Az yemək və Mədinə xalqının sağlamlığı
Peyğəmbərin (s) vaxtından əcəm şahlarından biri təcrübəli həkimlərdən birini xəstələri mualicə etsin deyə Mədinəyə Peyğəmbərin (s) yanına göndərdi. Təbib bir il Mədinədə qalmasına baxmayaraq, heç kim öz xəstəliyinin müalicəsi üçün ona müracət etmədi.
Təbib Peyğəmbərin (s) yanına gedib giley-güzar etməyə başlayır ki, mən bura sizin dostlarınızı müalicə etmək üçün gəlmişəm. Amma bu müddət ərzində heç kim mənə müraciət etmədi ki, mənə tapşırılan vəzifəni yerinə yetirəm. Peyğəmbər (s) buyurur: "Bu insanlar həyatlarında bir yol seçiblər ki, iştah onlara qalib gəlməyənədək yemək yemirlər. Yeməklərini də iştahları kəsilməmiş və hələ doymamış bitirirlər (elə bu səbəbə görə də sağlamdırlar və heç bir təbibə ehtiyacları yoxdur). Həkim Peyğəmbərin (s) dediklərini təsdiq edərək təvazökarlıqla ona ehtiram edib çıxıb getdi.1
Dostları ilə paylaş: |