TATUİROVKA ETMƏ (Bədənə şəkillər döymə)
İslamda caiz olmayan və mərcəi-təqlidlərdən bəzilərinin haram sandığı əməllərdən biri də, Tatuirovkadır.2. Tatuirovkanın ziyanlarından bir hissəsinə işarə edirik.
Tatuirovkanın cismi zərərləri
Tatuirovka iki yolla xəstəliyə səbəb olur.
1- Qan və Tatuirovka üçün istifadə edilən vasitələrlə
Yoluxucu xəstəliklər üzrə mütəxəssis doktor Kərimi bu barədə deyir:" QİÇS, hepatit B, hepatit C kimi xəstəliklərin amili virusdur. Bu viruslar qan və bu virusa aludə olmuş alətlərlə ötürülür. Bəzən Tatuirovkalar eyni alətlərlə qeyri-gigiyenik surətdə həyata keçirilir. Bu da bir sıra şəxsin infeksion xəstəliklərə yoluxmasına səbəb olur. Əslində bu şəxslər bədənlərinin sağlamlıqlarını onun gözəlliyinə qurban verirlər.
Aparılmış araşdırmalara əsasən hal hazırda İran xalqının 2-3 milyon nəfəri, hepatit B xəstəliyinin daşıyıcısıdırlar. Həmçinin təxmin edilir ki, təqribən 200 mindən 300 min nəfərə qədər şəxs, hepatit C xəstəsidirlər. Eləcə də belə nəzərə gəlir ki, bu xəstəliyə yoluxmuş şəxslərin 2-dən 5% kiminin səbəbi Tatuirovkadır. Geniş miqyaslı tədqiqatlar göstərir ki, bədənə şəkillər döydürmüş şəxslər, başqalarından daha çox hepatit C xəstəliyinə yoluxurlar. Bundan əlavə hepatit B, cüzam və vərəm kimi digər yoluxucu xəstəliklər Tatuirovka vasitəsilə ötürülür.
Dostları ilə paylaş: |