İqtisadi tədqiqat metodları


Oyunlar nəzəriyyəsinin tarixi



Yüklə 0,6 Mb.
səhifə2/6
tarix29.12.2021
ölçüsü0,6 Mb.
#48768
1   2   3   4   5   6
qq

Oyunlar nəzəriyyəsinin tarixi

Oyun nəzəriyyəsi ilə bağlı tarixdə ilk akademik nəşr Augustin Cournot-un “Zənginlik nəzəriyyəsinin riyazi prinsiplərinin tədqiqi” kitabı olub (1838). Bu kitabın 7-ci fəslində istehsalçıların rəqabətindən söz açılır və eyni məhsulu istehsal edən şirkətlərin istehsal həcmlərini nəyə əsasən müəyyən etməli olduqları sualı qoyulur. Müəllifin fikrinə görə, hər şirkət öz istehsal həcmini ən çox qazanc gətirəcək miqdarda müəyyənləşdirməlidir. Amma şirkətlərin qazancı təkcə öz istehsal həcmlərindən yox, həm də malın bazar qiymətindən asılıdır. Bazar qiymətini isə təkcə bir şirkətin yox, bütün şirkətlərin cəmi istehsalı formalaşdırır.

Burada tipik bir oyun var. Belə ki, oyunçular şirkətlərdir. Hər şirkət öz istehsal həcminin nə qədər olmasına qərar verir. Amma şirkətlərin nə qədər qazanacağı cəmi istehsal həcmi bilinəndən və bunun əsasında bazar qiyməti formalaşandan sonra məlum olur. (Məsələn, OPEC bu qeyri-müəyyənliyi aradan qaldırmaq üçün yaradılmışdı.)

Cournot şirkətlərin belə vəziyyətdə istehsallarını necə müəyyənləşdirəcəkləri barəsində bir həll irəli sürmüşdü ki, bu, hazırda Neş tarazlığı kimi bildiyimiz anlayışla ilə eynilik təşkil edir. (Ətraflı: “Əlavələr” bölməsində 1-ci yazını oxuyun.)

Cournotdan sonra tarixdə oyun nəzəriyyəsi ilə bağlı Zermelo, Emil Borel kimi şəxslərin adı keçsə də, bunu klassik sayılacaq şəkildə izah edən (1928) riyaziyyatçı Con Von Neyman olub. O, 1944-cü ildə norveçli iqtisadiyyatçı Morqenstern ilə birgə “Oyunların nəzəriyyəsi və iqtisadi davranış” adlı kitab qələmə alıb. Bu kitab bir oyunçunun (və ya komandanın) 1-0 qalib gələrkən, digər oyunçunun (və ya komandanın) 0-1 hesabı ilə məğlub olması halındakı proseslərdən bəhs edirdi. Bunlar “cəmi sıfır olan oyunlar” adlandırılmışdı. Kitabda daha geniş məhfum olan “cəmi sıfır olmayan oyunlar”dan bəhs olunsa da, natamam idi və ciddi izah olunmamışdı. Müəlliflər müəyyən mənada cəmi sıfır olmayan oyunları cəmi sıfır olan oyunlara çevirərək izah etməyə çalışmışdılar.

Bu boşluğu görən və özünü bu sahədə sübut edən Con Forbes Neş oldu. Neş bu nəzəriyyəni yenidən formalaşdırdı və tarixdə yeni bir səhifə açdı.



  1. Yüklə 0,6 Mb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin