İPƏk yolu, No. 1, 2020



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə4/5
tarix02.01.2022
ölçüsü0,57 Mb.
#41387
növüXülasə
1   2   3   4   5
21ImanovaA

Ключевые  cлова:    национальное  движение, 

большевистская оккупация, национальная идео-

логия, русская оккупация 

 

1900-1918-ci  illər  XX  əsr  Azərbaycan  tarixinin  ən  mürəkkəb  və  siyasi  hadisələrlə 



zəngin  bir  dövrüdür.  Məhz  bu  dövrdə  dünyada  baş  verən  mühüm  tarixi  proseslərin 

kontekstində Azərbaycanın ictimai-siyasi həyatında köklü dəyişikliklər baş verirdi. Birinci rus 

inqilabı  və  Birinci  dünya  müharibəsi,  Rusiyada  1917-ci  il  Fevral  burjua-demokratik 

inqilabının  sonucu  olaraq  Romanovlar  sülaləsinin  devrilməsi  və  ictimai-siyasi  azadlıqların 

əldə edilməsi Rusiyanın müstəmləkə zülmü altında yaşayan xalqlarının istiqlal mübarizəsini 

leqallaşdırmış oldu. Azərbaycan milli azadlıq hərəkatının inkişaf tarixinin  ən yüksək zirvəsi 

də məhz bu dövrə təsadüf edir.  



A. İMANOVA: CƏNUBİ QAFQAZ DÖVLƏTÇİLİYİ SİSTEMİNDƏ AZƏRBAYCAN… 

 

 



 

183 


 

XX əsrdə dünya tarixində əsaslı dönüşə səbəb olan siyasi hadisələr sırasında Rusiyada 

baş  verən  inqilablar  nəticəsində  yeni  siyasi  ideoloji  cərəyanın  meydana  gəlməsi,  1917-ci  il 

Oktyabr  çevrilişi  nəticəsində  dünyanın  siyasi  inkişaf  tarixində  yeni  ictimai  quruluşun 

formalaşması,  çar  Rusiyasının  müstəmləkə  sisteminin  bolşevik  Rusiyası  tərəfindən  yenidən 

bərpa edilməsi xüsusi yer tutur. Dünya ölkələrinin siyasi-ictimai sistemini iki qütbə bölən bu 

hadisələr Azərbaycandan da yan keçməmişdir.  

 

1917-ci il Fevral burjua demokratik inqilabı Rusiya və dünya tarixi üçün gözlənilməz 



olsa  da,  XX  əsrin  əvvəllərindən  Rusiyada  cərəyan  edən ictimai-siyasi  hadisələrin  və  iqtisadi 

proseslərin  qanunauyğun  nəticəsi  sayıla  bilər.  XX  əsrin  əvvəllərindən  başlayaraq  bütün 

dünyanı  bürüyən  iqtisadi  böhranlar  (1900-1903-cü  və  1908-1909-cu  illər),  Rusiya 

imperiyasının  xarici  siyasətini  iflasa  uğradan  Rus-Yapon  müharibəsindəki  məğlubiyyəti, 

1905-ci  ildən  başlanan  inqilabi  hərəkat  Azərbaycanda  syasi  fəallığı  artırdı  və  milli  azadlıq 

hərəkatının  xarakterinin  və  istiqamətinin  dəyişməsinə  səbəb  oldu.  Bu  labüd  bir  proses  idi. 

Çünki bütün dünya tarixinin təcrübəsində müşahidə olunduğu kimi “müstəmləkə xalqlarının 

azadlıq  hərəkatının  tarixini  əslində  iki  əsas  mərhələyə ayırmaq  olar.  İlkin  mərhələsinin  əsas 

hədəfi və məqsədini milli-mədəni problematika təşkil edən bu hərəkatın, ikinci mərhələsinin 

əsas amalı bilavasitə siyasi müstəqilliyə nail olmaqdır” [1, s.39].  

 

Azərbaycan milli istiqlal hərəkatı tarixinin fərqli cəhətlərndən biri də odur ki, bolşevik 



işğalı  nəicəsində  yenidən  milli  dövlətçiliyindən  məhrum  olduğuna  və  milli  siyasi  dövlət 

xadimləri  məhv  edildiyinə  görə  hərəkatın  bolşevik  işğlından  sonrakı  mərhələsinin  aparıcı 

qüvvəsi yenidən milli ziyalılar və onların ədəbi-ictimai fəaliyəti olmuşdur..  

Milli  hərəkatın  ilk  mərhələsinin  mədəni-maarifçilik  xarakteri  alması  isə  müstəmləkə 

rejiminin artıq siyasi müstəqilliyini itirmiş xalqın mədəni-ictimai həyatına müdaxiləsinə qarşı 

mücadiləsinin  baş  qaldırması  demək  idi.  Rusiya  imperiyasının  müstəmləkə  siyasətinin  əsas 

xətti  əsarət  altına  aldığı  xalqları  milli  adət-ənənələrdən  uzaq  salmaq,  mədəniyyətinə  laqeyd 

buraxmaq,  yəni “ruslaşdırmaq” olmuşdur. “Öz əhalisinin ağlı, insafı və sair hissiyatı bizimki 

kimi təzyq altında deyildir. Kimsə kimsəyə təərrüz etməz, zirdəst və zəbərdətlik əhvalatı ola 

bilməz...  Bu  gün  bizim  və  Ümumrusiyanın  içində  hər  an  vüqu  bulan  fəna  və  murdar 

hərəkətlərin ümdə səbəbi hürriyyətsizlikdir” [7, s.124]. 

Buna  görə  də  rus  işğalının  ilk  anlarından  etibarən  siyasi  müstəqilliyini  iitrmiş  və  

məntiqi  olaraq,  milli  siyasi  xadimlərindən  məhrum  olan  Azərbaycan  xalqının  milli  azadlıq 

mübarizəsini  mədəni  xadimlərimiz  yürütmüşdür.  Yaşar  Qarayev  belə  hesab  edir  ki, 

Azərbaycan  ziyalılarının  ədəbi-bədii  yaradıcılığında  əks  olunan  ictimai  fikir  həmin  dövrün 

bədii sənədləri sayılmalıdır [4, s. 6].   

Azərbaycan  sovet  tarixşünaslığında  uzun  müddət  ölkənin  Rusiyaya  ilhaq  edilməsinin 

müsbət  cəhətləri  tədqiqat  obyekti  olmuşdur.  Əksinə,  “...rus  işğaliyle  Azerbaycanın  iktisadi 

durumu uzun zaman gerilemişdir.  Çünki o çağda ruslar iktisadi bir  deger olaraq hiç bir şey 

ifade etmiyorlardı. İlele petrolçuluqdan hiç bir şey anlamıyorlardı” [8, s.27-28]. “Rus istilası 




İPƏK YOLU, No.1, 2020

 

Azərbaycan Universiteti 



 

 

184 



Azərbaycanın  hər  sahəsində  olduğu  kimi,  sənaye  və  ticarət  sahələrində  də  bir  durğunluq 

yaratmış, mövcud burjuaziyanı məhv etmişdir” [3, s.19]. 

I  Rus  inqilabı  Azərbaycan  milli  hərəkatına  xüsusi  azadlıq  abu-havası  bəxş  etdi.  I 

Dövlət  Dumasının  təsisi  və  1905-ci  il  Oktyabr  manifesti  siyasi  partiyaların  yaranmasının 

əsasını  qoydu və liberal yönümlü  ziyalılara fəaliyyətlərini leqallaşdırmaq imkanı  verdi. Sərt 

diktatura  rejiminin  yumşalması,  söz,  mətbuat  azadlığı  üçün  yaranmış  zəmin  Azərbaycanda 

ziyalıların  ana  dilində  mətbuat  orqanlarının  nəşrini  bərpa  etməsi,  siyasi  partiyaların, 

cəmiyyətlərin,  dərnəklərin  fəaliyyəti  üçün  şərait  yaratdı.  Çünki  milli  suveren,  müstəqil 

Azərbaycan dövlətdən, cəmiyyətdən əvvəl ideologiyada mövcud olmuşdur. Məhəmməd Əmin 

Rəsulzadəni, Nəsibbəy Usubbəyovu, Fətəli xan Xoyskini bədii fikir ictimai təfəkkürdən daha 

əvvəl yaratmışdı [4, s.6].  

 

Tədqiqatçıların  fikrincə,  XX  əsrin  əvvəllərində  Azərbaycanda  siyasi-ictimai  fikrin 



inkişafı  tarixində  iki  əsas  cərəyan  hökm  sürürdü:  1)  Liberal  cərəyanın  nümayəndələri  milli 

istiqlal  üzrə  öz  proqramlarını  qanunun  yol  verdiyi  çərçivədə  gerçəkləşdirməyi  nəzərdə 

tuturdu;  2)  Radikal  cərəyanın  nümayəndələri  isə  məqsədlərinə  çatmağın  yeganə  yolunu 

mövcud quruluşun tam dəyişməyində görürdülər.  

 

Azərbaycan  liberal  cərəyanının  lideri  görkəmli  ictimai-siyasi  xadim  Əlimərdan  bəy 



Topçubaşov idi. İnqilabçı millətçi cərəyanın əsas qüvvəsini gənclər təşkil edirdi və baxışları 

Rusiya  Sosial-Demokrat  partiyasının  proqramının  prinsiplərinə  çox  yaxın  idi.  “Məhz 

Azərbaycanın inqilabi fikirli adamlarının daha çox rus inqilabçıları ilə bağlı olan “Hümmət” 

təşkilatında birləşməsi də bu amilə bağlıdır” [16, s.32]. 

 

1904-cü  ilin  axırlarında  “Müsəlman  demokratik  Müsavat”  cəmiyyətinin  əsasında 



RSDFP-nin  Bakı  komitəsinin  nəzdində  müsəlman  sosial-demokratik  “Hümmət”  təşkilatı 

yaradılmışdı.  H.  Baykara  “Hümmət”i  Azərbaycanda  yaranan  ilk  türk  siyasi  təşkilatı 

adlandırmışdı. Bu təşkilat Mir Həsən Mövsümov, Məhəmməd Həsən Hacınski və Məhəmməd 

Əmin  Rəsulzadə  tərəfindən  yaradılmışdı.  1905-ci  ildən  “Hümmət”in  üzvləri  arasına  M. 

Əzizbəyov,  N.  Nərimanov,  S.M.  Əfəndiyev  kimi  inqilabçıların  da  adları  qatılmışdı.  I  Rus 

inqilabından sonra “Hümmət” artıq yarımmüstəqil fəaliyyət dövrünə qədəm qoymuşdu. Sovet 

tarixşünaslığında sırf bolşevik qurumu kimi təqdim olunmuş “Hümmət” təşkilatı mahiyyətcə 

sosial-demokrat ruhlu olmuşdur və onun sıralarında 1910-1911-ci illərə qədər müxtəlif fikirli, 

fərqli siyasi platformaya malik ziyalılar birləşmişdilər [14, s.89]. 

 

Rus  mütləqiyyəti  müstəmləkələrdə  genişlənən  milli  hərəkatın  qarşısını  almaq 



məqsədilə müxtəlif tədbirlərə əl atmağa başlayır. Müstəmləkə xalqları arasında milli ədavətin 

qızışdırılması çarizmin əl atdığı tədbirlərin ən başlıcası idi. Azərbaycanda 1905-ci ilin fevral 

ayından  etibarən  ermənilərlə  azərbaycanlılar  arasında  başlanan  milli  münaqişə  çarizmin 

gözlədiyi  nəticəni  vermədi.  Əksinə,  milli  mücadilə  daha  yeni  bir  istiqamətə  şaxələndi  və 

bununla  azərbaycanlıların  siyasi  həyatında  mütləqiyyətə  qarşı  etiraza  və  siyasi  intibah 

prosesinə anti-erməni xarakteri də əlavə olundu [16, s.32]. Çarizmin Azərbaycana köçürdüyü 




A. İMANOVA: CƏNUBİ QAFQAZ DÖVLƏTÇİLİYİ SİSTEMİNDƏ AZƏRBAYCAN… 

 

 



 

185 


ermənilərlə  yerli  əhali  arasında  apardığı  ayrı-seçkilik  və  anti-müsəlman  siyasəti  Azərbaycan 

türklərində ümumtürk birliyi ideyasını daha da gücləndirdi. 

 

XX  əsrin  əvvəllərində  Azərbaycanda  milli  hərəkatı  və  ümumtürk  birliyi  ideyasını 



gücləndirən amillərdən biri də Balkan müharibələrinin başlanması oldu. Müharibənin xristian-

müsəlman  qarşıdurması  xarakteri  Rusiya  imperiyasında  qeyri-rus  millətlərin  mucadiləsində 

milli  cərəyanı  daha  da  qabartdı  və  imperiya  daxilindəki  müxalifətçilər  arasında  ixtilaflara 

səbəb oldu. Bu isə rus inqilabçılarının “beynəlmiləlçilik, istibdada qarşı birlik” şüarlarının nə 

qədər  boş  olduğunu  açıq  göstərdi.  Bununla  da  Azərbaycanda  yaranmış  siyasi  partiyalar 

arasında  millətçiliyə  meyl  daha  da  güclənmiş  oldu.  Ümumtürk  birliyi  ideyasının  bu  qədər 

güclənməsinin  bir  səbəbi  də  Osmanlı  dövlətinin  Qafqazda  türkçülük  və  islamçılıq  təbliğatı 

aparması idi.  

 

Milli  əsasa  dayanan,  milləti  dini  fikirlər  ərafında  birləşdirən  ilk  təşkilat  1911-ci  ilin 



oktyabr ayında Bakıda yaranan Müsəlman Demokratik Müsavat partiyası oldu. Azərbaycanın 

ictimai-siyasi inkişafı tarixində ikinci mühüm siyasi partiya olan “Müsavat”ın ilk proqramının 

əsas qayəsi “bütün müstəqil müsəlman dövlətlərinin istiqlallarını qorumaq və bütün məhkum 

müsəlman millətlərin istiqlala qovuşmalarına kömək etməkdir” [13, s.5]. 

 

“Müsavat”  partiyasının  fəaliyyətinin  ilkin  dövrünün  islamiyyət  ruhlu  olması  tarixi 



zərurətdən  doğan  bir  amil  idi  və  birinci  dünya  müharibəsinə  qədər  bütün  milli  azadlıq 

hərəkatında  islamçılıq  aparıcı  xətt  və  milli  özünüdərkin  mühüm  amillərindən  biri  olmuşdur 

[10, s.22]. 1912-ci ildə “slavyan xalqlarının türk ağalığından azad edilməsi” şüarı ilə başlayan 

Balkan  müharibələri,1911-1912-ci  illər  İtaliya-Osmanlı  müharibəsi  və  beynəlxalq  aləmdə 

yaranmış  mürəkkəb  vəziyyət  müsəlman  həmrəyliyi  zərurətini  doğurmuşdu.  Mərkəzi 

Komitəsinin ilk tərkibi Kərbəlayı Vəli Mikayılov, Əli Abbas Müznib, Abbasqulu Kazımzadə 

və  Tağı  Nağıyevdən  ibarət  olan  [16,  s.36]  “Müsavat”  partiyasının  ilk proqramının  əsas  xətti 

müsəlman  ölkələrinin  müstəqilliyinin  qorunması  və  müsəlman  millətlərin  istiqlaliyyəti 

uğrunda  mücadilə  idi.  Azərbaycan  milli  hərəkatının  liderləri  imperiyanın  müsəlman 

xalqlarının rus müstəmləkəçiliyinə qarşı birləşməsi uğrunda da mücadilə edirdilər. Onlar başa 

düşürdülər  ki,  milli  özünüdərki,  mədəni  irsi  və  tarixi  dəyərləri  ayrılıqda  qorumaq  olduqca 

çətin olacaq. “Müsəlman birliyi” ideyası müsəlmanların milli azadlığına, mədəni inkişafına və 

ictimai  tərəqqisinə  nail  olmaq  istəyirdi.  Bütün  bu  prinsiplər  Rusiya  müsəlmanlarının  I 

qurultayında 1905-ci il avqust ayının 15-də yaradılan “Ümumusiya müsəlmanları ittifaqı”nın 

(“İttifaqi-müslimin”)  proqramında  və  nizamnaməsində  əks  olunmuşdu.  “İttifaqi-  müslimin” 

proqramıının müəllifi də Əlimərdan bəy Topçubaşov idi.  

 

Ümumrusiya  müsəlmanlarının  qurultaylarında  irəli  sürülən  tələblərin  mütərəqqi 



xarakteri  Rusiyanın  rəsmi  dairələri  arasında  bu  zamana  qədər  müsəlmanların  qazandığı 

etimadın  təmamilə  itirilməsinə  səbəb  oldu  [1,  s.48].  Nəticədə  “İttifaqi-müslimin”  leqal 

fəaliyyətinə izn verilmədi, bir çox bölgələrdə müsəlmanların mətbuat orqanları bağlandı, milli 

hərəkatın liderləri siyasi təqib və təzyiqlərə məruz qaldılar. Bununla da zaman, yarandığı ilk 

günlərdən  türk  xalqlarının  zorla  etnik  kökdən  uzaqlaşdırılması  və  “rüslaşdırmaq”  siyasətinə 



İPƏK YOLU, No.1, 2020

 

Azərbaycan Universiteti 



 

 

186 



qarşı mədəni-ideoloji sədd kimi nəzərdə tutulan “türk birliyi” ideyasının mədəni türkçülükdən 

sonrakı siyasi və etnik türkçülük mərhələlərində inkişafını zəruri etdi. 

1917-ci  il  Fevral  burjua-demokraik  inqilabından  1922-ci  ilə  kimi  davam  edən  qısa 

zaman  kəsiyində  Rusiyanın  daxilində  və  beynəlxalq  aləmdə  sürətlə  inkişaf  edən  siyasi 

hadisələrin  fonunda  milli  hərəkat  “mədəni  muxtariyyat”  uğrunda  mübarizədən  “milli  ərazi 

muxtariyyatı”,  daha  sonra  isə  “milli  istiqlal”  uğrunda  mübarizə  dönəmlərinə  atladı  və  bu 

mübarizə 1918-ci il may ayının 18-də Azərbaycan Cümhuriyyətinin yaranması ilə sonuclandı. 

Daha  sonra  Azərbaycan  Cümhuriyyətinin  əsrlərə  bərabər  bu  iki  illik  müstəqilliyi  bu  dəfə 

bolşevik  Rusiyasının  təcavüzünün  qurbanı  oldu,  ölkənin  müstəqilliyi  əməli  olaraq,  formal 

müstəqilliklə  əvəz  olundu,  az  sonra  isə,  daha  dəqiq  desək,  1922-ci  ildə  bu  “formallıq”  da 

aradan qaldırılaraq, Azərbaycan Sovet imperiyasının tərkibinə daxil edildi [11, s.3]. 

 

Yaşanan dönəmdə cəmiyyətin bütün ziddiyyətləri və bu ziddiyyətlərin məntiqi nəticəsi 



olaraq baş verən Birinci dünya müharibəsi Rusiya daxilində müxalifətin fəaliyyətini daha da 

gücləndirdi.  Müharibənin  törətdiyi  mərhumiyyətlər  isə  öz  növbəsində  ictimai-siyasi 

münasibətləri  də  kəskinləşdirdi.  Osmanlı  dövləti  Birinci  dünya  müharibəsinin  gedişində 

Rusiyaya qarşı hərbi əməliyyatlar başlatmaqla yanaşı türkçülük ideologiyasını ölkənin rəsmi 

siyasətinin əsas xətti kimi yürüdürdü. Türk hərbi xadimi Ənvər paşa Rusiyaya qarşı aparılan 

hərbi əməliyyatların əsas məqsədini Rusiya imperiyası tərkibində olan bütün türk xalqlarının 

çarizmin  əsarətindən  azad  edilməsi  və  Böyük  Turan  dövlətinin  tərkibinə  daxil  edilməsində 

görürdü [11, s.32]. Azərbaycan ziyalılarının da bir qrupu üçün “türk birliyi” ideyası vahid türk 

milləti  və  dövlətinin  yaradılması  üçün  əsas  ideya  xətti  oldu.  Bu  ziyalılar  qrupunun  ən 

görkəmli  nümayəndəsi  Əli  bəy  Hüseynzadə  idi.  Əli  bəy  Hüseynzadə  və  Əhməd  Ağaoğlu 

1915-ci  ldə  yaradılan  “Rusiya  Məhkumu  Müsəlman  Türk  Tatarların  Hüquq  Müdafiə 

Cəmiyyəti”nin  fəaliyyətində  Yusif  Akçura,  Kadı  Əbdürrəşid  İbrahim,  Mehmed  Əsəd 

Çələbizadə,  Mukimeddin  Beycan,  Molla  M.Cihan  kimi  türkçü-turançılarla  çiyin-çiyinə 

çalışmışlar.  Qurumun  Rusiya  müsəlmanlarının  problemlərini  Mərkəzi  Avropa  dövlətlərinin 

rəsmi dairələrinə ulaşdırmaq üçün təşkil olunan 4 nəfərlik “Turan Heyəti”nin üzvlərindən biri 

də Əli bəy Hüseynzadə idi.  

Azərbaycan  aydınlarının  fikrincə,  bu  birliyin  özəyi  Osmanlı  imperiyası  və  Osmanlı 

türkləri  olmalı  idi.  Lakin  buna  baxmayaraq,  Azərbaycan  milli  hərəkatının  ideologiyası 

regionun  digər  xalqlarının  siyasi  partiyalarının  proqramlarından  liberallığı  ilə  fərqlənirdi. 

Birinci  dünya  müharibəsinə  qədər  öz  xalqlarının  azad  milli  inkişafını  birbaşa  hüquqi  dövlət 

problemlərinin  həlli  ilə  bağlayan  gürcü,  Şimali  Qafqaz  və  digər  xalqların  inqilabi 

xadimlərindən  fərqli  olaraq,  Azərbaycan  milli  aydınları  öz  xalqı  və  imperiyanın  digər  türk 

millətləri üçün bərabər hüquqlar, müstəqil və azad milli mədəniyyətin, dinin inkişafına imkan 

verilməsi tələbi ilə çıxış edirdilər. Azərbaycan ziyalılarının Azərbaycanın siyasi müstəqilliyini 

əsas  proqram  xətti  kimi  yalnız  Birinci  dünya  müharibəsi  başlayandan  sonra,  Osmanlı 

dövlətinin “ümumtürk birliyi” və “Turançı”siyasətinin təsirilə irəli sürürlər və müstəqil dövlət 




A. İMANOVA: CƏNUBİ QAFQAZ DÖVLƏTÇİLİYİ SİSTEMİNDƏ AZƏRBAYCAN… 

 

 



 

187 


yaratmaq  məsələsi  gündəmə  daxil  olur.  Ömər  Faiq  Nemanzadəyə  görə,  Sarıkamışda  on 

minlərcə  şəhid  verən  Osmanlı  dövləti,  Qafqaza  istiqlal  gətirməzdən  ziyadə  bölgəni  özünə 

ilhaq  etməliydi  [2,  s.48].  1915-ci  ilin  fevral  ayında  Gəncədə  fəaliyyət  göstərən  “Difai” 

təşkilatının nümayəndəsi Əmiraslan xan Xoyski Ənvər paşaya gələcək Azərbaycan dövlətinin 

layihəsini  təqdim  edir.  Lakin  bu  layihədə  Osmanlı  dövlətinin  nəzərdə  tutduğu  kimi, 

Azərbaycanın Osmanlı imperiyasına ilhaqından söhbət getmirdi. Təşkilatın son məqsədi tam 

siyasi  müstəqil  dövlətin  yaradılması  idi.  Osmanlı  dövlətini  buna  razı  salmaq  müqabilində 

Azərbaycan milli liderləri Dağıstan və Cənubi Qafqaz müsəlmanlarını Rusiyaya qarşı üsyana 

qaldırmağa söz verirdilər. Bununla da ilk dəfə Qafqazda Rusiya və Osmanlı dövləti arasında 

bufer  rolunu  oynayacaq  bir  müsəlman  dövlətinin  qurulması  fikri  ortaya  atılmış  oldu  [11, 

s.47]. 

 

Birinci dünya müharibəsinin nəticələri Rusiya üçün ağır və gözlənilməz oldu. 1917-ci 



ilin  əvvəllərində  Rusiya  daxilində  siyasi  və  iqtisadi  böhran  ən  son  həddinə  çatmışdı.  Fevral 

ayının 23-də başlanan dinc etiraz nümayişləri və tətil hərəkatı tezliklə silahlı üsyana çevrildi. 

1917-ci  il  fevral  ayının  27-də  artıq  Peterburq  üsyançıların  əlində  idi.  Belə  bir  şəraitdə  mart 

ayının  2-də  rus  imperatoru  səlahiyyətlərinin  qardaşı  Mixail  Aleksandroviçə  devr  edilməsi 

haqqında  akt  imzaladı.  Mart  ayının  4-də  Mixail  Aleksandroviç  isə  “Rusiya  Dövlətinin  yeni 

idarə üsulu və əsas qanunları haqqında” sənəd imzaladı. Bu 300 illik Romanovlar sülaləsinin 

sonu  və  müstəmləkə  xalqlarının  istilasının  yeni  mərhələsinin  başlanğıcı  oldu.  Son  dövr 

tədqiqatları  təmamilə  təsdiq  edir  ki,  sovet  tarixşünaslığının  iddia  etdiyi  kimi  Fevral  burjua 

demokratik  inqilabına  bolşevik  partiyası  rəhbərlik  etməmişdir.  Bunu  bolşevik  partiyasının 

rəhbəri  V.İ.  Leninin  1917-ci  ilin  yanvarında  yazdığı  “Biz  qocalar  ola  bilər  ki,  qarşıda 

gözlənilən  inqilabın  həlledici  döyüşlərini  görməyək...”  sözləri  sübut  edir  [1,  s.55].  Fevral 

inqilabından dərhal sonra , aprel ayında isə o qeyd edirdi ki, “...inqilab heç kimin gözləmədiyi 

şəkildə baş verdi” [1, s.55]. 

 

1917-ci  il  mart  ayının  2-də  Müvəqqəti  hökumət  yaradıldı.  Müvəqqəti  hökumətin  3 



mart  bəyannaməsi  və  Rusiya  vətəndaşlarına  imzalanan  6  mart  müraciətində  bütün  siyasi  və 

dini məzhəblər üzrə əfv verəcəyini; söz, mətbuat, cəmiyyətlər, iclas və tətillər azadlığı; dini və 

milli  məhdudiyyətlərin  aradan  qaldırılması;  Müəssislər  Məclisinin  çağrılması  nəzərdə 

tutulurdu.  Lakin tezliklə aydın oldu ki,  Müvəqqəti hökumət  milli məsələdə dəyişiklik  etmək 

fikrində deyil. Yalnız milli azadlıq hərəkatının təzyiqi altında Müvəqqəti hökumət 1917-ci il 

mart  ayının  20-də  milli  və  dini  məhdudiyyətlərin  ləğv  olunması  haqqında  Dekret  imzaladı. 

Lakin  bu  dekretdə  muxtariyyət  və  siyasi  özünütəyin,  dövlət  müəssisələrində  və  təhsil 

ocaqlarında ana dilinin tətbiqi haqqında heç nə qeyd olunmurdu. Millətlərin öz müqəddəratını 

həll etmək hüququ məhdud formada da olsa, yalnız polyak və fin xalqları üçün tanındı. Bu da 

yeni, artıq “demokratik” dövlətin anti müsəlman ruhunun göstəricisi idi. Deməli, Müvəqqəti 

hökumətin də milli siyasəti mütləqiyyətin siysətindən heç nə ilə fərqlənməyəcəkdi. Bu amil 

milli  hərəkat  liderləri  ilə  rus  inqilabçıları  arasında  ilk  fikir  ixtilaflarına  səbəb  oldu.  Artıq 

1917-ci  ilin  fevral  ayından  Azərbaycan  milli  liderləri  azərbaycanlıların  xüsusi  millət  kimi 



İPƏK YOLU, No.1, 2020

 

Azərbaycan Universiteti 



 

 

188 



siyasi  konstitusiya  hüququ  və  Rusiya  dövləti  tərkibində  ərazi  muxtariyyəti  uğrunda 

mücadiləyə  başladılar.  Bununla  da  Azərbaycan  milli  azadlıq  hərəkatı  siyasi  fəaliyyət 

mərhləsinə qədəm qoydu. 

 

Azərbaycan  milli  azadlıq  hərəkatının  Fevral  burjua  demokratik  inqilabından  sonrakı  



siyasi fəaliyyət mərhələsinin əsas amalı azərbaycanlıların milli ərazi muxtariyyatı formasında 

dövlət orqanlarını qurmaq idi. Lakin Müvəqqəti hökumət milli muxtariyyatın əldə edilməsinə 

mane olmaq üçün müstəmləkələrdə öz idarə orqanlarını yaratmağa başladı. Qafqaz canişinliyi 

ləğv olundu və 1917-ci imart ayının 9-da Xüsusi Cənubi Qafqaz Komitəsi yaradıldı. XCQK-

nin  üzvləri Dövlət  Dumasının Qafqazdan  seçilmiş  deputatları idi və regionda məskunlaşmış 

hər üç milləti təmsil edirdi. Lakin XCQK-nin fəaliyyəti birbaşa Müvəqqəti hökumətə tabe idi. 

Fevral inqilabının ilk günlərindən etibarən Azərbaycanda iki yerli hakimiyyət orqanı – İctimai 

Təşkilatlar Şurası və Müvəqqəti Hökumətin Bakı nümayəndəliyi sayılan İcraiyyə Komitəsi – 

yaradıldı. 

 

İTİK  tərkibinə  Bakının  bütün  siyasi  təbəqələrinin  nümayəndələri  daxil  idi.  Qurum 



1917-ci ilin martında əhaliyə müraciətində hamını vətənin rifahı naminə Müvəqqəti hökumətə 

tabe  olmağa  çağırdı.  İTİK  yaradılması  ilə  yanaşı  yerli  sosialist  partiyaları  Fəhlə  Deputatları 

Sovetinin  təşkilinə  başladılar.  Mart  ayının  4-6-da  Bakı  Fəhlə  Deputatları  Soveti  yaradıldı. 

Bakı Sovetinin tərkibi 52 deputatdan ibarət  idi. Deputatların  əksər  hissəsi  eser və menşevik 

partiyalarının  nümayəndələri  idi.  Bu  qurumda  bolşevik  partiyasının  nümayəndələri  azlıqda 

qalmışdı. Fraksiyanın tərkibində bolşeiklərin cəmi 9 nümayəndəsi var idi. Bu göstərici həmin 

dövr üçün bolşevik partiyasının hələ də lazımi siyasi-ictimai nüfuz qazanmadığını əks edirdi. 

 

Fevral  hadisələrindən  dərhal  sonra  Azərbaycanda  müxtəlif  siyasi  ideoloji  istiqamətli 



partiya və təşkilatlar yaranmağa başladı. 1917-ci ilin fevral ayından sonra “Müsavat” partiyası 

açıq fəaliyyətə başladı və paratiyanın proqramında “millətçilik” “islam birliyi” ideologiyasını 

üstələməyə başlayır. Bunun əsas səbəbi isə partiyanın lideri M.Ə.Rəsulzadənin fəaliyyəti ilə 

bağlı  idi.  Gənclik  illərində  “Hümmət”  sosial-demokratik  partiyasının  yaradıcılarından  olan 

M.Ə.  Rəsulzadə  zamanla  marksist  ideologiyasından  uzaqlaşmış  oldu.  Buna  səbəb  marksist 

ideologiyanın  siyasi  hadisə  və  proseslərə  sırf  sinfi  mənafe  baxımından  yanaşması  idi. 

“Müsavat” partiyası bu dönəmdə tam siyasi təkamül yolunu dəf edərək, bütün türk xalqlarının 

milli hüquqları uğrunda savaş istiqamətində mücadilə etməyə başlayırdı. 

 

Bəhs edilən dövrdə sosial-demokrat partiyası olan “Hümmət” öz fəaliyyətini RSDFP-



nin  tərkib  hissəsi  kimi  davam  etdirdi  və  sonrakı  dövrlərdə  artıq  nə  ideoloji,  nə  də  siyasi 

baxımdan müstəqil qüvvə ola bilmədi. 

 

Mütləqiyyət devriləndən dərhal sonra Gəncədə “Türk federalistləri partiyası” yarandı. 



Məhz  bu  partiya  milli  azadlıq  hərəkatı  tarixində  ilk  dəfə  olaraq,  Azərbaycan  xalqının  nəinki 

milli  və  yerli,  həm  də  ümumdövlət  məsələlərində  siyasi  müstəqilliyi  ideyasını  irəli  sürdü. 

Partiyanın yaradıcısı və ideya rəhbəri Nəsibbəy Usubbəyov idi. Onun rəhbərlik etdiyi partiya 

İsmayıl bəy Qaspirinskinin “birlik” ideyasını rəhbər tutaraq, Rusiyanın bütün türk xalqlarını 




A. İMANOVA: CƏNUBİ QAFQAZ DÖVLƏTÇİLİYİ SİSTEMİNDƏ AZƏRBAYCAN… 

 

 



 

189 


“milli  hərəkatın  quyruğunda  sürünməmək  üçün  birləşməyə  və  təşkilatlanmağa”  çağırırdı  [1, 

s.63]. Partiyanın proqramına əsasən bütün türk xalqlarının ərazi muxtariyyatına nail olmaq və 

muxtariyyət daxilində bütün daxili məsələlərdə (inzibati, maddi təsərrüfat, mədəni və hüquqi) 

tam müstəqillik əldə edilməli idi. 

 

Fevral  inqilabından  sonrakı  ilk  günlərdə  Azərbaycanda  yaranan  partiyaların  heç  biri 



milli hərəkatı vahid mərkəzdən edən siyasi liderliyə qadir olmadığından 1917-ci il martın 29-

da  müxtəlif  siyasi  qüvvələri  təmsil  edən  Bakı  Müsəlman  İctimai  Təşkilatlarının  Müvəqqəti 

Komitəsi  yaradıldı.  Qafqaz  müsəlmanları  qurultayının  çağrılmasında  və  keçirilməsində 

həlledici  rol  məhz  bu  quruma  məxsus  idi.  Qurultayın  qəbul  etdiyi  qərarda  Rusiyanın  bütün 

xalqlarının  özünütəyin  hüququnun  tanındığı  və  dəstəkləndiyi  bildirildi.  Lakin  hadisələrin 

sonrakı gedişi bu qərara əməl olunmasına mane oldu.  

 

Rusiyanın hər yerində olduğu kimi, Azərbaycanda və Bakıda da müxtəlif hakimiyyət 



orqanlarının  yaranması  bolşeviklər,  menşeviklər,  eserlər,  millətçilər  arasında  zidiyyətləri 

artırdı  və  siyasi  mübarizəni  daha  da  kəskinləşdirdi.      Sovet  tarixşünaslığı  iddia  edirdi  ki, 

Azərbaycanda da inqilab ilə əksinqilab arasında gedən mübarizə mahiyyət etibarilə Rusiyada 

gedən  mübarizənin  eyni  idi  [17,  s.93].  Lakin  sovet  tarixşünaslığında  milli  hərəkat  mövzusu 

qadağan  edildiyindən  və  bu  hərəkat  “beynəlmiləlçilik”  adı  altında  inqilabi  hərəkatla 

ümumiləşdirildiyindən  bu  iddia  böyük  şübhə  doğurur.  Məsələn,  iyulun  13-də  Müsəlman 

İctimai  Təşkilatlar  Komitəsinə  keçiriləcək  seçkilərin  hazırlanmasında  milli  ziyalılarla 

bolşeviklərin  mövqeyi  təmamilə  fərqli  idi.  Seçkilər  zamanı  bolşeviklərin  sinfi  mənafe 

maraqlarını müdafiə etmələrinə baxmayaraq, fəhlə və kəndli nümayəndələrindən cəmi 6 nəfər 

seçilmişdi.  Milli  aydınların  fikrincə,müsəlman  təşkilatını  ona  öz  qüvvəsi,  bacarığı  ilə  təsir 

göstərə bilən savadlı, siyasi cəhətdən yetkin insanlar təmsil etməlidirlər. Ceyhun Hacıbəyliyə 

görə,  “təşkilat  millətin  simasını  əks  etdirməlidir”  [10,  s.84].  Yerli  özünüidarə  orqanlarının 

təşkili  və  demokratikləşdiriməsi  məsələsi  də  siyasi  qüvvələr  arasında  kəskin  müzakirə 

obyektinə  çevrilmişdi.  Bakı  Soveti  Dumanın  demokratikləşdirilməsini  öz  nümayəndələrinin 

sayının  artırılması  hesabına  təklif  edirdilər.  Bu  isə  milli  maraqlara  zidd  idi.  Çünki  Bakı 

Sovetinin  əksəriyəti  bolşeviklərin  nüfuzu  altında  olan  qeyri-türk  fəhlələrdən  ibarət  idi.  Ona 

görə  də  milli  burjuaziya  Dumanı  öz  hakimiyyət  orqanına  çevirmək  istəyirdi.  Bakı  şəhər 

Dumasına  seçkilər  də  öz  növbəsində  bolşeviklərlə  milli  liderlər,  xüsusilə  də  müsavatçılar 

arasında kəskin ixtilaflara səbəb olmuşdu. Bolşeviklərin apardığı təbliğat milli maraqlara zidd 

olduğundan,  onlar  yerlərdə  yalnız  öz  ictimai  dayaqlarını  yaratmağa  və  möhkəmləndirmək 

uğrunda mücadilə edirdilər.   

 

Rusiyada mütləqiyyət hakimiyyətinin bərpası uğrunda başlanan mübarizə və vətəndaş 



qarşıdurması,  siyasi  partiyalar  arasında  parçalanma  qüvvələr  nisbətini  bolşeviklərin  xeyrinə 

dəyişirdi.  Eyni  proses  Bakıda  da  baş  veriridi.  Lakin  Rusiyadan  fərqli  olaraq,  Bakıda 

bolşeviklər hələ də lazımi siyasi nüfuz qazana bilmirdilər. Menşevik və eserlərin nüfuzu daha 

möhkəm idi. Ona görə də bolşevik partiyasının qarşısında duran vacib məsələlrdən biri Bakı 

Sovetində hakimiyyəti ələ almaq idi. 



İPƏK YOLU, No.1, 2020

 

Azərbaycan Universiteti 



 

 

190 



1917-ci il oktyabrın 25-də Petroqradda bolşeviklərin başçılığı ilə silahlı çevriliş həyata 

keçirildi. Nəticədə Müvəqqəti hökumət devrildi, V.İ.Leninin başçılığı ilə Sovet hökumətinin 

əsası qoyuldu. Azərbaycan milli istiqlal mücadiləsinin aparıcı qüvvəsi olan Müsavat Oktyabr 

çevrilişinin  ilk  günlərində  bolşeviklərlə  demək  olar  ki,  eyni  mövqedən  çıxış  edirdilər. 

Müsavatçılar  belə  hesab  edirdilər  ki,  eser  və  menşeviklər  “vahid  və  bölünməz  Rusiya” 

ideyasını  müdafiə  etdiklərinə  görə,  hakimiyyətə  gəldikləri  təqdirdə  müstəmləkələrin 

azadlığına  yol  verilməyəcək  və  bu  da  azərbaycanlıların  siyasi  durumunda  dəyişiklik 

yaratmayacaq. Bu ərəfədə bolşevik partiyasının  millətlərə ayrılma və öz müqəddəratını təyin 

etmə  hüququnu  vəd  etməsi,  Azərbaycan  xalqının  da  bu  hüquqdan  isifadə  etməsinə  ümid 

oyatmış  idi.  Lakin  “Müsavat”la  bolşeviklərin  əlaqəsi  və  müəyyən  məqamlarda  eyni 

mövqedən çıxış etmələri səthi və formal səciyyə daşıyırdı. Ki İmartın müşahidə etdiyi kimi, 

Azərbaycan milli hərəkatının liderləri tezliklə hiss etdilər ki, “1917-ci il inqilabı mahiyyətcə 

rus  inqilabıdır”  və  o,  qarşısına  “başlıca  olaraq  rus  problemini  həll  etmək”  məqsədini 

qoymuşdur [14, s.201]. 

1917-ci  il  noyabr  ayının  2-də  Sovet  hökuməti  “Rusiya  xalqlarının  hüquq 

bəyannaməsi”ni, noyabrın 20-də isə “Rusiyanın və Şərqin bütün müsəlman zəhmətkeşlərinə” 

adlı müraciətnaməni imzaladı. Hər iki sənəddə yeni qurulmuş və təmamilə yeni quruluşlu bir 

dövlətin  milli  siyasətinin  əsas  prinsipləri  elan  edildi.  Hər  iki  sənəddə  keçmiş  Rusiya 

imperiyasının  tərkibunə  daxil  olan  bütün  xalqların  hüquq  bərabərliyi,  suverenliyi,  bütün 

xalqların  öz  müqəddəratını  təyin  etmək  hüququ,  milli  azlıqların  və  etnik  qrupların  azad 

inkişafının  təmin  edilməsi  bəyan  edilirdi.  Lakin  bu  bəyannamələr  Sovet  hökumətinin  milli 

siyasətini  ört-basdır  etmək  və  daha  incə  üsullarla  həyata  keçirmək  məqsədi  güdürdü  [11, 

s.70].  Çünki  Sovet  hökumətinin  iddiasına  görə,  “xalqların  öz  müqəddəratını  həll  etmək” 

hüququ yalnız Sovet hökuməti ilə həmin xalqlar arasında razılığa əsasən həll oluna bilər və 

üçüncü  bir  tərəfin  müdaxiləsi  qəbul  oluna  bilməzdi.  1918-ci  il  martın  18-də  Stalin  Bakı 

bolşeviklərinə  ünvanladığı  məktubunda  bildirirdi  ki,  bu  məsələ  “xalqın  sosializmi  seçməsi” 

şərti ilə həyata keçirilə bilər, “müsəlmanlar muxtariyyət tələb edirlərsə, mərkəzdə və yerlərdə 

Sovet  hakimiyyətini  sözsüz  olaraq  tanımağı  şərt  qoymaqla  onlara  muxtariyyət  vermək 

lazımdır” [11, s.265]. Bu isə rus çarizminin müstəmləkəçi siyasətinin mahiyyət etibarilə eyni, 

quruluşca başqa bir forması idi. 

Oktyabr  çevrilişindən  sonrakı  ilk  günlərdə  bolşeviklər  Bakı  Sovetini  şəhərdə  ali 

hakimiyyət  orqanı  elan  edib  əsas  vəzifələri  ələ  keçirdilər.  Lakin  Azərbaycanda  və  Cənubi 

Qafqazda tam hakimiyyət hələ də onların əllərində deyildi. Bu isə Rusiyanı  Cənubi Qafqaz 

regionunu itirmək təhlükəsi ilə qarşılaşdırmış oldu. Birinci dünya müharibəsi, Fevral inqilabı, 

vətəndaş  müharibəsi,  Oktyabr  çevrilişi  nəticəsində  iqtisadiyyatı  təmamilə  tənəzzülə  uğrayan 

Rusiyanı  bu  halda  yalnız  Bakı  nefti  xilas  edə  bilərdi.  1918-ci  il  fevralın  23-də  yaradılmış  

Zaqafqaziya  Seymi  əslində  Cənubi  Qafqazın  Rusiyadan  ayrılmasının  ilkin  mərhələsi  idi. 

Seymin artıq ilk iclaslarında Azərbaycanın siyasi partiyaları arasında fikir ayrılığının mövcud 




A. İMANOVA: CƏNUBİ QAFQAZ DÖVLƏTÇİLİYİ SİSTEMİNDƏ AZƏRBAYCAN… 

 

 



 

191 


olduğu  özünü  büruzə  verirdi.  Bu  dönəmdə  Cənubi  Qafqazda  milli  azadlıq  hərəkatı getdikcə 

daha genişlənirdi. 

Bölgədə  milli  azadlıq  hərəkatını  genişləndirən  amillərdən  biri  də  Osmanlı 

imperiyasının  “ümumtürk  birliyi”  ideyası  altında  apardığı  təbliğat  fəaliyyəti  idi.  Oktyabr 

çevrilişindən dərhal sonra İttihad və Tərəqqi partiyasının Mərkəzi Təşkilatı Qafqazda Türkiyə 

lehinə  fəaliyyət  göstərmək  üçün  pariyanın  “Qafqaz  Şöbəsi”  adlı  təşkilatını  yaratdılar. 

Təşkilatın rəhbəri Həsən Rüşeni bəy oldu. “Qafqaz Şöbəsi” təşkilatının fəaliyyəti Türküstanı 

da  əhatə  edirdi.  Bölgənin  bu  dövrdə  genişlənən  erməni-bolşevik  təcavüzü  şəraitində 

yaşadığını  nəzərə  alarsaq,  bunun  səbəbi  daha  aydın  olar.  Azərbaycanın  milli  mücadilə 

nümayəndələri  dil  və  din  birliyi  bağlarını  nəzərə  alaraq,  erməni-bolşevik  təcavüzündən 

qurtuluşun yeganə yolunu Osmanı imperiyasının yardımında görürdülər. “Qafqaz Şöbəsi” bu 

istiqamətdə  təbliğatı  geniş  xalq  kütlələri  arasında  da  aparırdı.  Qafqaz  İttihad  və  Tərəqqi 

partiyası  da  Türkiyə  həmkarları  ilə  eyni  mövqedən  çıxış  edirdilər  və  yaranan  vəziyyətdən 

çıxış  yolunu  Azərbaycanın  Osmalı  dövlətinə  ilhaqında  görürdülər.  Partiyanın  Mərkəzi 

Təşkilatı  bu  məqsədlə  1918-ci  ilin  mart  ayında  Osmanlı  dövlətinə  müraciətlə  çıxış  etmiş  və 

bildirmişdi ki, bütün Qafqaz Türkiyəyə ilhaq olunmalıdır.  

Azərbaycan  milli  hərəkatının  liderləri  də  Osmanlı  hərbi  yardımını  əldə  etmək 

istiqamətində  fəaliyyət  göstərirdilər,  lakin  əsasən  Müsavat  partiyası  ətrafında  birləşərək 

qətiyyətlə  muxtariyyət  tələbi  ilə  çıxış  edirdilər.  Bütün  bunların  qarşısını  almaq  üçün  isə 

bolşeviklər  çar  Rusiyasının  təcrübəsindən  istifadə  edərək  müsəlman  xalqlarına  qarşı  qırğın 

təşkil  etməyi  və  onları  fiziki  cəhətdən  yox  etməyi  qərara  aldılar.  1918-ci  il  yanvarın  11-də 

XKS “Türkiyə Ermənistanı” haqqında dekret qəbul etmiş və icrasını D.Şaumyana tapşırmışdı. 

Şaumyanın  davam etdirdiyi qorxulu siyasəti V.İ. Lenin  1918-ci ilin 4 fevralında göndərdiyi 

teleqramda belə ifadə edirdi: “Sizin möhkəm və qəti siyasətiniz bizi sevindirir” [18, s.78]. Bu 

Qafqazın sovetləşməsi yolunda atılan bir addım idi [13, s.91]. 

S.Şaumyan  Cənubi  Qafqaz  cəbhəsi  ləğv  edildikdən  sonra  Bakıda  yerləşdirilən  rus 

əsgərlərinin  bir  hissəsi  və  daşnak  partiyasının  yardımı  ilə  Bakı  Sovetində  bolşeviklərin 

çoxluğunu  təmin  etmiş,  azərbaycanlıları  tutduqları  vəzifələrindən  uzaqlaşdırmış  və  Xəzər 

donanmasının matroslarını müsəlmanlara qarşı təhrik etməklə mart qırğınını törətmişdi. 3 gün 

davam edən Mart qırğını zamanı (18-21 mart 1918-ci il) Bakıda 12 mindən artıq azərbaycanlı 

məhv edildi, aprel ayından etibarən qırğın Azərbaycanın Şamaxı, Salyan, Quba, Lənkəran və 

digər  bölgələrində  də  törədildi.  “Və  əgər  türklər,  Osmanlı  türk  qəhrəmanları  vaxtlı-vaxtında 

gəlməsə  idilər,  azəri  türkləri  Bakı  həzimətindən  sonra  özlərini  yığışdırıb  müdafiəyə  hazır 

olmağa  fürsət  tapınca  degil,  bir  Bakıda,  Şamaxıda  bəlkə  ümum  Azərbaycanda  daş-daş  üstə 

qalmazdı...”  [6,  s.132].  1918-ci  il  mart  qırğını  başlıca  olaraq,  Azərbaycan  muxtariyyəti  və 

müstəqilliyi əleyhinə yönəldilmişdi [11, s.81].  

1918-ci  ilin  Mart  qırğını  bolşeviklərin  “xalqların  öz  müqəddəratını  təyin  etmək” 

hüququnun  əsil  mahiyyətini  üzə  çıxardı.  “Əgər  Lenin  öz  sözünə  əməl  edib  də  Rusiyadakı 

millətləri azad etmək kimi məqduri olan əmri yerinə yetirsə idi, bolşeviligə böyük bir xidmət 



İPƏK YOLU, No.1, 2020

 

Azərbaycan Universiteti 



 

 

192 



göstərmiş olardı, halbuki azadlıq əvəzinə nə gördük? Azad olmağa cürət etmiş olan millətlərin 

bolşevik  qoşunları  tərəfindən  qətliam  edilməsini  gördük...  Və  bu  qətliam  hansı  millətlər 

üzərində icra edildi? O millətlər üzərində ki, imperializmin ən ağırbənd və zəncirləri altında 

inləməklə hamıdan əvvəl azad olmağa layiq və möhtac idilər” [6, s.119]. 

Bəzi  tədqiqatçılar  Bakıdakı  Sovet  hakimiyyətinin  fəaliyyətini  ilk  tənqid  edənin  sovet 

Azərbaycanının  ictimai-siyasi  xadimi,  bolşeiklərin  nümayəndəsi  N.Nərimanov  olduğunu 

bəyan  edirlər  [10,  s.140].  Azərbaycan  İnqilab  Komitəsinin  sədri  N.Nərimanova  Azərbaycan 

Fövqəladə  Komissiyasının  sədri  Baba  Əliyev  tərəfindən  Bakı  və  Lənkəran  qəzalarının 

tərksilah  edilməsinin  təmin  olunması  haqqındakı  hesabatlarda  erməni  daşnaklarının 

törətdikləri vəhşiliklərin Sovet ideallarına zidd olunduğu qeyd edilsə də, soyqırım hadisələri 

“1918-ci  ilin  mart  çevrilişi”  adlandırılmış,  türk  əsgərlərinin  azərbaycanlıları  soyqırımdan 

xilası  “Bakıya  türk  işğalçlarının  daxil  olması”  kimi  qiymətləndirilmiş  və  Bakı  kəndlərinin 

tərksilah  edilməsi  zamanı  həbs  olunan  azərbaycanlıların  –  “təxribatçı  qoçuların  1918-ci  il 

hadisələri  zamanı  yoldaşlarımızın  öldürülməsində    bilavaitə  iştirak  etdiyi  və  günahkar 

olduğu”  qeyd  edilmişdir  [17;  sax.vah.27].  Bu  hadisələrdən  bir  müddət  sonra,  artıq 

Azərbaycan SSRİ-ni tərkibində olduğu zaman, daha dəqiq desək, 1925-ci il martın 8-də SSRİ 

MİK-in  sədri  “millətinə  qarşı  səhvlərini  artıq  anlayan”  N.Nərimanovun  Moskvadan  Baba 

Əliyevə  ünvanladığı  məktubunda  “Həlak  olmuş  yoldaşımız  S.Şaumyanın  kürəkəni 

S.Q.Aqamyana Tiflisdə münasib yer verməsi”ni xahiş edir [17; sax.vah.27].  

Azərbaycanlıların  kütləvi  qırğına  məruz  qalması  xəbəri  Zaqafqaziya  Seymində  daxili 

ziddiyyətləri  daha  da  kəskinləşdirdi.  Azərbaycan  fraksiyası  daşnak  bolşeviklərin  törətdikləri 

cinayətlərin  qarşısını  almağı  tələb  edirdi.  Türkiyə  ilə  müharibə  məsələsində  də  yekdil  fikir 

yox  idi.  Bu  məsələdə  müsavatçılarla,  ittihadçılar  və  bitərəflərin,  hümmətçilərlə  isə  gürcü 

menşeviklərinin  mövqeyi  eyni  idi.  Ümumiyyətlə  bütün  qeyri-müsəlman  partiyalar 

müharibəyə  tərəfdar  idi.  Müsəlman  sosialist  bloku  isə  öz  mövqeyini  bəyan  etməmişdi  və 

bununla da Seymdə müstəqil fəaliyyət imkanı əldə etmək istəyirdi. Azərbaycan fraksiyasının 

təmsil  olunmadığına  baxmayaraq,  Seymin  13  aprel  tarixli  iclasında  Türkiyə  ilə  müharibəyə 

hazırlaşmaq  haqqında  qərar  qəbul  edildi  və  hərbi  vəziyyət  elan  olundu.  Bu  ölkə  daxilində 

vəziyyəti daha da gərginləşdirdi.  

Zaqafqaziya  Seyminin  bu  qərarı  1918-ci  il  14  mart  tarixində  Osmanlı  imperiyası  ilə 

başlanmış  Trabzon  danışıqlarına  da  təsirini  göstərdi.  Çünki  bu  qərar  artıq  Trabzon 

konfransının  işinin  dayandırılması  demək  idi.  Əslində  bu  qərarın  alınmasının  əsas  səbəbi 

Azərbaycan  milli  hərəkatının  nümayəndələrinin  və  Azərbaycan  siyasi  fraksiyasının  Osmanı 

imperiyasını dəstəkləməsi idi. Birinci dünya müharibəsinin əvvəlində Azərbaycan nümayəndə 

heyətinin  Osmanlı  imperiyası  və  Almaniyanın  rəsmi  dairələri  ilə  görüşü  zamanı  Qafqazın 

gələcək  siyasi  statusu  müzakirə  olunmuşdu.  Danışıqlar  zamanı  Azərbaycan  nümayəndə 

heyətinin üzvlərindən olan Əmiraslan xan Xoyski Qafqazda Azərbaycan və Dağıstan da daxil 

olmaqla  müsəlman  dövlətini  yaratmağı  təklif  etmişdi.  Bu  təklif  qarşı  dövlətlərin  rəsmi 




A. İMANOVA: CƏNUBİ QAFQAZ DÖVLƏTÇİLİYİ SİSTEMİNDƏ AZƏRBAYCAN… 

 

 



 

193 


dairələri  tərəfindən  rəğbətlə  qarşılanmış,  hətta  Almaniyanın  İstanbuldakı  səfiri  bu  təklifi 

dəstəklədiyini  yazılı  sənədlə  rəsmiləşdirmişdi.  Lakin  bu  ideyanın  həyata  keçirilməsinin 

müvəffəqiyyəti  Qafqaz  xalqlarının  Rusiyaəleyhinə  qaldıracağı  qiyamın  və  müharibənin 

nəticələrinə  bağlı  idi.  Bu  danışıqlar  qeyri-müsəlman  siyasi  partiyaları  arasında  narahatlıq  və 

qısqanclıq  doğurmuşdu.  Ancaq  qeyd  etmək  lazımdır  ki,  Qafqazın  gələcək  statusu  ilə  bağlı 

danışıqlarda gürcü nümayəndələri də iştirak etmiş və gürcü nümayəndəsi Georgi Maqabeli də 

müstəqil Gürcü dövlətini yaratmaq üçün rəsmi siyasi dəstək əldə etmişdi [11, s.47]. 

Əmiraslan  xan  Xoyskinin  təklif  etdiyi  bu  plan  baş  tutacaq  olsaydı,  Qafqaz 

Federasiyası təşkil olunmalı idi və “İsveçrə tipli” bu dövlətin yalnız Osmanlı dövləti, Avropa 

dövlətlərindən isə Almaniya ilə hərbi andlaşması ola bilərdi. Bu isə həm rus mütləqiyyətini, 

həm  də  müxalif  siyasi-ictimai  qüvvələrini  narahat  edirdi.  Birinci  dünya  müharibəsi  illərində 

Osmanlı  dövlətinin  təşəbbüsü  ilə  Avropada  başlatılan  Rusiya  imperiyası  daxilində  yaşayan 

türk xalqlarının hüquqlarının qorunması uğrunda aparılan təbliğat fəaliyyətinin milli hərəkata 

xüsusi təsiri olmuşdu. 1915-1916-cı illərdə bir-birinin  ardınca  “Turan”, “Qafqaz” və “Türk-

tatar”  heyətləri  Rusiyanın  müsəlman  türk  xalqlarına  qarşı  yürütdüyü  qatı  müstəmləkəçi 

siyasətin  əsas  cəhətlərini,  bu  xalqların  istiqlal  mücadiləsinin  əsas  amal  və  məqsədlərini 

Avropa  dövlətlərinə  və  ictimaiyyətinə  çatdırmağa  çalışmışlar.  Öz  növbəsində  Azərbaycan 

aydınları  və  siyasi  xadimləri  isə  ədəbi-ictimai  fəaliyyətləri  ilə  başlanmış  cahan  savaşında 

Osmanlı  dövlətini  hər  cürə  dəstəkləyirdilər.  Azərbaycan  aydınlarının  təşəbbüsü  ilə  1917-ci 

ildə  Bakıda  “Mühərrirlər”  nəşriyyatı  tərəfindən  “Qardaş  göməgi”  adlı  dərgi  nəşr  olunur. 

Rusiya müsəlmanlarının ayrı-ayrı coğrfafi bölgələrdə yaşayan, müxtəlif əqidəli və fikirli bilim 

və siyasi türk adamlarını (Hüseyn Cavid, Ömər Faiq Nemanzadə, Əhməd Cavad, Məhəmməd 

Əmin  Rəsulzadə,  Salman  Məhəmməd  Əmin  oğlu  Turxan,  Şəfiqə  Əfəndizadə,  Məhəmməd 

Yusif Cəfərov, Oruc Orucov, Məhəmməd Ayaz Əlishaqi və b.) bir araya gətirən bu dərginin 

satışından toplanan vəsaitin Osmanlı əsgərlərinə göndəriləcəyi nəzərdə tutulurdu. Dərgidə çap 

olunan yazılardakı “Ümumtürk birliyi” və məzhəb ayrılığına qarşı səslənən şüarlar bütün türk 

dünyasını  silkələmişdi  [12;  DM-2173  4445;  DM-2174  4226;  DM-2175  9396.].  Yüksək 

humanizm amalı, məzlumlara, əziyyət çəkənlərə, ehtiyacı olanlara qardaş əli uzatmaq, yardım 

göstərmək, maddi və mənəvi dəstək olmaq istəyi ilə nəşr olunan “Qardaş göməgi”nin nə yazıq 

ki,  sadəcə  bir  sayı  işıq  üzü  gördü.  “Siz  azad  bir  vətəndaşsınız.  Azad  bir  Vətənin  azad 

yazılarını oxuyur, geniş bir nəfəs alırsınız!..” denilməsinə rağmen, milli ucqarlar üçün 1917-ci 

il  hadisələrindən  sonra  belə  azadlıq  da  məhdud  olmuşdu.Çünki  hələ  XIX  əsrin  sonlarında 

Rusiyada  demokratik  azadlıqların  verimədiyi  zamanlarda  belə  “Balkan  savaşları”  zamanı 

“Rusiyanın elm sahibləri bir kitab çap ediblər ki, ismi “Qardaş köməyi”dir. Onu satmaqdan 

cəm  olan  məbləği  Gerdseqovinə  əhlinə  göndərəcəklər”i  nəzərdə  tutulmuşdu  [5,  s.126]. 

“Əkinçi”nin “Təzə xəbərlər” bölümündə sürəkli halda xristian həmrəyliyini ifadə edən bu tip 

xəbərlərə  rastlanır.  Bu,  qayət  normal  qarşılandığı  halda,  “ümumtürk  birliyi”  və  “müsəlman 

həmrəyliyi” çağırışlarına “pantürkist”, “panislamist” damğası vurulur və qatı irticaçı cərəyan 




İPƏK YOLU, No.1, 2020

 

Azərbaycan Universiteti 



 

 

194 



kimi təqdim olunurdu. Bu məsələ o qədər aktualdır ki, müasir dövrümüzə qədər davam etmiş, 

hələ də davam edir və Şərq dünyasının bitməyən bir kabusuna dönmüşdür.  

Seym müharibə qərarını qəbul etməsi ilə fəaliyyəti donduruldu, ölkədə hərbi vəziyyət 

elan edildi və aprelin 14-də nümayəndə heyəti Trabzondan geri çağrıldı. Seymin qərarı ilə Ali 

Müdafiə Şurası təşkil edildi. Lakin Azərbaycan fraksiyası müharibənin əleyhinə olduğu üçün 

nümayəndələri  Şuranın  tərkibinə  daxil  edilmədi.  Şura  üzvləri  E.Gegeçkori,  N.Ramişvili  və 

X.Korçikyan  seçildi.  Lakin  görülən  bütün  tədbirlərə  baxmayaraq,  türk  qoşunlarının 

hücumlarının  qarşısını  almaq  mümkün  olmadı  və  8  gün  davam  edən  hərbi  əməliyyatlardan 

sonra  Zaqafqaziya  Seymi  sülh  müqaviləsi  imzalamağa  məcbur  oldu.  Seymin  22  aprel tarixli 

iclasında  Osmanlı  dövləti  ilə  sülh  danışıqlarına  başlamaq  qərara  alındı  və  Zaqafqaziya 

müstəqil  Demokratik  Federativ  Respublika  elan  olundu.1918-ci  il  aprelin  28-də  Osmanlı 

dövləti  Zaqafqaziya  Respublikasının  müstəqilliyini  tanıdı  və  sülh  danışıqlarının  Batumda 

davam  etdiriləcəyini  bildirdi  [11,  s.137].  Yeni  yaranmış  dövlət  ilə  Osmanlı  arasında  Batum 

konfransı  1918-ci  il  may  ayının  11-dən  iyunun  4-nə  qədər  davam  etdirilmişdi.  Konfransın 

işində Osmanlı dövlətini Ədliyyə və Xarici İşlər naziri Xəlil bəy Menteşənin rəhbərliyi ilə 10 

nəfərlik  nümayəndə  heyəti,  Zaqafqaziya  Respublikasını  Həlledici  nümayəndəliyinin 

rəhbərliyi  ilə  45  nəfərlik  nümayəndə  heyəti  və  Şimali  Qafqaz  dağlılarını  H.Bammatovun 

rəhbərliyi ilə nümayəndəlik təmsil edirdi. 

Sovet  Rusiyasının  Berlindəki  səfiri  A.İoffe  Rusiyanın  Zaqafqaziya  dövlətini 

tanımadığını,  bu  bölgəni  Rusiyanın  ərazisi  hesab  etdiyini  və  Türkiyə  ilə  imzanmış 

müqavilələri qəbul etmədiyini bildirmişdi.  

Batum  konfransının  işi  zamanı  Osmanlı  heyəti  bəyan  etdi  ki,  iki  dövlət  arasında 

bağlanmış Brest-Litovsk sülh müqaviləsindən sonra ona əməl olunmamış və qan axıdılmışdır. 

Bu səbəbdən də bağlanılacaq sülh müqaviləsi üçün Brest-Litovsk müqaviləsi əsas ola bilməz 

və  ona  görə  də  on  iki  maddə  və  üç  əlavədən  ibarət  “Osmanlı  imperiyası  ilə  Zaqafqaziya 

Konfederasyon  Respublikası  arasında  sülh  və  dostluq  haqqında”  müqavilə  layihəsini 

müzakirəyə təqdim etdi. Təklif olunan bu layihədə əslində Osmanlı dövləti verdiyi qurbanlar 

və  itkilərin  müqabilində  yeni  ərazilər  və  imtiyazlar  tələb  edirdi.  Layihə  Zaqafqaziya 

nümayəndələri üçün gözlənilməz oldu, Zaqafqaziya Seymində və nümayəndəliyində onsuz da 

gərgin  olan  münasibətləri  daha  da  kəskinləşdirdi  və  fikir  ayrılıqlarını,  ziddiyyətləri  daha  da 

dərinləşdirdi.  Batum  danışıqları  zamanı  müttəfiq  Almaniya  ilə  Osmanlı  imperiyası  arasında 

bəzi  müddəalar  üzrə  razılıq  əldə  olunmaması,  Osmanlının  heç  bir  maddə  üzrə  güzəştə 

getməməsi üzündən almanlarla türklər arasında diplomatik münasibətləri də kəskinləşdirdi və 

beynəlxalq  münasibətlər  sistemində  Almaniya  Rusiya  yaxınlaşması  üçün  şərait  yaratdı. 

Meydana  çıxan  bütün  bu  ziddiyyətlər  nəticəsində  Zaqafqaziya  heyətinin  Azərbaycanlı 

nümayəndələri  Osmanlı  dövlətinə,  gürcü  və  erməni  nümayəndələrinin  isə  Almaniyaya 

sığınmasına səbəb oldu. Bu isə yeni yaranmış Zaqafqaziya dövlətinin parçalanması prosesinin 

başlanğıcı  oldu.  Beynəlxalq  aləmdə  və  Seym  daxilində  cərəyan  edən  siyasi  ziddiyyətlərin 




A. İMANOVA: CƏNUBİ QAFQAZ DÖVLƏTÇİLİYİ SİSTEMİNDƏ AZƏRBAYCAN… 

 

 



 

195 


tədricən  irəliləməsi  1918-ci  il  may  ayının  26-da  Gürcüstanın  Federasiyadan  çıxması, 

Zaqafqaziya  Seyminin  buraxılması  və  may  ayının  28-də  Gürcüstanla  Almaniya  arasında 

Almaniyanın  qəyyumluğunun  qəbul  edilməsi  haqqında  Poti  sazişinin  imzalanmasına  səbəb 

oldu. 


Seymin  buraxılmasından  sonra  Azərbaycan  nümayəndəliyi  özünü  Azərbaycanın 

Müvəqqəti  Milli  Şurası  elan  etdi.  Milli  Şuranın  mayın  28-də  keçirilən  ilk  iclasında 

Azərbaycanın istiqlaliyyəti haqqında qərar, altı  bənddən ibarət  “İstiqlal Bəyannaməsi” qəbul 

edildi və Azərbaycan Cümhuriyyətinin yaradılması elan edildi. 

Rusiyada  baş  vermiş  Fevral  burjua  demokratik  inqilabından  sonrakı  dövrdə 

Azərbaycan  milli  hərəkatını  təmsil  edən  qüvvələrin  fəaliyyətinin  araşdırılması  belə  nəticəyə 

gəlməyə  imkan  verir  ki,  bu  qüvvələr  dövrün  və  bölgədə  baş  vermiş  hadisə  və  proseslərin 

şərtləri  daxilində  əslində  mümkün  olandan  da  artığını  etdilər.  Məhz  onların  dünyada  və 

regionda  baş  verən  hadisə  və  proseslərə  çevik  reaksiyaları  Azərbaycanın  başı  üzərini  almış 

qara  qüvvələrin  planlarının  reallaşmasına  imkan  vermədi  və  milli  hərəkat  özünün  məntiqi 

yekununa varmış oldu. 

 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin