İnteqrativ testləR



Yüklə 7.18 Kb.
PDF просмотр
səhifə1/10
tarix26.05.2017
ölçüsü7.18 Kb.
  1   2   3   4   5   6   7   8   9   10

 
İNTEQRATİV TESTLƏR 
 
 
 
 
 
 
 
FƏNLƏRİN DOSTLUĞU 
OLİMPİADASI 
2010-2015 
 
 
 
 

 
Tərtib edən və redaktor:                                                                                                   
Şəmil Sadiq 
filologiya üzrə fəlsəfə doktoru, dosent 
 
Elmi məsləhətçi:  
Ənvər Abbasov 
pedaqoji üzrə fəlsəfə doktoru, dosent 
 
Redaksiya heyəti: 
Şəmil Sadiq, Müşfiq XAN, Elxan Nəcəfov, Elvin Əliyev, 
Məhəmməd Xankişiyev, Anar Allahverdiyev, Famil İsayev, 
Elnur Axundzadə, Fətəli Hüseynov, Qadir Fətullayev,  
Zamin Cəfərov, Əliyar Nuriyev, Vüsal Heybətov  
 
Korrektor: 
Sərvinaz Cəfərova                                                  
 
Dizayn və qrafika: 
Teymur Fərzi 
 
Mətn tərtibatı: 
Esmira Hüseynova 
 
     Kitabda “Hədəf Nəşrləri”nin 2010-cu ildə təsis etdiyi və 2010-2015-ci 
illərdə Fənlərin Dostluğu Olimpiadasında isifadə edimiş suallar verilmiş-
dir.  
     Tapşırıqlar həm fənlərarası, həm də çoxfənli inteqrasiyanı özün-də əks 
etdirir. Kitab bütün fənn müəllimlərinə və istedadlı şagirdlərə ünvanlanır.  
 
ISBN: 9000000060028 
 
Hədəf Nəşrləri MMC-nin rəsmi razılığı olmadan kitabın və ya onun hər hansı bir 
hissəsinin təkrar nəşri, elektron və mexaniki üsulla çoxaldılması qəti qadağandır
 
Kitabla bağlı bütün şərhlərinizi info@hedefnesrleri.az ünvanında gözləyirik. 
 
www.hedefnesrleri.az 
© Hədəf Nəşrləri / 2015 

Fənlərin Dostluğu Olimpiadası 2010-2015 
 
www.inteqrasiya.az                                                                  3 
 
 
 
 
 
 
FDO nədir?  
 
Fənlərin  Dostluğu  Olimpidası  2010-cu  ildə  filologiya  üzrə  fəl-
səfə  doktoru,  dosent  Şəmil  Sadiqin  bir  neçə  il  apardığı  təcrübələr 
əsasında yaradılmışdır. 
 Müxtəlif  formalarda  şagirdlər  arasında  aparılan  sorğu  nəticə-
sində inteqrtiv testlərin şagirdlər tərəfindən maraqla qarşılandığının 
şahidi  olan  ideya  müəllifi  2010-cu  ildə  bir  layihə  olaraq  Hədəf 
Kurslarının müəllim heyəti ilə birgə həyata keçirmişdir. 
Layihənin  təsisçisi  Hədəf  Nəşrləri  və  əsas  təşkilatçısı  Hədəf 
Kurslarıdır. Fənlərin Dostluğu Olimpidası Dünya Azərbaycanlıları-
nın həmrəylik gününə həsr edilmişdir. 
Layihənin  məqsədi  Fənlərarası  əlaqəni  möhkəmləndirmək, 
fənlərin  bir-biri ilə  bağlılığını şagirdlərə  aşılamaq  və  bu  inteqrasi-
yanın  köməyindən  istifadə  edərək  xüsusi  istedada  malik  olan  şa-
girdləri müəyyənləşdirib gələcək fəaliyyətlərində stimul yaratmaq-
dır. 
Olimpiada 5 ildir, keçirilir. Rəsmi saytı inteqrasiya.az-dır. 
Kitabda  f.ü.f.d.  dos.  Şəmil  Sadiqin 3  məqaləsi,  FDO-nun  əsas-
naməsi  və  İndiyə  qədər  FDO-da  istifadə  edilən  testlər  yerləşdiril-
mişdir. 
FDO hər il dekabr ayında 9-10 siniflər arasında keçirilir. 
 
 

Fənlərin Dostluğu Olimpiadası 2010-2015 
 
4                                                                        www.inteqrasiya.az                                                                   
 
FƏNLƏRİN DOSTLUĞU OLİMPİADASININ 
ƏSASNAMƏSİ 
  
 
1. Ümumi müddəalar 
1.1. Bu Əsasnamə Olimpiadanın təşkil edilməsi və keçirilməsi-
nin  ümumi  qaydalarını,  eləcə  də  qaliblərin  təyin  edilməsi 
qaydaları-nı müəyyən edir. 
1.2. Olimpiadanın təşkili və keçirilməsi intellektual cəhətdən is-
tedadlı və bacarıqlı IX-X sinifdə oxuyan məktəblilərin üzə çıxarıl-
masına kömək edəcək. 
 
2. Məqsəd və vəzifələr 
2.1. IV Fənlərin Dostluğu Olimpiadasının əsas məqsədi: iştirak-
çıların intellektual düşünmə qabiliyyətlərini stimullaşdırmaq, baca-
rıqlı  və  istedadlı  məktəblilərə  əlverişli  şərait  yaratmaq,  onların 
gələcəkdə  təhsil  inkişafını  və  professional  istiqamətləndirilməsini 
təmin  etmək,  ümumtəhsil  məktəblərində  təhsil  alan  uşaqlarda 
yaradıcılıq qabiliyyətini, mədəniyyətini üzə çıxarmaq, məktəblilər-
də  tədris  fənlərinin  öyrədilməsində  analitik  düşüncə  tərzini  aşıla-
maqdan ibarətdir. 
2.2. Olimpiadanın vəzifələri: 
- İstedadlı şagirdlərin üzə çıxarılması; 
-  Orta  ümumtəhsil  məktəb  şagirdlərinə  öz  bilik  və  intel-
lektlərinin qiymətləndirilməsinin səmərəli üsullarının təqdim olun-
ması; 
-  Olimpiadanın  keçirilməsində  iştirak  edən  orta  ümumtəhsil 
məktəb  müəllimləri  arasında  inteqrativ  qiymətləndirmə  modelləri-
nin yayılması; 
-  Ümumtəhsil  məktəblərində  fənlərarası  əlaqəni  inkişaf  etdir-
mək; 
 
3. Olimpiadanın predmeti və iştirakçıları 
3.1.  Olimpiada  Azərbaycan  Respublikasının  orta  ümumtəhsil 
məktəbləri arasında keçirilir. 

Fənlərin Dostluğu Olimpiadası 2010-2015 
 
www.inteqrasiya.az                                                                  5 
 
3.2.  Olimpiada  iştirakçıları  müsabiqədə  fərdi  şəkildə  iştirak 
edir-lər.  Olimpiada  iştirakçıları  IX-X  sinif  şagirdlərindən  ibarət 
olmalı-dır. 
3.3. Olimpiadanın predmeti iştirakçıların bu əsasnamə ilə təyin 
edilmiş tədris fənləri üzrə inteqrativ test tapşırıqlarını müxtəlif gün-
lərdə  keçirilən  birinci  və  ikinci  mərhələlər  üzrə  qəbul  edilən  vaxt 
intervalında həll etmələridir. 
 
4. Olimpiadanın təşkilatçısı 
4.1. Təşkilat komitəsi 
4.2. Olimpiada təşkilatçısı təmin edir: 
- Bütün Olimpiada iştirakçıları üçün bərabər və ədalətli şərait
- Olimpiadanın aydın və şəffaf şəkildə keçirilməsi. 
 
5. Olimpiadanın keçirilməsinin təşkili 
5.1. Olimpiadanın həyata keçirilməsinin məqsəd, vəzifə və isti-
qamətləri  strategiyasını  müəyyənləşdirən  ali  əlaqələndirici  orqan 
Olimpiadanın Təşkilat Komitəsidir (sonradan – Təşkilat Komitəsi). 
Təşkilat  Komitəsinin  hüquq  və  vəzifələri  Əsasnamənin  9.1. 
bəndində verilmişdir. 5.3. Olimpiadanın konkret məlumatlandırma 
materialları  ilə  təminatını  Olimpiada  Təşkilat  Komitəsi  həyata 
keçirir. 5.4. Olimpiada Azərbaycan dilində keçirilir. 
 
6. Olimpiadada iştirak qaydaları 
6.1. Olimpiadanın gedişində iştirakçılar aşağıdakı tədris fənləri-
nə uyğun bilik nümayiş etdirəcəklər: Azərbaycan dili və ədəbiyyat, 
ingilis dili, riyaziyyat, kimya, biologiya, coğrafiya, fizika, tarix və 
məntiq. 
6.2.  Olimpiada  iştirakçıları  hazırda  orta  ümumtəhsil 
məktəblərin-də  IX-X  sinifdə  təhsil  alan  şagirdlərdən  ibarət 
olmalıdır. 
6.3. Olimpiadada iştirak etmək üçün əvvəlcədən müəyyən olun-
muş qaydada ümumtəhsil müəssisəsindəki Məktəb Olimpiada Təş-
kilatında qeydiyyatdan keçməlidir. 
6.4. Olimpiadada iştirak pulsuzdur. 

Fənlərin Dostluğu Olimpiadası 2010-2015 
 
6                                                                        www.inteqrasiya.az                                                                   
 
 
7.  Olimpiadanın  keçirilməsi  və  qaliblərin  təyin  olunması 
qayda-ları 
7.1. Olimpiada bir mərhələdə keçirilir. 
7.2. Olimpiada keçirilən əraziyə şəxsiyyət vəsiqəsi və ya doğum 
haqqında  şəhadətnamə  və  Olimpiadaya  buraxılış  vərəqi  ilə  daxil 
olmaq mümkündür. Otaqlarda yalnız Olimpiada Təşkilat Komitəsi-
nin üzvləri və Olimpiada iştirakçıları ola bilər. 
7.3.  Olimpiada  iştirakçıları  inteqrativ  test  tapşırıqlarını  qəbul 
edilmiş vaxt ərzində yerinə yetirirlər. 
7.4. İnteqrativ test tapşırıqları yerinə yetiriləndən sonra hər bir 
iştirakçı kitabçasını nəzarətçiyə verərək zalı tərk edir. 
7.5. İştirakçıların 2 (iki) saat müddətində həll etdikləri 50 (əlli) 
inteqrativ  test  tapşırıqlarının  nəticələri  5  (beş)  gün  müddətində 
doğru  cavablar  bazasından  yoxlanılır.  Buraxılan  olimpiada 
iştirakçı-larının  nəticələri  Olimpiada  Təşkilat  Komitəsinin  qərarı 
ilə  təsdiq-ləndikdən  sonra  olimpiadanın  rəsmi  saytı  vasitəsilə 
ictimaiyyətə açıqlanır. 
7.6.  Yekunlaşdırıcı  nəticələr  ikinci  mərhələnin  bitməsindən  1 
(bir)  gün  sonra  olimpiadanın  rəsmi  saytı  vasitəsilə  ictimaiyyətə 
açıq-lanır. Ballar eyni olduğu halda doğru cavablara yanaşma faizi 
nəzərə alınmaqla seçilir. 
7.8. Olimpiada tapşırıqlarında səhv düzü aparmır. 
 
8. Olimpiadanın təşkilatı, informasiya və sponsorluq təminatı 
8.1.  Olimpiadanın  təşkilatı  məsələlərini  Təşkilat  Komitəsi 
həyata keçirir. 
8.2. Olimpiada tapşırıqlarının həlli üçün Təşkilat Komitəsi tərə-
findən 
məktəb 
təşkilatçıları 
üçün  (və  ya)  qabaqcadan 
məlumatverici materiallar və inteqrativ test nümunələri göndərilir. 
8.3. Olimpiada haqqında məlumat kütləvi informasiya vasitələ-
rində, olimpiadanın rəsmi saytında və digər internet saytlarda yer-
ləşdirilir. 
8.4. Olimpiada haqqında informasiya göndərilir: 

Fənlərin Dostluğu Olimpiadası 2010-2015 
 
www.inteqrasiya.az                                                                  7 
 
-  Olimpiadada  iştirak  etmək  istəyən  orta  ümumtəhsil 
məktəbləri-nin direktorlarına; 
- Kütləvi informasiya vasitələrinə. 
8.5. Maliyyə təminatı təhsilimizin inkişafı üçün sponsor olaraq 
layihəyə dəstək verən müxtəlif yerli şirkətlər hesabına həll olunur. 
 
9. Olimpiadanın idarəetmə orqanlarının funksiyaları 
9.1. Olimpiadanın Təşkilat Komitəsi 
9.1.1. Olimpiadanın Təşkilat Komitəsi Olimpiadanın layihə rəh-
bəri və təşkilatçıların ümumi razılığı əsasında müəyyənləşdirilir və 
formalaşdırılır. 
9.1.2. Olimpiada Təşkilat Komitəsinin sədri Təşkilat Komitəsi-
nin üzvləri tərəfindən səs çoxluğu ilə seçilir. 
9.1.3.  Olimpiadanın  Təşkilat  Komitəsi  aşağıdakı  funksiyaları 
həyata keçirir: 
- Olimpiada haqqında Əsasnaməni təsdiq edir və ona lazım olan 
dəyişikliklər edir; 
- Olimpiadanın məqsəd və vəzifələrini təyin edir; 
-  Olimpiadanın  keçirilməsinin təşkilat-maliyyə  təminatının  əla-
qələndirilməsini həyata keçirir; 
- Olimpiadanın keçirilməsi qaydasını təyin edir; 
- Olimpiadanın məktəb təşkilatları üçün təlimatlarını hazırlayır; 
- Olimpiadanın məktəb təşkilatlarının köməyi ilə iştirakçıları se-
çir; 
- Olimpiadanın keçirilməsini təşkil edir; 
- Qaliblərin və mükafatçıların siyahısını təsdiq edir; 
-  Olimpiadanın  keçirilməsi  zamanı  baş  verən  mübahisəli 
məsələ-lərə baxır. 
- Olimpiadanın son yekununu təsdiq edir. 
9.2. Olimpiadanın məktəb təşkilatçıları 
9.2.1. Olimpiadanın məktəb təşkilatçıları ümumtəhsil müəssisə-
lərinin rəhbərliyi tərəfindən təyin olunur və onlar müvafiq, təsdiq-
lənmiş plan-qrafikə uyğun olaraq öz məktəblərində olimpiada işti-
rakçılarının qeydiyyatını həyata keçirir. 

Fənlərin Dostluğu Olimpiadası 2010-2015 
 
8                                                                        www.inteqrasiya.az                                                                   
 
9.2.2. Olimpiadanın məktəb təşkilatçıları aşağıdakı funksiyaları 
həyata keçirirlər: 
-  Öz  ümumtəhsil  müəssisələrində  şagirdlər  arasında  olimpiada 
keçirilməsini təmin edir; 
-  Olimpiadanın  gedişində  bütün  qanun  və  prinsiplərə  riayət 
olun-masına nəzarət edir
- Olimpiadanın gedişində ortaya çıxan sual və problemləri digər 
olimpiada təşkilatları ilə birgə həll edir. 
 
10. Olimpiada iştirakçılarına qoyulan tələblər 
10.1.  Olimpiada  iştirakçıları  sakitliyə  və  intizama  riayət  etmə-
lidirlər. 
10.2.  Olimpiada  Təşkilat  Komitəsinin  olimpiadada  istifadəsi 
üçün  icazə  verilən  məlumatlandırma  vərəqləri  istisna  olmaqla, 
digər  materiallardan  istifadə  qadağandır.  Mobil  telefonlardan  və 
digər  elektron  cihazlardan,  əlaqə  vasitələrindən  istifadəyə  yol 
verilmir.  Verilmiş  qaydaların  pozulması  iştirakçını  olimpiadada 
iştirak hüqu-qundan məhrum edəcəkdir. 
 
11. Olimpiada qaliblərinin mükafatlandırılması 
11.1.  Olimpiadanın  nəticələrinə  əsasən  ilk  3  yer  üzrə  həm 
iştirak-çılar, həm də onların təmsil etdiyi məktəblər; sonrakı 4-10-
cu yerlər üzrə isə yalnız iştirakçılar mükafatlandırılır. 
11.2. Olimpiadanın ikinci mərhələsində iştirak edən bütün işti-
rakçılar (yüz nəfər) olimpiadada müəyyən olunmuş formada sertifi-
kat alacaqlar. 
11.3.  Olimpiadanın  keçirilməsində  informasiya,  texniki  və 
spon-sorluq  təminatını  həyata  keçirən  şirkətlər  uyğun  diplomlarla 
müka-fatlandırılacaqlar. 
11.4. Olimpiadanın Təşkilat Komitəsi tərəfindən “Fəxri Qonaq” 
adına layiq görülmüş şəxslər fəxri diplomla təltif ediləcəklər. 
 
 
 

Fənlərin Dostluğu Olimpiadası 2010-2015 
 
www.inteqrasiya.az                                                                  9 
 
Azərbaycan dili və ədəbiyyat fənləri ilə digər fənlərin iteqrativ 
modelləri 
 
Ümumiyyətlə,  bütün yaradılmışlar həmişə dəyişməyə can atır. 
Təbiət də dəyişkən və rəngarəngdir. Həmçinin insan övladı da. Bu 
baxımdan  inkişafda  olan  şagirdlərimiz  də  dəyişkənliyə,  fərqliliyə 
daima  ehtiyac  duyur  və  maraq  göstərirlər.  Bunun  üçün  də  elmi, 
biliyi  şagirdə  elə  təqdim  etmək  lazımdır  ki,  şagird  verilən 
informasiyadan  bezməsin,  iyrənməsin.  Həmişə  oxumağa  maraqlı 
olsun. Elə bu səbəbdən bütün cəmiyyətdə olduğu kimi, təhsildə də 
reformlara ehtiyac var və dövlətimiz, o cümlədən, Təhsil nazirliyi 
bu  reformlara  heç  vaxt  laqeyd  olmur.  Fənlərin  tədrisində  fən-
lərarası əlaqənin inkişafına daha çox yer verilməsinə xüsusi diqqət 
yetirilir. Hamfreyzin, fikrincə, “inteqrativ öyrənmə şagirdlərin əsas 
mühitin  müəyyən  aspektlərini  müxtəlif  fənlərə  aid  olan  biliklər 
vasitəsi  ilə  geniş  araşdırmasıdır.”  Kurikulum  lahiyəsinin  məzmun 
standartlarında  da,  qiymətləndirmə  standartlarında  da  fənlərarası 
inteqrasiyaya  xeyli  bəndlər  ayrılmışdır.  Ümumiyyətlə,  inteqrativ 
kurrikulum  anlayışı  1800-cu  ilin  sonlarından  alman  filosofu  və 
pedaqoqu  İohan  Fridrix  Herbartın  adı  ilə  bağlıdır.  Lakin  son 
zamanlar  fənlərarası  kurikulum  daha  əhəmiyyətli  olmuş,  təlim 
prosesində müxtəlif formalarda öz  əksini göstərməkdədir. İnteqra-
siyanın  bir  çox  növü  var:  fəndaxili  inteqrasiya,  fənlərarası 
inteqrasiya,  çoxfənli  inteqrasiya.  Bizim  haqqında  danışacağımız 
fənlərarsı  əlaqədir  ki,  burada  ayrı-ayrı  fənlərin  bir-birniə  münasi-
bət,  onların  oxşar  və  fərqli  xüsusiyyətləri  araşdırılır.    Əminliklə 
deyə bilərik ki, məzmun kurikulumlarında inteqrasiyadan nə qədər 
çox danışılırsa, nə qədər çox modellər göstərilirsə kurikulum qiy-
mətləndirməsində inteqrasiyadan bir o qədər də az danışılır.  
Azərbaycan  dili  və  ədəbiyyat  fənlərinin  bugünkü  tədrisinin 
məktəbdaxili  qiymətləndirilməsi  də  müəllimlərimizi  innteraktiv 
metodlardan  istifadəyə  məcbur  edir.  İlk  öncə  qiymətləndirmədə 
inteqrasiyanın  mümkünsüzlüyü  fikri  bizi  narahat  edə  bilər.  Lakin 
5-11-ci    sinif  şagirdləri  üçün  Azərbaycan  dili  və  ədəbiyyat  fənlə-

Fənlərin Dostluğu Olimpiadası 2010-2015 
 
10                                                                        www.inteqrasiya.az                                                                   
 
rinə  aid  aşağıdakı  nümunələrə  diqqət  yetirsək,  fikrimizin  əsaslı 
olduğunun şahidi olacaqsınız.  
1.  Misallardan  birində  rəqəmlərin  cəmi  ilə  toplananlardakı 
incə saitlərin cəmi bərabərdir. 
A) 1,5 + 0,5 =                  B) 4+4=                   C) 1 + 1=          
D) 5+5=                           E) 2,5 + 1,5= 
 
 
   (Hədəf kursları. MQT 6. III qrup. Sual 24. 2010) 
Bu  suala  ilk  dəfə  baxan  şəxsə  sualın  şərti  çətin  görünə  bilər. 
Amma  oxuyucu  sözlər  və  söz  birləşmələri  arasındakı  məna 
əlaqəsini  qura  bilərsə,  testin  həllində  çətinlik  çəkməz.  Bu  test 
səviyyəsinə görə orta çətin  kimi qəbul eilə bilər. Göründüyü kimi, 
diliçiliyin fonetika bölməsinə aid olan sual riyaziyyat fənninin çox 
primitiv bir misalı üzərində qurulub. Sadəcə, şagirdlər incə saitlərin 
soruşulduğunu  bilmək  üçün  “toplanan”  və  “cəm”  ifadəsinin 
mənasını  bilməlidir.  İlk  öncə  şagird  misalları  həll  etməlidir. 
Cavablar ardıcıllıqla düzülsə, bu cür olar: 2, 8, 2, 10, 4  
A variantında töplananlardakı incə saitlərin sayı 3 dənədir (Bir 
tam  onda  beş  +  sıfır  tam  onda  beş).    Cəm  isə  ikidir.  Deməli, 
toplananlardakı incə saitlərin sayı ilə cəm eyni deyil. Bunun üçün 
də cavab kimi seçilə bilməz.  
B variantında isə toplananlardakı saitlərin cəmi iki olduğu halda 
(dörd+dörd), cəm səkkizdir. Bu da cavab deyil, çünki saitlərin sayı 
ilə cəm eyni deyil. 
D variantında yenə toplananlarda cəmi iki incə sait var, amma 
cavab  ondur.  Bizə  isə  lazımdır  ki,  toplananlardakı  incə  saitlərin 
sayı ilə, cəm eyni olsun. Bu da cavb deyil. 
E variantı toplananlardakı incə saitlərin sayı (iki tam onda beş + 
bir tam onda beş) beşdir, cəm isə dörddür. Bu da cavab deyil.  
C variantı isə düzgün cavabdır. Həm töplananlarda iki sait var 
(bir+bir), həm cavab ikidir, həm də cəmdə iki sait var (iki).  Testin 
cavabının tapılması böyük bir zəhmət tələb etsə də, sonu daha şirin 
olur.  Testin  cavabını  tapan  şagirdin  özünə  güvəni  artır,  sabaha 
doğru daha böyük ümidlə gedir. Əgər hər hansı bir şagird bu testi 
həll edə bilmirsə, dostlarından, müəllimlərindən kömək istəyər, nə 
isə öyrən-məyə həvəsli olar. 

Fənlərin Dostluğu Olimpiadası 2010-2015 
 
www.inteqrasiya.az                                                                  11 
 
2. “Aşıq minayə gələ 
    Xalın minayə gələ 
    Küsmüşəm, barışmaram 
    Göydən min ayə gələ” 
Şeirin təhlilindəkı səhv fikirləri seçin: 
1. Birinci və ikinci misralarda heç bir məna yükü yoxdur. 
2. Şeirdə müəyyən miqdar sayı var. 
3. Şeirdəki isimlər adlıq, yönlük və çıxışlıq  haldadır. 
4. Şeirdə sifət də var. 
5. Rədiflər isimdir.  
A) 1, 3, 5      B) 1, 2       C) 3, 4        D) 4, 5     E) 2, 3, 5 
       Əziz  oxucu,  sizlərə  təqdim  edilən  yuxarıdakı  test  isə 
ədəbiyyatla  inteqrasiyada  olmuş  morfoloji  təhlil  testidir.  Bayatı 
üzərində şagirddən həm nəzəri biliklər soruşulur, həm də morfoloji 
təhlil. Təqdim edilən 1 düzgün fikirdir. Çünki bayatıların birinci və 
ikinci misralarında, doğrudan da, heç bir məna yükü yoxdur. 2 də 
düz  fikirdir.  Cinas  qafiyələrdən  sonuncusu  müəyyən  miqdar 
sayıdır.  3  də  düzgündür,  çünki  aşıq  adlıq  halda,  minayə  yönlük, 
göydən isə çıxışlıq haldadır.  4 və 5 isə səhv fikirlərdir: şeirdə sifət 
yoxdur və rədif isim deyil, feldir.  Cavab D-dir. 
 
         3. Məntiqi ardıcıllığı davam etdirin:
7
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
.

.




 
 


.


Fənlərin Dostluğu Olimpiadası 2010-2015 
 
12                                                                        www.inteqrasiya.az                                                                   
 
1.
 
S.Vurğun “Vaqif” dramı 
2.
 
H.Cavid “Ana” 
3.
 
N.Gəncəvi “Xosrov və Şirin” 
4.
 
... 
A) F.Köçərli. “Təlimi-Sokrat” 
B) C.Məmmədquluzadə. “Kamança” 
C) C.Cabbarlı “Oqtay Eloğlu” 
D) M.F.Axundzadə “Aldanmış kəvakib” 
E) M.Ə.Sabir. “Səttarxana” 
Azərbaycan xəritəsi üzrə hazırlanmış bu test coğrafiya fənni ilə 
inteqrasiya olunmuşdur. Testi həll etmək üçün şagird  Azərbaycan 
coğrafiyasına  bələd  olmalıdır.  Azərbaycanın  siyasi  coğrafiyasına 
bələd  olan  şagird  ilkin  olaraq,  nömrələrlə  qeyd  edilmiş  bölgələrin 
hara  olduğunu  müəyyənləşdirərək  Azərbaycan  ədəbiyyatının 
görkəmli  nümayəndələrinə  aid  sənətkarlar  haqqında  soruşulan 
məntiqi  tapmalıdır.  Bir  çox  məntiq  ağıla  gələ  bilər:  Sənətkarın 
harada  doğulması,  əsərin  harada  yazılması,  əsərdə  hadislələrin 
harada  baş  verməsi  və  s.  S.Vurğunun    “Vaqif”  dramı  və  Bakı. 
Bunları əlaqələndirə bilən iki məntiq var: biri yazılma məkanı, biri 
isə  səhnələşdirmə  məkanı.  H.Cavidin  “Ana”  pyesini  Naxçıvanla 
bağlayan bir amil var:  yazılma məkanı. N.Gəncəvinin “Xosrov və 
Şirin” əsərini Gəncə ilə bağlayan məntiq yenə yazılma məkanıdır.  
Bütün  bunları  müəyyənləşdirəndən  sonra  bizə  məlumdur  ki,  “4 
rəqəmi  ilə  işarələnmiş  məkan  haradır  və  burada  hansı  sənətkar 
hansı  əsəri  yazıb?”  sualı  ətrafında  fikirləşmək  lazımdır.  Mövzuya 
bələd olan şagird üçün bunu tapmaq su içim kimi bir şeyə çevrilir. 
C.  Məmmədquluzadənin  “Kamança”  əsərini  Qarabağda-Şuşa 
şəhərin-də  yazıldığı  dərsliyimizdə  verilmişdir,  deməli,  cavab    B 
variantıdır.    
 “Məktəb  təkcə  elm  öyrətmir,  həm  də  vətəndaş  yetişdirir” 
fikrini əsas götürsək, bu sualın şagirdin bir vətəndaş kimi böyümə-
sində  əvəzsiz  xidməti  olduğunu  birmənalı şəkildə  təsdiqləməliyik. 
Çünki  bir  vətəndaş  kimi  hər  kəs  vətənimizi  tanımalıdır  ki,  bu 
informasiya dünyasında tanıtdıra bilsin. Etiraf etməliyik ki, bu gün 
elə vətəndaş-larımız var, vətənimizin bölgələrini tanımırlar.  
  1   2   3   4   5   6   7   8   9   10


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə