İslam şƏRİƏTİNDƏ sağlamliq və uzun öMÜRLÜLÜk elmi VƏ TİBBİ SÜbutlarla müəllif: Mehdi Tahiri



Yüklə 1,09 Mb.
səhifə139/169
tarix02.01.2022
ölçüsü1,09 Mb.
#1675
1   ...   135   136   137   138   139   140   141   142   ...   169

QƏZƏB VƏ ƏSBİLİK


İmamlarımız (ə) müxtəlif söhbətlərində bizi qəzəb və əsəbilikdən uzaqlaşdırıblar. O cümlədən: İmam Baqir (ə) buyurub: "Kim öz qəzəbini büruzə verə bildiyi halda onu boğarsa Allah taala qiyamət günü onun ürəyini aramlıq və imanla doldurar". Eyni zamanda İmam Sadiqdən (ə) nəql edilmiş kəlamda buyurulur: "Qəzəb hər bir pisliyin (mənfi xüsusiyyətin, o cümlədən xəstəliyin) açarıdır."2

Qəzəb və mədə yarası


Doktor şəhid Pak Nijad qəzəblənməyi, əsəbləşməyi və ruhi narahatlıqları mədədə yara əmələ gəlməsinin amillərindən biri bilir. O, deyir: "qəzəb zamanı mədə cəngavərcəsinə coşaraq qırmızı alov rənginə düşür. Bu vaxt turşu ifraz olunur. Deyilənə görə elə həmin turşu mədə yarası əmələ gətirir.3

Amerkalı həkim Uilyam Biyumant apardığı təcrübə əsasında belə bir nəticəyə çatıb ki, əsəbilik və ruh düşgünlüyü turşu ifraz etməklə mədə pozuntusuna gətirib çıxardır. Bu zaman mədə öz işini mükəmməl şəkildə görə bilmir. Halbuki, insan şadlanarkən yemək yaxşı həzm olunur.1



Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   169




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin