1- Şeyx Həsənəli Noxudəki və su quyusu
Bizim evimizə yaxın bağı olan Tehranın hörmətli tacirindən bir nəfər, bizim üçün belə bir əhvalat danışıb: "Biz bu bağı alarkən su sarıdan çətinlik çəkirdik. Su xətti də yox idi. Bu səbəbdən də məcbur olduq ki, bağda çox da dərin olmayan bir su quyusu qazaraq su matorunun köməyilə bağı suvaraq. Amma haranı qazırdıqsa, su çıxmırdı. Bu iş üçün xeyli xərc çəkməyimizə baxmayaraq yenə də bir nəticə əldə edə bilmədik.
Bu müddət ərzində 8-ci imam həzrət Rzanı (ə) ziyarət etmək qəsdilə Məşhədə getdim. Mərhum hacı şeyx Həsənəli Noxudəki ilə çoxdankı tanışlığımıza görə onu görməyə getdim. Sohbət əsnasında Şəmiran bağında çoxlu su quyuları qazmağımız və heç bir nəticə ala bilməyərək ziyana düşməyimiz barəsində o mərhuma danışdıb, ondan kömək istədim. O mənə dedi: "Mənim sənə tapşıracağım işi Tehrana qayıdandan sonra etsən bu tapşırığa əsasən bağın harasını qazsan ordan su çıxacaq və bir də heç vaxt qurumayacaq. Nə qədər istəsəniz o sudan istifadə edin. Sizə kifayət edər.
Bu şərtlə ki, camaatın, yoldan keçənlərin və qonşuların da o sudan istifadə etmələri üçün bağın kənarında bir kran qoyasan. Şərti qəbul etdim. O, balaca bir kağız götürüb onun üzərinə dua yazdı. Mənə verərək dedi: "Haranı istəsəniz qazın. Əvvəlcə bu kağızı qazmaq istədiyiniz yerə qoyun, daha sonra qazıntıya başlayın. Suya yetişdikdə, bu kağızı quyuya atın.
Mən Tehrana qayıtdıqdan sonra onun tapşırıqlarını yerinə yetirdim. İndi neçə illərdir ki, il boyu o quyunun suyundan istifadə edirik. Bəzən də yayda hər gün saatlarla su matoru ilə o quyudan su çəkməyimizə baxmayaraq heç bir damcı da o sudan azalmır. O mərhumun göstərişinə əsasən bağ divarının arxasında kran qoymuşuq ki, bütün camaat o sudan istifadə etsin.1
Dostları ilə paylaş: |