İnzibati İdarəetmə İxtisası: Dövlət və Bələdiyyə idarəetməsi Qrup: db20/2 Müəllim: Qurbanova Səidə



Yüklə 291,71 Kb.
səhifə13/15
tarix02.01.2022
ölçüsü291,71 Kb.
#47309
1   ...   7   8   9   10   11   12   13   14   15
menecmentin teskilati formaları(referat)

Birja necə yaranıb? İlk birja 1406-cı ildə Brügge şəhərində ( indiki Belçikada yerləşir ) Van der Bursa adlı varlı bir şəxsin evinin qarşısındakı meydanda yaranmışdır.. Bursa sözündən “birja“ sözü yaranmış və bu söz tezliklə Antverpendə, Lionda, Amsterdamda, Londonda və s. şəhərlərdə yaranmış topdansatış əmtəə bazarlarına şamil edildi.



Birja ( bursa, pul kisəsi; exchange) — səhmlər, əmtəələr, törəmə maliyyə alətləri və xidmətlər ilə mütəşəkkil ticarət yeridi. Burada bazar iştirakçıları müvafiq aktivlərin, həmçinin standartlaşdırılmış müqavilə və xidmətlərin alışını və satışını ya öz adlarından, ya da müştərilərin maraqlarından çıxış etməklə həyata keçirirlər. Təşkilati cəhətdən xüsusi qayadada formalaşmış, müəyyən əmtəələrlə sövdələşmələr aparan bazar başa düşülür. Birja — əmtəələrin, xammalın, qiymətli kağızların satışı ilə məşğul olan vaxtaşırı fəaliyyət göstərən topdan bazardır. Onlar bazar iqtisadiyyatının iqtisadi aləti rolunu yerinə yetirir və əmtəələrin, xammalın, qiymətli kağızların alışı və satışında azad bazar münasibətlərini formalaşdırırlar.

Birja — qanunvericiliklə müəyyən edilmiş qaydada marağı olan hüquqi və fiziki şəxslər tərəfindən könüllü pay əsasında yaradılmış təşkilatdır. Birjaların yaradılmasında dövlət orqanları, banklar, sığorta və investisiya şirkətləri və fondları, ictimai, dini və xeyriyyəçi təşkilatlar və qurumlar iştirak edə bilməzlər. Birjalar təsisçilərin iclasında qəbul edilmiş qərar əsasında yaradılır. Təsisçilər iclasda müəyyən edilmiş ölçüdə öz paylarını daxil edirlər. Daxil edilmiş pay ölçüsündə təsisçilər birjanın təsərrüfat fəaliyyətinin nəticələrinə görə əmlak məsuliyyəti daşıyırlar.Birja dövlət qeydiyyatından keçdiyi andan hüquqi şəxs statusunu əldə edir, birja ticarəti aparmaq üçün lisenziya əldə etdikdən sonra isə birja sövdələşmələri aparmaq hüququna malik olur.

Birjalar özündə topdan ticarətin xüsusi formasmı əks etdirir. Bir qayda olaraq biıjalar üçün ixtisaslaşma xarakterikdir. Bu, ixtisaslaşma ya coğrafi regionlar (regional universal birjalar), ya da ki, fəaliyyət profilləri üzrə müəyyən edilir. İxtisaslaşması fəaliyyət prinsipi üzrə müəyyən edilən biıjalann aşağıdakı növləri vardır:

1. Əmtəə birjaları (Əmtəələrin alqı-satqısı üzrə vasitəçilik fəaliyyəti göstərirlər)

2. Fond birjaları (Qiymətli kağızların alqı-satqısı ilə əlaqədar əməliyyatları həyata keçirirlər)

3. Valyuta birjaları (Qızıl və valyutaların alqı-satqısı ilə məşqul olurlar)

4. Əmək birjaları (İşçi qüvvəsinə təlabatı uçota alır və onların təklif edilməsi ilə məşğul olurlar)


Yüklə 291,71 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin