İslam şƏRİƏTİNDƏ sağlamliq və uzun öMÜRLÜLÜk elmi VƏ TİBBİ SÜbutlarla müəllif: Mehdi Tahiri


- Yaxınlarla (ata, ana, bacı, qardaş və s.) ünsiyyət yaratmaq



Yüklə 1,09 Mb.
səhifə158/169
tarix02.01.2022
ölçüsü1,09 Mb.
#1675
1   ...   154   155   156   157   158   159   160   161   ...   169
6- Yaxınlarla (ata, ana, bacı, qardaş və s.) ünsiyyət yaratmaq

İmam Sadiq (ə) bir neçə vasitəylə Peyğəmbərdən (s) nəql edir: "Yaxınlarla ünsiyyət evləri abad və ömürləri uzun edər. Hətta bu işi görənlər yaxşı adam olmasa belə". Başqa rəvayətdə buyurur: "Yaxınlarla ünsiyyət qiyamət gününün sorğusunu asan edər və pis ölümdən qoruyar".

İmam Sadiqin (ə) səhabələrindən biri olan Hənnan ibn Sədir deyir: "Mən bir neçə nəfərlə İmam Sadiqin (ə) yanında idim. Bizim aramızda Meysər adlı bir nəfər yaxınlarla ünsiyyətdən söz saldı. Imam Sadiq (ə) ona dedi: "Ey Meysər, bu vaxta qədər neçə dəfə sənin ölümün çatıb. Amma hər dəfə yaxınlarla ünsiyyəti kəsmədiyinə görə Allah-taala sənin ölümünü təxirə salıb. Ömrünün uzun olmasını istəyirsənsə ata-anana yaxşılıq et".2

Bu işin ömrün uzun olmasındakı rolunun elmi dəlillərindən biri, cəmiyyətin insana qoyduğu təsirdir. Bu kitabın bir neçə yerində ona işarə olunub. Bütün bunlardan əlavə, İsveçdə 29 yaşdan 74 yaşadək 17000 insanın üzərində aparılan 6 illik tədqiqata əsasən, bu insanların arasında daha çox təklik sevənlər, digərlərindən dörd dəfə çox vaxtsız ölümə məruz qalırlar. Habelə Pensilvaniyada Karenci Lun universitetinin müəllimi Şeldun Kuhən tərəfindən aparılmış axtarış göstərib ki, ailə və dostlarla ictimai bağlılıq, insanı infeksiyalı xəstəliklərdən qoruyur.1




Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   169




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin