Məzəmmətlənmiş xislətlərdən biri də düşmənçilikdir. Kimdə bu sifət olarsa, onun rahatlığı olmaz və sonda bu rahatsızlıq çoxlu xəstəliklərə səbəb olacaq. İmam Həsən Əsgəri (ə) buyurub: "Ən narahat insan, intiqam hissiylə yaşayan insanlardır". Başqa bir rəvayətdə Əmirəlmöminin Əli (ə) buyurub: "Düşmənçilik edən şəxsin canı əzabda, qəmi isə ikiqat olar".2 Tədqiqatçıların ürək arteriyası xəstəliyinə tutulmuş 1300 kişi və qadın üzərində apardıqları araşdırmada məlun olub ki, düşmənçilik ruhiyyəsi olan cavanlar 14 il ərzində mülayim xasiyyətli digər yaşıdlarına nisbətən daha çox ölüm təhlükəsi qarşısında olmuşlar.3