İslamda şİƏLİK Əllamə seyyid məHƏMMƏd hüseyn təbatəBAİ



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə52/93
tarix21.10.2023
ölçüsü2,4 Mb.
#159373
1   ...   48   49   50   51   52   53   54   55   ...   93
İSLAMDA-ŞİƏLİK

QƏZA
 

 
QƏDƏR
 
Varlıq aləmində səbəb-nəticə qanunu hakimdir; bu 
qanunlar heç bir istisna olmadan cərəyan edir. Bu 
qanunlara əsasən, dünyada hər bir varlığın yaranması 
müəyyən səbəblərə (gerçəkləşmənin səbəb və şərtlərinə) 
bağlıdır. Onların hamısının gerçəkləşməsi fərz olunduqda 
(bu, tam illət (səbəb) adlanır) onun vücuda gəlməsi (fərz 
olunan məlul) zəruri (cəbri) olur. Onların hamısının, 
yaxud bəzi qisminin olmaması ilə həmin varlığın vücuda 
gəlməsi qeyri-mümkündür. Bu nəzəriyyənin dəqiq 
şəkildə araşdırılmasından aşağıdakı iki mətləb aydın 
olur: 
1. Hər hansı bir varlığı (məlulun) onun tam illətinin 
məcmusu ilə, həmçinin tam illətinin hissələri ilə 
müqayisə etdikdə onu tam illətlə olan tənasübü zərurət 
nisbətində (cəbr) olacaqdır. Onun tam illətin hissələrin 
hər birinə olan münasibəti (onların hər biri “naqis 
(natamam) illət” adlandırılır) “imkan” nisbətidir. Çünki 
illətin bir hissəsinin məlula olan nisbəti “vücudun 
zərurətini” deyil, yalnız ona “vücud imkanı” verir. 
Buna əsasən, hər bir varlığı öz vücudunda özünün 
tam illətinə zəruri bağlılığı olan, onun bütün varlığına 
zərurət hakim kəsilən varlıq aləmi bir sıra zəruri və qəti 
hadisələrdən tənzim olunmuşdur. Bununla belə onun 
hissələrində “imkan” sifəti (özünün tam illətindən başqa 
şeylərlə müəyyən nisbəti və əlaqəsi) öz yerində 
qalmaqdadır. 


148 
Qurani-Kərim öz təlimlərində bu zəruri hökmü “ilahi 
qəza” adlandırır. Çünki bu zərurətin mənşəyi varlıq 
aləminə vücud verən Allahdır. Buna görə də heç bir 
qanundan kənar hallara yol verilməyən, ədalətli olan
istisna və seçkilik qəbul etməyən qəti bir hökm və 
qəzadır. 
Allah-taala buyurur: 
“...Bilin ki, yaratmaq da, əmr etmək də Ona 
məxsusdur...”
1

Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin