İQTİsadi TƏŞƏBBÜSLƏRƏ yardim iCTİMAİ BİRLİYİ



Yüklə 0.73 Mb.
Pdf просмотр
səhifə1/4
tarix19.06.2017
ölçüsü0.73 Mb.
  1   2   3   4

 

 

 



 

 

İQTİSADİ TƏŞƏBBÜSLƏRƏ YARDIM 

İCTİMAİ BİRLİYİ 

 

 

 

 

 

 

 

 

 

AZƏRBAYCANDA ARIÇILIQ SEKTORUNUN 

İQTİSADİ PERSPEKTİVLƏRİNİN 

ARAŞDIRILMASI 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bakı 2016 

 

 



Sənəd İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin ABŞ BİA-nın maliyyə dəstəyi ilə 

həyata keçirilən “Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində 

hazırlanıb. 

 

 

 

 

 

 

 

 

Tədqiqatı hazırlayanlar: 

 

Rövşən AĞAYEV 

Samir ƏLİYEV 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Az1102, Azərbaycan, Bakı şəhəri,  

Tbilisi prospekti, 2-ci Alatava küçəsi 9 

Tel: (99412) 4317713 

Faks: (99412) 4317713 

E-mail: sei@azeronline.com 

Web: www.sei.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



© İqtisadi Təşəbbüslərə Yardim İctimai Birliyi

 

 



MÜNDƏRİCAT 

 

 



 

Qısa icmal   

 

 

 



 

 

 



 

 

 



 

GİRİŞ   



 

 

 



 

 

 



 

 

 



 

 



Az

ərbaycanda arıçılığın mövcud vəziyyətı   

 

 

 



 

 

10 



 

Dünyada arıçılığın inkişafı    

 

 

 



 

 

 



 

27 


 

Az

ərbaycanda arıçılıq sektorunun inkişaf imkanlarının GZİT analizi   



 

 

40 



 

N

əticə və təkliflər     



 

 

 



 

 

 



 

 

43 



 

 



 

TƏŞƏKKÜR 

 

Tədqiqatın  hazırlanmasında  göstərdikləri  informasiya  dəstəyinə  görə 



Azərbaycan Arıçılar İttifaqının sədri Şamil Quliyevə, Şəki rayonundan Qinyat oğulları 

şirkətinin  rəhbəri  Lətif  Qinyatoğluna,  Qax  rayonu  Bal  Evinin  rəhbəri  Bədrəddin 

Həsrətova, İsmayıllı rayonunda fərdi arıçılıq təsərrüfatının sahibi Tofiq Bayramova və 

“Şahdağ-E” MMC-nin rəhbəri Elxan Əkbərliyə təşəkkür edirik. 

 

Digər  tərəfdən  dövlət  qurumlarının  təmsilçiləri  -  Kənd  Təsərrüfatı  Nazirliyinin 



heyvandarlığın  inkişafı  şöbəsinin  müdiri  Qalib  Əbdüləliyev  və  Azərbaycanda  İxracın 

və  İnvestisiyaların  Təşviqi  Fondunun  (AZPROMO)  rəhbəri  Rüfət  Məmmədov  da 

tədqiqat  müəllifləri  ilə  arıçılıq  sektorunun  inkişafında  dövlət  siyasəti  barədə  maraqlı 

müzakirələr aparıblar.  

 



 



QISA 

İCMAL 

 

Cənubi  Qafqazda  nektar  verən  bitki  örtüyünün  61  faizi  Azərbaycanın  payına 



düşməsi bu sahədə gələcəkdə böyük potensial imkanların və perspektivlərın olduğunu 

deməyə  əsas  verir.  Ölkədə  daha  çox  “Boz  Dağ  Qafqaz”,  ”Sarı  İran”  arı  cinslərinin 

“Qabaqtəpə”,  “Qonaqkənd”, “Azərbaycan”, “Talış” və “Naxçıvan” arı populyasiyaları 

mövcuddur. Dünyada mövcud olan 24 arı cinsinin 2-si Azərbaycandadır. 

Arıçılıq sektorunun qanunvericilik bazası 2 fevral 2009-ci il tarixində qəbul edilmiş 

“Arıçılıq  haqqında”  Qanunu  əsasında  yaradılıb.  Nazirlər  Kabineti  bu  Qanuna 

əsaslanaraq 15-ə qədər normativ hüquqi aktı qəbul edib. Bu qaydalar arıçılıq sahəsində 

dövlət  nəzarətinin  gücləndirilməsi,  seleksiya-damazlıq  arıxanalarının  yaradılması, 

digər  arı  cinslərinin  ölkəyə  gətirilməsi,  arı  ailələrinin  köçürülməsi  prinsiplərini  və 

mexanizmlərini  təmzimləyir.  Nazirlər  Kabineti  həmçinin  arı  xəstəliklərinin 

müalicəsində istifadə edilən 96 növ dərman vasitələrinin Siyahısını təsdiq edib. 

Arı məhsullarının keyfiyyətinə dair ilk milli dövlət standartları 2015-ci ildən sonra 

hazırlanıb. Dövlət Komitəsinin 12 fevral 2016-cı il tarixli Qərarı ilə AZS 849-2016 “Bal” 

(CODEX STAN 12-1981) standartı təsdiq edilib. Bu standartın arılar tərəfindən istehsal 

olunan, emala verilən və bilavasitə, insanın istifadəsi üçün nəzərdə tutulan bütün bal 

növlərinə dair keyfiyyət göstəricilərini tənzimləyir.  

Tədqiqat aşağıdakı nəticələri ortaya çıxardıb: 

 

Arı ailələrinin sayında artım müşahidə edilir. Ölkədə arı ailələrinin sayı az olsa da 



son dövrlər artım tendensiyası göstərir. Dövlət Statistika Komitəsinin məlumatına 

görə, 2006-2015-ci illərdə ölkə üzrə arı ailələrinin sayı 2 dəfədən çox artaraq 115618-

dən  251233-ə  yüksəlib.  Arı  ailələrinin  248668-i  ailə  kəndli  və  ev  təsərrüfatlarının, 

914-ü  fərdi  sahibkrların  payına  düşür.  Arı  ailələrinin  ən  çox  təmərküzləşdiyi 

iqtisadi rayon Naxçıvandır. Ölkə üzrə arı ailəsinin 28%-i bu regionun payına düşür. 

Ölkə  üzrə  arı  ailələrinin  72,3%-i  4  iqtisadi  rayonun  (Gəncə-Qazax,  Şəki-Zaqatala, 

Lənkəran, Naxçıvan) payına düşür. 

 



Arı  ailələrinin  uçotu düzgün  aparılmır. Tədqiqat  ölkədə  arı  ailələrinin  uçotunun 

düzgün aparılmamasını ortaya çıxardı. Dövlət Statistika Komitəsinin rəsmi internet 

saytında,  dövlət  qurumları  ilə  müzakirələrdə,  arıçılarla  söhbətdə  arı 

təsərrüfatlarının  dəqiq  sayını  müəyyənləşdirmək  mümkün  olmayıb.  Ekspertlər 

ölkədə təxminən 8-10 min arı təsərrüfatının fəaliyyət göstərdiyini bildirir. 

 



Yerli  təbii  bal  istehsalı  tələbatı  ödəmir.  Ölkədə  istehsal  edilən  təbii  bal  daxili 

tələbatı  ödəmək  iqtidarında  deyil,  tələbat  idxal  hesabına  ödənilir.  Yerli  təbii  bal 

istehsalının illik həcmi təxminən 2400-2500 tondur. Son 10 ildə təbii bal istehsalı 2 

dəfədən çox artıb. Dövlət Gömrük Komitəsinin rəsmi məlumatına görə, 2015-ci ildə 

Azərbaycana 69,66 ton həcmində təbii bal idxal olunub və son illər artım müşahidə 

edilir.  

 

Təbii balın ixrac potensialı zəifdir. Tədqiqatın hazırlanmasında qarışıya qoyulan 



hədəflərdən  biri  də  Azərbaycan  balının  ixrac  potensialını  araşdırmaq  olub. 

Araşdırma nəticəsi göstərdi ki, təbii bal ixracına həm maya dəyərinin baha olması, 

 


həm də lazımi həcmdə olmaması mane olur. 2015-ci ildə ixracın orta qiyməti təbii 

balın hər kq-ı üçün 11,2 dollar olub. Bu dövrdə idxal olunan ən bahalı Fransa balı 2 

dəfə ucuz - 6,71 ABŞ dolları olub. İdxal olunan təbii balın 1 kq-nın orta qiyməti 1,5-

2.5 ABŞ dolları olub. 

 

Arıların  balverimi  məhsuldarlığı  çox  aşağıdır.  Azərbaycanda  arı  ailələrinin 



balverimi  səviyyəsi  ilə  bağlı  vahid  statistik  bazası  məlumat  yoxdur.  Tədqiqatdan 

məlum  olub  ki,  arı  təsərrüfatlarında  balverimi  səviyyəsi  5-20  kq  invervalında 

dəyişir.  Xarici  ölkələrin  təcrübələri  göstərir  ki,  bəzi  ölkələrdə  arı  ailələrinin 

balverimi səviyyəsi 40-50 kq-a çatır. 

 

Təbii  balın  satış  problemi  mövcuddur.  Ölkədə  təmiz  və  keyfiyyətli  bala  tələbat 



yüksək  olarmasına  rəğmən  satış  problemləri  qalmaqdadır.  Daxili  bazara  saxta 

balların  gətirilməsi  təbii  balın  satışına  problem  yaradır.  Təbii  balın  satışı  əsasən 

pərakəndə  qaydada  həyata  keçirilir.  Topdansatış  kanalları  mövcud  deyil. 

Pərakəndə  satış  ticarət  şəbəkələrində  satış,  fərdi  satış  və  müvafiq  dövlət 

qurumlarının  təşkil  etdiyi  yarmarkalarda  satışdan  ibarətdir.  Arıçılıq  təsərrüfatları 

satışı əsasən, fərdi qaydada, öz təsərrüfatında həyata keçirməyə üstünlük verir.  

 

Arıçıların  beynəlxalq  təmsilçiliyi  zəifdir.  Azərbaycanın  Arıçılar  Assosiasiyasının 



Beynəlxalq  Federasiyası  olan  Apimondiyada  təmsilçiliyi  yoxdur.  Apimondiyanın 

hazırda 94 tam, 20 assosiativ üzvü var. Keçmiş SSRİ ölkələrinin demək olar hamısı 

həmin qurumda bir və ya iki təşkilatla təmsil olunur.   

 



Damazlıq-seleksiya  işləri  sistemsiz  aparılır.  Arıların  cırlaşması  məhsuldarlığa 

mənfi  təsir  göstərir.  Mütəxəssislər  bunun  səbəbini  damazlıq-seleksiya  işlərinin 

xaotik,  sistemsiz    aparılması  ilə  əlaqələndirirlər.  Arı  cinsləri  ancaq  elmi-tədqiqat 

məqsədilə  idxal  olunmalı  olduğu  halda  bəzən  icazəsiz  olaraq  arıçıların  şəxsi 

təşəbbüsü  ilə  yeni  arı  cinsləri  gətirirlər.  Bu  isə  sonda  arı  cinslərinin  bir-biri  ilə 

qarışaraq onların cırlaşmasına gətirib çıxarır.  

 

Arıçılıq üzrə kadr qıtlığı mövcuddur. Araşdırma göstərir ki, ölkədə kifayət qədər 



arıçılıq  təsərrüfatlarının  olmasına  rəğmən  bu  sahədə  peşəkar  kadrlar  yox 

dərəcəsindədir.  Müşahidələr,  ekspert  müzakirələri  göstərir  ki,  ölkədə  istər  arı 

xəstəlikləri,  istər  arıların  bəslənməsi,  istərsə  də  arıçılıq  təsərüüfatlarının 

idarəedilməsi  üzrə  mütəxəssis  qıtlığı  mövcuddur.  Hazırki  tədris  müəssisələri 

arıçılıq  üzrə  kadrlar  hazırlamır,  arıçılıq  ixtisası  yoxdur.  Heyvan  xəstəliyi  üzrə 

ixtisaslaşan baytarların arı xəstəlikləri barədə bilikləri kifayət etmir.  

 

Lazımi laboratoriyalar yoxdur. Təbii balın keyfiyyətini ölçmək və arı xəstəliklərinin 



analizi üçün zəruri laboratoriyalar yoxdur. Balın keyfiyyətini analiz edərkən balın 

hansı  bitkidən  çəkildiyini,  balın  tərkibində  GMO-nun  mövcudluğu 

müəyyənləşdirmək  mümkün  deyil.  Mövcud  laboratoriyalar  arıçılıqda  olan 

probemləri tam müəyyənləşdirməyə imkan vermir.  

 

Təbii  balın  istehlak  həcminin  uçotu  aparılmır.    Dövlət  Statistika  Komitəsi  ildə 



ərzində  ölkədə  istehlak  olunan  təbii  balın  həcmi  barədə  statistik  məlumata  malik 

deyil. Rəsmi statistikaya görə, əhalinin illik istehlakı təxminən 1000 tona bərabərdir. 

Müstəqil  ekspertlər  hesab  edir  ki,  ölkənin  illik  istehlak  potensialı  4000-4500  ton 

civarındadır.  

 



 



Azərbaycanda arıçılığın inkişafı üçün aşağıdakı tədbirlərin görülməsi 

məqsədəuyğun olardı: 

 



Ölkədə arıçılıq təsərrüfatlarının inkişafı, arı məhsullarının istehsalının artımı və 

ixrac potensialının gücləndirilməsi, habelə arıçılıq təsərrüfatlarının kadr 

potensialını və maddi-texniki bazasının gücləndirilməsinə dövlət dəstəyi 

mexanizmlərinin yaradılması  məqsədilə 2017-2021-ci illəri əhatə edən beşillik 

“Arıçılığın inkişafı” Dövlət Proqramının qəbulu və həyata keçirilməsi; 

 



Arıçılıq təsərrüfatlarının istehsal etdikləri məhsulların rəqabət qabiliyyətini 

artırmaq və yerli arıçılığın inkişafını stimullaşdırmaq üçün dövlət büdcəsi 

hesabına arıçılıq təsərrüfatlarına subsidiyaların verilməsi; 

 



Arıçılıq təsərrüfatlarına dövlət dəstəyinin ünvanlı və səmərəli olması üçün 

arıların vahid dövlət qeydiyyatı uçotunun aparılması; 

 

Arıçılıq təsərrüfatlarının ucuz maliyyə resurslarına çıxışını təmin etmək üçün 



güzəştli şərtlərlə kreditlərin verilməsi mexanizmlərinin yaradılması; 

 



Əhalinin, o cümlədən məktəblilərin, hərbiçilərin yüksəkkalorili qida ilə təmin 

edilməsi üçün, eyni zamanda yeni istehsalı stimullaşdırmaq üçün Nazirlər 

Kabinetinin qərarı ilə təbii balın qida rasionuna daxil edilməsi; 

 



Arıların kütləvi məhv olmasının qarıçısını alınması, sağlam arıların 

yetişdirilməsi üçün arı xəstəlikləri üzrə laboratoriyaların yaradılması; 

 

Arıçılıq sənayesinin inkişafı üçün arıçılıq sahəsində peşəkar kadrların 



(menecment, xəstəliklər üzrə) hazırlanması üçün sahəvi ali məktəblərdə (Gəncə 

Aqrar Universitetində) arıçılıq üzrə ixtisasların yaradılması və mütəxəssislərin 

hazırlanması; 

 



Bal arılarınını məhsuldarlığını artırmaq üçün yüksək nektar veriminə malik 

bitkilərin əkilməsini və həmin bitkilərdən ibarət meşə plantasiyalaının 

salınmasının təmin etmək; 

 



Arı genefondunun qorunması üçün bir mərkəzdən idarə olunmaqla ölkənin ayrı-

ayrı regionlarında damazlıq-seleksiya və ixtisaslaşmış təəcrübə-sınaq 

təsərrüfatlarının yaradılması  və bunun üçün dövlət tərəfindən xüsusi sahələrin 

ayırlmasını təmin etmək; 

 

Arı məhsullarının ayrı-ayrı çeşidləri üzrə keyfiyyət standartlarının, habelə bu 



məhsulların qablaşdırılması, saxlanması, daşınması və satışı ilə bağlı milli 

standartların hazırlanması; 

 

Arıçıların peşə birliklərinin yaradıması və onlara dövlət tərəfindən texniki dəstək 



göstərilməsi; 

 



Azərbaycan arıçılarının beynəlxalq səviyyədə əlaqələrini gücləndirmək, dünya 

səviyyəsində tanıtımına nail olmaq, qabaqcıl texnologiyaların mənimsənilərək 

ölkəyə gətirilməsi baxımından Arıçılar Assosiasiyasının Beynəlxalq Federasiyası 

olan Apimondiyaya üzvlüyə nail olmaq 

 


GİRİŞ 

 

Azərbaycanda  tarixən  arıçılıq  ənənələri  olub.  Sovet  dövründə  arıçılıq 

təsərrüfatlarının  inkişafı  üçün  müəyyən  zəruri  maddi-texniki  baza  və  infrastruktur 

yaradılsa  da,  SSRİ  dövlətinin  dağılması  ilə  həmin  dövrdə  yaradılmış  təsərrüfatlar 

dağıldı.  Xüsusilə  sovet  idarəçiliyində  birləşdirilərək  iriləşmiş  təsərrüfatlar  sonrada 

parçalanaraq  yenidən  kiçik  təsərrüfatlara  çevrildi.  Ölkədə  arıçılıq  təsərrüfatları  uzun 

müddət  həvəskar  arıçılar  tərəfindən  idarə  olunub  və  ənənələr  məhz  onlar  tərəfindən 

qorunub saxlanılıb. Bu gün arıçılıq təsərrüfatları kiçikölçülüdür.  

2016-cı ilin əvvəlinə ölkənin arıçılıq təsərrüfatlarında olan arı ailələrinin sayı 250 

mindən çoxdur, arıçıların sayı isə 8-10 min arasında dəyişir. Hazırda ölkədə hər bir arı 

təsərrüfatına  orta  hesabla  25-31  arı  ailəsi  düşür.  Bu,  çox  azdır.  Ekspertlərin 

hesablamalarına görə, arı təsərrrüfatının gəlirli işləməsi üçün hər bir belə təsərrüfat ən 

azı  200  arı  ailəsinə  xidmət  göstərməlidir.  Arı  ailələri  ölkənin  regionları  üzrə  bərabər 

paylanmayıb.  Mütəxəsissislər  ölkədə  arı  ailələrinin  sayının  600-700  minə  çatdırmaq 

potensialının olduğunu bildirir və Aran regionun arıçılıq üçün əlverişli olduğunu qeyd 

edirlər.  Ancaq  Aran  regionunda  kənd  təsərrüfatı  məhsullarının  intensiv  əkini  arıçılıq 

üçün problemlər yaradır.    

Ölkənin təbii bal istehlakına olan tələbatının 2,4-2,5 tonu daxili istehsal hesabına 

təmin edilir. Son 10 ildə təbii bal istehsalı 2 dəfədən çox artsa da tələbatı tam ödəmək 

iqtidarında deyil. Bal tələbatının bir hissəsi idxal hesabına təmin edilir. İdxal da ildən ilə 

artır.  Təbii  balın  ixrac  potensialı  olsa  da  reallıqda  ciddi  problemlər  mövcuddur.  Əsas 

səbəb  istehsal  olunan  balın  maya  dəyərinin  baha  olması  və  həcminin  lazımi  həddə 

olmamasıdır.  Elə  bunun  nəticəsidir  ki,  təbii  bal  əsasən  emal  olunmadan  və 

paketlənmədən xammal şəklində ixrac olunur. 

Təsərrüfat  sahibləri  arıçılıq  sahəsndə  müəyyən  biliyə  malik  olsalar  da,  xırda 

istisnalarla  onların  fəaliyyəti  daha  çox  həvəskar  fəaliyyətdən  ibarətdir.  Tədqiqatın 

hazırlanması  prosesində  əldə  etdiyimiz  məlumatlar  göstərir  ki,  ölkədə  istər  arı 

xəstəlikləri,  istər  arıların  bəslənməsi,  istərsə də  arıçılıq  təsərüüfatlarının  idarəedilməsi 

üzrə  mütəxəssis  qıtlığı  mövcuddur.  Hazırki  tədris  müəssisələri  arıçılıq  üzrə  kadrlar 

hazırlamır,  arçılıq  ixtisası  yoxdur.  Heyvan  xəstəliyi  üzrə  ixtisaslaşan  baytarların  arı 

xəstəlikləri barədə bilikləri kifayət etmir.  

Arıçılıq  təsərrüfatları  maliyyə  resursları  əldə  etməsində  ciddi  problemlərlə 

üzləşirlər.  Arıçılar  Sahibkarlığa  Kömək  Milli  Fondunun  vasitəsi  ilə  ayrılan    güzəştli 

kreditləri  əldə  etməkdə  çətinlik  çəkirlər.  Kommersiya  banklarının  verdiyi  kreditlərin 

faiz  dərəcəsi  və  şərtləri  ağırdır.  Mövcud  rentabellik  ilə  kommersiya  banklarının 

kreditləri  sərfəli  deyil.  Beynəlxalq  təşkilatlar  müəyyən  layihələr  vasitəsilə  arıçılıq 

təsərrüfatlarına texniki dəstək versələr də layihələrin dayanıqlığına böyük ehtiyac var. 

 



Hökumətin  subsiya  mexanizmi  mövcud  deyil.  İxracatçılar  üçün  verilməsi  nəzərdə 

tutulan  subsidiyalar  üçün  qanunvericilik  bazası  2016-cı  ildə  yaradılıb,  ancaq  onun 

verilməsi mexanizmi hələ hazır deyil.  

Tədqiqatın  müəllifləri  sənədin  işlənməsi  dövründə  Azərbaycanda  arıçılıq 

sektorunu  tənzimləyən  qanunvericilik  aktlarını,  habelə  dövlət  proqramlarını  

araşdırıblar.  Təbii balın keyfiyyətini tənzimləyən dövlət standartları təhlil edilib. 

Arıçılıq sahəsində mövcud durumunu qiymətləndirmək üçün arıçılarla görüşlər 

keçirilib. Müəlliflər həmçinin Azərbaycanın müxtəlif regionlarına,  ocümlədən Qəbələ, 

İsmayıllı,  Şəki,  Qax  rayonlarına  səfər  edərək  yerli  arıçılardan  müsahibələr  götürülüb. 

Ölkənin  digər  regionlarını  təmsil  edən  bir  sıra  arıçılarla  telefon  vasitəsilə  qısa 

müsahibələr götürülüb.  Bundan başqa Kənd Təsərrüfatı və iqtisadiyyat nazirliklərinin 

müvafiq  strukturlarının  mütəxəssisləri  ilə  müzakirələr  aparılıb  və  bu  sahədə  dövlət 

siyasətinin perspektləri öyrənilib.

   


Tədqiqat  əsasən  4  hissədən  ibarətdir.  Birinci  hissədə  “Azərbaycanda  arıçılığın 

mövcud  vəziyyətı”  bölməsidir.  Bu  bölmədə  Azərbaycanda  arıçılıq  təsərrüfatlarının 

mövcud vəziyyəti, arı məhsullarının çeşidi, keyfiyyəti və istehsal gücü, ixrac potensialı 

və  xarici  ölkələrdə  rəqabət  qabiliyyəti,  arı  məhsullarının  keyfiyyətini  və  arı 

xəstəliklərini analiz edən laboratoriyaların vəziyyəti, arıçılıq üzrə kadr potensialı və s. 

məsələlər araşdırılaraq real vəziyyət qiymətləndirilib.  

Tədqiqatın ikinci bölməsi beynəlxaq təcrübəyə həsr edilib. “Dünyada arıçılığın 



inkişafı”  adlı  bölmədə  dünyada  arıçılıq  təsərrüfatları  güclü  inkişaf  etmiş  ölkələrin 

uğurlu  təcrübələri,  bu  sahədə  dövlət  siyasəti,  arıçılılara  edilən  dövlət dəstəyi,  arı 

xəstəlikləri ilə mübarizə üsulları, arı məhsullarının çeşidi və qiyməti barədə məlumatlar 

əksini tapıb. 



Üçüncü  bölmədə  Azərbaycanda  arıçılıq  sektorunun  inkişaf  imkanlarının  GZİT 

(güclü, zəif, imkanlar, təhlükələr) analizi aparılıb. 



Sonuncu  bölmədə  tədqiqatın  yekunu  olaraq  ortaya  çıxan  nəticələr  və  arıçılıq 

təsərrüfatının inkişafı üçün tövsiyələr təklif edilir.     

 

 

Ölkə  iqtisadiyyatının  şaxələnməsi  zəruriliyi  ortaya  çıxandan  arıçılıq  aqrar 



sektorun  bir  bölməsi  kimi  diqqətimizi  cəlb  edib.  Arıçılıq  fəaliyyəti  həm  də  kiçik 

sahibkarlıq  kateqoriyasına  aid  olduğundan  İqtisadi  Təşəbbüslərə  Yardım  İctimai 

Birliyinin  ABŞ  BİA-nın  maliyyə  dəstəyi  ilə  həyata  keçirdiyi  “Azərbaycanda  kiçik 

sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində araşdırılıb.  

 

 

 

 



 

 



 

AZƏRBAYCANDA ARIÇILIĞIN 

MÖVCUD 

VƏZİYYƏTİ 

 

Ölkəmizdə qeyri-neft sektorunun inkişafının vacibliyi barədə danışanda arıçılıq 



potensial  sahələrindən  biri  kimi  qeyd  edilir.  Həm  tarixboyu  nəsildən-nəsilə  ötürülən 

biliklər  və  vərdişlər,  həm  də  əlverişli  iqlim  şəraiti  arıçılığın  inkişaf  imkanlarının 

mövcudluğunu  göstərir.  Cənubi  Qafqazda  nektar  verən  bitki  örtüyünün  61  faizi 

Azərbaycanın  payına  düşməsi  bu  sahədə  gələcəkdə  böyük  potensial  imkanların  və 

perspektivlərın olduğunu deməyə əsas verir.  

Arıçılıq kənd təsərrüfatının ekoloji baxımdan ən təhlükəsiz növlərindən biridir. 

Ərzaq  məhsullarının  təhlükəsizliyi  məsələlərinin  qlobal  əhəmiyyət  daşıdığı  müasir 

dövrümüzdə arıçılığın inkişafının labüdlüyü xüsusilə diqqəti cəlb edir. Azərbaycanda 

arıçılığın  tarixi  kökləri  və  ənənələri  var.  Azərbaycan  dünyada  ən  məşhur  arı 

cinslərindən  biri  olan  Boz  Qafqaz  arısının  vətənidir.  Ölkədə  daha  çox  “Boz  Dağ 

Qafqaz”, ”Sarı İran” arı cinslərinin “Qabaqtəpə”,  “Qonaqkənd”, “Azərbaycan”, “Talış” 

və “Naxçıvan” arı populyasiyaları mövcuddur. Dünyada mövcud olan 24 arı cinsinin 2-

si Azərbaycandadır. 

Sovet  dövründə  arıçılıq  təsərrüfatları  qismən  mərkəzləşdirilmiş,  kiçik 

təsərrüfatlar iriləşdirilmiş, zəruri maddi-texniki baza və infrastruktur yaradılmışdı. Bu 

sahədə peşəkar kadrların hazırlanması, damazlıq-seleksiya işlərinin aparılması, zəruri 

laboratoriyaların  yaradılması  istiqamətində  xeyli  işlər  görülmüşdü.  SSRİ  dövlətinin 

dağılması  ilə  yeni  iqtisadi  idarəetmə  formasına  keçid,  ölkə  ərazisinin  bir  hissəsində 

müharibə  aparılması  sovet  dövründə  yaradılmış  digər  təsərrüfatlar  kimi  arıçılıq 

təsərrüfatlarının  da  dağılmasına  gətirib  çıxartdı.  Müstəqil  qiymətləndirmələrə  görə, 

1990-1999-cu illərdə arıçılıq təsərrüfatı 45 faiz azaldı

1



Müstəqillik  qazandıqdan  sonra  Azərbaycanda  arıçılıq  sənayesi  uzun  müddət 

diqqətdən  kənarda  qalıb.  Arıçılıq  ən  yaxşı  halda  bir  neçə  dövlət  proqramlarında 

epizodik olaraq əksini tapıb. 2004-cü ildən bəri regionlarının sosial-iqtisadi inkişafı ilə 

bağlı qəbul edilmiş 3 dövlət proqramında (2004-2008-ci illər, 2009-2013-ci illər və 2014-

2018-ci illər) arıçılıq təsərrüfatlarının inkişafı kənd təsərrüfatının prioritet sahələrindən 

biri kimi qeyd edilərək onun inkişafının zəruriliyi vurğulanıb.  

Arıçılıq sektorunun qanunvericilik bazası 2 fevral 2009-ci il tarixində qəbul edilmiş 


Каталог: upload -> files
files -> AZƏrbaycan respublikasinin naziRLƏr kabineti
files -> Büdcə gəlirləri: 10 325 935,1 min man (84,8% icra)
files -> Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi
files -> Proqram Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 yanvar 2006-cı il tarixli 15 saylı Qərarı ilə təsdiq olunub
files -> The importance of learning Russian Shahin Boyukaga oglu Alibeyli
files -> Kisi sonsuzluğu haqqında
files -> Opća bolnica/ Klinički bolnički centar
files -> Adrenoleykodistrofiya Şahin Böyükağa oğlu Əlibəyli Adrenoleukodystrophy


Поделитесь с Вашими друзьями:
  1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə