İslama əsasən seksual həyat



Yüklə 323.42 Kb.
PDF просмотр
səhifə1/3
tarix18.12.2016
ölçüsü323.42 Kb.
  1   2   3

www.muselmanlar.com

 

 



 

İSLAMA ƏSASƏN SEKSUAL HƏYAT 



Müəllif:

 

Əli Rza Dəmircan



 

(ilahiyyatçı alim)

 

Azərbaycan dilinə çevirib uyğunlaşdıran Fəqani Bəylərov 



(fəlsəfə doktoru: 

fəlsəfə və ilahiyyat elmləri) 

 

VI FƏSİL 



(1, 2 və 3-cü hissələr) 

 

SEKSUAL CƏHƏTDƏN 



XOŞBƏXTLİK ÜÇÜN YERİNƏ 

YETİRİLMƏLİ OLAN 

ÖHDƏLİKLƏR 

 

 



 

www.muselmanlar.com

 

 



 

Seksdənkənar əsas öhdəliklərimiz 

Məlumdur ki, ailə həyatında seksual münasibətlər də olur; 

ki, bu, vacib bir amildir. Bununla belə, evlilik-ailə həyatı təkcə 

seksdən ibarət deyil. Deməli, evlilik həyatında digər qarşılıqlı 

öhdəliklər  də  yerinə  yetirilməlidir.  Çünki  insanın  seksual 

münasibətlər 

baxımından 

xoşbəxtliyi 

həmin 


qarşılıqlı 

öhdəliklərə  əsasən  formalaşır  və  inkişaf  edir.  Bu  öhdəlikləri 

aşağıdakı kimi xülasə etmək olar: 

Kişinin  əsas  öhdəlikləri 

Rəbbimizin Nisa surəsinin 19-cu 

ayəsindəki:  “Onlarla  İslam  dininin  və  müştərək  ağlın 

qaydalarını əsas tutaraq yaşayın” - əmrinə əsasən belədir: 

a)  Qadınlara  qarşı  yaxşı  rəftar  etmək:  qadınların  mənfi 

cəhətlərinə  qarşı  səbirli  olmaq,  onlarla  sevgi-məhəbbət  və 

hörmətlə  danışmaq,  ailə  işlərinin  idarəsi  məsələsində  onların 

da fikrini nəzərə almaq və başda seksuallıqları olmaqla onlarla 

maraqlanmaq. 

b) Kişilər olaraq öz yeyib içdiklərimizi nəzərə alıb onların 

dolanışıq  xərclərini  ödəmək,  eləcə  də,  müstəqil  bir  mənzildə 

yaşamaqlarını təmin etmək. 

c)  Fiziki  gücümüzdən  sui-istifadə  etməmək:  Yəni,  onlara 

qarşı  zor  tətbiq  etməmək.  Qadınları  və  gördükləri  işləri  pis 

adlandırmamaq. 

Qadının əsas öhdəlikləri 

Rəbbimizin Nisa surəsinin 34 və 

Bəqərə  surəsinin  233-cü  ayələrindəki  buyuruqlarına  əsasən 

aşağıdakı kimidir: 

a)  Nikah  müqaviləsi  və  cəmiyyətdəki  adət-ənənələrin 

vacib bildiyi qadınlıq borcunu yerinə yetirmək, övlad dünyaya 

gətirmək, ona baxmaq və evdəki işləri görmək. 


www.muselmanlar.com

 

 



 

b) Nikah müqaviləsinə əsasən ərə - onun məhdud əmr və 



tapşırıqlarına hörmət etmək, onu xoşbəxt etməyə çalışmaq. 

c) Zina və lezbiyanlıq kimi münasibətlərdən uzaq durmaq 

və ərin mal-mülkünü, yəni, qazancını qorumaq. 

Qeyd  edək  ki,  bir  tərəfin  öhdəlikləri  o  biri  tərəfin  haqq-

hüququ  deməkdir.  Buna  görə  də  haqq-hüquq  məsələsini 

burada əlavə olaraq şərh etməyə ehtiyac görmürük. 

Allahın  elçisi  Muhəmməd  peyğəmbərin  (əs)  kişi  və 

qadının  öhdəlikləri  ilə  əlaqədar  hədisləri  barədə  məlumat 

almaq  üçün  baxın:  Buxari,  Heyz,  6;  Müslim,  İman,  132; 

Mişkatu-l-məsabih, hədis nömrəsi 3272. 

Cinsi həyat qane edici (doyurucu) olmalıdır 

Allahın 


elçisinin 

(əs) 


müsəlmanları 

evlənməyə 

istiqamətləndirən hədislərindən də açıq-aydın başa düşülür ki, 

evlənməyin – ailə həyatının əsas məqsədlərindən və onu canlı 

saxlayan  amillərdən  biri,  həm  də  başlıcası  cinsi  həyatdır.

1

 Elə 



isə  cinsi  həyat  mümkün  olduqca  qane  edici  və  doyurucu 

olmalıdır.  Qadında  seksual  həzz  və  ləzzətin  ən  çox  hiss 

edildiyi  erogen  bölgə  olan  və  əsas  funksiyası  orqazmı  təmin 

etmək olan klitorun yaradılması da bunu vurğulayır. 

İnsan  heyvanlarda  olduğu  kimi,  romantizmdən  məhrum 

bir cinsi akt və boşalmaqla (eyakulyasiya) doyuma çata bilməz. 

Bu, açıq-aydın bir məsələdir. 

Buna  görə  də  bir  həyat  dini  olan  İslam  insanları  evlənib 

ailə  qurmağa  həvəsləndirdikdə  bildirir    ki,  ailə  daxilindəki 

cinsi həyatın qane edici olmağına xüsusi fikir vermək lazımdır. 

                                                 

1

 Biz burada öz mövzumuza müvafiq olaraq cinsi həyat məsələsini təhlil edəcəyik. 



www.muselmanlar.com

 

 



 

İslam  elə  bir  dindir  ki,  insanları  buna  həvəsləndirməklə 



kifayətlənmir; 

eyni 


zamanda 

ər-arvadın 

qarşısında 

evlənməzdən  qabaq  və  sonra  yerinə  yetirilməli  olan  xüsusi 

öhdəliklər  də  qoyur.  Biz  həmin  öhdəlikləri  burada  ayrı-ayrı 

izah edəcəyik. 

Ər üçün ancaq arvadı, arvad üçün də təkcə əri var

 

Mömin bir qadının ərindən başqa seksuallığından istifadə 



edə biləcəyi 2-ci bir kişi yoxdur. Qadın birinci ərindən ölüm və 

ya boşanma nəticəsində dul qalmadıqca sekslə əlaqədar olaraq 

2-ci  bir  kişini  tanımağı  mümkün  deyil.  Daha  doğrusu,  İslama 

əsasən bundan heç söhbət də gedə bilməz. Bu, nəzəri cəhətdən 

belə  olduğu  kimi,  Quran  və  Sünnə  hökmlərini  mənimsəyən 

cəmiyyətin təcrübəsində də belədir. 

Mömin  qadın  üçün  olduğu  kimi,  imanlı  bir  kişi  üçün  də 

arvadından  savayı  seksuallığından  istifadə  edə  biləcəyi  bir 

qadın  yoxdur.  Hərçənd  ki,  mömin  kişi  üçün  nəzəri  olaraq  1-

dən  artıq  və  4-ə  qədər  çoxarvadlılıq  imkanı  var.  Amma  bu 

imkanın  praktiki  olaraq  mövcudluğu  bu  faktorlardan  asılıdır: 

Azad  edilib  azadlığının  əvəzi  mehir  kimi  qəbul  olunan  və 

kəbini bu cür kəsilən müharibə əsiri qadınların (cariyə, kəniz) 

olmağı, çoxarvadlılıq üçün maddi imkan, 2-ci və ya 3-cü arvad 

olmağa razılıq verən azad qadınların mövcudluğu. 

Bu  səbəblərə  əsasən  məhdud  çoxarvadlılıq  müstəsna  bir 

haldır.  Deməli,  bizim  işlətdiyimiz:  “İmanlı  bir  kişi  üçün  də 

arvadından  savayı  seksuallığından  istifadə  edə  biləcəyi  bir  qadın 

yoxdur”,  -  cümləsini  ümumi  vəziyyətə  şamil  edilən  bir  qayda 

kimi qəbul etmək olar. 

 


www.muselmanlar.com

 

 



 

Cinsi  əlaqənin  məqsədlərindən  biri  də  seksual 



doyumdur 

Yuxarıda  deyilənlərə  əsasən  ər-arvad  cinsi  həyatın  bütün 

nemətlərindən  istifadə  etməli,  öz  əlaqələrini  onları  fiziki  və 

mənəvi  doyuma  çatdıran  qaydada  davam etdirməlidirlər.  Bu, 

Allahın  istədiyi  bir  şeydir.  Çünki  Uca  Allah  rəhmət 

(mərhəmət),  elm  və  qüdrətini  ifadə  edərək  ər-arvadı  bir-

birlərində  fiziki-seksual  və  mənəvi  rahatlıq  tapa  biləcəkləri 

şəkildə yaratmışdır. O, bunu belə izah edir: 

“Onlarla  ünsiyyətdə  rahatlıq  tapasınız  deyə,  sizin  üçün 

öz cinsinizdən zövcələr yaratması, aranıza məvəddət (seksual 

cazibə-əlaqə) və məhəbbət (rəhmət) salması Onun varlığının 

dəlillərindəndir.  Həqiqətən,  bunda  düşünən  bir  xalq  üçün 

ibrətamiz dərslər vardır.” (Rum, 30/21) 

Bu ayədən belə başa düşülür ki, Allah ər-arvadın arasında 

məvəddət və məhəbbət yaradıb. 

Təfsir  alimləri  belə hesab edirlər  ki,  “məvəddət” hər  bir an 

yaşana bilən cinsi əlaqə deməkdir. “Məhəbbət (rəhmət)” isə cinsi 

əlaqənin  xaricindəki  birgəliyi  təmin  edən  sevgi,  övlad  və  hər 

növ maraq və səbiri ifadə edir.

2

 



Beləliklə,  məlum  olur  ki,  cinsi  əlaqə  rahatlığın,  fiziki  və 

mənəvi doyumun 2 əsas mənbəyindən birini təşkil edir. Buna 

görə də cinsi əlaqəni bədən və ruhun doyuma çata biləcəyi bir 

şəraitdə həyata keçirmək lazımdır. Bir sözlə, evlilik həyatında 

cinsi əlaqə həm kişi, həm də qadını seksin ləzzət və həzlərinə 

                                                 

2

 Baxın: Fəxrəddin ər-Razi, ət-Təfsiru-l-kəbir, Rum, 30/21 (25/100); Ruhu-l-bəyan təfsiri, 



Rum, 30/21 (7/19). 

www.muselmanlar.com

 

 



 

aparıb  çatdırmalıdır.  İslama  əsasən  bunun  əksini  düşünmək 

qeyri-mümkündür. 

Yeri  gəlmişkən,  “Cənnətdə  cinsi  həyat”  fəslində  qeyd 

edəcəyimiz  bəzi  ayələrdən  də  məlum  olacaq  ki,  Quranın 

üslubuna əsasən cinsi həyat həzz həyatı deməkdir. 

Allahın elçisinin (əs) üslubu da Quranın üslubuna oxşayır. 

Yəni, peyğəmbərin (əs) hədislərindəki üslub cinsi əlaqəni onun 

məqsədləri  çərçivəsində  ifadə  edir.  Bu  həqiqəti  kitabımızda 

qeyd edilən və seksuallıqla əlaqədar olan hədislərdə, xüsusən 

də  cinsi  əlaqəni  :  “Cinsi  əlaqə  bal(cıq)dır”

3

,  -  formasında  təsvir 



edən  hədisdə  görmək  mümkündür.  Aşağıdakı  peyğəmbər 

hədisləri də birbaşa bu reallığı əks etdirir. 

Seksual doyumun məqsəd olduğunu bildirən hədislər 

Kəb ibn Malik (ra) nəql edir: 

Mən  hərbi  səfərlərin  birində  peyğəmbərin  yanında  idim. 

Bizə  düşərgə  salmağımız  üçün  əmr  verdi.  Həmin  gecənin 

səhəri  günü  sübh  tezdən  onun  başına  yığışdıq. Bizdən  bir-bir 

suallar soruşmağa başladı: 

-Filankəs! Sən evlənmisən? Ey filan adam, sən evlisən? 

Sonra üzünü mənə tutub soruşdu: 

-Ey Kəb! Bəs sən? Evlənmisən? 

Mən də cavab verib dedim ki, bəli, ya rəsulallah. 

-Bakirə qızla, yoxsa dul qadınla? 

Onun bu sualına cavab olaraq: “Dul qadınla”, - dedim. 

                                                 

3

 Müsnəd, 6/62. 



www.muselmanlar.com

 

 



 

-(Ey  Kəb!)  Gərək  sənin  onu,  onun  da  səni  öpüb  oxşayacağı 



bakirə bir qızla evlənəydin!

4

 



Allahın  elçisi  (əs)  cinsi  doyumun  məqsəd  olduğunu 

bildirən bir hədisində belə deyir: 

 

 

 



 

 

 



  

   


 

 

 



  

“Bakirə  qızlarla  evlənin.

5

 Çünki  onlar  (cavan  olduqlarına 



görə) daha bərəkətlidirlər (doğurqan). Daha şirin dilli/dodaqlıdırlar. 

İstəklərində  aza  daha  çox  qənaətkardırlar.  Onların  cinsiyyət  üzvləri 

daha aktivdir.”

6

 



Seksual doyum baxımından bakirələrin üstünlüyü 

Yuxarıdakı  hədis  kitabımızın  əsas  mövzusu  ilə  sıx 

əlaqədardır. Biz də bunu nəzərə alıb bakirələr məsələsini təhlil 

                                                 

4

 Buxari, Nikah, 21. Səhihi Müslim tərcümə və şərhi, 7/413; Müsnəd, 3/74. 



5

 Bakirə olmağın əhəmiyyəti 

Bakirə  qızlarla  evlənməyi  məsləhət  bilən  tapşırıqlar  əvvəl  də  qeyd  etdiyimiz  kimi, 

xüsusi  olaraq  subay  kişilərlə  əlaqədardır.  Bakirəliyin  nə  üçün  lazımlı  olduğunu  da 

bununla əlaqədar hədislərə əsasən belə izah etmək olar: 

a) Mənəvi xüsusiyyətlərinə görə qadın bakirə olaraq ərə getdiyi kişiyə daha dərindən 

bağlana bilər. Ona təsir edən (keçmiş) xatirələri olmadığına görə ərinə daha qısa vaxt 

ərzində uyğunlaşa bilər. 

b)  Bakirə  qızın  ərinin  istəklərinə  cavab  verə  bilən  daha  cazibədar  bir  dişiliyi  olur. 

Əlavə olaraq, onun bu cəhəti ərinin zövqlərinə müvafiq formada inkişaf edir. 

c) Subay kişilər tərəfindən bakirə qızlara üstünlük verilməsi ictimai ədalət baxımından 

da  daha  münasib  bir  haldır.  Allahın  elçisi  bakirələrin  xüsusiyyətlərini  daşıdıqlarına 

görə müsəlman kişiləri cavan qadınlarla evlənməyə də istiqamətləndirmişdir. 

d)  Bakirəlik  üstünlük  verilən  bir  xüsusiyyətdir.  Biz  bunu  (Quran  ayələrinə  əsasən) 

Cənnətə  getməyə  layiq  olan  qadınlara  heç  bir  insan  və  cinin  toxunmadığından  və 

onlarla hər dəfə bakirə olduqları halda cinsi əlaqənin baş verəcəyindən də başa düşə 

bilərik. Baxın: Rəhman, 55/74; Vaqiə, 56/36; Feyzu-l-qədir, 4/350. 

6

 İbn Macə, 1861; Feyzu-l-qədir, 5507-5509; Min mirqati-l-məfatih, 3/407. 



www.muselmanlar.com

 

 



 

etmək,  o  cümlədən  bakirəlik  çərçivəsində  İslam  və  fitrətin 



arasındakı uyğunluğa da toxunmaq istəyirik. 

İslamın qayda-qanunlarını qoyan, eləcə də, insanı yaradan 

Allahdır.  Məhz  buna  görə  İslam  dini  və  korlanmamış 

insanların  (bəşəriyyətin)  təbii-fitri  meyllərinin  arasında  ahəng 

var.  İslam  dininin  yaradılışın  ecazkarlığının  sübutu  kimi 

qiymətləndirdiyi  bakirəlik  məsələsi  bəzi  dağıdıcı  ifadə  və 

cəhdlərə  baxmayaraq  müxtəlif  cəmiyyətlərdə  əhəmiyyət  kəsb 

edən  bir  məsələdir.  Deməli,  ona  verilən  qiymət  (üstünlük  və 

əhəmiyyət)  də  yuxarıda  toxunduğumuz  uyğunluğa  əyani  bir 

sübutdur.  Səhifənin  aşağı  hissəsində  qeyd  olunan  əhvalat  bir 

tərəfdən  əxlaqi  cəhətdən  tənəzzülü,  digər  tərəfdən  də 

sekulyar-dünyəvi  yaşayış  tərzi  keçirən  cəmiyyətlərdə  belə, 

bakirəliyin qiymətli bir şey olduğunu göstərir.

7

 



Evlilikdə seksual doyum məqsəddir 

Evlənməyin  əsas  məqsədlərindən  biri  seksual  ehtiyacları 

ödəyib  doyuma  çatmaqdır.  Buna  görə  də  cinsi  əlaqəni  bu 

məqsədi  reallaşdırmağa  əlverişli  olan  bir  şəraitdə  həyata 

keçirmək lazımdır. 

Yuxarıda  qeyd  etdiyimiz  kimi,  hər  cinsi  əlaqə  (xüsusilə 

kişilərdə  boşalmanı  təmin  etsə  də)  seksual  doyumu  təmin 

etmir.  Seksual  doyum  elə  bir  şeydir  ki,  fiziki  və  psixoloji 

doyumu  da  tələb edir. Məhz  buna  görə  də  İslam  dini  seksual 

cəhətdən  xoşbəxt  olmağı  bir  məqsəd  kimi  qəbul  etmiş, 

                                                 

7

 Yeni Zellandiyalı qız 



Yeni Zellandiyada bir qız universitetdəki təhsil xərclərini çıxartmaq üçün bakirəliyini 

satışa qoydu. İnternet şəbəkəsinəə bununla əlaqədar bir elan verdi. Həmin elana 30000 

nəfər  baxdı.  1200  nəfər  hərracda  iştirak  etdi.  Qız  axırda  32000  dollarlıq  təklifi  qəbul 

etdi (MƏNBƏ: Hürriyət qəzeti, 03 fevral 2010-cu il, Türkiyə). 



www.muselmanlar.com

 

 



 

insanları  fiziki  və  psixi-mənəvi  doyuma  aparan  meyarları 



müəyyən  etmiş  və  onların  qarşısında  lazımi  öhdəlikləri 

qoymuşdur.  Həmin  meyar  və  öhdəlikləri  aşağıdakı  şəkildə 

izah etmək mümkündür:

 

Meyarlar-Öhdəliklər 



A)  Evlənməzdən  qabaq  yerinə  yetirilməli  və  evlilik  həyatında 

davam  etdirilməli  olan  (seksual  baxımdan  xoşbəxtliyə  dair) 

öhdəliklər: 

- İmanlı olmaq və ibadət etmək; 

- Ailə quracağı qadın və kişini görmək; 

- Kişi və qadın sünnət olmaq; 

- Bığ və saqqal saxlamaq; 

- Özünü kənar təsirlərdən qorumaq; 

- Cinsi həyatın məhrəmiyyət və sirlərini saxlamaq; 

- Bədəni, eləcə də dişləri təmiz saxlamaq; 

- Bəzənmək və özünə ətir vurmaq. 

B)  Cinsi  əlaqədən  əvvəl  və  cinsi  əlaqə  vaxtı  yerinə  yetirilməli 

olan öhdəliklər: 

- Bismillah demək; 

- Şeytandan Allaha pənah aparmaq; 

- Sevişmək; 

-  Hamiləlik  vaxtı  və  xəstəlik  kimi  xüsusi  hallarda  elm  və 

təcrübədən irəli gələn məsələlərə hörmətlə yanaşmaq; 

www.muselmanlar.com

 

 



10 

 

-  Evlilik  daxilində  uzaq  durulmalı  olan  hərəkətlərdən 



çəkinmək.  Özünü  evlilik  həyatındakı  seksual  məzmunlu 

haramlardan qorumaq. 

 Qeyd  etmək  lazımdır  ki,  “özünü  evlilik  həyatındakı  seksual 

məzmunlu haramlardan qorumaq” öhdəliyi barədə ayrı bir fəsildə 

ətraflı  məlumat  verəcəyik.  Odur  ki,  gəlin,  insanı  seksual 

cəhətdən xoşbəxtliyə aparan öhdəlikləri bir-bir izah edək. 

Seksual cəhətdən xoşbəxtlik üçün yerinə 

yetirilməli olan öhdəliklər - 1 

İmanlı olmaq və ibadətləri yerinə yetirmək

 

“Kişi və ya qadın... İmanlı olaraq gözəl əməllər edənlərə 



əlbəttə ki, gözəl bir həyat yaşadacağıq.” (Nəhl, 16/97) 

Ailə  daxilindəki  cinsi  həyatda  fiziki  və  mənəvi  doyuma 

çatmaq  üçün  görülməli  olan  birinci  iş  İslam  imanı  və  xüsusi 

ibadətlərlə  güclənmək,  seksual  məzmunlu  haramlardan 

qorunub qüvvələnməkdir. 

Allaha,  eləcə  də,  məxluqatı  əhatə  edən  tale-qəza-qədər 

proqramına,  Axirət  gününə,  Cənnət  və  Cəhənnəmə  iman 

gətirən  insan  həyatı  özü  üçün  bir  növ  əsaslandırılmış  hala 

gətirir.  Bu  səbəbdən  də  ruhi-mənəvi  sabitlik  qazanır.  Maddi 

mənada  gələcək  dərdi  çəkməkdən  və  qayğılardan  da  xilas 

olur.  Namaz,  oruc,  zəkat,  dua  və  zikr  kimi  ibadətlərini 

müntəzəm  surətdə  yerinə  yetirən  mömin  də  belədir.  O  da 

daxili  dünyasını  təmizləyib  işıqlandırır.  Beləliklə  də,  həyatını 

bu nizam-intizam daxilində öz yoluna qoyur. 

Belə  bir  mömin  gözünü  şəhvətli  baxışlardan  və  nəfsini 

zina  və  oxşar  günahlardan  qorusa,  eyni  zamanda  spirtli 



www.muselmanlar.com

 

 



11 

 

içkilərdən  uzaq  durub  halal  qazancla  alınan  halal  şeylərdən 



yeyib-içsə, seksual güc-qüvvəsi artır və həyəcanı çoxalır. 

Belə  bir  mömin  insan  xüsusən  seksual  məzmunlu  dini 

təlim-tərbiyə  alaraq  halal  cinsi  həyatın  ibadət  həyatının  bir 

hissəsi olduğunu bilirsə, öz şəhvani istəklərinə ülvi bir sevinc 

hissi əlavə olunur. Nəticədə o, şəhvani həyəcan baxımından ən 

yüksək səviyyəyə çatır.

8

 

Əgər belə bir insan seksual doyuma çata bilmirsə, kim çata 



bilər? 

Elə isə görülməli olan birinci iş Quran və Sünnənin insanı 

olmaqdır.  Başqa  cür  desək,  imanlı,  ibadət  edən  və  tövbəli  bir 

bəndə olmaq. 

Seksual cəhətdən xoşbəxtlik üçün yerinə 

yetirilməli olan öhdəliklər - 2

 

Evləniləsi qadın və kişini görmək



 

“Sizə halal edilən-xoşunuza gələn qadınlarla evlənin.”

9

 

Ailə həyatında seksual cəhətdən doyuma çatan xoşbəxt bir 



ər-arvad  olmağın  əsas  şərtlərindən  biri  də  şübhəsiz  ki,  intim 

münasibətlərin müntəzəm və münasib olmağıdır. 

                                                 

8

 Quranda deyilir ki, günahlarından tövbə edib imanlı və ibadət edən bir bəndə olmaq 



yoluna  daxil  olanların  güc-qüvvəsi    (hansı  növün  nəzərdə  tutulduğu  izah  edilmir) 

artırılır. Yəni, onlara belə bir müjdə verilir. Bu da bizim şərhimizin düzgün olduğunu 

göstərir (Baxın: Hud, 11/52; Nuh, 71/10-12). 

9

 Nisa surəsinin 3-cü ayəsindəki “tabə (



)” felinin mənası üçün Rağib əl-İsfəhaninin 

Müfrədat


 adlı əsərinə baxmaq olar. 

www.muselmanlar.com

 

 

12 



 

İnsanı fiziki və mənəvi cəhətdən rahatlığa çatdıran nizam-

intizamlı bir cinsi həyat yaşamaq ər-arvadın bir-birini sevməyi, 

bunun üçün də görüb arzulayaraq evlənməklərindən asılıdır.

10

 

İstisnaları  olmaq  şərti  ilə  demək  olar  ki,  bir  qayda  kimi 



ancaq  sevib  evlənən  cütlər  xoşbəxt  bir  ailə  qura  bilirlər. 

Allahın elçisi (əs) bununla əlaqədar olara belə demişdir: 

   

   


  

“Bir-birini  sevənlər  üçün  evlənmək  kimi  (bir  əməl) 

görülməyib.”

11

 



Bu  hədisi  belə  də  başa  düşə  bilərik:  “Evlilik  ancaq  bir-

birini sevə bilənlər üçün məsləhət bilinən bir yoldur.” 

Həyat yoldaşı namizədləri görülməlidir

 

Ruhi  və  cinsi  cəhətdən  müvafiq  bir  cütlük  formalaşdıra 



bilmək  üçün  bir-birini  görmək  lazımdır.  Buna  görə  də  İslam 

dini  kişinin  qadını,  qadının  da  kişini  görüb  nəzərdən 

keçirməyini təkidlə məsləhət görmüşdür. 

Bu  səbəbdən  də  həyat  yoldaşı  namizədi  olan  qadını  bir 

məhrəminin yanında, yaxud da ictimai - hamı üçün açıq olan 

bir  yerdə  görmək  lazımdır.  Biz  burada  əsas  mövzumuz  olan 

                                                 

10

 Mədəni səviyyə baxımından bərabərlik 



Şübhəsiz  ki,  evlənmək  istənən  qadın  və  kişini  görmək  lazımlı  olsa  da,  kifayət  deyil. 

Çünki  peyğəmbərimizin  (əs)  buyuruqlarına  əsasən  həyat  yoldaşı  namizədində 

axtarılmalı olan bəzi xüsusiyyətlər var: Dindarlıq, əxlaqlı olmaq və fərzi-eyn hökmlərə 

dair məlumatları da əhatə edən biliyə malik olmaq. Bunları isə görməklə deyil, alınan 

təhsil növünü  təhlil  etmək,  yaşayış  tərzinə  nəzər  salmaq  və  hər iki  tərəfin  tanış-bilişi 

ilə məsləhətləşməklə öyrənmək olur. 

11

 İbn Macə, Nikah, 1, hədis nömrəsi 1847. 



www.muselmanlar.com

 

 



13 

 

seksuallıq  məsələsini  nəzərə  alaraq  təkcə  fiziki  xüsusiyyətlərə 



xüsusi diqqət yetirəcəyik.

 

Kişinin qadını görməyi 



Kişinin  alacağını  qadını  görməyini  məsləhət  görən  çoxlu 

peyğəmbər hədisi var. Gəlin, onlardan bəzilərinə nəzər salaq: 

Evlənmək məqsədi ilə baxmaq günah deyil 

Allahın rəsulu (əs) belə demişdir: 

 

           



 

       


  

“Allah bir müsəlmanın könlünə bir qadınla evlənmək arzusunu 

saldığı  vaxt  onun  həmin  qadına  baxıb  nəzərdən  keçirməyində

12

 bir 



günah yoxdur.”

13

 



Get, alacağın qadını gör! 

Muğirə ibn Şöbə (ra) nəql edir: 

Mən  Allahın  elçisinin  yanına  gedib  evlənmək  istədiyim 

qadından danışdım. O, mənə belə dedi: 

“Get,  ona  yaxşı-yaxşı  bax.  Nəzərdən  keçir.  Çünki  görüb  almaq 

sizin bir-birinizə isinişməyiniz baxımından daha təsirli olar.” 

                                                 

12

 Biz  qadını  görmək  məsələsini  müvafiq  hədislərdə  işlədilən  “nazara  (



)”  felinin 

mənasına  əsasən  görüb  fiziki  xüsusiyyətlərini  nəzərdən  keçirmək  və  tanış-bilişdən 

məlumat almaq kimi başa düşürük. 

13

 İbn Macə, Nikah, 9, hədis nömrəsi 1864. 



Belə bir əhvalat baş verib: Bir gün əshabə Muhəmməd ibn Məsləmə evlənmək istədiyi 

qadını gizlincə yaxından görüb tanımaq istədikdə camaat: “Peyğəmbərin əshabəsi belə 

bir  işi  necə  görə  bilər?”,  -  deyə,  onu  tənqid  edir.  O  isə  şəxsən  peyğəmbərdən 

eşitdiklərini izah edib yuxarıda qeyd edilən hədisi nəql edir. 

www.muselmanlar.com

 

 



14 

 

Mən də Ənsardan olan həmin qadının evinə getdim və ona 



həzrəti  peyğəmbərin  görüb  nəzərdən  keçirməklə  əlaqədar 

buyuruğunu  izah  etdim.  Onu  ata-anasından  istədim. 

Peyğəmbərin  alınan  qızı  görməklə  əlaqədar  tapşırığı  sanki 

onların  ürəyinə  yatmadı.  Bu  dəm  olduğu  yerdə  bizim 

danışığımızı eşidən qız yaranan bu vəziyyəti qəribə qarşılamış 

kimi mənə müraciətlə belə dedi: 

- Əgər Allahın elçisi mənə baxmağını deyibsə, buyur, bax. 

Ancaq  onun  elə  bir  tapşırığı  yoxdursa,  Allah  xatirinə  belə  bir 

şey tələb etmə! 

Özü  ilə  əlaqədar  bu  rəvayəti  nəql  edən  Muğirə  sözlərinə 

belə davam etdi: 

- Onu görüb bəyəndim və evləndim. 

Muğirə  evləndiyi  bu  qadının  münasib  bir  həyat  yoldaşı 

olduğunu da qeyd etdi.

14

 

Bu  hədislərdən  belə  məlum  olur  ki,  görüb  nəzərdən 



keçirməklə  əlaqədar  icazə  özü  ciddi  olan  və  ciddi  kimi  qəbul 

olunan  kişiyə-oğlana  verilən  bir  haqq-hüquqdur.  Bu 

hüquqdan  sui-istifadə  yolverilməzdir.  Yəni,  kişi-oğlan  qızın 

özü  və  ya  valideyni  tərəfindən  qəbul  edilməyəcəyini  başa 

düşdüyü  vaxt  qızın  fiziki  xüsusiyyətlərinə  alıcı  gözü  ilə 

baxmamalı  və  belə  bir  şey  tələb  etməməlidir.  Çünki  seksual 

həzz məqsədilə baxmaq halal deyil. 

Qeyd  edək  ki,  evlənməyə  namizəd  olan  qadını  görməklə 

əlaqədar  bu  və  oxşar  hədisləri  hazırkı  dövrün  rabitə 

vasitələrini  deyil,  İslam  dininin  yarandığı  ilk  dövrün  ictimai 

                                                 

14

 İbn Macə, Nikah, 9, hədis nömrəsi 1866. 



www.muselmanlar.com

 

 



15 

 

həyat  qayda-qanunlarını  nəzərə  alıb  qiymətləndirmək 



lazımdır. 

Görmək seksual məqsəd güdür 

Kişinin  qadını  görməyi  ilə  yanaşı,  qadının  da  kişini 

görməyindəki  məqsəd  şübhə  yoxdur  ki,  bir-birlərinin  boy-

buxunu,  üz  çizgiləri  və  bədən  quruluşu  haqqında  bir 

təsəvvürə malik olmaqdır. 

Evlənmək  məqsədi  ilə  bir-birini  görənlər,  əksər  hallarda 

təbii  hərəkət  edə  bilmədiklərinə  görə  nəinki  1  dəfə,  hətta  bir 

neçə 

dəfə 


görüşməklə 

belə, 


bir-birlərinin 

əxlaq 


və 

xasiyyətlərini öyrənə bilmirlər. Bu, aydın məsələdir. 

Məsələyə  bu  baxımdan  yanaşdıqda  məlum  olur  ki, 

görməyin  məqsədi  daha  çox  seksual  xarakterlidir.  Bununla 

belə,  bu  məqsəd  üstüörtülü  ifadələrlə  ifadə  olunur.  Allahın 

elçisinin  (əs)  sünnəsi  də  bu  məqsədi  dini  cəhətdən  müvafiq 

hala  gətirib.  Belə  ki,  həzrəti  peyğəmbər  (əs)  Ənsardan  – 

Mədinə şəhərinin yerlilərindən biri olan bir qadınla evlənmək 

istəyən  əshabəyə:  “Get,  onu  gör.  Çünki  Ənsar  qadınlarının 

gözlərində  kiçiklik  və  mavilik  kimi  bir  qüsur  var”,  -  demişdir. 

Beləliklə,  o,  qadına  nə  üçün  baxmaq  lazım  olduğunu  da  izah 

edib.


15

 

Üz və bədən quruluşunun seksuallıqla əlaqədar olması isə 



izah  edilməyə  ehtiyacı  olmayan  bir  məqamdır.  Qadını 

görməyin məqsədinin seksual xarakterli olmağı isə ilk baxışda 

insanın  ağlına  gəlsə  də,  bir  qadına  gözəlliyinə  görə  üstünlük 

verməyi  qadağan  edən  peyğəmbər  buyuruğu  ilə  ziddiyyət 

təşkil  etmir.  Gəlin,  bunların  bir-birinə  nəyə  əsasən  zidd 

                                                 

15

 Müslim, tərcümə və şərhi, 7/271. 



www.muselmanlar.com

 

 



16 

 

olmadığını  izah  etməzdən  əvvəl  qeyd  etdiyimiz  buyuruqla 



tanış olaq. Həzrəti Muhəmməd (əs) belə demişdir: 

“Qadınlarla  təkcə  gözəlliklərinə  görə  evlənməyin.  Çünki 

gözəllikləri onları əxlaqi cəhətdən alçalda bilər. Onlarla mal-mülkləri 

üçün  də  evlənməyin.  Çünki  bu,  onları  yoldan  çıxarda  bilər. 

Qadınlarla  ancaq  dindarlıqlarına  görə  evlənin.  Həqiqətən  də,  cırıq 

paltarlı,  qara,  lakin  dini  bütöv  və  əxlaqı  gözəl  olan  bir  qadın  daha 

qiymətlidir.”

16

 



Allahın  elçisi  bu  hədisi  ilə  bizim  diqqətimizi  gözəlliyin 

qadını əxlaqi cəhətdən alçalda biləcəyinə cəlb edir. O, digər bir 

hədisdə belə buyurmuşdur: 

“Allah  bir  qadınla  təkcə  gözəlliyi  üçün  evlənən  kişinin  ancaq 

ləyaqətsizliyini artırar.”

17

 



Bu  iki  hədis  və  digər  oxşar  hədislər  fiziki  xüsusiyyət  – 

zahiri  görünüşün  əhəmiyyətsiz  olduğunu  izah  etməkdən  çox 

evlənmək üçün yeganə meyarın bu olmamalı oluğunu göstərir. 

Məsələyə  bu  nöqteyi-nəzərdən  baxdıqda  görmək  olur  ki, 

mömin  kişi  qadında  əsas  üstünlük  vermə  səbəbi  kimi 

dindarlığa  fikir  verməlidir;  bununla  yanaşı,  bu  şəxs  alacağı 

qadının  gözəl  olmağını  da  arzu  edə  bilər.

18

 Şübhəsiz  ki, 



gözəllik  bir  nemətdir.  Nə  dindarlığa  mane  olur,  nə  də 

əxlaqsızlıq üçün bir səbəb təşkil edir. Necə ki peyğəmbərimiz 

(əs) ancaq ehtimaldan bəhs edir. Deməli, qadın gözəl və dindar 

ola bilər. Eynilə bunun kimi, eybəcər və əxlaqsız da ola bilər. 

                                                 

16

 İbn Macə, Nikah, hədis nömrəsi 1859. 



17

 Məcməu-z-zəvaid, 4/254. Gözəllikdən irəli gələn əxlaqi səviyyəsizliyə icazə vermək 

(yaxud da təsdiq etmək) insanı şəxsiyyətsizləşdirir. Bu, açıq-aydın bir həqiqətdir. 

18

 Evlənmək məsələsində gözəlliyin də bir qadına üstünlük verməyin səbəbi olduğuna 



dair məlumat üçün baxın: Əhzab surəsi, 52-ci ayə. 

www.muselmanlar.com

 

 



17 

 

Həmçinin baxmağın məqsədinin seksual xarakterli olmağı 



o  demək  deyil  ki,  qadının  təkcə  obyektiv  meyarlara  əsasən 

gözəl  olanını  axtarmaq  lazımdır.  Bu  o  deməkdir  ki,  ən  çox 

sevilə  bilən  qadınlar  axtarılır.  Çünki  qadına  baxan  hər  kişi 

obyektiv gözəllik meyarlarından xəbərdar deyil. 

Bəli,  evlənmək  istəyən  tərəflərin  bir-birlərini  görməyi 

xoşbəxt bir ailə həyatına səbəb olur. Odur ki, baxmaq və arada 

münasiblik  olub  olmadığını  əvvəlcədən  müəyyən  etmək 

lazımdır. 

Kişi almaq istədiyi qadının hansı yerlərinə baxa bilər?

 

Həddi-büluğ  dövrünə  çatmış  bir  qız  və  ya  dul  qadın 



məhrəmi olmayan kişilərə qarşı üz, əl və ayaqlarının xaricində 

qalan yerlərini örtməlidir. Bunu əsas tutan İslam alimləri belə 

hesab edirlər ki, kişi alacağı qadının üz, əl və ayaqlarına baxa 

bilər.  Bu  möhtərəm  alimlərimiz  üz  və  əlləri  görməyin  bütün 

bədən  barədə  məlumat  almaq  üçün  kifayət  edəcəyini  belə 

ifadə edirlər: 

Üzü  görmək  qadının  gözəllik  və  eybəcərliyi  haqqında, 

əlləri  görmək  də  bədəninin  yumşaqlıq  və  sərtliyi  barədə 

kifayət qədər məlumat verə bilər. 

Bu  izah  əsas  etibarilə  düzgündür.  Həqiqətən  də,  üzü 

görməklə gözəllik və çirkinliyi müəyyən etmək mümkün olur. 

Bunun  kimi,  üz  və  əllərin  dərisindən  də  bədən  haqqında  bir 

nəticəyə gəlmək olur. 

Lakin burada qadının  əleyhinə bir  səhv  də  baş verə  bilər. 

Çünki  işləyən,  isti  və  soyuqda  əllərini  işlədən  qadının  əlləri 

onun  bədəninin  əsl  xüsusiyyətlərini  əks  etdirə  bilməz;  hətta 

bəzi  hallarda  cinsiyyətini  belə!  Necə  ki  Allahın  elçisi  (əs)  kişi 

www.muselmanlar.com

 

 

18 



 

əlinə oxşayan bir qadın əli gördüyü vaxt tapşırıb ki, əlinə xına 

qoy, qadın əli olduğu bilinsin.

19

 



Allah  həqiqətləri  dilə  gətirmək  məsələsində  utanmağı 

buyurmayıb.  Ona  görə  də  biz  burada  başqa  bir  məsələyə 

toxunmaq istəyir və bunu faydalı hesab edirik. 

İnsanın  cinsiyyət  üzvləri,  eləcə  də,  erogen  bölgələri 

müəyyən  bir  quruluşa  malikdir.  Bununla  belə,  genişlik,  boy 

(uzunluq),  dərinlik  və  xarici  görünüş  baxımından  fərqli 

olurlar. 

Bu sahənin mütəxəssislərinin fikrincə, insanın üzündə olan 

bədən  üzvləri,  həmçinin  əl  və  ayaqların  quruluşundan 

cinsiyyət 

üzvləri 

və 


erotik 

bölgələrin 

qeyd 

edilən 


xüsusiyyətləri barədə demək olar ki, düzgünə yaxın bir nəticə 

çıxartmaq olar. Onlar bu məsələdə həmfikirdirlər. 

Qeyd  etmək  lazımdır  ki,  görülən  (baxılan)  üzvlərdən 

məhrəm  yerlərə  keçid  metodunun  əsrlərlə  tarixi  var.  Qadın 

cinsiyyət 

üzvünün 


elastikliyi 

ucbatından 

seksual 

münasibətlərə  mənfi  təsir  edən  uyuşmazlıq  məsələsi  nadir 

hallarda  üzə  çıxan  bir  məsələdir.  Ona  görə  də  qadının  üz  və 

əllərini görmək ümumi mənada kifayətdir. 

Biz  buna  inanırıq.  Amma  “İlahi  vəhy  nizam-intizamı”na 

inanmayan  insanlar  evlənmək  istəyənlərin  bir-birlərini  çox 

yüksək  səviyyədə  tanımalı  olduqlarını  bildirirlər.  Onlar  bu 

                                                 

19

 ət-Tac, 3/175. 



Qadın  əlinin  kişi  əlinə  oxşamağını  yolverilməz  hesab  edən  peyğəmbərimizin  (əs)  bu 

hədisindən  çıxan  nəticəni  bu  cür xülasə  edə  bilərik:  İslami qaydalara  tamamilə  sadiq 

olmasalar  da,  müsəlman  kişi  və  qadınlar  saç  düzümü  və  geyim-kecimlərinə  fikir 

verməlidirlər.  Elə  etməlidirlər  ki,  ilk  baxışda  cinsiyyətlərini  ayırd  etmək  mümkün 

olsun. Əks təqdirdə, haram növündən bir oxşarlıq ola bilər. 


www.muselmanlar.com

 

 



19 

 

fikrin  üzərində  təkidlə  dururlar.  Çünki  onların  narahat 



olduqları bəzi məqamlar  var. Əslində  bu  məsələdə  öz  məntiq 

və mühakimələri baxımından haqlıdırlar. Ancaq İslam nizam-

intizamında bu cür şeylərə yer yoxdur. 

Məhdudiyyətli görməkdən irəli gələn narahatlıqlar 

Gəlin,  əvvəlcə  bu  narahatlıqların  nə  olduğunu  müəyyən 

edək.  Sonra  da  İslam  nizam-intizamı  çərçivəsində  bu 

narahatlıqları  aradan  qaldıran  tədbirlərin  necə  görüldüyünü 

izah edək. 

a)  Təkcə  üz  və  əlləri  görülən  qadının  bədəninin 

görünməyən  yerlərində böyük  bir  yanıq izi, alaca  xəstəliyi  və 

yaxud insanı diksindirən hansısa bir xəstəliyi ola bilər. 

b)  Qadının  cinsiyyət  üzvündə  cinsi  əlaqəyə  maneə  təşkil 

edən  bir  qüsur  ola  bilər.  Onun  qoşa  (cüt)  cinsiyyət  üzvlü 

olmağı da mümkündür. 

c) Qadın cinsi cəhətdən soyuq (frigit) ola bilər. 

d)  Tündxasiyyət  insanlar  üçün  təkcə  üz  və  əlləri  görmək 

bir qərara gəlməkdə kifayət etməyə bilər. 

Bu  qəbildən  olan  narahatlıqların  yaranmağını  da  təbii 

qarşılamaq lazımdır.  

Narahatlıqlar nə cür aradan qaldırılır? 

Görəsən, İslama əsasən bu kimi narahatlıqları necə aradan 

qaldırmaq olar? 

aa) Evləniləsi qadının bədəninin hansısa bir yerində qeyd 

edilən növdən bir əlamət, qüsur və ya xəstəlik ola bilər. Amma 

qadın,  yaxud  da  valideynləri  bunu  deməlidirlər.  Əgər 

deməsələr,  bundan  əziyyət  çəkən  qadın  olar.  Çünki  həmin 

www.muselmanlar.com

 

 



20 

 

çatışmazlığı  öyrənib  bilən  kişi  zifafdan  əvvəl  də,  sonra  da 



qadını  həm  boşaya  bilər,  həm  də  məhkəmə  yolu  ilə  nikah 

əqdini  ləğv  etdirə  bilər.  Əgər  kişi  (ər)  qadınla  cinsi  əlaqədə 

olmazdan  qabaq  məhkəməyə  müraciət  etsə,  qadına  verdiyi 

mehiri və ya onun yarısını qadının valideynindən ala da bilər. 

Cinsi həyata mənfi təsir edib xoşbəxt olmağa mane olan bu 

kimi  çatışmazlıqlar  üzə  çıxdığı  vaxt  qadını  ailəsinin  yanına 

qaytarmaq  mümkündür.  Bu  məsələ  həzrəti  peyğəmbər  (əs) 

tərəfindən  həyata  keçirildiyi  üçün  hüquqilik  qazanıb. 

Əshabələrdən  biri  olan  Kəb  ibn  Zeyd  (ra)  bununla  əlaqədar 

olaraq belə bir əhvalat nəql etmişdir: 

Allahın  rəsulu  Qifar  (Ğifar)  oğulları  ailəsindən  bir  qadınla 

evləndi.  Qadınla  zifafa  daxil  olduğu  vaxt  paltarını  çıxardıb  yatağa 

girdikdə  gördü  ki, qadının böyründə  alaca  xəstəliyi var.  Görən  kimi 

yataqdan  çəkildi  və  qadına:  “Geyin!”,  -  dedi  (və  onu  ailəsinin 

yanına  qaytardı). Allahın rəsulu həmin qadına verdiyi mehirin bir 

hissəsini  belə,  almadı.    Ancaq  qadının  valideyninə:  “Məsələni 

məndən gizlətdiniz”, - deyə, giley-güzar etdi.

20

 



Allahın səlatu-salamı ona olsun, onun bu feli sünnəsindən 

öyrənirik ki, dində seksual cəhətdən xoşbəxt olmağa maneçilik 

törədən mühüm bir qüsuru qəbul etmək məcburiyyəti yoxdur. 

Allahın  elçisi  (əs)  İslama  əsaslanan  iman  və  həyat 

tərzlərinə  görə  əziyyət  çəkən  və  ya  himayəyə  möhtac  olan, 

bununla  belə,  heç  bir  qadınlıq  xüsusiyyəti  qalmamış  bir  neçə 

dul qadınla evlənmək kimi mənalı bir iş görüb. Elə isə həmin 

qadını öz istəyi ilə meydana gəlməyən bir eyibinin ucbatından 

ailəsinin  yanına  göndərməyi  (Allah  bilər)  Qiyamət  gününə 

                                                 

20

 ət-Tac, 2/327; Məcməu-z-zəvaid, 4/300. 



www.muselmanlar.com

 

 



21 

 

qədər  gələcək  bəşəriyyətə  zahiri  görünüş  və  seksuallığın 



əhəmiyyətini izah edir. 

Nəticə  kimi  demək  olar  ki,  evlənməzdən  qabaq  kişi 

tərəfindən  görülüb  bilinməyən  mühüm  çatışmazlıqlar  kişi 

üçün  müntəzəm  bir  cinsi  əziyyətə,  hətta  maddi  zərərə  belə, 

səbəb kimi göstərilə bilməz.

21

 



bb)  Qadının  cinsiyyət  üzvündə  cinsi  həyata  başlamaq  və 

yaxud  onu  davam  etdirməyə  mane  olan  bir  qüsur  və  ya 

xəstəlik ola bilər. Təbii ki, bu hal kişi üçün də qüvvədədir. 

Bu halda kişi qadını boşamaq yolunu seçə bilər. Həmçinin 

ona  verdiyi  mehiri  tamamilə,  yaxud  da  qismən  qaytarıb  ala 

bilər.  Bunları  həyata  keçirmək  üçün  məhkəməyə  də  müraciət 

edə bilər. 

Qadın üçün də nikaha xitam vermək yolu açıqdır

 

Burada  qeyd  etmək  lazımdır  ki,  meydana  gəlmə  ehtimalı 



olan  bu  kimi  problemlərin  qarşısını  əvvəlcədən  almaq  İslami 

meyarlar daxilində də mümkündür. Belə ki, İslamdakı ictimai 

nizam-intizama  əsasən  səlahiyyət  verilən  qadınlar  nəzərdən 

keçirdikləri qız və qadınların (əgər varsa) nikaha xitam vermə 

səbəbi  olan  cinsi  qüsur  və  xəstəliklərini  müəyyən  edib  bu 

barədə məlumat verə bilərlər. 

cc)  Qadının  cinsi  cəhətdən  soyuq  (frigit)  olduğunu 

düşünmək də mümkündür. Elə isə seksual həyata mənfi təsir 

edən bu hal və ya ondan irəli gələn əzab-əziyyət necə aradan 

qaldırıla bilər? 

                                                 

21

 Bu  barədə  geniş  məlumat  üçün  “Evliliyə  xitam  verən  seksual  qüsur,  xəstəlik  və 



digər səbəblər” fəslinə baxın. 

www.muselmanlar.com

 

 

22 



 

Burada əvvəlcə aşağıdakı məsələni izah etmək lazımdır: 

Heç  bir  qadının  acmayacağını,  yaxud  da  ayaqyoluna 

getməyəcəyini güman etmək olmaz. Eynilə bunun kimi, aybaşı 

(heyz) olan bir qadının cinsi cəhətdən soyuq olduğunu güman 

etmək də olmaz. 

Qadın  seksual  cəhətdən  kişi  kimidir.  Sadəcə  olaraq  intim 

münasibətlərdə  passiv,  əlavə  olaraq,  utancaq  olduğuna  görə 

qadının  seksual  baxımdan  həssaslaşmaq  üçün  müəyyən  bir 

müddətə  ehtiyacı  ola  bilər.  Bu  da  öz  növbəsində  təbii  bir 

haldır. 

Əgər  kişi  sünnətlidirsə,  bədən  və  dişlərinin  təmiz 

olmağına  fikir  verirsə,  eləcə  də,  sevişmədən  cinsi  əlaqəyə 

başlamır  və  arvadını  orqazma  çatdırmaq  məqsədi  güdürsə, 

bunun  müqabilində  qadın  da  qadın  olduğunu  bilərək  ərinə 

qarşı  qadın  paltarı  geyinib  makiaj  çəkməklə  qadın  kimi 

hərəkət  edirsə,  onun  cinsi  cəhətdən  soyuq  olmağı  qeyri-

mümkün kimidir. 

Əslində  bu  məsələdə  təqsir  qadında  deyil;  izah  edilən  bu 

öhdəliklərin  İslami  bir  zərurət  olduğunu  dərk  edə  bilməyən 

insanlardadır. 

Qadın  toxunduğumuz  bütün  bu  hazırlayıcı  şərtlərə 

baxmayaraq  yenə soyuqdursa, deməli, kişi üçün boşama yolu 

açıqdır.  Əgər  kşinin  vicdanı  belə  bir  qadını  boşamağa  yol 

vermirsə,  bu  halda  məhdud  (sayda)  çoxarvadlılığa  üz  tuta 

bilər. Çünki bu, İslama əsasən müraciət edilə bilən hüquqi bir 

məsələdir. 


www.muselmanlar.com

 

 



23 

 

Əgər  bəzi  cəmiyyətlərdə:  “Birdən  artıq  və  dördə  qəqər 



qadınla evlənmək qadağandır”, - deyilsə, buna cavabımız belə 

olacaq: 


Biz  İslam  dinini  və  onun  cəmiyyətində  mümkün  olanları 

danışır, onlardan bəhs edirik. 

dd)  Qiyamət  gününədək  gələcək  milyardlarla  möminin 

arasında  həyat  yoldaşı  seçmək  məsələsində  olduqca  diqqətli 

kişilər  də  olacaq.  Bunu  da  təbii  qarşılamaq  lazımdır. 

Belələrinin təkcə üz və əllərini gördükləri qadınlarla evlənmək 

qərarına  gəlməkləri  həqiqətən  də,  çətindir.  Çətindir,  ancaq 

cahanşümul bir dinin qayda-qanunu azlıq təşkil edən bu kimi 

insanlar  üçün  qoyula  bilməzdi.  Necə  ki  qoyulmadı  da. 

Bununla  belə,  onların  məqbul  olan  müşkül  işlərini  aradan 

qaldıran “yumşaltmalar” aparıldı. 

Məsələni həll edən yumşaldıcı-asanlaşdırıcı prinsiplər 

a) Bunlardan biri bir qadının vasitəsilə evlənmək istənən qadının 

bədən  quruluşu  haqqında  məlumat  almaqdır.  Məlumat  almaq 

məqsədilə belə bir şeyə təşəbbüs etmək İslamda məqbul hesab olunur. 

Çünki Allahın rəsulu (əs) görmək üçün göndərdiyi Ümmü Süleymə: 

“O  qadının  bədənini  iylə  və  ayaqlarına  nəzər  sal”,  -  deyə,  tapşırıq 

vermiş,  bununla  da  araya  vasitəçi  qoymağın  mümkünlüyünə 

nümunə göstərmişdir.

22

 



Allahın  səlatu-salamı  onun  üzərinə  olsun,  o,  buna  icazə 

verən digər bir hədisində belə buyurmuşdur: 

                                                 

22

 Müsnəd, hədis nömrəsi 13170; Beyhəqi, əs-Sünənu-l-kübra, hədis nömrəsi 12502. 



www.muselmanlar.com

 

 



24 

 

 



 

 

   



   

   


 

  

   



 

  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə