İŞGÜzar yazişmalar fəNNİ ÜZRƏ kollokvium suallarinin cavablari


əzizim,  dostum,  qardaşım,  əziz  bacım



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə25/41
tarix02.01.2022
ölçüsü0,6 Mb.
#47576
1   ...   21   22   23   24   25   26   27   28   ...   41
ISGUZAR-YAZISMALAR-I-KOLOKVIUM-2003

əzizim,  dostum,  qardaşım,  əziz  bacım  və  s.  kimi  söz  və  söz  birləşmələri 

işlənəcəkdir.  Əksinə,  qeyri-səmimi  münasibət  qeyri-səmimi  sözlərlə,  xoşagəlməz 

ifadələrlə ifadə ediləcək.  

Məktub yazarkən aşağıdakı sistem gözlənilməlidir:  

1. Müraciət  hissəsi.  Yazının  bu hissəsində  şəxsin  adı, sənəti və hörmət 

əlaməti olaraq ona verilən təxəllüs göstərilməlidir.  

             Bəzi  hallarda  müraciət  olunan  şəxsin  ad  və  soyadı  ayrı-ayrı  nəzakət 

ifadələri ilə müşayiət olunur: Məsələn: «Azərbaycan Respublikasının Baş naziri 

Rasim Həsənov cənablarına».   

       Məktub  bir  neçə  ünvana  göndərilməli  olduqda  bu  zaman  ünvan  qeyd 

edildikdən sonra məktubun surətinin kimə göndərildiyi də əlavə edilir.  

       Məsələn: «Göyçay rayon İcra hakimiyyətinə.  

Surəti:  Göyçay  şəhəri,  S.Rüstəm  küçəsi,  mənzil  45.  Nüşabə  Ramiz  qızı 

Məmmədovaya» 

Məktubda  əsas  mətn  2  hissədən  də  ibarət  ola  bilər:  məsələnin  mahiyyəti 

(mövcud vəziyyət) və xahiş edilən mətləb. Məktubun əsas mətni həm sadə geniş 

cümlə  şəklində,  həm  də  mürəkkəb  cümlə  şəklində  ola  bilər.  Murəkkəb  cümlə 

şəklində  olan  variant  Azərbaycan  dili  üçün  daha  münasib,  daha  səlis  səslənir. 

Müraciət  hissəsi  məktubun  başlığı  sayılır.  Belə  başlıq,  əsasən,  əmr    cümləsi 

şəklində qurulur.  




21 

 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin