Firmanın mənfəətinin maksimallaşdırılması nəzəriyyəsi
İqtisadiyyatda firmanın fəaliyyəti ilə əlaqədar olaraq müxtəlif nəzəriyələr var.
Mənfəət sahibkarlıq fəaliyyətinin iqtisadi səmərəllik göstəricisi olduğuna görə hər bir hüquqi və ya fiziki şəxs onun artırılmasına xüsusi diqqət yetirir və bu məqsədlə müxtəlif vasitə və yollardan istifadə edir. Mənfəət uğrunda mübarizə aparmaq və onu artırmaq üçün müxtəlif üsullardan istifadə etmək hər bir sahibkarın başlıca məqsədidir. Buna əsasən demək olar ki, mənfəət iqtisadi mexanizmidə çox mühüm rol oynayır. Mənfəət əməyə qənaət olunduqda - əmək məhsuldarlığı yüksəldikdə buraxılmış məhsulların hər vahidinə çəkilən xərc aşağı salındıqda kapital verimi artırıldıqda mümkündür. Mənfəətin kütləsinə təkcə əməyə qənaət edilməsi deyil, istehsal olunan və satılan məhsulların həcmi də təsir göstərir. Buna isə həm işcilərin sayının artırılması (ekstensiv amil), həm də əmək məhsuldarlığının yüksəldilməsi (intensiv amil) yolu ilə nai olmaq mümkündür.
Mənfəətin artırılmasının ikinci amilindən istifadə edilməsi iqtisadi cəhətdən daha sərfəlidir. Çünki işcilərin sayının artırılması müəyyən həddə qədər mümkündür, digər tərəfdən əmək məhsuldarlığının yüksəldilməsi, həm də istehsal olunan məhsulların miqdarının artırılmasına və onların istehsalına çəkilən xərclərin aşağı salınmasına imkan verir. Mənfəətin artırılması iqtisadiyyatda istehsal şəraitinin dəyişməsi nəticəsində baş verə bilər. Yəni mənfəət qiymətlərin artması nəticəsində artırsa bu istehsal müəssələrində mənfəətin süni sürətdə çoxalmasına, istehlakçı müəssələrdə isə əksinə, azalmasına səbəb olacaqdır. Bu isə o deməkdir ki, müəssələrin işinin səmərəlliyi göstəricisi kimi onu təhlil edəcəkdir. Mənfəət firmanın işini ifadə edən başlıca göstəricilərdən olduğuna görə onun artırılması amillərinin nəzərdən keçirilməsi böyük əhəmiyyətə malikdir.
Mənfəətin artırılmasına istehsal amilləri (əmək məhsuldarlığı istehsal sahələrində çalışan işcilərinin sayı, iş gününün uzuluğu investisiya ehtiyatlarında istifadə dərəcəsi, istehsalın üzvi quruluşu, bölgü (məsələn, əmək haqqının artım sürəti) və mübadilə şəraitində (qiymətlərin səviyyəsi, təklifin tələbə nə dərəcədə uyğun gəlməsi və i.a.) təsir göstərir. Lakin bunların içərisində istehsal amilləri həlledici rol oynayır. Digər amillər isə mənfəətin kəmiyyətinə yalnız pulla təsir göstərə bilər. Çünki bölgü və mübadilə mərhələsində nə dəyər, nə də istehlak dəyəri yaranmır.
Müasir elmi texniki inqilab şəraitində mənfəətin artırılmasında başlıca rolu əmək məhsuldarlığının yüksəldilməsi oynayır. əmək məhsuldarlığının yüksəldilməsi istehsal xərclərinin azaldılmasına və mənfəətin artmasına səbəb olur. İstehsal xərcləri və mənfəət firmanın fəaliyyətinə qiymət vermək üçün istifadə olunan çox mühüm göstəriciləridir. Odur ki, qanunvericilik çərçivəsində, sağlam rəqabət şəraitində daha çox mənfəət əldə etmək üçün elmi texniki tərəqqinin nailiyyətlərindən, birinci növbədə yüksək məhsuldarlıqlı dünya standarlarına cavab verən texnikadan, mütərəqqi texnalogiyadan və təsərrüfatçılıq formalarından istifadə etməyə çalışırlar.
Mənfəət iqtisadi mexanizmdə çox mühüm rol oynamaqla bir sıra vəzifələri yerinə yetirir. Bunlar ondan ibarətdir ki, mənfəət istehsalda əmək məsrəflərinə qənaət edilməsinin ölçüsü, firma və müəssisələrin, habelə ümumxalq mənafelərinin ifadəçisi vəzifələrini yerinə yetirir. Ölkəmizdə bazar münasibətlərinin formalaşdığı bir şəraitdə mənfəət bölgü və stimullaşdırma vəzifələrini də həyata keçirir.
Firma haqqında ən mükəmməl nəzəriyyələrdən biri – mənfəətin maksimallaşdırılması nəzəriyyəsidir. Bu nəzəriyyədə firmanın fəaliyyətinin qarşısında duran əsas məqsəd həmişə ön plana çəkilir və göstərilir ki, firmanın fəaliyyətində, davranışında əsas məqsəd mənfəəti maksimumlaşdırmaqdan ibarətdir.
Firmanın təsərrüfat fəaliyyətinin əsas daxili məqsədi (təbii məqsədi) mənfəət ələ etmək və onu mümkün qədər çoxaltmaqdan ibarətdir. Hər bir firma xarici formadan – satışın, iqtisadi artımın və ya faydallığın səviyyəsindən asılı olmayaraq maksimum mənfəət əldə edilməsini nəzərdə tutur. Bu, təsadüfi deyil, çünki rəqabət şəraitində daha çox mənfəət almaq firmaya imkan verir ki, təsərrüfat vəziyyətinin möhkəmləndirsin, əks halda o bazardan sıxışdırılıb çıxarıla bilər.
Bu nəzəriyyə iki ehtimala əsaslanır:
1. Mülkiyyətçilər firmanın fəaliyyətini idarə edir və onu işlərinə gündəlik nəzarəti həyata keçirirlər.
2. Sahibkarların yeganə arzusu – mənfəəti maksimumlaşdırmaqdır.
Nəzəriyyə son xərclərin son gəlirlərə nisbətən azaldırması şəraitində mənfəətin maksimumlaşdırlması haqqında qərara əsaslanır.
Lakin həyatda bu nəzəriyyə bir sıra çətinliklərlə qarşılaşır. Əvvəla, son xərclərin və xüsusilə də son gəlirlərin hesablanması çətin bir işdir və firma öz məhsuldarlığına olan tələbi və onun elastikliyini dəqiq bilmədikdə bu vəzifə daha da çətinləşir. Doğrudur, iri firmalar çox bahalı olan bazar tədqiqatlarını həyata keçirsələr də, onların əldə etdikləri məlumatı tam dəqiq və qənaətbəxş hesab etmək olmaz. Gələcək xərc və gəlirlərin hesablanması da belə çətinliklərlə bağlıdır. Nəhayət, praktiki olaraq digər firmaların fəaliyyətini qabaqcadan dəqiq bilmək və qiymətləndirmək mümkün deyil.
İkincisi isə müasir bazar iqtisadiyyatı şəraitində mülkiyyət hüquqilə idarəetmə hüququ bir – birindən ayrılmışdır və kiçik müəssisələr istisna olmaqla, heç bir mülkiyyətçi bilavasitə operativ idarəetmə işi ilə məşğul olmur. Bu idarəetməni peşəkar menecerlər həyata keçirirlər.
Göründüyü kimi, ənənəvi nəzəriyyə firmanın fəaliyyətini, davranışını tam izah etməyə imkan vermir. Məhz buna görə də digər iqtisadçılar alternativ nəzəriyyələr irəli sürürlər.
Dostları ilə paylaş: |