İslam dininin meydana gelmesi ve esas mahiyyeti. İslam fəlsəfəsinin yaranma səbəbləri



Yüklə 1,55 Mb.
tarix04.10.2023
ölçüsü1,55 Mb.
#152214
islam dinin yaranması


İslam dininin meydana gelmesi ve esas mahiyyeti. İslam fəlsəfəsinin yaranma səbəbləri
İslam dini dünyada ən geniş yayılmış monoteist dinlərdən biridir. İslam dini eramızın YII əsrində meydana gəlmişdir. Bu dinə Yaxın və Orta Şərq ölkələrində, Şimali Afrika və Cənub-şərqi Asiya ölkələrinin əhalisinin böyük əksəriyyəti etiqad edirlər. Bundan başqa Hindistan əhalisinin 11%, Çinin 2%, Albaniyanın 70%, Yuqoslaviyanın 15%, bu dinə sitayiş edir. İslam dini başlıca olaraq Qafqazda, Orta Asiyada, Qazaxıstanda, Dağıstanda, Tatarıstanda, Başqırdıstanda yayılmışdır. Bu dinə etiqad edənlərin sayı 1 milyarda yaxındır.
610-cu ildə yeni dini təbliğ etməyə başlayan Məhəmməd peyğəmbər ərəbləri vahid dildə birləşdirməyə nail oldu. İlk islam ideologiyasını öyrənmək üçün ən mötəbər mənbə Qurani-Kərimdir. Quran 40 min cüyür dərisi üzərində yazılmışdır. Yeddi nüsxədən ibarət olmuşdur. Zəmanəmizə isə 3 nüsxəsi gəlib çatmışdır. I Londonda, II Özbəkistanda, III Tacikistandadır. 114 surədən, 6236 ayədən ibarətdir. 622-ci ildə Məhəmməd Peyğəmbər Məkkədən Mədinəyə köçmüşdür. Hicri tarixi ( hicrət etmək-köçmək) həmin ildən başlayır. İslamı qəbul edən hər bir kəs 5 şərtə əməl etməlidir. Kəlmeyi-şəhadət, 5 namaz, oruz, zəkat. Məkkə-Kəbə ziyarəti.
Məhəmmədin miladi 632-ci ildə vəfatı ilə müsəlman cəmiyyətinin rəhbəri olaraq yerinə kimin keçəcəyi ilə bağlı fikir ayrılıqları yarandı və Rəşidun xilafəti dövrü başladı.
Əməvi xilafəti eramızın 8-ci əsrində İberiyadan Hind çayına qədər uzandı. Əməvi və Abbasi xəlifəlikləri, Fatimilər, Səlcuqlar, Əyyubilər və Məmlüklər kimi dövlətlər dünyanın ən nüfuzlu dövlətləri arasında idi. Samanilər, Qəznəvilər və Qurilər tərəfindən qurulan farslaşmış imperiyalar texnoloji və inzibati inkişafa töhfə verdi. İslamın Qızıl Dövrü bir çox mədəniyyət və elm mərkəzinin inkişafına səbəb olmuş, mühüm alimlər, astronomlar, riyaziyyatçılar, həkimlər və filosoflar yetişdirmişdir.
İslamda fəlsəfi düşüncənin mənası və davam etdirilməsi, ancaq qərbdə bir çox əsrdən bəri fəlsəfə deyə adlandırılan şeyin tam bir qarşılığının İslamda axtarılması şərti ilə həqiqətən dərk edilə bilər. Hətda yunan terminlərinin ərəb dilinə uydurulmasından yaranan və İslamın ilk əsrlərinin peripatetikləri və yeni platonçuları üçün istifadə edilən "fəlsəfə" və "feylosof" terminləri də tam mənaları ilə bizim "philosophie" və "philosophe" terminlərimizi qarşılamır.
"Philosophie" (fəlsəfə) və "theologie" nin (ilahiyyat) qəti şəkildə ayrılmağı qərbdə orta əsr sxolastik fəlsəfəsinə qədər gedib çıxır. Bu ayrım üçün bəlli bir ölçüdə dünyəviləşmə, din və dünya işlərinin ayrılması meylinin (secularisation) olması lazımdır ki, islamda bu meyil meydana gələ bilməzdi, çünki hər şeydən əvvəl islam "kilsə" faktını bütün o mahiyyət və nəticələri etibarı ilə tanımış deyildi.
İslam fəlsəfi fikrinin formalaşmasında heç şübhəsiz ki, islam dininin banisi, dünya miqyasında böyük və nadir şəxsiyyət sayılan Məhəmməd peyğəmbərin çox ciddi təsiri olmuşdur. Məhəmməd peyğəmbərin kəlamları xeyirxahlıq, ümumbəşərilik, ideyaları ilə yoğrulmuşdur. O, əxlaqi keyfiyyətlər, davranış qaydaları haqqında bir çox müdrik fikirlər söyləmiş və bu fikirlər müqəddəs Quranda, həmçinin hədislərdə öz əksini tapmışdır.
Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin