INTERROGATIVE SENTENCE
Sual cümlələri bilmədiklərimizi öyrənmək və şübhələndiklərimizi dəqiqləşdirmək məqsədilə işlədilir. Sual cümlələri aşağıdakı qruplara bölünür:
1) General Questions (Ümumi suallar)
2) Speacial Questions (Xüsusi suallar)
3) Tag/Disjunctive Questions (Ayırıcı suallar)
4) Alternative Questions (Seçmə suallar)
General Questions (Ümumi suallar)
Tam fikri öyrənmək üçün bütöv bir cümləyə verilən sual növüdür. Ümumi suallar cümlədəki köməkçi və ya modal felin cümlənin əvvəlinə keçirilməsiylə düzəlir.
Did he carry the luggage?
Could you sleep last night?
|