Əbu Bəsir deyir: Ümm Xalid Əbdiyyə İmam Sadiqin (ə) yanına daxil oldu. O zaman mən də İmamın yanında idim. O dedi: Sənə qurban olum, mənim qarnımda qurultular və qıvrılmalar çoxdur. İraq həkimlərinə müraciə etdim, onlar: "Yaxşılaşmaq üçün pivə içərək qovut yeməlisən" - söylədilər.
Mən isə, bu göstərişə əməl etmədim. Çünki sizin bu işdən xoşunuz gəlmədiyini bilirdim. İndi isə, sizdən soruşuram, mən nə edim?
İmam buyurdu: Onu içməkdən səni nə çəkindirdi? O dedi: Sizə təqlid etməyim. Allah qəlbimə saldı ki, sizdən soruşana qədər içməyim.
İmam mənə (Əbu Bəsirə) buyurdu: Bu qadının sözlərini və sualını eşitdinmi? Daha sonra o qadına belə dedi: And ola Allaha, onun bir damcısını içməyi sənə icazə vermirəm, çünki səni peşman edər. Yalnız canın boğazına yetişərsə. İmam əli ilə, boğazına işarə edərək, üç dəfə buyurdu: Nə dediyimi anladınmı? Dedi: Bəli.
Dostları ilə paylaş: |