çoxluq, ölçülən funksiya və buna uyğun olaraq Leberq inteqralı anlayışları
meydana çıxdı. Bu isə bütövlüklə, həqiqi dəyişənli funksiyalar nəzəriyyəsinin
yaranmasının əsasını qoydu. Qeyd olunan mövzularla yanaşı
tədris prosesində
Furye sırası mövzularının öyrənilməsinə də yer ayrılmışdır. Buraya Furye sırası,
çoxluqlar nəzəriyyəsi, çoxluğun ölçüsü, ölçülən funksiyalar, Lebeq inteqralı, sonlu
variasiyalı funksiyalar, Stiltyes inteqralı və kvadratı ilə cəmlənən funksiyalar fəzası
anlayışı daxildir .
İPSF- B17
Qeyri səlis məntiq - 5 kredit (75 saat)
Fənn qeyri-səlis məntiq nəzəriyyəsinin və qeyri-səlis sistemlərin əsaslarını öyrədir.
Qeyri-səlis məntiq nəzəriyyəsi qeyri-müəyyənlik, qeyri-xəttilik və mürəkkəblik
səbəbindən klassik üsulların tətbiq edilə bilmədiyi sistem və problemlərin həllinə
yeni yanaşmadır. Kursun məqsədləri qeyri-səlis çoxluq anlayışını
daxil etməklə,
qeyri-səlis çoxluq üzərində T-norma, T-konorma vasitəsilə təyin edilən əməlləri ,
qeyri-səlis ədədlər üzərində hesab əməllərini,
qeyri-səlis münasibət, qeyri-səlis
məhdudiyyət, qeyri-səlis ölçü anlayışlarının mahiyyətini , qeyri-səlis məntiq, qeyri-
səlis mülahizə, qeyri-səlis predikat,
qeyri-səlis kvantorlar, qeyri-səlis şərti
mülahizəyə əsaslanan məntiqi nəticəçıxarma mexanizmini , qeyri-səlis biliklər
bazasının mahiyyətini öyrətməkdən ibarətdir.
Kursun sonunda tələbələr qeyri-səlis
çoxluqlar üzərində birləşmə, kəsişmə və
tamamlama əməllərini
yerinə yetirmək, qeyri-səlis ədədlər üzərində hesab
əməllərini yerinə yetirmək, qeyri-səlis münasibətin tərifini bilmək və qeyri-səlis
münasibətin mənsubiyyət funksiyasını təyin etmək, qeyri-səlis məntiqi
bağlayıcıların doğruluq
qiyməti cədvəlini qurmaq, qeyri-səlis şərti mülahizəyə
əsaslanan məntiqi nəticəçıxarma mexanizmini bilmək kimi vərdişlərə
yiyələnəcəklər.
Dostları ilə paylaş: