabxananın e-nəşri 

Virtual redaktoru və e-nəşrə hazırlayanı:  Aydın Xan (Əbilov), 

yazar-kulturoloq 

 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

 



 

 

 



 

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 



 

 



 

 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

 



 

 

 



 

 

 



 

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 





 

 

 

FAİQ ƏLƏKBƏROV  

 

 

 

 

 

 

 

MİLLİ İDEOLOGİYA 

PROBLEMİNƏ  

TARİXİ-FƏLSƏFİ BAXIŞ  

 

(II HİSSƏ) 

 

 

 

 

 

 

Bakı, YYSQ – 2014 

 

 

 

 

 

 

 

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 



 



Elmi redaktorlar:    Əli Abasov  

                                   Fəlsəfə elmləri doktoru, prof. 

    

 

   Əlikram Tağıyev 

                                  Fəlsəfə elmləri doktoru, prof. 

 

 Rəyçilər:         



    Dilqəm İsmayılov 

Fəlsəfə elmləri doktoru, prof. 

    Vaqif Sultanlı  

Filologiya elmləri doktoru, prof. 

     Müstəqil Ağayev  

Fəlsəfə üzrə fəlsəfə doktoru, Qabaqcıl 

Maarif Xadimi 

  

Faiq Qəzənfər oğlu Ələkbərov. Milli ideologiya probleminə 

tarixi-fəlsəfi baxış (II hissə).  Bakı, “Elm və Təhsil”, 2014,  500 

səh.  

Müəllif  monoqrafiyanın  II  hissəsində,  ilk  dəfə  XIX-XX  əsrlərdə 

Azərbaycanda  gedən  ideoloji  proseslərdəki  ikili  xətti:  1.  İslam-Türk  mədəniyyəti 

və ideologiyası: islamlaşmaq, türkləşmək, müasirləşmək, milli azərbaycançılıq; 2. 

Rus-Avropa-Qərb  mədəniyyəti  və  ideologiyası:  qərbpərəstlik,  avropasayağı 

«mollanəsrəddinçilik», milli bolşevizm-sosializm, sovet azərbaycançılığı müəyyən-

ləşdirmişdir.  Bu  metod  əsasında  hər  iki  xəttin  nümayəndələrinin  XX  əsrdə  və 

günümüzdə  müdafiə  etdikləri  ideyaların  mahiyyəti  açıqlanmaqla  yanaşı,  kitabda 

müəllifin  Azərbaycan Milli İdeyası və Azərbaycan Milli İdeologiyasına tamamilə 

yeni  yanaşması,  mövqeyi  geniş  şəkildə  öz  əksini  tapmışdır.  Özəlliklə,  milli 

ideyaların çağdaş dövrdə nə dərəcədə akutallığı məsələsi araşdırılmış, yeni fikirlər 

irəli sürülmüşdür. Eyni zamanda, monoqrafiyada milli şüur məsələsi, milli şüurun 

dini  dəyərlər  və  vətəndaş  cəmiyyəti  ilə  oxşar  və  fərqli  cəhətləri  ilk  dəfə  tədqiqata 

cəlb edilmişdir.  

Monoqrafiyadan  fəlsəfə,  tarix,  politologiya,  ədəbiyyat,  dilçilik,  etnoqrafiya, 

kulturologiya və başqa elm sahələrində çalışan müxtəlif səviyyəli mütəxəssislərin – 

bakalavrların,  magistrlərin,  doktrantların,  elmi  işçilərin,  müəllimlərin,  eyni 

zamanda geniş oxucu kütləsinin faydalanması nəzərdə tutulur.  



ISBN: 978-9952-8024-1-2 

© F.Ələkbərov-2014 

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 





 

İÇİNDƏKİLƏR 

 

MÜƏLLİFDƏN…………………………...………………...5 

 

ÖN SÖZ…………………………………………..15 

 

I FƏSİL XX yüzilliyin əvvəllərində (1900-1920) 

Azərbaycan fəlsəfi fikrində Milli ideya 

axtarışı 

1.1.


 

   Milli ideya, onun mahiyyəti və əsas xətləri……...24  

1.2.

 

   İslam-Türk-Şərq 



mədəniyyəti  və  ideologiyası: 

islamlaşmaq, türkləşmək, müasirləşmək……...28 

1.3.

 

   Rus-Avropa-Qərb mədəniyyəti və ideologiyası: qərb-



pərəstlik,  «molla nəsrəddinçilik», milli  sosial-demo-

kratiya, marksist-leninçi sosial-demokratiya…...82  

1.4.

 

   Azərbaycan  milli  ideyasının  –  azərbaycançılığın 



yaranması…….….............................................130 

 

II FƏSİL 



SSRİ dövründə (1920-1991-ci illər)  

Azərbaycan milli ideologiyasının həlli yolları 

(millililik və beynəlmiləlçilik)  

2.1.

 

«Sovet  Azərbaycanı»  ideyası:  milli  təmayülçülük  və 

sovet beynəlmiləlçiliyi…………………...169 

2.2.

 

Milli  mədəniyyətlə  «proletar  mədəniyyəti»  arasında 

mübarizə.……………………… ………...194 

2.3.

 

Milli dil və əlifba məsələsinin ideoloji yönləri.. …210 

2.4.

 

Sovet  dövrü  Azərbaycan  fəlsəfəsində  islamçılıq  və 



türkçülüyə münasibət…………………...236 

 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 



III FƏSİL 



Mühacirət dövründə (1920-1991-ci illər) 

milli-demokratik ideyalar: milli azərbaycançılıq, 

yeni turançılıq, qafqazçılıq, milli təsanüd  

3.1.

 

Milli azərbaycançılıq və yeni turançılıq……........248 



3.2.

 

Milli azərbaycançılıq və Qafqazçılıq ideyası...263 



3.3.

 

Milli azərbaycançılıq və milli təsanüd….......267 



 

IV FƏSİL XX yüzilliyin sonu – XXI yüzilliyin başlanğıcın-

da  milli  ideologiyanın  dirçəlişi:  yeni  baxışlar  və 

problemlər 

4.1.  

 XX yüzilliyin sonu - XXI yüzilliyin başlanğıcında  

milli ideologiya probleminə ikili baxış və milli şüur  

məsələsi…………….….291 

4.1.1.  Milli şüur məsələsi: tarix və çağdaşlıq.........296 

4.1.2.  Milli şüur və vətəndaş cəmiyyəti,modernləşmə.......314 

4.2.    Milli ideologiyanın əsas problemləri və onun həlli  

yolları……….......................376 

4.2.1.

 

Azərbaycançılıq: tarix və çağdaşlıq…......378 



4.2.2.

 

Türkçülük və azərbaycançılıq: alternativlik və eynilik 



kimi…….................................................389 

4.2.3.


 

Milli dil məsələsi: Türk dili və Azərbaycan dili….438 

4.2.4.

 

Azərbaycançılıq: millilik və kosmopolitizm.......457 



 

NƏTİCƏ……….…………….......470 

 

ƏDƏBİYYAT VƏ QAYNAQLAR….….....478 

 

 

 

 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

10 



10 

 

Türklüyün varlığı qeyrə nə böyük qorxuymuş –  

Dost-düşmən onu məhv etməyi istər, Azər! 

Səməd Mənsur 

 

 

MÜƏLLİFDƏN 

 

«Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış»  adlı 



monoqrafiyanın  I hissəsi 2011-ci ildə AMEA  Fəlsəfə, Sosio-

logiya və Hüquq İnstitutu Elmi Şurasının (20 aprel 2011-ci il, 

4 saylı protokol) və həmin institutun  «Fəlsəfə və ictimai fikir 

tarixi»  şöbəsinin  (7  fevral  2011-ci  il,  2  saylı  protokol) 

qərarları ilə çap olunmuşdur.  

2013-cü  ildə  həmin  kitabın  II  hissəsi  «Fəlsəfə  və 

ictimai  fikir  tarix»  şöbəsində  iki  dəfə  müzakirə  olunmuşdur. 

İlk  iclasda  (1  fevral  2013-cü  il  tarixli  1  saylı  protokol) 

müəllifə monoqrafiya ilə bağlı şöbənin əməkdaşları tərəfindən 

bir  sıra  iradlar    qeyd  edilmiş,  növbəti  müzakirəyə  qədər 

bunları aradan qaldırmaq, yaxud da razılaşmadığı iradları elmi 

sübutlarla  əsaslandırmaq  tövsiyə  olunmuşdur.  Şöbənin  bəzi 

əməkdaşlarının  iradı  əsasən  kitabın  türkçülük  ruhunda 

yazılması  ilə  bağlı  olmuşdur.  Məsələn,  əməkdaşlardan  biri 

«XX yüzilliyin başlanğıcında (1900-1920-ci illər) Azərbaycan 

türk  ictimai-fəlsəfi  fikrində  milli  ideologiya  problemi» 

adlanan  I  fəsildən  “türk”  sözünün  çıxarılmasını  təklif  

etmişdir.  Ümumilikdə,  şöbənin  bəzi  əməkdaşları  müəllifin 

əsərdə  “Azərbaycan  türk  filosofu”,  “Azərbaycan  türk 

ideologiyası”,  “Azərbaycan  türk  milləti”,  “Azərbaycan  türk 

dövləti”,  “Azərbaycan  Türk  dili”  və  s.  bu  kimi  söz 

birləşmələrində  “türk”  sözünün  işlədilməsini    məqbul 

saymamışlar.  


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

11 


Kitabın ikinci müzakirəsində (23 sentyabr 2013-cü il 

tarixli 7 saylı protokol) də başda şöbə müdiri Arzu Hacıyeva 

olmaqla  bəzi  əməkdaşların  əsas  tənqid  hədəfi  yenə  də 

müəllifin  türkçülük  ideyası  ilə  bağlı  olmuşdur.  Bu  mənada, 

monoqrafiyanın ikincı müzakirəsində müəllifin bir sıra iradları 

aradan  qaldırmasına,  eyni  zamanda,  razılaşmadığı  iradları 

tutarlı  arqumentlərlə  əsaslandırmasına  baxmayaraq,  «Fəlsəfə 

və ictimai fikir tarix» şöbəsinin adından aşağıdakı qərar qəbul 

edilmişdir: «Şöbə əməkdaşlarının müxtəlif səciyyəli tənqidi 



qeydləri  nəzərə  alınaraq  F.Ələkbərovun  «Milli  ideologiya 

probleminə  tarixi-fəlsəfi  baxış»  (II  hissə)  adlı  mono-

qrafiyasının  dövlət  vəsaiti  hesabına  çapı  məsləhət 

görülmür»

Birincisi, kitabın 23 sentyabr 2013-cü il tarixli müza-

kirəsində  20  nəfər  şöbə  əməkdaşlarından  12-si  iştirak  etmiş 

(müəllif də daxil olmaqla), onlardan yalnız səkkizi monoqrafi-

yaya münasibətini bildirmişdir. Həmin 8 nəfərdən 2-si mono-

qrafiyanın institut xətti ilə çapının əleyhinə, beşi  müəyyən və 

ya əsaslı düzəlişlərdən sonra institutun xətti ilə çapının lehinə 

olmuş, bir nəfər isə bitərəf qalmışdır (bunu sübut edən dəlillər 

var).  İkincisi,  qərarda  ümumi  şəkildə  qeyd  edilən  «müxtəlif 

səciyyəli  ciddi  tənqidi  qeydlər»  açıq  şəkildə  öz  əksini 

tapmamışdır. Yəni bu qərardan bəlli olmamışdır ki, «müxtəlif 

səciyyəli  ciddi  tənqidi  qeydlər»  deyildikə  konkret  nələr 

nəzərdə  tutulur?  Halbuki  qərar  verilən  zaman  bütün  bunlar 

hökmən nəzərə alınmalı və orada öz əksini tapmalı idi. Əgər 

söhbət yuxarıdakı razılaşmadığımız iradlardan gedirsə, həmin 

iclasda  bütün  bunlara  aydınlıq  gətirilmişdir.  Üçüncüsü, 

müəllifin  dəfələrlə  şöbə  müdirinə  müraciətinə  baxmayaraq, 

kitab  çapa  gedən  vaxta  qədər  protokolun  məzmunu  ilə  tanış 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

12 



12 

ola bilməmişdir. Hər dəfə müəllifə bildirilmişdir ki,  protokol 

hələ  hazır  deyildir.  Dördüncüsü,  şöbənin  adından  verilən 

qərarın özü mahiyyət etibarilə hüquqi cəhətdən doğru deyildir. 

Belə  ki,  şöbə  monoqrafiyanın  ya  çapına  tövsiyə  edə,  ya  da 

tövsiyə  etməyə  bilərdi.  Çünki  kitabın  dövlət  vəsaiti  hesabına 

çap edilib-edilməməsi şöbənin səlahiyyətinə aid deyildir. Belə 

bir qərarı institutun Elmi Şurası verə bilərdi. Bu cür qərar isə 

o zaman verilir ki, institut kitabın Elmi Şuranın qərarı ilə çap 

olunmasına  etiraz  etmir,  ancaq  müəllifə  dövlət  vəsaiti  ilə 

deyil,  öz  vəsaiti  hesabına  çapını  məsləhət  görür.  Yəni,  bu, 

ikinci  dərəcəli  məsələdir.  Bu  mənada,  şöbənin  qərarı  hüquqi 

cəhətdən də yanlış olmuşdur.   

Bütün  bunlara  baxmayaraq,  «Milli  ideologiya  proble-

minə tarixi-fəlsəfi baxış» (II hissə) adlı monoqrafiya müzakirə 

olunmaq  üçün  AMEA  Fəlsəfə,  Sosiologiya  və  Hüquq 

İnstitutunun  Elmi  Şurasına  təqdim  olunmuşdur.  İnstitutun 

Elmi  Şurasının  3  fevral  2014-cü  tarixli  iclasında  müəllifin 

həmin  monoqrafiyasının  müzakirəsi  zamanı  bildirilmişdir  ki, 

«Fəlsəfə  və  ictimai  fikir  tarix»  şöbəsində  kitabla  bağlı 

müzakirəyə münasibət birmənalı olmayıb. Məlum qərar Elmi 

Şura  üzvlərinin  nəzərinə  çatdırıldıqdan  sonra  həmin  şöbənin 

müdiri, fəlsəfə elmləri doktoru Arzu Hacıyevaya bu məsələyə 

aydınlıq gətirməsi üçün söz verilmişdir. A.Hacıyeva şöbənin 



məlum 

qərarı 

verməsinə 

səbəb 

kimi 

təxminən 

aşağıdakıları demişdir: “Yenilik yoxdur. Eklektikdir. Metod 

yoxdur.  Ədəbiyyat  siyahısı  düzgün  tərtib  edilməyib.  Xarici 

ədəbiyyatın kitabın içində heç bir əksi yoxdur. Kitabın adında 

deyilmişdir  dəyişikilik  edilsin,  çünki  adı  çox  gurultuludur, 

böyük problem kimi qoyulub milli ideologiya məsələsi, amma 

içəridə  yalnız  və  yalnız  Azərbaycandan,  Azərbaycan  milli 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

13 


ideologiyasından  söhbət  gedir…  Adı  dəyişdirilməyib,  elə 

əvvəlki  kimi  qalıb.  ...Əsərin  müəyyən  yerlərində  lazım 

olmadan tarixilik çox olsa da, müəyyən yerində isə metodoloji 

baxımdan tarixilik yoxdur. Faiq müəllim sovet ideologiyasını 

pisləyir,  amma  özü  o  standartlarla,  ehkamlarla  çıxış  edir. 

Məsələn,  mütəfəkkirlərimizi  sosial-demokrat,  islamçılıq, 

mədəni  islamçılıq,  mühafizəkar  islamçılıq,  mütərəqqi 

islamçılıq  şəklində  qruplaşdırır.  Əvvəlla  hər  bir  mütəfəkkirin 

ideyaları çox dəyişilir. Əvvəl bir ideyada idi, sonra tamamilə 

başqa  ideyanı  seçir.  Onları  hansısa  yalnız  bir  cərəyana  aid 

etmək, bu formada vermək olmaz.... ...Hüseyn Cavidə, Əli bəy 

Hüseynzadəyə,  N.Nərimanova  birtərəfli  yanaşmalar  var. 

Burada  bütün  tədqiqatçıların  hamısı  tənqid  olunur.  Çox  az 

adamı  çıxmaq  şərti  ilə  burada  tənqid  olunmayan  adam 

qalmayıb.  Məsələn,  bir  məsələyə  diqqətinizi  cəlb  etmək 

istəyirəm.  Deyir,  iki  yanaşma  var:  1-ci  azərbaycançılıqdan 

çıxış  edənlərin  tərəfdarlarını  göstərir  –  Ə.Daşdəmirov, 

S.Xəlilov,  R.Mehdiyev  və  b.  2-ci  azərbaycançılıqla 

türkçülüyün  sinergizmindən  çıxış  edənlər  –Ə.Tağıyev, 

Y.Türkel və b. Sonra nəticə çıxarır ki, bizdə belə bir fikirlərin 

olmasının  səbəbi  ondandır  ki,  biz  sovet  ideologiyasının 

təsirindən  kənara  çıxa  bilməmişik.  20  ildir  bizdə  azad  fikir, 

müstəqil  fikir  qabiliyyətimiz  yoxdur.  Axı  burda  insanlar 

çalışıblar, tədqiqat aparıblar... Bu cür demək olmaz ki, heç kəs 

azad  fikirləşə  bilməyib,  Faiq  müəllimdən  başqa.    Sonra 

müəllif  Zümrüd  xanımı  tənqid  edir,  türkçülüklə  əlaqədar.... 

Faiq  müəllim  deyir  ki,  Azərbaycan  xalqının  yaranmasında 

talışlar, qafqazdillilər və türklər bir yerdə iştirak etməyiblər.... 

Buradan yalnız türk oğlu türk çıxıb... İndi baxırıq ki, nə qədər 

qarışıqlar 

var... 

Deyir 


ki, 

Azərbaycan 

türkçülüyü 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

14 



14 

azərbaycançılıqdır. Mən bunu başa düşə bilmirəm... Deyir ki, 

türk  xalqının  adı  qaytarılmalıdır.  Konstitusiyada  dəyişiklik 

edilməlidir. Azərbaycan dili türk dili yazılmalıdır, Azərbaycan 

xalqı türk xalqı  yazılmalıdır. Türkiyə türkləri ilə  Azərbaycan 

türkləri arasında heç bir fərq yoxdur, hətta dillərində də elə bir 

fərq  yoxdur.  Faiq  müəllim  yazılarında  da  türk  sözlərini  çox 

işlədib...  Ulu  öndər  deyəndə  ki,  “mən  fəxr  edirəm  ki,  mən 

azərbaycanlıyam”  nə  isə  bilirdi  deyirdi.  Deyərdi  ki,  mən 

azərbaycanlı  deyiləm,  mən  türkəm...  Türkiyə  ilə  nə  qədər 

yaxın  olsaq  da,  amma  tarix  boyu  nə  qədər  toqquşmalarımız 

olub. Bunların hamısını mən sadalamayım, bunları yəqin Faiq 

müəllim özü də çox yaxşı bilir. Bu mənada, biz qərarda yazdıq 

ki, bəlkə orada düzgün ifadə etməmişik, yəni bu kitab dövlətin 

xətti ilə, dövlətin adı ilə, bizim institutun, şöbənin adı ilə çap 

oluna bilməz. Biri var ki, bu ideyanı institutun adınla, dövlətin 

adı  ilə  verəsən,  onda  qıcıqlanma  daha  çox  ola  bilər.    Biri  də 

var ki, gedib özü müstəqil şəkildə kitabını çap etdirsin. Biz bu 

qədər danışandan sonra, Faiq müəllimi iki iclasda inandırmağa 

çalışdıqdan sonra yenə həmin fikrində qalır. Bu onun hüququ-

dur,  özü  çap  edə  bilər.  Əslində  heç  bir  yenilik  yoxdur,  bu 

ideyaların  hamısı  olub.  Təzə  bir  şey  yoxdur.  Bu  mənada, 

müstəqil özü çap edə bilər”. 

Elmi  Şuranın  üzvü,  kitabın  elmi  redaktoru,  fəlsəfə 

elmləri doktoru, prof. Əli Abasov isə Elmi Şuradakı çıxışında 

bildirmişdir  ki,  müəllif  millətçidir,  sovet  vaxtında  bunu 

güllələmək  lazım  idi.  Amma  bu  gün  millətçi  olmaq  bir 

mövqedir, müəllif də bu mövqedən çıxış edir. Onun fikrincə, 

bir  çoxlarında  bu  cür  konkret  mövqe  yoxdur,  amma 

F.Ələkbərovun bu əsərində mövqe var, elm elə budur və onun 

əsərini mütləq çap etmək lazımdır: “Mən təklif edirəm ki, bu 




Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   58


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə