2.1.3 İnformasiya kibernetikada. İdarəetmə haqqında elm olan kibernetikada ―in-
formasiya‖ anlayışı mürəkkəb sistemlərdə (canlı orqanizmlərdə və ya texniki qurğularda)
idarəetmə prosesləri ilə əlaqələndirilir. Yəni istənilən canlı orqanizmin həyat fəaliyyəti və
ya texniki sistemin normal işləməsi idarəetmə prosesindən asılıdır. Çünki idarəetmə
onların zəruri parametrlərini müəyyən hədlər daxilində saxlayır. İdarəetmə prosesi
informasiyanın alınması, saxlanması, dəyişdirilməsi və ötürülməsi prosedurları zəncirin-
dən ibarətdir.