İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunun təsdiq edilməsi haqqında



Yüklə 21,16 Kb.
tarix26.12.2016
ölçüsü21,16 Kb.
#3561

İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunun təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsini rəhbər tutaraq qərara alıram:

1. İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

qüvvədə olan qanunvericilik aktlarının İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusuna uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Təsnifat Toplusuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

öz səlahiyyətləri daxilində İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusundan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbərinə tapşırılsın ki, bir ay müddətində:

Azərbaycan Respublikası Prezidentinin nomenklaturuna aid edilən dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsini təmin etsin;

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbərinin nomenklaturuna aid edilən dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsini təmin etsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarına və yerli icra hakimiyyəti orqanlarına tapşırılsın ki, bir ay müddətində həmin orqanların aparatlarında işləyən dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsini təmin etsinlər.

5. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə və Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarına tapşırılsın ki, bir ay müddətində həmin orqanların aparatlarında işləyən dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsini təmin etsinlər.

6. Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə, Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarına tapşırılsın ki, İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusundan irəli gələn məsələləri həll etsinlər.

7. Azərbaycan Respublikasının Milli Məclisinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə, Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (Ombudsmana), Azərbaycan Respublikasının Hesablama Palatasına, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinə, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinə, rayon (şəhər) məhkəmələrinə, hərbi məhkəmələrə və yerli iqtisad məhkəmələrinə, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə, Ağır Cinayətlərə dair İşlər üzrə Naxçıvan Muxtar Respublikasının Məhkəməsinə, Naxçıvan Muxtar Respublikasının İqtisad Məhkəməsinə təklif edilsin ki, İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusundan irəli gələn məsələləri, o cümlədən həmin orqanların aparatlarında işləyən dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi məsələsini həll etsinlər.

8. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.

 

Heydər ƏLİYEV,



Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 avqust 2003-cü il


№ 911

Azərbaycan Respublikası Prezidentinin

4 avqust 2003-cü il tarixli 911 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

İnzibati və yardımçı vəzifələrin


TƏSNİFAT TOPLUSU

I. Ümumi müddəalar

1.1. İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusuna “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə uyğun olaraq dövlət qulluqçularının inzibati və yardımçı vəzifələrinin təsnifatları və adları, ixtisas dərəcələri və vəzifələrin tutulması şərtləri haqqında məlumatlar daxildir.

1.2. İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə müvafiq olaraq dövlət orqanlarının ştat cədvəllərinin hazırlanması və dövlət qulluqçularının vəzifə təlimatlarının hazırlanması üçün əsasdır.

1.3. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının aparatlarında, həmin orqanların tabeliyində və ya yanında olan icra hakimiyyəti orqanlarında və onların aparatlarında bu orqanların ixtisaslaşdırılmış fəaliyyətini, vəzifənin adını, qulluq funksiyalarını və vəzifənin tutulması şərtlərini özündə əks etdirən inzibati və yardımçı vəzifələri tutan dövlət qulluqçularının vəzifə təlimatları Azərbaycan Respublikası Prezidenti və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının (nazirliklərin, dövlət komitələrinin və digərlərinin) rəhbərləri tərəfindən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa və ona uyğun olaraq qəbul edilmiş dövlət qulluğu sahəsində başqa qanunvericilik aktlarına müvafiq olaraq qəbul edilir.

1.4. Qanunvericilik və məhkəmə hakimiyyəti orqanlarının aparatlarında dövlət qulluğu keçən inzibati və yardımçı vəzifələr tutan dövlət qulluqçularının vəzifə təlimatları həmin orqanların ixtisaslaşdırılmış fəaliyyətini, vəzifənin adını, qulluq funksiyalarını və vəzifənin tutulması şərtlərini özündə əks etdirən vəzifə təlimatları qanunvericilik və məhkəmə hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən həll edilir.

1.5. Naxçıvan Muxtar Respublikasının qanunvericilik orqanının aparatında, icra hakimiyyəti orqanlarının aparatlarında, həmin orqanların tabeliyində və ya yanında olan icra hakimiyyəti orqanlarının aparatlarında və məhkəmə hakimiyyəti orqanlarının aparatlarında İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bu Toplu ilə həll edilir.

1.6. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 11.4-cü maddəsinə əsasən dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) təminedici bölmələri dedikdə, müvafiq dövlət hakimiyyəti orqanlarının tapşırığı ilə onların vəzifə, funksiya və səlahiyyətlərini həyata keçirən, habelə həmin bölmələrin səlahiyyətinə aid edilmiş məsələləri özləri həll edən dövlət orqanının struktur vahidi nəzərdə tutulur.

1.7. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 11.4-cü maddəsinə əsasən dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) yardımçı bölmələri dedikdə, müvafiq dövlət hakimiyyəti orqanlarının vəzifə, funksiya və səlahiyyətlərini həyata keçirməyə yardım edən, habelə təminedici bölmələrin işinin təşkilinə kömək edən dövlət orqanının struktur vahidi nəzərdə tutulur.

1.8. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 8.3-cü maddəsinə əsasən dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) bölmələrinin təminedici və yardımçı bölmələrə aid edilməsi müvafiq dövlət orqanlarının rəhbərləri tərəfindən həll edilir.

1.9. Dövlət orqanlarında aşağıdakı inzibati vəzifələr nəzərdə tutulur:

1.9.1. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri;

1.9.2. Azərbaycan Respublikasının Dövlət müşaviri;

1.9.3. Azərbaycan Respublikası Prezidentinin Katibliyinin rəisi;

1.9.4. Azərbaycan Respublikası Prezidentinin müşaviri;

1.9.5. Azərbaycan Respublikası Prezidentinin köməkçisi;

1.9.6. Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi;

1.9.7. Azərbaycan Respublikası Prezidentinin Protokol Xidmətinin rəisi;

1.9.8. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini;

1.9.9. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında şöbə müdiri;

1.9.10. Azərbaycan Respublikası Prezidentinin Protokol Xidməti rəisinin müavini;

1.9.11. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında şöbə müdirinin müavini;

1.9.12. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin köməkçisi;

1.9.13. Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri və onun birinci müavini;

1.9.14. Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin müavini;

1.9.15. Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin köməkçisi;

1.9.16. dövlət orqanı aparatının rəhbəri;

1.9.17. dövlət orqanı aparatının rəhbərinin müavini;

1.9.18. dövlət orqanı rəhbərinin müşaviri, köməkçisi;

1.9.19. Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aparatları rəhbərlərinin köməkçiləri;

1.9.20. Azərbaycan Respublikası Baş nazirinin müavininin köməkçisi;

1.9.21. Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavininin köməkçisi;

1.9.22. Dövlət müşavirinin köməkçisi;

1.9.23. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) köməkçisi;

1.9.24. Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi;

1.9.25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri və onun müavini;

1.9.26. mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin rəhbərləri;

1.9.27. mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətləri rəhbərlərinin müavinləri;

1.9.28. yerli icra hakimiyyəti başçısının birinci müavini, müavini;

1.9.29. dövlət orqanı aparatında şöbə müdiri;

1.9.30. dövlət orqanı aparatında şöbə müdirinin müavini;

1.9.31. dövlət orqanında işlər müdiri;

1.9.32. dövlət orqanında işlər müdirinin müavini;

1.9.33. mərkəzi icra hakimiyyəti orqanları yanında, tabeliyində olan orqanların rəhbərləri;

1.9.34. mərkəzi icra hakimiyyəti orqanları yanında, tabeliyində olan orqanların rəhbərlərinin müavinləri;

1.9.35. sektor müdiri;

1.9.36. baş mühasib, baş məsləhətçi;

1.9.37. böyük məsləhətçi;

1.9.38. aparıcı məsləhətçi;

1.9.39. məsləhətçi, məhkəmə iclasının katibi, hakimin köməkçisi;

1.9.40. yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi və onun müavini;

1.9.41. yerli icra hakimiyyəti başçısının sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi və onun müavini.

1.10. Dövlət orqanlarında aşağıdakı yardımçı vəzifələr nəzərdə tutulur:

baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis (kargüzar, makinaçı, kuryer, arxiv qeydiyyatçısı, liftçi, sürücü və sair işçilər).

 

II. İnzibati və yardımçı vəzifələrin təsnifatları və adları:



2.1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə müvafiq olaraq inzibati vəzifələrin aşağıdakı təsnifatları və adları vardır:

2.1.1. İnzibati vəzifələrin ali təsnifatı:

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri;

Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Aparatının rəhbəri, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri;

Azərbaycan Respublikasının Dövlət müşaviri.

2.1.2. İnzibati vəzifələrin birinci təsnifatı:

Azərbaycan Respublikası Prezidentinin Katibliyinin rəisi;

Azərbaycan Respublikası Prezidentinin müşaviri;

Azərbaycan Respublikası Prezidentinin köməkçisi;

Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi;

Azərbaycan Respublikası Prezidentinin Protokol Xidmətinin rəisi;

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini;

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında şöbə müdiri;

Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin rəisi və onların birinci müavinləri;

Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aparatları rəhbərlərinin müavinləri və həmin dövlət orqanlarının aparatlarında şöbə müdirləri;

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri;

Azərbaycan Respublikası Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi, Azərbaycan Respublikası Hesablama Palatası, Məhkəmə-Hüquq Şurası və Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) aparatlarının rəhbərləri;

Azərbaycan Respublikası Baş nazirinin, Azərbaycan Respublikası Milli Məclisi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi sədrlərinin müşavirləri, köməkçiləri.

2.1.3. İnzibati vəzifələrin ikinci təsnifatı:

Azərbaycan Respublikası Prezidentinin Protokol Xidməti rəisinin müavini;

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında şöbə müdirinin müavini;

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin köməkçisi;

Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidməti rəisinin müavinləri;

Azərbaycan Respublikası Milli Məclisinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin aparatlarında şöbə müdirinin müavini;

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatında şöbə müdirinin müavini;

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Mətbuat xidməti rəhbərinin müavini;

Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər müdirləri və onların müavinləri;

Azərbaycan Respublikası Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi, Azərbaycan Respublikası Hesablama Palatası, Məhkəmə-Hüquq Şurası, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) aparatları rəhbərlərinin müavinləri və həmin dövlət orqanlarında şöbə müdirləri;

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müşaviri, köməkçisi;

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti və Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) aparatlarının rəhbərləri;

Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavininin və Azərbaycan Respublikası Baş nazirinin müavininin köməkçiləri;

Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin rəhbərləri, Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru;

Bakı Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini və müavini.

2.1.4. İnzibati vəzifələrin üçüncü təsnifatı:

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi;

Azərbaycan Respublikası Dövlət müşavirinin köməkçisi;

Azərbaycan Respublikası Prezidentinin Katibliyində sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi;

Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidməti rəisinin köməkçiləri;

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində şöbə müdiri, onun müavini, sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi;

Azərbaycan Respublikası Milli Məclisinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin aparatlarında sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi;

Azərbaycan Respublikası Milli Məclisi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi aparatları rəhbərlərinin köməkçiləri;

Azərbaycan Respublikası Milli Məclisinin İşlər müdirinin köməkçisi;

Azərbaycan Respublikası Milli Məclisinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin İşlər İdarəsində şöbə müdiri və şöbə müdirinin müavini, sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi;

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatında sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi;

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı rəhbərinin köməkçisi;

Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsində şöbə müdiri, onun müavini, sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi;

Azərbaycan Respublikası Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Azərbaycan Respublikası Hesablama Palatasının, Məhkəmə-Hüquq Şurasının, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) aparatlarında, Azərbaycan Respublikasının Baş Prokurorluğunda şöbə müdirinin müavini;

Azərbaycan Respublikasının Ali Məhkəməsi sədrinin, Azərbaycan Respublikasının Hesablama Palatası sədrinin və Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) köməkçiləri;

Azərbaycan Respublikası Ali Məhkəməsinin İşlər müdiri və onun müavini;

Azərbaycan Respublikası apellyasiya məhkəmələri, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanları və onlara bərabər tutulan orqanlar, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında olan icra hakimiyyəti orqanları, Milli Televiziya və Radio Şurası aparatlarının rəhbərləri və onların müavinləri;

Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri;

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi;

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) aparatlarının rəhbərlərinin müavinləri və onların aparatlarında şöbə müdirləri, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda və Naxçıvan Muxtar Respublikasının Prokurorluğunda şöbə müdirləri;

Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətləri rəhbərlərinin müavinləri, Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini.

2.1.5. İnzibati vəzifələrin dördüncü təsnifatı:

Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatında sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, məhkəmə iclasının katibi, hakimin köməkçisi;

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Azərbaycan Respublikası Hesablama Palatasının, Məhkəmə-Hüquq Şurasının və Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) aparatlarında sektor müdiri, baş mühasib, baş məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Azərbaycan Respublikasının Baş Prokurorluğunda sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi;

Naxçıvan Muxtar Respublikası Baş nazirinin müşaviri, köməkçisi;

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyi rəhbərinin müavini;

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) regional mərkəzlərinin rəhbərləri və onların müavinləri;

Azərbaycan Respublikası apellyasiya məhkəmələrinin, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının və onlara bərabər tutulan orqanların, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında olan icra hakimiyyəti orqanlarının, Bakı Şəhər İcra Hakimiyyəti başçısının, Milli Televiziya və Radio Şurasının aparatlarında şöbə müdirləri və onların müavinləri;

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) aparatlarında şöbə müdirlərinin müavinləri;

yerli icra hakimiyyəti (Bakı Şəhər İcra Hakimiyyəti istisna olmaqla) başçısının birinci müavini və müavini;

Bakı Şəhər İcra Hakimiyyəti başçısının köməkçisi;

Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının və onlara bərabər tutulan orqanların, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında olan icra hakimiyyəti orqanlarının rəhbərlərinin müşavirləri, köməkçiləri;

Milli Televiziya və Radio Şurası sədrinin köməkçisi.

2.1.6. İnzibati vəzifələrin beşinci təsnifatı:

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Aparatında sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, məhkəmə iclasının katibi, hakimin köməkçisi;

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin aparatında, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda və Naxçıvan Muxtar Respublikasının Prokurorluğunda, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın), Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının və onlara bərabər tutulan orqanların, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında olan icra hakimiyyəti orqanlarının, Bakı Şəhər İcra Hakimiyyəti başçısının, Milli Televiziya və Radio Şurasının aparatlarında və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Katibliyində sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi;

Azərbaycan Respublikası apellyasiya məhkəmələrinin aparatlarında sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, məhkəmə iclasının katibi, hakimin köməkçisi;

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi sədrinin və Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) köməkçiləri;

Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının Naxçıvan Muxtar Respublikası üzrə idarələrinin rəhbərləri və onların müavinləri;

Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanları aparatlarının rəhbərləri;

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyində sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi;

Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının, ağır cinayətlər məhkəmələrinin, inzibati-iqtisadi məhkəmələrin, hərbi məhkəmələrin aparatlarında şöbə müdiri və onun müavini, Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğunda və Bakı Şəhər Prokurorluğunda şöbə müdirləri;

Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin köməkçiləri;

Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrinin, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında, tabeliyində olan orqanların və Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının birbaşa tabeliyində olan orqanların rəhbərləri;

Azərbaycan Respublikası Ali Məhkəməsinin İşlər İdarəsində şöbə müdiri, onun müavini, sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Azərbaycan Respublikası Baş Prokurorluğunun maddi-texniki təminat funksiyalarını həyata keçirən şöbəsində sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi.

2.1.7. İnzibati vəzifələrin altıncı təsnifatı:

Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun aparatlarında, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) regional mərkəzlərində, Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasında, Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarında, Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurasında sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi;

ağır cinayətlər məhkəmələrinin, inzibati-iqtisadi məhkəmələrin, hərbi məhkəmələrin aparatlarında sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, məhkəmə iclasının katibi, hakimin köməkçisi, Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğunda və Bakı Şəhər Prokurorluğunda sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi;

yerli icra hakimiyyəti (Bakı Şəhər İcra Hakimiyyəti istisna olmaqla) başçılarının aparatlarında şöbə müdiri və onun müavini;

Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının Naxçıvan Muxtar Respublikası üzrə idarələrinin aparatlarında sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi;

Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrinin, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında, tabeliyində olan orqanların və Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının birbaşa tabeliyində olan orqanların rəhbərlərinin müavinləri;

Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında, tabeliyində olan orqanların yerli bölmələrinin rəhbərləri və onların müavinləri.

2.1.8. İnzibati vəzifələrin yeddinci təsnifatı:

yerli icra hakimiyyəti (Bakı Şəhər İcra Hakimiyyəti istisna olmaqla) başçılarının aparatlarında, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrində, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında, tabeliyində olan orqanlarda, rayon (şəhər) məhkəmələrinin aparatlarında, rayon (şəhər) prokurorluqlarında və hərbi prokurorluqlarında, Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin aparatlarında, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının birbaşa tabeliyində olan orqanlarda sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi;

Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətlərinin, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında, tabeliyində olan orqanların yerli bölmələrində sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi;

yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, onun müavini, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi;

yerli icra hakimiyyəti (Bakı Şəhər İcra Hakimiyyəti istisna olmaqla) başçısının köməkçisi.

2.2. İnzibati vəzifələrin Təsnifat Toplusunun 2-ci hissəsində göstərilən dövlət orqanları rəhbərlərinin və onların müavinlərinin adları qanunvericiliklə müəyyən edilir.

2.3. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 10.6-cı və 11.2-ci maddələrinə, habelə bu Təsnifat Toplusunun 1.10-cu bəndinə uyğun olaraq yardımçı vəzifələrin aşağıdakı təsnifatları və adları vardır:

2.3.1. Yardımçı vəzifələrin birinci təsnifatı:

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis;

Azərbaycan Respublikası Prezidentinin Katibliyində baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis;

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis;

Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aparatlarında baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis;

Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsində baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis.

2.3.2. Yardımçı vəzifələrin ikinci təsnifatı:

Azərbaycan Respublikası Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Azərbaycan Respublikası Hesablama Palatasının, Məhkəmə-Hüquq Şurasının, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) aparatlarında, Azərbaycan Respublikasının Baş Prokurorluğunda baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis;

Azərbaycan Respublikası Ali Məhkəməsinin İşlər İdarəsində və Azərbaycan Respublikası Baş Prokurorluğunun maddi-texniki təminat funksiyalarını həyata keçirən şöbəsində baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis.

2.3.3. Yardımçı vəzifələrin üçüncü təsnifatı:

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın), Azərbaycan Respublikası apellyasiya məhkəmələrinin və Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının aparatlarında, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Katibliyində, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının və onlara bərabər tutulan orqanların, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılan icra hakimiyyəti orqanlarının, Bakı Şəhər İcra Hakimiyyəti başçısının, Milli Televiziya və Radio Şurasının, Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun aparatlarında, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) regional mərkəzlərində, Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasının, Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının aparatlarında, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyində, ağır cinayətlər məhkəmələrinin, inzibati-iqtisadi məhkəmələrin, hərbi məhkəmələrin aparatlarında, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Naxçıvan Muxtar Respublikasının Prokurorluğunda, Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğunda və Bakı Şəhər Prokurorluğunda baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis;

Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının Naxçıvan Muxtar Respublikası üzrə idarələrinin aparatlarında baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis.

2.3.4. Yardımçı vəzifələrin dördüncü təsnifatı:

yerli icra hakimiyyəti (Bakı Şəhər İcra Hakimiyyəti istisna olmaqla) başçılarının, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrinin, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında, tabeliyində olan orqanların, rayon (şəhər) məhkəmələrinin aparatlarında, rayon (şəhər) prokurorluqlarında, hərbi prokurorluqlarında, Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin aparatlarında, Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının birbaşa tabeliyində olan orqanlarda baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis;

Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında, tabeliyində olan orqanların yerli bölmələrində baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis;

yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis.

2.4. Dövlət orqanının rəhbəri Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə razılaşdırmaqla, ştat cədvəlində həmin orqanın strukturunun profilini əks etdirən vəzifə adlarını nəzərdə tuta bilər.

2.5. İnzibati vəzifələrin Təsnifat Toplusunun 2-ci hissəsində nəzərdə tutulmayan vəzifələrin müvafiq təsnifatlara uyğunlaşdırılması qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən həll edilir.

 

III. İnzibati və yardımçı vəzifələrin ixtisas dərəcələri



 

3.1. Dövlət qulluqçusunun ixtisas dərəcəsi onun ixtisas səviyyəsini göstərir, vəzifə maaşına əlavə haqq almaq və sosial təminatlardan istifadə etmək, habelə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda dövlət qulluqçusuna inzibati vəzifə tutmaq hüququ verir.

3.2. İnzibati vəzifələrin təsnifatına uyğun olaraq aşağıdakı ixtisas dərəcələri verilir:

3.2.1. Təsnifat Toplusunun 2.1.1-ci yarımbəndində nəzərdə tutulan inzibati vəzifələrin ali təsnifatı üzrə – həqiqi dövlət müşaviri, 1-ci dərəcə dövlət müşaviri və 2-ci dərəcə dövlət müşaviri.

3.2.2. Təsnifat Toplusunun 2.1.2-ci yarımbəndində nəzərdə tutulan inzibati vəzifələrin birinci təsnifatı üzrə – 1-ci dərəcə dövlət müşaviri, 2-ci dərəcə dövlət müşaviri və 3-cü dərəcə dövlət müşaviri.

3.2.3. Təsnifat Toplusunun 2.1.3-cü yarımbəndində nəzərdə tutulan inzibati vəzifələrin ikinci təsnifatı üzrə – 2-ci dərəcə dövlət müşaviri, 3-cü dərəcə dövlət müşaviri və dövlət qulluğunun baş müşaviri.

3.2.4. Təsnifat Toplusunun 2.1.4-cü yarımbəndində nəzərdə tutulan inzibati vəzifələrin üçüncü təsnifatı üzrə – dövlət qulluğunun baş müşaviri, dövlət qulluğunun müşaviri və dövlət qulluğunun kiçik müşaviri.

3.2.5. Təsnifat Toplusunun 2.1.5-ci yarımbəndində nəzərdə tutulan inzibati vəzifələrin dördüncü təsnifatı üzrə – dövlət qulluğunun müşaviri, dövlət qulluğunun kiçik müşaviri və 1-ci dərəcə dövlət qulluqçusu.

3.2.6. Təsnifat Toplusunun 2.1.6-cı yarımbəndində nəzərdə tutulan inzibati vəzifələrin beşinci təsnifatı üzrə – dövlət qulluğunun kiçik müşaviri, 1-ci dərəcə dövlət qulluqçusu və 2-ci dərəcə dövlət qulluqçusu.

3.2.7. Təsnifat Toplusunun 2.1.7-ci yarımbəndində nəzərdə tutulan inzibati vəzifələrin altıncı təsnifatı üzrə – 1-ci dərəcə dövlət qulluqçusu, 2-ci dərəcə dövlət qulluqçusu və 3-cü dərəcə dövlət qulluqçusu.

3.2.8. Təsnifat Toplusunun 2.1.8-ci yarımbəndində nəzərdə tutulan inzibati vəzifələrin yeddinci təsnifatı üzrə – 2-ci dərəcə dövlət qulluqçusu, 3-cü dərəcə dövlət qulluqçusu və kiçik dövlət qulluqçusu.

3.3. Yardımçı vəzifələrin təsnifatına uyğun olaraq aşağıdakı ixtisas dərəcələri verilir:

3.3.1. Təsnifat Toplusunun 2.3.1-ci yarımbəndində nəzərdə tutulan yardımçı vəzifələrin birinci təsnifatı üzrə – dövlət qulluğunun baş referenti, dövlət qulluğunun böyük referenti və dövlət qulluğunun 1-ci dərəcə referenti.

3.3.2. Təsnifat Toplusunun 2.3.2-ci yarımbəndində nəzərdə tutulan yardımçı vəzifələrin ikinci təsnifatı üzrə – dövlət qulluğunun böyük referenti, dövlət qulluğunun 1-ci dərəcə referenti və dövlət qulluğunun 2-ci dərəcə referenti.

3.3.3. Təsnifat Toplusunun 2.3.3-cü yarımbəndində nəzərdə tutulan yardımçı vəzifələrin üçüncü təsnifatı üzrə – dövlət qulluğunun 1-ci dərəcə referenti, dövlət qulluğunun 2-ci dərəcə referenti və dövlət qulluğunun 3-cü dərəcə referenti.

3.3.4. Təsnifat Toplusunun 2.3.4-cü yarımbəndində nəzərdə tutulan yardımçı vəzifələrin dördüncü təsnifatı üzrə – dövlət qulluğunun 2-ci dərəcə referenti, dövlət qulluğunun 3-cü dərəcə referenti və dövlət qulluğunun kiçik referenti.

 

IV. İnzibati və yardımçı vəzifələrin tutulması üçün ixtisas tələbləri



4.1. İnzibati vəzifələrin tutulması üçün ixtisas tələbləri qanunvericilik, icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanlarının funksiyalarının təmin edilməsi və inzibati vəzifənin icra olunması üçün inzibati vəzifəni tutmaq iddiasında olan şəxsə münasibətdə zəruri təhsilin və hazırlığın olmasını əks etdirir, habelə həmin şəxsin səriştəsinin müəyyən edilmiş funksiyalara uyğunluğunu təmin edir.

4.2. İnzibati vəzifə iddiasında olan şəxsin müvafiq (profilli) ali təhsili olmalıdır. Həmin şəxsin başqa ali təhsili olduqda, o, ixtisasını dəyişdirib iddiasında olduğu inzibati vəzifənin profilini öyrənməlidir. İnzibati vəzifə iddiasında olan şəxs Azərbaycan Respublikasının Konstitusiyasını, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununu, müvafiq inzibati vəzifələr sahəsində münasibətləri tənzimləyən normativ hüquqi aktları bilməli və eləcə də öz funksional vəzifələrinin icrası ilə əlaqədar olaraq öz ixtisasına müvafiq digər zəruri biliklərə malik olmalıdır.



4.3. Yardımçı vəzifə iddiasında olan şəxsin tam orta təhsili olmalıdır. Yardımçı vəzifə iddiasında olan şəxs müvafiq yardımçı vəzifələr sahəsində münasibətləri tənzimləyən normativ hüquqi aktları bilməli və eləcə də öz funksional vəzifələrinin icrası ilə əlaqədar olaraq öz ixtisasına müvafiq digər zəruri biliklərə malik olmalıdır.

4.4. İnzibati və yardımçı vəzifələr sahəsində əlavə tələblər qanunvericiliklə və vəzifə təlimatları ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq müəyyən edilir.
Yüklə 21,16 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin