Musa peyğəmbərin (ə) vaxtında 2 nəfər zindana düşür. Bir müddətdən sonra onları azad edirlər. Onlardan biri yaxşı əhval-ruhiyyədə idi, digərisə arıq zəifləmişdi. Musa peyğəmbər (ə) kök kişidən soruşdu: "Sənin kökəlməyinə səbəb nə olub?" Kişi deyir: "Allaha qarşı olan gümanım xoş idi, və ona (Allaha) hüsnü zənn edirdim"
Həzrəti Musa (ə) arıq kişidən soruşdu: "Sənin bəd hal və arıq olmağına səbəb nə idi? "Deyir: "Allahın qorxusu məni bu hala salıb". Həzrət Musa (ə) əllərini qaldıraraq dedi: "İlahi! Bu iki nəfərin dediklərini eşitdim. Mənə agah et görüm bunların hansı üstündür. "Allah taala buyurur: "Mənə xoş güman və hüsnü-zənn edən şəxs üstündür."1
Dostları ilə paylaş: |