İsa Musayev, Mətləb Əlizadə



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə1/266
tarix02.01.2022
ölçüsü1,71 Mb.
#41394
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   266
Informatikanin esaslari aze



İsa Musayev, Mətləb Əlizadə 
 
 
 
 
 
 
 
 
 
 
 
İNFORMATİKANIN ƏSASLARI 
(Dərs vəsaiti) 
 
 
 
 
 
 
 
 
 
Bakı – 2014 


 

  
Giriş  
Müasir  dünya  günbəgün  virtuallaşmaqdadır.  Yəni  bu  günədək  həlli  mümkün 
olmayan məsələlərin həlli mümkün olmaqdadır.  Bu prosesin təməlində kompüterləşmə və 
informatlaşma dayanır.  
Taxıl,  polad,  elektrik  kimi,  kompüter  də  İnsan  həyatının  ayrılmaz  tərkib  hissəsinə 
çevrilməkdədir.  Bütün  dünya  ölkələri  bu  prosesin  içində  yeni  məzmun  kəsb  edən 
mövcudluq formasına keçməkdədir.  
Fizika,  kimya,  biologiya  kimi  fundamental  təbiətşünaslıq  elmlərindən  biri  olan 
―İnformatika‖nın meydana gətirdiyi kompüter texnikası  bəşəriyyətə informasiya-kommu-
nikasiya texnologiyalarından (İKT-dən) bəhrələnmək imkanı yaratmışdır.  
Hal-hazırda  Cəmiyyət  həyatının  elə  bir  sahəsi  və  istiqaməti  yoxdur  ki,  onu 
kompütersiz təsəvvür etmək mümkün olsun. Hökümət təşkilatları, qeyri-hökumət və özəl 
qurumlar  öz  fəaliyyətlərində  müasir  İKT-dən  get-gedə  daha  dolğun  istifdə  etməyə 
çalışırlar.  Sosial-iqtisadi,  elm-mədəniyyət,  ictimai-siyasi,  təhsil  və  s.  fəaliyyət  sahələri 
İKT-dən istifadə etməklə yeni məzmun kəsb etmişdir. 
Bu  baxımdan,  İnformatika  elminin  tədrisi  və  təbliği  son  dərəcə  aktuallaşmışdır. 
İnformatikanın  ümdə  məqsədi  alqoritmik  mədəniyyət  formalaşdırmaqdır.  Bu  isə  yeni 
düşüncə tərzi, dünyəvi biliklərə yiyələnmək, ümumbəşəri dəyərlərə sahib çıxmaq imkanı-
nın reallaşması deməkdir.  
İnformatika,  Cəmiyyətin  istifadəsinə  təqdim  etdiyi  təməl  ideyalar  və  prinsiplər 
əsasında yaradılmış bütün aparat və proqram vasitələrindən və bunlara söykənən İKT-dən 
hərtərəfli və səmərəli istifadə üsulları barədə biliklər sistemidir.  
İnformatika  təlimi  get-gedə  konkret  aparat-proqram  vasitələrinin  xarakteristikasını 
arxa plana keçirməli və əsas diqqəti təməl ideyaların və prinsiplərin şərhinə yönəltməlidir. 
Maddə, enerji və informasiya təbiətin təməl mahiyyətləri sayılır. Maddə və enerjinin 
dünyəvi və bəşəri rolu çoxdan dərk edilsə də, canlı və cansız təbiətdə informasiyanın rolu 
xeyli gec başa düşülmüşdür.  
Maddə, enerji  və informasiya  kimi  təməl  mahiyyətlərin  insana  xidmət  etməsində  ən 
ümumi  elmi  instrument  olan  riyaziyyatın  mühüm  rolu  vardır.  İnsanın  əldə  etdiklərinin 
əksəriyyəti  riyazi  metodların  tətbiqi  ilə  mümkün  olmuşdur.  Min  illərdən  bəri  istifadə 


 

edilən riyaziyyata nisbətən informatika olduqca gənc elm olub son bir-neçə on illik tarixə 
malikdir.  Buna  baxmayaraq,  informatika  riyaziyyat  və  digər  elm  sahələrini  bəşəriyyətin 
həyatına  daha  dərin  nüfuz  etdirərək  daha  dərin  dəyişikliklər  törədə  bilmişdir.  Bu 
dəyişikliklərin olduqca böyük müsbət cəhətləri olsa da, təhlükəli tərəfləri də yox deyildir. 
Odur  ki,  informatikanın  tədrisi  həm  də  informatikanın  yaratdığı  imkanlardan  ağılla  və 
ehtiyatla istifadə edilməsi məsələlərini əhatə etməlidir. 
Dərs vəsaiti 8 bölmədən ibarətdir.  
Birinci  bölmə
 
―İnformatikanın  obyekti,  predmeti  və  metodu‖  adlanır.  Burada 
Dünyanın maddi-enerji və informasiya mənzərəsi, təbiətdə və cəmiyyətdə informasiyanın 
yeri və rolu, informatlaşdırmanın aparat və proqram aspektləri, informasiya cəmiyyəti və 
informatikanın  predmeti  və  metodu  barədə  ardıcıl  və  yığcam  məlumat  verilərək  müasir 
dövrün ümumi informasion anlamı barədə bitkin təsəvvür yaratmağa cəhd edilmişdir. 
İkinci bölmə ―İnformasiya, onun kəmiyyət və keyfiyyət xarakteristikası‖ adı altında 
verilmişdir. Dərs vəsatinin ikinci bölməsində ―İnformasiya‖nın təməl elmi anlayış olması, 
onun  fizikada,  biologiyada,  kibernetikada  və  informatikada  mənalandırılması  müxtə-
lifliklərinin  səbəbləri,  informasiyanın  kəmiyyət  xarakteristikaları,  təqdimatı  və 
kodlaşdırılması məsələləri araşdırılmışdır. 
Üçüncü  bölmə  ―İnformasiya  emalının  texniki  vasitələri‖  adlandırılmışdır.  Bu 
bölmədə  ədədi  informasiya  emalı  qurğuları  və  informasiya  emalının  instrumental 
vasitələrinin  inkişafı,  fərdi  kompüterlərin  aparat  təminatı,  informasiyanın  kompüter 
yaddaşında təsviri, kompüterin təşkili və fəaliyyəti yığcam şəkildə nəzərdən keçirilmişdir.  
Dördüncü  bölmə  ―Kompüterin  hesabi  və  məntiqi  əsasları‖na  həsr  edilmişdir. 
Dördüncü  bölmədə  ədədi  informasiyanın  say  sisteminin  köməyi  ilə  təqdim  edilməsi, 
məntiqin  əsasları  və  kompüterin  məntiqi  əsasları,  ədədi,  mətni,  qrafik  və  səs 
informasiyasının kompüterdə təqdim və təsviri öz əksini tapmışdır. 
Beşinci  bölmə  ―İnformasiyanın  işlənməsinin  avtomatlaşdırılmasının  əsasları‖ 
adlanır. Bu bölmədə alqoritmləşdirmənin əsasları və proqramlaşdırma, o cümlədən, Visual 
Basic və VBA dillərində proqram layihələrinin hazırlanmasına nümunələr verilmişdir. 
Altıncı  bölmə  ―Kompüter  sistemlərinin  proqram  təminatı‖nı  özündə  əks  etdirir.  
Altıncı bölmədə kompüter sistemlərinin proqram təminatının tipologiyası, sistem proqram 
təminatı,  o  cümlədən  əməliyyat  sistemləri,  proqramlaşdırma  texnologiyalarının  instru-
mentariyası  və  tətbiqi  proqram  təminatı,  o  cümlədən,  tətbiqi  proqram  təminatına 


 

nümunələr  kimi  mətn  redaktoru,  elektron  cədvəllər  və  qrafik  redaktor  barədə  yığcam 
məlumat öz əksini tapmışdır. 
Yeddinci  bölmə  ―Kompüter  şəbəkələrinin  arxitekturası‖  adlanır.  Dərs  vəsaitinin 
yeddinci bölməsində kompüter şəbəkələrinin qurulması və fəaliyyətinin təməl prinsipləri 
şərh edilmişdir. 
Səkkizinci  bölmə  ―İnformasiya  sistemləri  və  texnologiyaları‖na  həsr  edilmişdir. 
Burada informasiya emalının müasir üsulları, informasiya sistemlərinin baza texnologiya-
ları, o cümlədən, VB texnologiyaları, mətn axtarışı texnologiyaları, Veb texnologiyaları 
şərh edilmişdir.   

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin