İslam şƏRİƏTİNDƏ sağlamliq və uzun öMÜRLÜLÜk elmi VƏ TİBBİ SÜbutlarla müəllif: Mehdi Tahiri



Yüklə 1,02 Mb.
səhifə57/169
tarix02.01.2022
ölçüsü1,02 Mb.
#1365
1   ...   53   54   55   56   57   58   59   60   ...   169

Doktor Aleksis Karlın sözü


"Ümumiyyətlə, musiqi və konsertə qulaq asmaq, əsəb sistemində bir növ narahatçılıq yaradır. Bu təsir bəzən o qədər kəskindir ki, dinləyicini heyrətlənmiş bir şəxsə çevirir və ondan alınan fövqəladə təsir həmin əsəb korlayıcı amilin nəticəsidir. Aydındır ki, bu cür korlayıcılar xeyli ziyanlara malikdir və gücləndiyi təqdirdə hətta şüur və dərrakəni də, ifrat musiqi sədalarının cazibəsinin köləsi edə bilər. Bu zaman şəxs yaxşı və pisi bir-birindən ayırd edə bilməyəcək və yaramaz işləri həyata keçirməkdən çəkinməyəcək və o halda onun acı sonunu düşünməyəcəkdir".2

2 – Dəlilik

Musiqinin xarici təhriklərinin sinir sistemi üzərində yaratdığı yüksək təzyiq nəticəsində, insan şüur və düşüncə qüvvəsini əldən verir. Çünki, insanın düşüncə qüvvəsi musiqi təhrikediciləri arasında əsirə çevrilir və tədricən ruhi və şüuri iğtişaşlara səbəb olur. Sonda isə musiqi insanın ağlını sıradan çıxararaq, belə şəxslərdə dəlilik əlamətlərini üzə çıxarır.

İndi isə belə ruhi çatışmazlıqların bir neçə nümunəsinə diqqət yetirin.

1 - Velik Stunez musiqi qrupunun təm-təraqlı konserti əsnasında, bir kişi həyəcanın şiddətindən soyunaraq dəlicəsinə vokala tərəf yola düşdüyü zaman polis tərəfindən yaxalandı.

2 - Bir milyon əlli min nəfər bir konserti dinlədikdən sonra, musiqinin onlarda yaratdığı həyəcan nəticəsində qəflətən bir-birlərinin üzərinə tökülərək səbəbsiz bir-birlərini yaralamağa, zədələməyə başladılar. Hadisə yerinə polis yetişənədək bir neçə nəfər bıçaqlanma nəticəsində həyatını dəyişdi, neçə qıza təcavüz edildi və xeyli sayda insan yaralandı.1

3- Letil Rak ştatında bir cavan piyano öyrənirdi. Musiqi nəğmələri o cavanın ruhunda necə həyacan icad edirsə, heç bir səbəb olmadan öz yerindən qalxaraq on doqquz bıçaq zərbəsi ilə öz müəllimini öldürür.2

4- Musiqi dinləmək üçün Parisin meydanlarının birində toplaşmış cəmiyyət konsertdən sonra, necə həyəcana gəlmişdilərsə, vitrinləri sındıraraq mağazaları darmadağın etdilər və bir qrup yaralandı.3

5- Bethoven adlı məşhur musiqiçi 30 yaşında eşitmə qabiliyyətini bütünlüklə itirərək və sonda əsəb zəifliyindən dəli oldu.



3. Qan təzyiqi

Qan təzyiqini yaradan ən əsas amillərdən biri də, əsəb qıcıqlandırmaları və döyüntüləridir. Müasir dünyada çox yayılmış qan təzyiqinin səbəbləri haqda araşdırma aparan avropalı bir həkim, qan təzyiqi ölçən cihazı əlində açıb-bağlayır və eyni halda radionun düyməsini açıq saxlayırdı. O, müxtəlif musiqi proqramlarını dinlədikdən sonra, aşağıdakı nəticələri əldə edir:

A) Musiqi xoşagəlməz olduqda, qan təzyiqi artır və ruhun süstlüyü və narahatlığı ilə sonlanan sədaları eşitdikdə, qan təzyiqi həkimi vəhşiləşdirəcək həddə gətirib çıxarırdı.

B) Bir sıra musiqilər aramlaşdırıcı təsirə malik idilər və davam etdiyi müddətdə təzyiqi normal həddən aşağıya endirirdi (bu da təhlükəlidir).




Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   169




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin