İpotekanın alınması üçün tələb olunan sənədlər
Borcalanın (borcalanların) şəxsiyyətini təsdiq edən sənəd və sənədin
notarial qaydada təsdiqlənmiş surəti.
Borcalanın (borcalanların) nikah şəhadətnaməsinin notarial təsdiqlənmiş
surəti (Subay olduğu halda subaylıq haqda arayış, boşanma faktı olduğu
halda məhkəmə qətnaməsi və nikahın pozulması haqda şəhadətnamə).
Borcalanla (borcalanlarla) birgə yaşayan yetkinlik yaşına çatmamış
ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlərin notarial qaydada
təsdiqlənmiş surəti.
Borcalanın (borcalanların) ailə tərkibi haqqında arayış.
Borcalanın (borcalanların) əmək müqaviləsi və ya onun iş yerinin
kadrlar idarəsi tərəfindən təsdiq edilmiş əmək kitabçasının surəti
(hər səhifəsi təsdiqlənməlidir).
Borcalanın (borcalanların) gəlirlərini təsdiq edən sənədlər (əsas və
əgər varsa, əlavə iş yerindən arayış (iş stajı göstərilməklə), əmək
haqqı kartlarından bank çıxarışları və s.).
Borcalanın (borcalanların) (evli olduğu halda həyat yoldaşının da)
doğum şəhadətnamələrinin surəti.
Borcalanın (borcalanların) güzəştli kateqoriyaya aid olduğunu
təsdiq edən sənəd.
İpotekanın rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər
İpoteka qoyulan yaşayış sahəsi üzrə mülkiyyət hüququnu təsdiq edən
sənədin (dövlət reyestrindən çıxarış) və texniki pasportun notarial
təsdiqlənmiş surəti (tələb olunduqda).
Forma 1 - İpoteka predmetinin digər öhdəliklər üzrə yüklü
edilməməsini və məhdudiyyət olmadığını təsdiq edən sənəd.
Dövlət İpotekası (güzəştli) üzrə tələb
olunan sənədlər aşağıda qeyd edilmişdir.
Forma 2 - İpoteka qoyulan yaşayış sahəsi üzrə qeydiyyatda olanlar
haqqında arayış.
İpoteka predmetinin ipotekaya qoyulmasına və məhkəmədənkənar
qaydada satılmasına dair ərin/arvadın, ipoteka predmetində
qeydiyyatda olan digər yetkinlik yaşına çatmış ailə üzvlərinin notariat
orqanlarına təqdim olunan razılığının surəti. İpoteka predmetinin
mülkiyyətçisi yetkinlik yaşına çatmamış şəxs olduqda, onun maraqları
çərşivəsində səlahiyyətli qəyyumluq və himayəçilik orqanlarının
razılığının surəti (Satılmasına və ipotekaya qoyulmasına razılıq)
Satıcının (evli olduğu halda həyat yoldaşının da) şəxsiyyət vəsiqəsinin
notarial təsdiqlənmiş surəti
Satıcının nikah şəhadətnaməsinin notarial təsdiqlənmiş surəti
(Subay olduğu halda subaylıq haqda arayış, boşanma faktı olduğu
halda məhkəmə qətnaməsi və nikahın pozulması haqda şəhadətnamə).
Satıcının (evli olduğu halda həyat yoldaşının da) doğum
şəhadətnaməsinin surəti
Forma 2-də adları qeyd olunanların şəxsiyyət vəsiqəsinin
notarial təsdiqlənmiş surəti
Borcalan (borcalanlar) evli olduğu halda həyat yoldaşının
razılıq ərizəsi
Qiymətləndirmə aktı
Borcalan fərdi sahibkar olduqda əlavə olaraq təqdim
olunmalı sənədlər
Sahibkarın vergi orqanlarında qeydiyyatdan keçməsi
haqqında şəhadətnamə (surəti).
Vergi orqanları tərəfindən qəbul olunmuş gəlir
vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi
Tel: 196
© 2021 «Kapital Bank» ASC. Bütün hüquqlar qorunur.