İslama əsasən seksual həyat



Yüklə 152.86 Kb.
Pdf просмотр
tarix07.01.2017
ölçüsü152.86 Kb.

www.muselmanlar.com

 

 



 

İSLAMA ƏSASƏN SEKSUAL HƏYAT 



Müəllif: 

Ali Rza Dəmircan

 

Azərbaycan dilinə çevirib uyğunlaşdıran Fəqani Bəylərov 



(fəlsəfə 

doktoru: fəlsəfə və ilahiyyat elmləri) 

 

III FƏSİL 



 

SEKS VƏ SEKSUAL HƏYATLA ƏLAQƏDAR 

İSLAM REALİZMİ 

 

İslam dini seks və seksual həyata realist bir mövqedən yanaşır 



“İnsan  (seksual  istəklərini  kontrol  etmək  məsələsində)  zəif 

yaradılıb.” (Nisa, 4/28) 

İslam  dininin  yaşayış  qayda-qanununu  qoyan  Allah  olduğuna 

görə bu dinlə insanın arasında necə deyərlər, qaynaşma və inteqrasiya 

var.  İslam  dini  insana  münasibətində  realist  olan  bir  dindir.  Bu  baxış 

insanın 


seksual 

həyatını 

da 

əhatə 


edir. 

Onun 


səciyyəvi 

xüsusiyyətlərindən  ən  əhəmiyyətlisi  insanın cinsi  həyatının bir reallıq 

kimi qəbul olunmağıdır. 

www.muselmanlar.com

 

 



 

Məlumdur ki, Uca Allah insanı erkək və dişi şəklində xəlq edib. O, 

qadını kişiyə, kişini də qadına meylli yaradıb. Bu, Quranda aşağıdakı 

kimi ifadə olunur: 

“İnsanlara  (kişilərə)  qadınlara  sahib  olmaq  sevgisi  (həvəsi)  xoş 

göstərildi.”

1

 

Ümumi bir qayda kimi demək olar ki, insan həyatının həddi-büluğ 



dövründə formalaşan və get-gedə ehtiyac halına gələn bu istəyə qalıb 

gəlmək iqtidarında deyil. Çünki insan seks sahəsində də zəif yaradılıb. 

Bunu  yuxarıda  da  qeyd  edildiyi  kimi,  Quranın  Nisa  surəsinin  28-ci 

ayəsindən öyrənmək mümkündür.

2

 

Allah  insanı  elə  yaradıb  ki,  onun  nəslinin  artıb  çoxalması  seksual 



fəaliyyətdən  asılıdır.  Bu,  ilahi  bir  qanundur.  Məhz  buna  görə  kişi  və 

qadına  cinsiyyət  üzvləri  və  şəhvani  istəklər  verilib.  Odur  ki,  seksual 

yaxınlıq  olmadan  insan  fiziki  və  mənəvi  cəhətdən  tam  mənada  doya 

bilməz. Allah bu həqiqəti belə bildirir: 

“Ünsiyyətdə  rahatlıq  tapasınız  deyə,  sizin  üçün  özünüzdən 

zövcələr  yaratması,  aranıza  məvəddət  (seksual  cazibə)  və  məhəbbət 

                                                 

1

 Ali-İmran, 3/14. 



2

 İnsanın seksual cəhətdən zəifliyi 

Şübhəsiz  ki,  bu  ayə  bizə  insanın  təkcə  seksual  cəhətdən  deyil,  bir  çox  baxımdan  zəif 

yaradıldığını  bildirir.  Əvvəlki  ayələri  də  nəzərə  alıb  bu  ayəni  təhlil  edən  bəzi  təfsir  alimləri 

(məsələn,  İbn  Abbas)  buradakı  zəifliyin  seksual  istəkləri  kontrol  etmək  sahəsinə  aid  olduğunu 

bildiriblər.  Bizim  fikrimizcə  də  bu  fikir  düzgündür.  Bununla  bağlı  ətraflı  məlumat  üçün  baxın: 

Təbəri, Nisa, 28, 5/30; İbn Kəsir, Nisa, 28. 


www.muselmanlar.com

 

 



 

salması  da  Onun  varlığının  dəlillərindəndir.  Həqiqətən,  bunda 



düşünənlər üçün ibrətamiz dəlillər vardır.”

3

 



Yuxarıda qısa formada izah olunan məsələlər müşahidə vasitəsilə 

məlum  olan,  təcrübə  ilə  sübut  edilən  və  Quran  tərəfindən  təsdiqini 

tapmış  həqiqətlərdir.  Deməli,  kişi  və  qadında  şəhvani  hislərin,  o 

cümlədən  bu  hisləri  ödəmək  ehtiyacının  olması  təbii  bir  haldır. 

Bununla belə, insan Allah tərəfindən bir çox sınağa çəkilir. Ona görə də 

insan seksual həyatında halal və harama əsasən hərəkət etməlidir. 

İndi  isə  gəlin,  kişi  və  qadının  seksuallığı  məsələsini  İslam  dininə 

əsasən təhlil edək. 

Kişinin seksuallığı 

Həddi-büluğ  dövrünə  çatan  hər  bir  kişidə  şəhvani  hislər  yaranır. 

Bu hislərin ödənilməsi ehtiyac halına gəlir. Bu, ilahi bir qanundur. Bu 

qanuna  qarşı  olmaq  insana  zidd  düşmək  deməkdir.  Bu  reallığı 

qüvvədən  salınmış  bütün  səmavi  (ilahi)  dinlər  və  fəlsəfi  sistemlər,  o 

cümlədən İslam dini də qəbul edir. Lakin İslamda kişinin seksuallığ ilə 

əlaqədar  2  mühüm  xüsusiyyət  ön  planda  durur.  Belə  ki,  bu  dinə 

əsasən; 


A)  Seks  və  onunla  əlaqədar  hiss  və  hərəkətlər  peyğəmbərlər  də 

daxil olmaqla bütün kişiləri əhatə edir. 

                                                 

3

 Rum, 30/21. Bu ayədəki “məvəddət” sözünün mənası başda Həsən Bəsri olmaqla bir çox 



təfsir alimi tərəfindən “cima – cinsi əlaqə” kimi şərh edilir. Ali-İmran surəsinin 14-cü ayəsi də bu 

şərhi  dolaylı  formada  təsdiq  edir.  Ətraflı  məlumat  üçün  baxın:  Fəxrəddin  ər-Razi,  ət-Təfsiru-l-

kəbir, Rum, 21; İsmayıl Haqqı əl-Bursəvi, Ruhu-l-bəyan, 7/19. 

www.muselmanlar.com

 

 



 

B) Allahın xüsusi olaraq qoruyub saxlamadığı heç bir insan nəinki 

şəhvani  hislərdən,  seksual  məzmunlu  haramlardan  belə,  qoruna 

bilməz. 


Gəlin, bu xüsuiyyətləri müzakirə edək. 

a)  İslam  realizmi  qoca-cavan,  qəşəng-eybəcər,  alim-nadan 

demədən  hər  bir  kişidə,  eləcə  də,  Allaha  yaxınlıq  sirrinə  dərindən 

bələd olan Haqq dostlarında, hətta peyğəmbərlərdə belə, şəhvani istək 

və  hərəkətləri  təbii  bir  hal  kimi  qəbul  edir.  İslam  dininə  əsasən  cinsi 

istəklər  və  halal  çərçivə  daxilində  həyata  keçirilən  seksual  işlər 

qətiyyən bir çatışmazlıq deyil. Əlavə olaraq, insanın mənəvi inkişafına 

da  mane  olmur.  Əksinə,  insandakı  mənəvi  ucalıq  onun  seksual 

fəaliyyəti davam etdikcə püxtələşib möhkəmlənir. 

Dindar  olmaq  və  dindarlıqda  inkişaf  edib  mənəvi  ucalıqlara 

çatmaq  üçün  özünü  seksual  hiss  və  hərəkətlərdən  təcrid  etmək  fikri 

(bəzi  təsəvvüf-sufizm  mənbələrində  qeyd  edilməyinə  baxmayaraq) 

Quran və Sünnənin hökmlərinə müvafiq deyil.

4

 Yeri gəlmişkən, biz bu 



                                                 

4

 Evlənib ailə qurmaq əsas etibarilə həyat, qurub yaratmaq və sevgi-məhəbbətə şərik olmaq 



deməkdir.  Həyatda  insan  üçün  bunun  əvəzini  verən  ikinci  bir  şey  yoxdur.  Təsəvvüf  tarixində 

evlənməməyi  üstün  tutan  və  sayları  çox  az  olan  zahid-sufi  şəxslər  əslində  öz  peyğəmbərlərinə 

zidd  düşən  insanlardır.  Onların  bu  hərəkətini  təsəvvüfün,  yaxud  da  zahidliyin  bir  xüsusiyyəti 

kimi göstərən və beləliklə, təsəvvüfü xristian mistisizminin bir qolu kimi qəbul etdirməyə çalışan 

şərqşünaslar da səhvə yol verirlər. 

Evlənməməyi  bir  üstünlük  kimi  qəbul  edənlərin  əslən  sufilərin  bölgələrindən  olmaqları  o 

demək deyil ki, təsəvvüf cərəyanı evlənməməyi öz düşüncə sistemində bir prinsip halına gətirib. 

Tamamilə əksinə, bu cür hərəkət edənlər (evlənməməyi üstün tutanlar) əslində bununla mənsub 

olduqları  cərəyanın  prinsiplərindən  birinə  əməl  etməmiş  olurlar.  Əlavə  olaraq,  təsəvvüfün 

tarixinə nəzər saldıqda belə bir həqiqətlə üzləşirik: Bəzi sufilər deyirlər ki, evli olmayan bir nəfər 

insanları  irşada  çatdıra  bilməz;  yəni,  belə  bir  insanın  sufiliyin  tədrisi  ilə  məşğul  olmağa  ixtiyarı 


www.muselmanlar.com

 

 



 

məsələləri  müzakirə  etdiyimiz  vaxt  bir  mömin  olaraq  bəşəriyyət 



tarixinin  ən  üstün  və  Allaha  ən  yaxın  şəxsiyyətləri  kimi  qəbul  etməli 

olduğumuz  peyğəmbərlərin  də  adi  bir  seksual həyatlarının  olduğunu 

yaddan çıxartmamalıyıq. Çünki bu, yuxarıdakı fikri sübuta yetirən bir 

məsələdir.  Allah  Quranda  Nuh,  İbrahim,  Lut,  Musa,  Muhəmməd  və 

digər  bəzi  peyğəmbərlərdən  söz  açdıqda  onların  evli  olduğunu  da 

bildirir. Həzrəti İsa və həzrəti Yahyadan başqa bütün peyğəmbərlərin 

əhli-əyalı (ailə, oğul-uşaq) olduğunu da ifadə edir: 

“(Ey  Muhəmməd!)  Şübhəsiz  ki,  səndən  əvvəl  də  peyğəmbərlər 

göndərdik.  Onlara  da  zövcələr  və  övladlar  verdik.  Heç  bir 

peyğəmbər  Allahın  izni  olmadan  möcüzə  gətirə  bilməz.  Hər  şeyin 

müəyyən olunmuş bir vaxtı kitabda qeyd edilib.”

5

 



                                                                                                                     

yoxdur. Həmin sufi-alimlərdən biri də böyük Türk sufisi İbrahim Quşadalıdır (1845-ci ildə vəfat 

edib). O, bu barədə belə demişdir: 

“Təriqətdə  bir  şeyx  mütəəhhil 

(ailəli,  evli)  olmasa,  öz  saliklərini  (şagird,  tələbə)  əqəbeyi-

nəfsaniyyədən 

(nəfsin mane olduğu şeylər) keçirə bilməz. Mütəəhhil olduğu vaxt isə keçirə bilər. 

Deməli,  evlilik-ailə  təcrübəsini  dadmayan  ruh  fitrət  səhnəsində  yerinə  yetirilməli  (həyata 

keçirilməli)  olan  sınaqları  natamam  buraxır.  Belə  bir  şəxsin insanları  Allahın  yolunda  aparmağı 

tam mənada baş tutmur.” Baxın: Yaşar Nuri Öztürk, Din ve fitrət, s. 176. 

5

 Rəd, 13/38. 



Bu ayənin nazil olmasının səbəbi 

Günlərin  bir  günü  yəhudilər  onlara  xas  olan  batil  və  mənasız  anlayışlara  əsasən  Allahın 

elçisi həzrəti Muhəmmədi lağa qoyub belə dedilər: 

“Biz  görürük  ki,  Muhəmməd  qadınlara  yaman  (çox)  meyllidir.  Əgər  (inandığı  və  təbliğ 

etdiyi  kimi)  həqiqətən  də,  peyğəmbər  olsaydı,  peyğəmbərlik  vəzifəsi  onu  bu  kimi  əməllərdən 

uzaq edərdi.” 

www.muselmanlar.com

 

 



 

Həzrəti  İbrahim,  həzrəti  Davud,  həzrəti  Süleyman  və  həzrəti 



Muhəmməd  kimi  peyğəmbərlər  ictimai  mövqeləri,  eyni  zamanda 

seksual  istək  və  güc-qüvvələri  baxımından  bir-birindən  fərqlənən 

insanlara  nümunə  təşkil  edirlər.  Biz  onların  və  digər  bir  çox 

peyğəmbərin  birdən  artıq  qadınla  evləndiyini  görürük.  Həzrəti 

Muhəmməd bunu aşağıdakı sözlərlə izah etmişdir: 

   


 :

 

 



 

 

 



 

  

“Mülayim  xasiyyətli  olmaq,  abır-həya,  qan  aldırmaq  (həcamat 



qoydurmaq),  xoş  ətirlər  vurmaq  və  çoxarvadlılıq  peyğəmbərlərin  malik 

olduqları xüsusiyyətlərdəndir.”

6

 

Peyğəmbərlərin  həyatı  göstərir  ki,  mənəvi  inkişaf  seksual  həyatı 



zəiflədib  öldürmür;  əksinə,  canlandırır.  Elə  belə  də  olmalıdır.  Çünki 

mənəvi inkişaf iman, yaxşı əməllər və Allahı çox zikr etməklə baş verir. 

Bunlar  ruha  dəstək  verir.  Əlavə  olaraq,  bədəni  də  gücləndirir.  Güc-

qüvvə qazanan bədəndə isə şəhvani istəklər və nəticədə seksual fəallıq 

artır. Həqiqətən də, məlumdur ki, səbəblər öz axarına müvafiq olaraq 

nəticə verir.

7

 

                                                                                                                     



Məhz bu əhvalat Allah tərəfindən Rəd surəsinin (digər peyğəmbərlərin də ailəli olduğunu 

bildirən)  38-ci  ayəsinin  nazil  edilməsinə  səbəb  oldu.  Baxın:  Muhəmməd  Əli  Sabuni,  Safvətu-t-

təfasir, Rəd, 38. 

6

 Tirmizi, Nikah, 2; ət-Tac, 2/287. 



7

 Böyük alim və sufi Səhl ibn Abdulla belə deyir: 

“Qadınlar  Allah  tərəfindən  əziz  peyğəmbərimizə  də  sevdirildi.  Necə  ola  bilər  ki,  onlara  maraq 

göstərməyəsən?”

 


www.muselmanlar.com

 

 



 

İbadətləri yerinə yetirən müsəlmanın cinsi istəkləri artır 



Evlilik  çərçivəsində  və  onun  xaricində  seksual  istək  və 

hərəkətlərinə  nəzarət  edə  bilən,  göz  və  qulaq  kimi  bədən  üzvlərini 

cinsi xarakterli haramlardan qoruyan, necə deyərlər, seksual xarakterli 

siqnalları  almaq  qabiliyyətini  qoruyub  saxlayan,  üstəlik  spirtli 

içkilərdən uzaq duran, namaz, dua və zikrlə mənəvi doyuma çatan bir 

mömin  nəticədə  təbii  ki,  öz  şəhvani  istəklərini  daha  güclü  bir  hala 

gətirir. 

Bu  həqiqəti  dərk  edə  bilməyən  bir  insandan  söhbət  belə,  gedə 

bilməz.  Bununla  belə,  imanlı  və  əməli  olan  müsəlmanın  seksual 

istəklərini  gücləndirən  başqa  bir  faktor  da  var.  Bu  da  öz  növbəsində 

iman  və  ibadət  nurlarının  qəlb  vasitəsilə  damarlara  axmağından 

ibarətdir. Bu, ondakı şəhvani istəkləri artırır. “İlahi qanunlara sadiq olan 

hər  bir  möminin  şəhvani  hisləri  güclənir”  cümləsi  ilə  ifadə  olunan  bu 

həqiqəti layiqincə dərk və qəbul etmək üçün  imanın məntiqini bilmək, 

gözəl zövq və təcrübəyə malik olmaq lazımdır. 

Nəticə  olaraq  qeyd  edilməlidir  ki,  İslam  kişinin  seksuallığı 

məsələsinə  olduqca  real  yanaşır.  Ona  görə  də  nəinki  subaylığı,  eyni 

zamanda ailə daxilində seksual fəallıqdan uzaq olmağı və cinsi tələbatı 

ödəməyi təxirə salmaq kimi davranışları da münasib hesab etmir. 

Elə  buna  görə  də  həzrəti  Muhəmməd  (əs)  kişidə  qadın  istəyi 

yarandığı  vaxt  dərhal  həyat  yoldaşının  yanına  gedib  cinsi  əlaqədə 

olmağı  məsləhət  görüb.  Qadının  bu  tələbə  mənfi  cavab  verməyini  də 

                                                                                                                     

Digər  bir  sufi-alim  Süfyan  ibn  Uyeynə  isə:  “Səhabələrin  ibadətə  son  dərəcə  bağlı  olan  zahidləri 

belə, çoxarvadlı idilər...”

, - demişdir. Baxın: Qazı İyaz, Kitabu-ş-şifa, 1/191. 

www.muselmanlar.com

 

 



 

qadağan edib. Hətta o, bildirib ki, qüsl üçün su olmadıqda təyəmmüm 



edin; yəni, seksual tələbatı ödəməkdə gecikməyin. 

Əbu Hüreyrə (ra) belə bir hədis nəql etmişdir: 

“Mədinədən  kənarda  –  səhrada  yaşayan  bir  mömin  gəlib  peyğəmbərdən 

soruşdu: 

-  Ya  rəsulallah!  Mən  ilin  4-5  ayını  səhrada  keçirirəm.  Bizim  aramızda 

zahılar, heyz halında olan qadınlar və cənabət olanlar var. Bizə nə etməyimizi 

məsləhət görürsünüz? 

Peyğəmbər bu suala cavab olaraq: “Təyəmmüm edin”, - dedi.”

8

 

b)  Yuxarıda  qeyd  etdik  ki,  Allahın  xüsusi  olaraq  qoruyub 



saxlamadığı heç bir insan nəinki şəhvani hislərdən, seksual məzmunlu 

haramlardan belə, qoruna bilməz. İslam dini bunu məhz bu cür qəbul 

edir. Gəlin, İslamın bu realist münasibətinə əsl məsələni sübuta yetirən 

bir misal göstərək: 

Əgər həzrəti Yusuf Rəbbinin xəbərdarlığını almasaydı, Züleyxaya 

yaxınlaşacaqdı. Bunu bizə Quran bildirir: 

                                                 

8

 Məcməu-z-zəvaid, 1/261; Neylu-l-əvtar, 1/304. 



Məlumdur ki, Quranın Maidə surəsinin 6-cı ayəsində belə deyilri: 

“Qadınlarınızla  əlaqədə  olmuş  və  bu  vəziyyətdə  su  tapa  bilməmisinizsə,  təmiz  bir 

torpqla təyəmmüm edin.” 

Bu  ayə  göstərir  ki,  su  olmadığı  vaxtlarda  da  cinsi  əlaqədə  olmaq  olar:  Xüsusilə  şəhvani 

hislərin  gücləndiyi  vaxtlarda,  eləcə  də,  suyu  olmayan  bölgələrdə  təyəmmümdən  istifadə  etmək 

mümkündür. Yeri gəlmişkən, təyəmmüm barədə ətraflı məlumat üçün lüğətçəyə baxın. 



www.muselmanlar.com

 

 



 

“Doğrudan  da,  o  qadın  Yusufa  meyl  salmışdı  (onu  başdan 



çıxartmaq istəmişdi). Əgər Yusuf Rəbbinin xəbərdarlığını almasaydı, 

qadının  istəklərinə  tabe  ola  bilərdi.    Budur,  biz  Yusufu  xəyanət  və 

biabırçılıqdan  kənarda  saxlamaq  üçün  belə  etdik!  Biz  pisliyi  və 

biabırçılığı  (zinanı)  ondan  sovuşdurmaq  üçün  belə  etdik.  Çünki  o, 

sadiq (ixlas sahibi) bəndələrimizdən idi.”

9

 



Allahın elçisindən daha yetkin, daha dözümlü və dəmir iradəli, o 

cümlədən  şəhvani  hislərini  cilovlaya  bilən  bir  insanın  olduğunu 

düşünmək mümkün deyil. Buna əsasən aşağıdakı hədisi peyğəmbərlər 

də  daxil  olmaqla  heç  bir  kişinin  cinsi  haramlardan  uzaqlıq  kimi  bir 

təminatı olmadığına sübut göstərə bilərik: 

Cabir  ibn  Abdulla  nəql  edir  ki,  bir  gün  həzrəti  Muhəmməd  (əs) 

möminlərə belə bir tapşırıq verdi: 

 

 



   

   


 

 

 



 

  

   



   

 

 



 

  

-  Yanlarında  ərləri  (və  ya  məhrəmləri)  olmayan  (başqa  sözlə,  uzun 



müddətdən  bəri  cinsi  əlaqədə  olmayan)  qadınların  yanına  gedib 

oturmayın.  Çünki  şeytan  sizin  hər  birinizin  qan  damarında  (qanınız  kimi 

iradənizin xaricində) axıb dolaşır. 

Biz peyğəmbərdən soruşduq ki, sizin də damarınızda axırmı? 

Bu suala belə cavab verdi: 

                                                 

9

 Yusuf, 12/24. 



www.muselmanlar.com

 

 



10 

 

-  Bəli,  mənim  qan  damarımda  da  axır.  Ancaq  Allah  şeytana  qarşı  mənə 



kömək edir və mən ondan qorunuram.

10

 



İslam kişinin seksuallığını xüsusi olaraq qiymətləndirir. Buna görə 

də  insanı  seksual  məsələlərdə  haramlara  aparan  nəfsə  etibar  etməyi 

deyil,  (geyim-kecimə  fikir  verib  örtünmək,  arada  evlənməyə  dair  heç 

bir  maneənin  olmadığı  qadınlarla  təkbaşına  birlikdə  qalmamaq  kimi) 

lazımi tədbirləri  görməyi məsləhət bilir.

11

 Hətta metodik şübhəyə belə, 



yer verir. 

                                                 

10

 Tirmizi, Rəda, 17, hədis nömrəsi 1172. 



Quranın Yusuf surəsinin 24 və 33-cü ayələri bu hədisini mənasını təsdiq edir. Eyni zamanda 

peyğəmbərin cavan qadınlarla əl tutub görüşməməyi və gözlərini qorumağa xüsusi fikir verməyi 

kimi  ehtiyatlı  hərəkətlərini  də  təsdiqləyir.  Şeytanın  Muhəmməd  peyğəmbərə  (əs)  təsir  göstərə 

bilmədiyini aşağıdakı hədis rəvayəti də təsdiq edir: 

“Allahın  elçisi  yuxusunda  heç  kirlənmədi.  Yuxusunda  ehtilam  olmadı  ki,  yuyunmağı  vacib  olsun. 

Çünki  yuxuda  ehtilam  olmaq  şeytandandır.”

  (Baxın:  Məcməu-z-zəvaid,  5/122;  Süyuti,  əl-xəsaisu-l-

kübra, 1/173-175) 

11

 Seksual xarakterli haramlardan uzaq durub özünü qorumaq fərz olduğu kimi, qorunmaq 



üçün lazımi tədbirləri görmək də fərzdir. Bununla belə, insan bu istəyini vacib borclardan qaçmaq 

məqsədi ilə işə salmamalıdır; yəni, bunu üzrlü bir səbəb kimi irəli sürməməlidir. 

Əl-Cəd  ibn  Qeys  bir  gün  Muhəmməd  peyğəmbərin  yanına  gəldi  və  üzrlü  bir  səbəbinin 

olduğunu deyərək ondan müharibəyə getməmək üçün icazə istədi: 

“Ey  Allahın  elçisi!  Allaha  and  olsun  ki,  bizim  camaat  da  mənim  qadınları  nə  qədər  çox 

sevdiyimi  bilir.  Mən  sarı  irqin  (sarışın)  qadınlarını  görən  kimi  səbrimi  basmayıb  harama 

düşməkdən qorxuram. Mənə icazə verin ki, fitnə-fəsada düşməyim.” 

Muhəmməd  peyğəmbər  (əs)  onun  bu  sözlərini  dinlədi  və  o  vaxtkı  şəraiti  dərk  etmək 

istəmədən  adiləşən  bu  adamla  maraqlanmadı.  Üzünü  döndərdi.  Bu  hadisə  Tövbə  surəsinin 

hökmü ümumi olan 49-cu ayəsinin nazil edilməsinə səbəb oldu: 



www.muselmanlar.com

 

 



11 

 

Yeri  gəlmişkən,  görülməli  olan  ən  vacib  tədbirlərdən  biri  də 



şəhvani  hiss  və  istəklərin  seksual  motivli  haramlara  aparmağından 

Allaha  sığınmaq,  Ona  pənah  gətirməkdir.  Bu  baxımdan  hər  bir  kişi 

Allaha sığınmağa möhtacdır. Allah bununla əlaqədar olaraq Quranda 

Yusuf peyğəmbərin dilindən məsləhət verir və aşağıdakı duanı etməyi 

tövsiyə edir: 

“(Allahım! Qadınların cinsi münasibətlərlə bağlı tələlərini məndən 

uzaq  et)  Əgər  bu  qadınların  hiyləsini  məndən  uzaq  etməsən  mən 

onlara meyl edər və cahillərdən olaram”.

12

 

Muhəmməd  peyğəmbərin  (əs)  də  bu  məsələyə  dair  bir  duası  var. 



O, bizə də belə dua etməyimizi məsləhət görmüşdür: 

     


 

           

   

 

             



  

“Allahım!  Qulaqlarımın,  gözlərimin,  dilimin,  qəlbimin  və  cinsiyyət 

üzvümün  şərindən,  ondan  irəli  gələ  biləcək  pisliklərin  şərindən  Sənə 

sığınıram.”

13

 

 



 

                                                                                                                     

“Onlardan eləsi də var ki: “Mənə icazə ver (döyüşə getməyim), məni günaha batırma!”– 

deyir. Doğrusu, onlar artıq günaha batmışlar. Şübhəsiz ki, Cəhənnəm kafirləri çulğayacaqdır.” 

Baxın: İbn Kəsir, Tövbə, 49. 

12

 Yusuf, 12/33. 



13

 Tirmizi, Dəavat, 76, hədis nömrəsi 3487. 

www.muselmanlar.com

 

 



12 

 

Qadının seksuallığı 



İslam qadının seksuallığı məsələsinə olduqca realist bir mövqedən 

yanaşır.  Onun  cinsi  hislərini  varlığı  qədər  təbii  qarşılayır.  Məlumdur 

ki, qadın öz həyası ilə şəhvani hislərini gizləməyə xüsusi diqqət yetirir. 

Buna  görə  də  İslam  onun  seksual  haqq-hüququnu  açıq-aydın  və 

təfsilatlı formada müəyyən edib. 

Uca  Allah  qadını  cazibədar  yaradıb.  Onu  kişilərə  sevdirib.  Onun 

bütün bədən üzvləri kişilərin diqqətini cəlb edir. Bu səbəbdən də İslam 

dinində deyilir ki, qadın ərə getməyinin mümkün olduğu kişilərə qarşı 

əl, üz və ayaqlarından başqa bütün bədənini örtməlidir. 

Qadın  hər  söz  və  hərəkəti  ilə  seksual  ab-hava  yarada  bilər.  Onun 

belə  bir  xüsusiyyəti  var.  Özü  də  şəhvani  hislərlə  yüklü  ola  bilər.  Bu, 

həm əqli zərurət, həm də nəqli (Quran və Sünnə tərəfindən müəyyən 

edilmiş)  bir  həqiqətdir.  Qadında  seksual  həzz  mərkəzi  olan  klitorun 

yaradılması da buna bir sübutdur. 

Muhəmməd  peyğəmbərin  (əs)  ifadəsi  ilə  desək,  qadınlar  kişilərin 

bir  növ  oxşarıdır  və  onlar  da  kişilər  kimi  cinsi-şəhvani  hislərə 

malikdirlər; hətta bu, bəzən kişilərdəkindən belə, artıq olur. Bunun da 

başlıca  səbəbləri  onlardakı  xilqət  (yaradılış)  xüsusiyyətləri  və  həmişə 

kişilər  tərəfindən  arzulanmaqlarıdır.  Arzulanmaq  isə elə  bir haldır  ki, 

seksual istəkləri təhrik edir. 

Deməli,  qadın  özünəməxsus  hisləri  və  seksual  tələbatı  olan  bir 

varlıqdır. Məhz buna görə o da İslam dininin ümumi və xüsusi əmr və 

qadağalarına görə cavabdehdir. 


www.muselmanlar.com

 

 



13 

 

Uca  Allah  və  onun  elçisi  Muhəmməd  peyğəmbər  (əs)  qadınlara 



buyurublar ki, şəhvətli baxışla baxmasınlar. Bədənlərinin gözəlliklərini 

aşkar 


etməsinlər. 

Özlərini 

zinadan 

və 


lezbiyanlıq 

kimi 


münasibətlərdən qorusunlar. Eyni zamanda ərlərinə qarşı öhdəliklərini 

yerinə yetirsinlər. 

İslam  dini  tərəfindən  qadına  verilən  bu  seksual  məzmunlu 

tapşırıqlar  təbii  ki,  bu  dində  onun  seksuallığının  realist  bir  baxışla 

qiymətləndirildiyini  göstərir.  Əlavə  olaraq,  İslam  dini  seksual 

xarakterli  tapşırıq  və  qadağalar  vasitəsilə  cavabdeh  hesab  etdiyi 

qadının qadınlığını müdafiə edən, eyni zamanda inkişaf etdirən qayda 

və qanunları da müəyyənləşdirmişdir. Bütün bunlar da göstərir ki, bu 

din qadının seksuallığına real yanaşır. 

A) Qadının həddi-büluğdan əvvəlki dövrü 

a-İslam  dini  qadının  cinsi  cəhətdən  inkişaf  etmiş  bir  şəxsiyyət  kimi 

formalaşmağı  üçün  geyim-kecim,  hərəkətlər  və  danışıq  tərzi  baxımından 

kişiləşməyini, bir  sözlə,  insanlarda  özü barədə  belə  bir  təəssürat  yaratmağını 

qadağan edib. Böyüklərlə əlaqədar olan bu qadağa sözsüz ki, qız uşaqlarına da 

şamil  edilir.  Ancaq  onlar  uşaq  olduqları  üçün  dini  cəhətdən  cavabdeh  hesab 

olunmurlar.  Elə  isə  onları  uşaqlıq  dövründən  etibarən  qadın  kimi  böyüdüb 

boya-başa çatdırmaq valideynlərin borcudur. 

b-İslam  dini  10  yaşına  çatan  qız  uşaqlarının  nəinki  qardaşları  ilə,  hətta 

bacıları ilə belə, eyni yataqda yatırdılmamalı olduğunu bildirir.

14

 



                                                 

14

 Kəşful-xəfa, hədis nömrəsi 2286; Əbu Davud, Səlat (namaz), 26; Müsnəd, 2/180. 



www.muselmanlar.com

 

 



14 

 

Bu  ilahi  tapşırığın  məqsədi  şübhəsiz  ki,  qız  uşağının  dişiliyini 



lezbiyanlıq kimi seksual azma təmayül və şəraitindən qorumaqdır. 

c-İslam  realizminin  həddi-büluğ  dövründən  əvvəl  qadının  seksuallığına 

aid bir qaydası da onun gələcəyi ilə əlaqədar sünnət məsələsidir. 

Hərçənd  ki,  qız  uşaqlarının  sünnət  edilməsi  ilə  əlaqədar  olaraq 

peyğəmbərə  aid  edilən  sözlər  (adət-ənənəni  təsdiq  etməyinə 

baxmayaraq)  İslam  alimlərinin  əksəriyyəti  tərəfindən  mötəbər  sözlər 

kimi  qəbul  edilmir.  Həmin  sözləri  peyğəmbərin  sözü  kimi  qəbul 

edənlər  isə  bunun  vacib  edən  (öhdəlik  yükləyən)  bir  xüsusiyyətinin 

olmadığını bildirirlər.  

Bizim  burada  qız  uşaqlarının  sünnət  edilməsindən  söz 

açmağımızın da səbəbləri var. Belə ki, qadınların seksual həzz mərkəzi 

olan klitor üzərində də kişi sünnətinə oxşar bir əməliyyat aparıla bilir. 

Amma bu, hər qız uşağına tətbiq edilməli olan bir əməliyyat deyil. Elə 

isə biz də öz əsərimizdə bu məsələni sadaladığımız səbəblərə əsasən və 

qadının seksual cəhətdən doyumu baxımından təhlil etmək istəyirik.

15

 



B) Qadının həddi-büluğ dövrü 

Qadını həddi-büluğ dövründə əhatə edən İslam realizminin ən çox 

nəzərə  çarpan  cəhəti  onun  məhz  peyğəmbər  tərəfindən  ərə  verilməsi 

və buna xüsusi qaydada diqqət yetirilməsidir. 

Həzrəti  peyğəmbər  (əs)  həzrəti  Əlinin  (ra)  timsalında  bu  işə  görə 

cavabdeh olan hər bir möminə belə demişdir: 

                                                 

15

 Bu barədə ətraflı məlumat almaq üçün “Sünnət (xitan)” fəslinə baxın. 



www.muselmanlar.com

 

 



15 

 

   



   

 :

   



     

  

   



   

  

“Ya Əli! Bu üç şeyi təxirə salma: 



1) Vaxtı daxil olduqda namazı; 

2)  (Yuyulub  kəfənlənən  və  hazır  hala  gətirilən)  meyyitin  namaz  və 

dəfnini; 

3)  Tayını  (gələcək  həyat  yoldaşı)  tapdıqda  vəlisi  olan  qız-qadını 

evləndirməyi.”

16

 



Bu hədisdən çox yaxşı məlum olur ki (peyğəmbərin bu tapşırığına 

əsasən),  həddi-büluğ  dövründəki  qadının  seksuallığına  əhəmiyyət 

vermək 

lazımdır. 



Əlavə 

olaraq, 


bu 

dövr 


lazımsız 

yerə 


uzadılmamalıdır. 

Qeyd  edək  ki,  qadınlarda  həddi-büluğ  dövrü  heyz  (aybaşı, 

menstruasiya) halı ilə başlayır və bu dövrdə cinsi-şəhvani hislər inkişaf 

edir. Bu dövr eyni zamanda qadında cinsiyyətlə əlaqədar problemlərin 

üzə çıxmaq ehtimalının olduğu bir dövrdür. Deməli, qızın özünün də 

təsdiq etdiyi bir evlənmək istəyinə müsbət cavab vermək, həddi-büluğ 

dövrünü çox da uzatmamaq lazımdır. Ən münasib yol budur.  

 

 



                                                 

16

 Tirmizi, Cənaiz (cənazələr, meyyitlər), hədis nömrəsi 1075. 



www.muselmanlar.com

 

 



16 

 

Ərgən bir qızın ərə getməyinə tutarsız səbəblər irəli sürüb mane 



olmaq düzgün deyil 

İslam  dini  ərgən  olan,  yəni,  həddi-büluğ  dövrünə  çatan  və  ərə 

getmək  üçün  münasib  olan  bir qızı  ərə  verməyi məsləhət  görür.  Eyni 

zamanda onun ərə getməyinə mane olmağı da qadağan edir. Əgər qızı 

mehri-misil

17

 verə bilən bir oğlan-kişi istəsə, qız da buna razı olsa, onu 



ərə  vermək  lazımdır.  Atanın,  yaxud  da  digər  vəlilərin  (burada: 

valideyni  əvəz  edən  şəxs)  buna  mane  olmağa  haqları  yoxdur.  Əgər 

ortada üzrlü, daha doğrusu, tutarlı və haqlı səbəb yoxdursa, bir qızın 

ərə getməyinə mane olmaq onun gələcəyinə mənfi təsir göstərir. Elə isə 

bu,  ona  qarşı  bir  zülmdür.  Bu  halda  həmin  qız  məhkəməyə  müraciət 

edib  ona  edilən  haqsızlığı  aradan  qaldıra  bilər.

18

  Əlavə  olaraq, 



Quranda Allah tərəfindən təsdiq edilir ki, qadın nikah əqdi (müqavilə) 

bağlaya bilər.

19

  Odur  ki, ərgən  bir  qız  atası  da  daxil  olmaqla  vəlisinin 



icazəsini almadan öz tayı ilə ailə qura bilər. 

Burada  başqa  bir  məqam  da  var.  Bu  da  dul  qadınla  əlaqədardır. 

Belə  ki,  İslam  dini  qız  uşağında  olduğu  kimi,  dul  qadının  ərə 

getməyinə mane olmağı da qadağan edib. 

Dul qadının ərə getməyinə də mane olmaq olmaz 

Bu qadağa Allah tərəfindən qoyulub və Quranın Bəqərə surəsinin 

232-ci ayəsində öz əksini tapıb. 

                                                 

17

 Məlumat üçün lüğətçəyə baxın. 



18

  Ömər  Nəsuhi  Bilmən,  Hüquqi  islamiyyə  və  istilahati  fiqhiyyə  külliyatı  (İslam  hüququ  və  fiqh 

(islam hüququ) terminləri külliyatı),

 İstanbul, 1985, 2-ci cild, s. 48, 57. 

19

 Bəqərə, 2/230, 232. 



www.muselmanlar.com

 

 



17 

 

Aşağıdakı hədis bu ayənin nazil edilməsinin səbəbini və hökmünü 



izah edir: 

Məqil  ibn  Yəsar  həzrəti  Muhəmməd  peyğəmbərin  (əs)  dövründə 

öz  bacısını  mömin  bir  adama  ərə  verdi.  Bacısı  həmin  adamla  bir 

müddət  yaşadı.  Sonra  o  kişi  onu  boşadı.  İddə  müddəti  daxilində  də 

onun  yanına  qayıtmadı.  Beləliklə,  onlar  təzədən  evlənəcək  qaydada 

boşandılar. 

Boşanma  iddəsinin

20

  müddəti  başa  çatdı.  Elə  oldu  ki,  həm  qadın, 



həm də kişi təzədən evlənmək istədilər. Qadını istəyən başqa kişilər də 

var idi. Qardaşı Məqil isə and içərək həmin adama etiraz etdi: 

- Ey ağılsız! Mən sənə yaxşılıq etdim. Bacımı sənə ərə verdim. Sən 

də durub onu boşadın. Vallah, bundan sonra o istəsə də, heç vaxt sənin 

yanına qayıdıb arvadın ola bilməz! 

(Məqilin  bu  rədd  cavabından  sonra)  Uca  Allah  arvadını  boşamış 

kişinin  arvadına,  qadının  da  ərinə  ehtiyacı  olduğunu  bildiyi  üçün 

aşağıdakı ümumi qaydanı (ayə) nazil etdi: 

“Qadınları  (təzədən  onlarla  evlənə  biləcək  qaydada)  boşadığınız 

vaxt  iddə  müddətlərini  başa  vurduqda  və  ər-arvad  öz  aralarında 

xoşluqla  razılığa  gəldikdə  qadınların  ərləri  ilə  (və  ya  başqa  bir 

nəfərlə)  evlənməyinə  mane  olmayın.  Bu  sizlərdən  Allaha  və  Axirət 

gününə  iman  gətirənlərə  verilən  bir  öyüd-nəsihətdir.  Bu  sizin  üçün 

daha yaxşı və daha pakdır. Allah bilir, siz isə bilmirsiniz.” 

Məqil peyğəmbərdən bu ayəni eşitdikdə belə dedi: 

                                                 

20

 Bu barədə məlumat üçün kitabın “İddə” fəslinə baxın. 



www.muselmanlar.com

 

 



18 

 

-Rəbbimin əmrini eşidir və itaət edirəm. 



Sonra o, bacısının ərinə xəbər yolladı. O adam gəldiyi vaxt dedi ki, 

sənə (təzədən) yaxşılıq edir və bacımla evləndirirəm.

21

 

Yuxarıda  da  qeyd  edildiyi  kimi,  Qurandakı  qadağaya  əsasən  dul 



qadının ərə getməyinə mane olmaq olmaz. 

C) Qadının evlilik dövrü 

İslam  dini  ərdə  olan  qadının  cinsi  həyatına  da  real  yanaşır;  onun 

bir sıra seksual haqqı olduğunu bildirir. 

Qadının seksual haqları 

a-Qadının  əsas  seksual  haqqı  budur:  Onunla  sevişməmiş  cinsi 

əlaqədə olmaq olmaz. 

Qadının  seksual  cəhətdən  doyuma  çatmamağının  başlıca 

səbəblərindən  biri  onunla  sevişmədən  cinsi  əlaqəyə  girməkdir. 

Muhəmməd  peyğəmbər  bu  məsələdə  (əs)  müsəlmanlara  xüsusi  bir 

tapşırıq  verib.  Biz  bu  barədə  kitabın  xüsusi  fəslində  ətraflı  məlumat 

verəcəyik.  İndi  isə  İslam  alimlərinin  aşağıdakı  sözlərinə  yer  verməklə 

kifayətlənirik: 

“Cinsi  əlaqədən  qabaq  sevişib  pıçıldaşmaq,  öpüşmək,  dil  və  dodaqları 

əmmək müəkkəd sünnədir. Bunun əksinə hərəkət etmək məkruhdur (harama 

yaxın günahdır).”

22

 

                                                 



21

 İbn Kəsir, Bəqərə, 232 (1/282); Tirmizi, təfsiru-l-Quran, hədis nömrəsi 2985. 

22

 Feyzu-l-qədir, 5/90. 



www.muselmanlar.com

 

 



19 

 

b-Evlilik  daxilində  qadının  seksual  haqlarından  biri  də  budur: 



Kişinin  qadının  razılığını  almadan  hamiləliyin  qarşısını  alan 

vasitələrdən istifadə etməsi haramdır. 

Qadını  seksual  həzzə  çatdıran  əsas  səbəblərdən  biri  sözsüz  ki, 

ərinin  onda  rahatlıq  tapdığını  hiss  etməyidir.  Qadını  seksual  həzz 

almaqdan  məhrum  etmək  haqsızlıqdır.  Buna  görə  də  Allahın  elçisi: 

“Razılığını  almamış  azad  qadına  əzl  tətbiq  etməyi  (bətnindən  kənara 

boşalmağı) qadağan etdi.”

23

 



c-Qadını seksual məhrumiyyətə məhkum etmək olmaz. 

Ərinin  qadına  seksual  cəhətdən  maraq  göstərməməyi  böyük  bir 

haqsızlıqdır. Çünki bu hal qadın üçün təkcə fiziki deyil, eyni zamanda 

psixoloji  bir  böhran  deməkdir.  Şübhəsiz  ki,  Allah  xəlq  etdiyi 

məxluqları  yaxşı  tanıyır.  Odur  ki,  qadının  lehinə  olsun  deyə,  hər  bir 

mömin kişiyə belə bir tapşırıq vermişdir: 

“Siz  nə  qədər  istəsəniz  də,  arvadlarınızın  arasında  ədalətlə 

davrana  bilməzsiniz.  (Heç  olmasa)  Birinə  tamamilə  meyl  edib, 

digərini (ərli ərsiz qadın kimi) asılı vəziyyətdə qoymayın.”

24

 



                                                 

23

 İbn Macə, Nikah, 30, hədis nömrəsi 1928. Bəzi fəqih-alimlər bu məsələdə səhlənkarlıq edən 



və arvadından icazə almayan kişilərin cəzalandırılmalı olduqlarını bildiriblər. 

24

 Nisa, 4/129. 



Kişinin xanımları ilə ədalətlə rəftarı 

Müəyyən  səbəblərlə  birdən  çox  arvadı  olan  kişi  onların  arasında  məişət  xərclərini,  yəni, 

bütün  dolanışıq  məsələlərini  həll  etmək  baxımından  ədalətlə  hərəkət  etməlidir.  Eyni  zamanda 

onlarla gecələmək məsələində də ədalətli olmalıdır. O, bunlara görə cavabdehdir. Lakin belə bir 

kişi sevgi-məhəbbət və cinsi əlaqə məsələlərində ədalətli davranmağa görə cavabdeh deyil. Çünki 

onun  buna  bir  insan  kimi  gücü  çata  bilməz.  Deməli,  kişi  sevgi  və  cinsi  əlaqə  baxımından  bir 

www.muselmanlar.com

 

 



20 

 

Qeyd  edək  ki,  peyğəmbər  də  ailə  həyatında  seksual 



münasibətlərdən  uzaqlaşmağı  mömin  kişilərə  qadağan  edib.  Bunu 

qadınlara  qarşı  bir  zülm  kimi  qəbul  edib.  Dindarlıqda  inkişaf  etmək 

kimi  səbəblər  də  daxil  olmaqla  hansı  səbəblə  olursa  olsun,  seksual 

həyatdan uzaq olmağı qadağan edib. 

d-Qadını necə deyərlər, gələcək ümidi olmayan seksual yoxsulluğa 

məhkum  etmək  olmaz.  Bu  da  onun  İslam  dinində  nəzərə  alınıb 

qorunan seksual haqlarından biridir. Çünki İslam boşamağı 3, and içib 

cinsi həyatdan uzaqlaşmağı da 4 ayla məhudlaşdırıb. Əlavə olaraq, bu 

dinə  əsasən  əgər  bir  qadının  ərinin  müalicəsi  mümkün  olmayan  cinsi 

iqtidarsızlıq (impotent olmaq) kimi bir xəstəliyi varsa, qadın boşanmaq 

üçün məhkəməyə müraciət edə də bilər. 

e-Qeyd etdiyimiz kimi, İslam dininə əsasən qadının bir sıra seksual 

haqları  var.  Bunlardan  biri  də  onun  iddəsinin  müəyyən  bir  vaxtla 

məhdudlaşdırılmasıdır. 

Qadın  boşandığı  vaxt  3  heyz  və  ya  3  təmizlik  dövrünü  başa 

vurduqda, ərinin ölümü halında 4 ay 10 gün gözlədikdə, hamilə vaxtı 

boşandıqda isə uşağını dünyaya gətirdiyi zaman ərə gedə bilər. Onun 

ərə getməyinə mane olmaq olmaz.

25

 

Aşağıda  misal  verilən  hədis  İslam  dininin  bu  kimi  məsələlərə  nə 



dərəcədə real yanaşdığını göstərir: 

                                                                                                                     

arvadına üstünlük verə bilər. Buna baxmayaraq digərlərini tamamilə bir kənara qoya bilməz. Bir 

çox  təfsir  alimi  belə  hesab  edir  ki,  qadını  havada  asılı  vəziyyətdə  qoymamağın  mənası  budur: 

Ona qarşı sevgi-məhəbbət və cinsi əlaqə məsələlərində səhlənkarlıq etməmək (Təbəri, 5/314-315; 

İbn Ərəbi, Əhkamu-l-Quran, 1/504-505; Haqq dini, Quran dili, 3/1487). 

25

 Bəqərə, 2/228, 234; Talaq, 65/4. 



www.muselmanlar.com

 

 



21 

 

Sübeyə  adlı  bir  qadının  əri  öldü.  Qadın  23  gündən  sonra  azad  oldu 



(uşağını dünyaya gətirdi). Sonra ərə getmək istədi. Camaat onu qınadı. Ona 

dedilər ki, sən ərə gedə bilməzsən. Gedib əhvalatı peyğəmbərə (əs) danışdılar. 

O, belə dedi: 

-  Əgər bu  qadın istəsə,  ərə  gedə  bilər.  Çünki  iddə müddəti  doğuşla başa 

çatır.

26

 



Sekslə məşğul olmaq labüddür 

Yuxarıda  izah  etməyə  çalışdığımız  kimi,  İslam  dini  cinsi  həyata 

Allahın  tənzim  etdiyi  bir  sahə  kimi  yanaşır.  Bu  din  kişi  və  qadının 

seksuallığını  insan  həyatının  təbii  və  ayrılmaz  bir  hissəsi  kimi  qəbul 

edir.  Seksə  göstərilən  bu  realist  və  düzgün  münasibəti  qısa  formada 

aşağıdakı kimi ifadə edə bilərik: 

İstər  kişi,  istərsə  qadın  olsun,  həddi-büluğ  dövrünə  çatan  hər  bir 

insanda  cinsi-şəhvani  hislər  yaranır.  Qidalanan  və  yatan  ərgən  insan 

kənardan  təhrik  edici-oyadıcı  bir  mesaj  almasa  belə,  bu  hislər  onun 

iradəsinin  xaricində  meydana  gəlir.  Bu  minvalla  da  inkişaf  edir.Yəni, 

bir  insan  özünü  xüsusi  olaraq  qorumağa  çalışsa  da,  bu  prosesə  mane 

ola  bilməz.  Həyatın  təbii  axarı  da  öz  işini  görür.  Beləliklə,  ehtiyac  və 

tələbat halını alan cinsi-şəhvani istəkləri ödəmək lazım gəlir. 

Bəli, insanı əhatə edən cinsi-şəhvani məzmunlu reallıq budur. Elə 

isə insanın qarşısında görə biləcəyi 4 iş  durur: 

1. Seksual fəallıq qabiliyyətini yox etmək; 

                                                 

26

 Buxari, Talaq, 39; ət-Tac, 2/361; İbn Macə, hədis nömrəsi, 2027. 



www.muselmanlar.com

 

 



22 

 

2.  Seksual  istəklərini  həmişə  nəzarətdə  saxlamaq  (kontrol  etmək) 



və bu sahədə öz-özünə təzyiq göstərmək. Yəni, subay qalmağa davam 

etmək. 


3.  (Kişi  və  ya  qadın)  Cinsi  əlaqədə  ola  bildiyi  insanlarla  zina, 

homoseksualizm  və  lezbiyanlıq  kimi  yollarla  öz  cinsi-şəhvani 

istəklərini yerinə yetirmək; 

4.  Evlənmək  və  seksual  ehtiyaclarını  həyat  yoldaşı  ilə  yaradılışa 

əsasən (təbii-fitri halda) ödəmək. 

İnsan  yuxarıda  sadalanan  işlərin  hamısını  görə  bilər.  Lakin  onun 

öz istədiyini seçməyə ixtiyarı yoxdur. Çünki insanı hər dəqiqə seksual 

xarakterli bir addım ata bilmək qabiliyyətində yaradan Allah onu cinsi 

həyatında  da  ilahi  imtahandan  keçirir.  Buna  görə  də  ona  cinsi 

məzmunlu tapşırıqlar vermiş, qadağalar qoymuşdur. 

Mömin  bir  insan  öz  seçimini  bu  ilahi  buyuruq  və  qadağalara 

əsasən etməyə məcburdur. 

İslam dininin bir-birini tamamlayan 2 əsas mənbəyi olan Quran və 

Sünnə  yuxarıda  qeyd  etdiyimiz  yollardan  ilk  üçünü  qadağan  edir. 

Təkcə  4-cü  yolun  düzgün  yol  olduğunu  bildirir.  Üstəlik  də  insanlara 

bu yolla getməyi buyurur. 





Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə