HİCAMƏT (Bədəndən qan alma)
İmam Sadiq (ə) buyurub: "Hicamət olunan yerdən bədənin zəhərindən başqa bir şey xaric olmur" Həzrət Əli (ə) buyurub: "Uşağın bədənini hicamət etmək ağacı budamaq kimidir. Hicamət ölümdən başqa bütün dərdlərin dərmanıdır". Əziz Peyğəmbər buyurub: "Cəbrayıl (ə) mənə hicamət etməyi elə tapşırdı ki, onun vacib olduğunu sandım".
Hicamətin cismi faydaları.
1- Hicamət uşaqlarda və yeniyetmələrdə boyun, çəkinin və inkişafın sürətini artırar.
2- Hicamət körpələrin, uşaqların və yeniyetmələrin iştahının artmasına səbəb olur.
3- Hicamət uşaq və yeniyetmələrdə 91 dərdin o cümlədən: Xənazir (su çiçəyi), migren, xroniki öskürək, ardıcıl soyuqdəymə, astma, alergiya, körpələrdə sarılıq (fizioloji sarılıq), gecə yerini islatmaq, zəif görmə və s. kimi xəstəliklərin müalicəsində müsbət təsirə malikdir.
4- Görmə qabiliyyəti yaxşı olmayan bəzi uşaqlar hicamət etdikdən sonra gözlərinin zəifliyi düzəlir və daha eynəyə ehtiyacları olmur.
5- Hicamət, uşaq və yeniyetmələrin üz və dərilərinin şəffaflıq və gözəlliyinə səbəb olur. Habelə saçların böyüyüb təravətlənməsində də təsirlidir.
6- Uşaq və yeniyetmələrin əksər dəri xəstəlikləri hicamət etməklə düzəlib.
7- Hicamət uşaq və yeniyetmələrin yaddaşını, qavrama qüvvəsini şiddətli dərəcədə gücləndirir.
8- Hicamət uşaq və yeniyetmələrin qan dövranını yaxşılaşdırır və qanazlığının dərmanıdır.
9- Hicamət yeniyetmə qızlarda menstruasiyanın nizamlanmasında eləcə də aylıq adətlərindəki narahatlıq və ağrının azalmasında çoxlu təsiri malikdir.
10- Hicamət uşaq və yeniyetmələrdə bədənin müqavimətinin artmasına, əzələlərin daha çox genişlənməsinə, idman və hərəkət zamanı onların cismi təsirinin artması və bədən fəaliyyətinə səbəb olur.
11- Demək olar ki, hicamət bütün cismi və ruhi xəstəliklərin dərmanıdır, ya da nisbi surətdə müalicə edir və ya heç olmasa başqa dərmanların müalicəvi təsirini gücləndirir.
12- Cavad Fazil "İslamda tibb və gigiyena" kitabında belə yazır: "Hicamət vasitəsilə müalicə olan ən mühüm xəstəliklər: diş ağrısı, diş ətlərinin korlanması, ürək sıxılması, böyrəyin fəaliyyətində pozuntu, sidik kisəsinin xroniki narahatlıqları, uşaqlığın narahatlıqları, aybaşı pozuntuları, dəri səpkiləri, çibanlar və s.- dən ibarətdir.1
Dostları ilə paylaş: |