İslam şƏRİƏTİNDƏ sağlamliq və uzun öMÜRLÜLÜk elmi VƏ TİBBİ SÜbutlarla müəllif: Mehdi Tahiri


B) Doktor Əbdüləzizin "İslamda tibb və gigiyeniya" kitabında söylədikləri



Yüklə 1,02 Mb.
səhifə92/169
tarix02.01.2022
ölçüsü1,02 Mb.
#1365
1   ...   88   89   90   91   92   93   94   95   ...   169
B) Doktor Əbdüləzizin "İslamda tibb və gigiyeniya" kitabında söylədikləri:

Orucun ən az əhəmiyyətli hissəsi, onun ətrafında söz açdığımız maddi və səhhətlə ilgili hissəsidir. Heç danılmazdır ki, oruz bir çox hallarda faydalı, bəzi hallarda isə, müalicə üçün yeganə amildir. Başqa yerlərdə görürük ki, oruz yeganə çıxış yolu olmasa da, ən gözəl müalicə üsuludur.

Oruc aşağıdakı yerlərdə müalicə üçün istifadə edilir:

1- Bağırsaqların xroniki iztirablı şəraitlərində və zülal ya nişastalı maddələrlə mayalanma zamanı. Bu baxımlarda oruc tutmağın xüsusilə də iki yeməyin arasında su içməməyin və yeməklər arası fasilə yaratmağın şübhəsiz müalicəvi əhəmiyyətləri vardır. Bu xüsusiyyət mübarək Ramazan ayında tutulan orucda tam surətdə riayət olunmuşdur.

2- Az hərəkət və çox yemək cəbəbindən orta çəki. Bu vəziyyətdə iftar zamanı yeməkdən mötədilliyə riayət etmək və səhər oruca başlayan zaman su içməklə kifayətlənmək (səhər yalnız su içməklə oruc tutmaq) hər tərəfli faydalı müalicədir.

3- Yüksək qan təzyiqi. Bu xəstəlik əyyaşlıq və cismi reaksiyalar zamanı artmağa doğru gedir. Bu zaman oruc öz müalicəvi rolunu ifa edir. Xüsusilə də insanın çəkisi təbii halından çox olarsa.

4- Şəkər xəstəliyi (Diabet). Bu xəstəlik də qan təzyiqi kimi artmağa doğru gedir. Xəstəlik başlamazdan əvvəl və yenicə özünü büruzə verən zaman əksər hallarda bədənin çəkisi ağır olur. Bu zaman yenə oruc faydalı müalicə hesab olunur. Çünki şəkər xəstəliyi kökəlməyin qarşısını almaqla azalır. Şəkər xəstəliyi yüngül olarsa yeməkdən 5 saat sonra qanda şəkərin vəziyyəti öz təbii miqdarından aşağı enər və on saatdan sonra minimum təbii səbiyyəyə enər.

Hətta xəstə unsilin iynəsi başlayıbsa (xüsusilə də xəstənin çəkisi öz təbii həddini aşarsa) ən üstün müalicə yolu oruc hesab olunur.

5- Böyrəkdə şiddətli iltihab və xroniki hal olarsa.

6- İltihablı ürək xəstəliklərindən.

7- Oynaqların xroniki iltihabı, xüsusilə kökəlmə xəstəliyilə bir olarsa. Belə ki, əksər qadınlar 40 yaşından sonra bu xəstəliyə tutulurlar. Bu xəstəlik haqqında aparılan təcrübələr göstərir ki, mübarək Ramazan ayında tutulan orucun təsiri müasir tibbi aparatlardan istifadə, xəstədən qan alma və s. müalicə üsullarından dəfələrlə çoxdur. Bəlkə də yuxarıda adı çəkilən və orucun şübhəsiz müalicə hesab edildiyi xəstəliklər barəsində deyə bilərlər ki, belə halda həkimin göstərişinə ehtiyac var. İslamda isə oruc sağlam insanların vəzifəsidir.

Deməliyik ki, bu deyilənlər düzdür. Orucun sağlam insanlar üçün faydası elə bu xəstəliklərin qarşısını almağa görədir. Xüsusilə də 1-2-3-4 və 7-ci bənddə deyilən xəstələr üçün.

Digər tərəfdənsə bütün bu xəstəliklər insanda tədricən özünü büruzə verir. Belə ki, bu xəstəliklər başlayarkən onun düzgün diaqnozunu vermək olmur. Yəni, nə xəstə və nə həkim, xəstəlik ilk dəfə özünü büruzə verdiyi zaman onu tanıya bilmirlər.

Çünki, tibb hələ o qədər inkişaf etməyib ki, xəstəliyin bütün səbəblərini tanısın. Amma tibb baxımından bu xəstəliyin qarşısını almaq üçün oruc tutmaq zəruridir, hətta hər bir xəstəliyin aşkar olmasından qabaq. Aydındır ki, hər şeydən öncə gigiyenaya riayət etmək lazımdır.

Statistikanın verdiyi dəqiq məlumata əsasən məlum olub ki, bədəndə piylənmə və kökəlmə artarsa, şəkər xəstəliyi qan təzyiqi, oynaqların xroniki iltihabı bə s. xəstəliklərin baş qaldırmasına şərait yaranır. Digər tərəfdənsə bədənin çəkisi nə qədər azalarsa, bir o qədər də bu xəstəliklərin baş qaldırma imkanı azalar.1


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   169




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin