İslam şƏRİƏTİNDƏ sağlamliq və uzun öMÜRLÜLÜk elmi VƏ TİBBİ SÜbutlarla müəllif: Mehdi Tahiri


QƏLBİ GÜNAHLAR VƏ CİSMİ XƏSTƏLİKLƏR



Yüklə 1,02 Mb.
səhifə64/169
tarix02.01.2022
ölçüsü1,02 Mb.
#1365
1   ...   60   61   62   63   64   65   66   67   ...   169

QƏLBİ GÜNAHLAR VƏ CİSMİ XƏSTƏLİKLƏR


Ruhla cisim bir-biri ilə sıx əlaqədə olduğundan, ruh xəstəliyə düçar olduğu zaman, cismə də sirayət edəcəkdir. Platon deyir: "Həkimlərin ən böyük səhvi budur ki, ancaq cismi sağaltmaq əzmindədirlər, hansı ki, fikrə və ruha şəfa vermək haqda bir an da belə düşünmürlər. Halbuki, fikir və cisim bir-birilə sıx əlaqədədir. Bu baxımdan onları ayrı-ayrı düşünmək və ayrılıqda müalicə etmək olmaz".

Cəsarətlə demək olar ki, ruhi çatışmazlıqlar və xəstəliklərin qaynağı, qəlbi günahlar və əxlaqsızlıqlardır. İslam dininə əməl olunaraq qəlbi günahlar insandan silinər və ya azalarsa, bir çox cismi xəstəliklər aradan gedəcəkdir. Misal olaraq, İslam dininin məzəmmət etdiyi bir sıra günahlara nəzər yetirin.

Paxıllıq, eqoistlik, təşviş (iztirab), ümidsizlik (məyusluq) və s. Diqqətinizi alimlərin bu barədə söylədiklərinə yönəldirəm.

"Mayo" klikinakında çalışan doktor "Elvariz" deyir: "Mədə yaralarının azalıb-çoxalması bir çox hallarda, daxili həyəcanın azalıb-çoxalması ilə birbaşa əlaqədədir". Bu söz, mədə ağrısından şikayətlənən klinikaya müraciət etmiş 15 min xəstə üzərində keçirilmiş sınağa əsaslanır. Məlum olmuşdur ki, əsasən qorxu, iztirab, paxıllıq, yüksək eqoistlik, mühitlə uyğunlaşmamaq mədə xəstəlikləri və yaralarının başlıca səbəblərindəndir. Müraciət edənlərin beşdə bir hissəsinin mədə yaralarının heç bir tibbi səbəbi yox idi. Bunu da qeyd edək ki, mədə yarası təhlükəli xəstəliklər sırasında beşinci yerdə durur.

Doktor Uilyam M.G. ABŞ həkimlər birliyində bəyan etdi ki, təşviş dişlərin çürüməsinə səbəb olur. Eləcə də qeyd etdi ki:

"Təşviş, qorxu və nıqqıltıya səbəb olan duyğular və həyəcanlar, bədənin kalsiumunun müvazinətinin itirilməsinə səbəb olaraq, dişləri çürüdür".

Doktor Frevuş "yüz yaşamaq üçün yüz məsləhət" kitabında yazır:

Ümidsizlik düşkünlüyə səbəb olur, düşkünlük isə, bədənin müqavimət sistemini zəiflədərək, sonda müxtəlif xəstəliklərin yaranması ilə nəticələnir.

Dünyanın yüz minlərlə insanı düşkünlüyə düçardırlar (bunun başlıca səbəbi ümidsizlikdir). Araşdırmalar göstərir ki, güclü düşkünlük bəşər ömrünün azalmasına gətirib çıxarır.1

İslam dini ruhi xəstəliklər barəsində heyrətamiz sözlər buyurmuşdur2. İslam bu haqda o qədər zərif, dəqiq və mahiranə məsləhətlər vermişdir ki, bu nurani göstərişlərə əməl edən hər kəs, təkcə ruhi, psixoloji və onun ardınca cismi baxımdan deyil, həm də İslamın dəyərli qanunlarına riayət etməyənlərdən xeyli irəliyə düşəcəkdir.



Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   169




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin