Yeməyin çeynənilməsi və bir elmi təcrübə
Spalanzani adlı italiyalı bir alim 1780-cı ildə mədə barəsində elmi tədqiqat aparır. O, parçadan düzəlmiş kiçik bir kisənin içinə çeynənilmiş yemək yığaraq ağzını iplə möhkəm bağlayır. Belə ki, ipin bir ucunu əlində saxlayaraq kisəni ağız yolu ilə mədəyə salır. Bir müddətdən sonra kisəni mədədən çıxarir və kisənin içində heç nəyin qalmadığını görüb heyrətə gəlir. Mədədə olan güclü turşu, çeynənilmiş yeməyi əridərək kisənin daxilindən çixarmış və mədənin içərisinə sormuşdu.
Bir müddətdən sonra Spalanzani kətan parçadan hazırlanmış iki kisəylə yeni təcrübə aparır. Birinci kisənin içərisinə bir miqdar tam çeynənilmiş ət qoyur. İkinci kisənin içərisinə isə bir tikə çeynənilməmiş ət qoyur. Sonra növbə ilə bir-birinin ardıyla hər iki kisəni udur. Bir müddətdən sonra kisələri çıxararaq görür ki, çeynənilməmiş ət olan kisədə hələ bir az ət qalıb. Amma çeynənilmiş ət olan kisə isə tamamilə boşdur. O, belə bir nəticəyə gəlir ki, çeynənilmiş yemək daha yaxşı həzm olunur.1
Dostları ilə paylaş: |