3. Nəhayət dərəcədə giriftarçılıq və ya vərdiş (adət) mərhələsi
A) Yorğunluq və əzginlik
B) Tüklərin sürətlə tökülməsi
C) Gözlərin tutqunlaşması, qaranlıq gətirməsi
D) Qulaq vızıltısı
İ) Qeyri-iradi, vaxtsız və ya damcı-damcı şəklində sperma ixracı
F) Qasıq və nahiyə ağrısı
J) Boyun nahiyəsində və ombada qulunc sancıları1
NARAHATLIQLARIN YARANMA FORMASI
1.Yorğunluq və əzginlik: Yüksək cinsi ləzzət zamanı sperma gələrkən bədən əzələlərinin birdən-birə möhkəm sıxılması, əzələlərdə qida maddələrinin sürətli məsrəfinə və ən başlıcası, qlükozanın (bədəndə əzələ enerjisini təmin edən ən əsas maddə) azalmasına səbəb olur. Əzələ yorğunluğu, təqribən əzələlərin sürətlə qlükozadan boşalması ilə sıx əlaqədədir və bu sürət çoxaldıqca, yorğunluq daha çox olur.
Onanizmdə bədən əzələlərinin təkrarlı sıxılması, əzələlərin qlükoza ehtiyatını azaldır, yorğunluq və əzginliksə bu xəstəliyin daimi göstəricisidir.
2. Tükün tökülməsi: Onanizm vasitəsilə yaranmış hormonik və kimyəvi dəyişikliklər, kişi cinsi hormonunun yəni, dihidrotestosteronun (kişi cinsi hormonlarının ən güclüsü), testosteronun (kişi cinsi hormanlarından digəri) çoxalmasına səbəb olur, belə DHT (dihidrotestosteron) maddəsinin qanda yüksək olması sonda, tükün tökülməsi və qocalıqda prostat vəzilərin böyüməsi ilə nəticələnir.
3. Onanizmlə mütəmadi məşğul olmaq, parasimpatik əsəb sisteminin hədsiz dərəcədə qıcıqlanmasına və asetilxolinin2 beyində bu sinirlərin son nöqtəsindən boşalmasının sürətlənməsinə səbəb olur, bu da öz növbəsində bir sıra cismi və ruhi narahatlıqla, o cümlədən: unutqanlıq1, yaddaşsızlıq, fikrin cəmlənməməsi, sonda görmə qabiliyyətinin itməsi ilə tamamlanan gözün qaranlıq gətirməsi ilə nəticələnir. Bütün bu əlamətlər, beyində əsəb hüceyrələri arasında bir-birinə ötürülən kimyəvi maddələrin miqdarının balansının pozulması ilə əlaqədardır. Bəzilərinin fikrincə isə, beyin (əsəb) pozğunluğunun (unutqanlıq, fikri cəmləyə bilməmə və yaddaşsızlıq kimi) səbəbi, onanizmdə hər dəfə sperma xaric olarkən, bədənin böyük bir enerji tutumunun boşalması və hədər getməsidir; çünki sperma mayesi, özündə çoxlu miqdarda "DNA" ( hər dəfədə itkiyə gedən 300-400 milyon sperma), "RNA",2 anziumlar, proteinlər, nişastalar, lesitin,3 kalsium, fosfor, bioloji duzlar və testosteron daşıyır. Bədənin müxtəlif orqanlarının inkişafı üçün bədəndə olması gərəkən bu böyük enerji ehtiyatı, davamlı olaraq əbəs yerə xaric olur və hər biri müxtəlif çətinlikləri meydana gətirir.
Nümunə olaraq demək olar ki, qan hüceyrələri ilikdə yaranır və inkişaf edir və bunun yaranması üçün də çoxlu miqdarda enerjiyə ehtiyac var; onanizmə düçar olmuş şəxslərdə, iliyin inkişafı və nəticədə qan hüceyrələri problemlə üzləşərək, qan azlığının, ümumi zəiflik və yorğunluğun yaranma mənşəyinə çevrilir. Eləcə də təkrarlı onanizm vasitəsilə əsəb hüceyrələri üçün son dərəcə həyati olan hədsiz dərəcədə fosfor və lesitinin ifraz olunması, bu maddələrin ehtiyatının azalmasına və beləliklə məhsulu unutqanlıq, fikri cəmləyə bilməmə və s. olan, əsəb sisteminin pozulmasına (anomaliya) gətirib çıxarır.4
Dostları ilə paylaş: |