Islamın gözəllikləri


"Allaha şərik qoşan kimsə göydən düşən, quşların onu sürətlə alıb apardığı, yaxud küləyin sovurub uzaqlara atdığı bir şeyə (məxluqa) bənzər." (əl-Həcc:31)



Yüklə 3,26 Mb.
səhifə4/19
tarix01.05.2017
ölçüsü3,26 Mb.
#16392
1   2   3   4   5   6   7   8   9   ...   19

"Allaha şərik qoşan kimsə göydən düşən, quşların onu sürətlə alıb apardığı, yaxud küləyin sovurub uzaqlara atdığı bir şeyə (məxluqa) bənzər." (əl-Həcc:31).

Allah taala, Onu ibadətdə təkləşdirən mömin bəndə, həmçinin kafir və müşrik qul haqda da bir məsəl çəkmişdir. Bütün naqisliklərdən və eyiblərdən pak olan Allah buyurur:

) z>uŽŸÑ ª!$# WxsWtB Wxã_§‘ ÏmŠÏù âä!%x.uŽà° tbqÝ¡Å3»t±tFãB Wxã_u‘ur $VJn=y™ @@ã_tÏj9 ö@yd Èb$tƒÈqtFó¡o„ ¸xsWtB 4 ߉ôJptø:$# ¬! 4 ö@t/ ÷LèeçŽsYø.r& Ÿw tbqßJn=ôètƒ ÇËÒÈ ( (الزّمر:29)

"Allah (müşriklərlə müvahhid möminlər barəsində) bir məsəl çəkir: “Bir adamın (kölənin) bir-biri ilə çəkişən (pis xasiyyətli) bir neçə şərikli ağası var (hərəsi onu haqqı çatan qədər işlədir). Başqa bir adamın da yalnız bir ağası var (təkcə ona xidmət edir). Onların hər ikisi vəziyyətcə eyni ola bilərmi?! Həmd (şükür və tərif) ancaq Allaha məxsusdur, lakin onların (müşriklərin) əksəriyyəti (bu həqiqəti) bilməz!" (əz-Zümər: 29).

Allaha şərik qoşan adamın halına baxdıqda görürsən ki, onun müşrik dostlarının hərəsinin öz istəyi və arzusu vardır. Onlar özlərinə heç yerdə rahatlıq tapmır və qəlbi bir yerdə rahatlanmır. Mömin bəndə isə öz Rəbbini, Xaliqini, haqq Məbudunu tanıyır və dinini və ibadətini yalnız Ona məxsus edir. Bu mömin bəndə tam rahatlıq və arxayınlıq içindədir.



  1. Nəfsi islah etmək, onun ehtiyacını ödəmək, onu kamil ləzzətə, nemətə və sevincə qovuşdurmaq:

Bunun açıqlaması: insanın ruhu və qəlbinin sağlamlaşdırılması yalnız heç bir şəriki olmayan Allaha bağlıdır. İnsan yalnız Onu yada salmaqla bu dünyada rahatlanar, Ona ibadət etməkdən həzz alar. Insan hər-hansı başqa bir şeydən ləzzət alarsa da bu daimi olmaz. Bu sevinc və ləzzət mütləq kəsiləcəkdir. Hətta ola bilsin ki, onun sevindiyi və ləzzət aldığı şey ona zərər yaxud əziyyət versin.

Heç bir şəriki olmayan Allaha iman və ibadət insanın mənəvi qidası, qüvvəsi, sağlamlığı və dayağıdır. Bu onun xoşbəxtliyinin və axirətdə daimi nemətə qovuşmasının əsasıdır. Allah taala buyurur:

) ô`tB Ÿ@ÏJtã $[sÎ=»|¹ `ÏiB @Ÿ2sŒ ÷rr& 4Ós/Ré& uqèdur Ö`ÏB÷sãB ¼çm¨ZtÍ‹ósãZn=sù Zo4qu‹ym Zpt6ÍhŠsÛ ( óOßg¨YtƒÌ“ôfuZs9ur Nèdtô_r& Ç`|¡ômr'Î/ $tB (#qçR$Ÿ2 tbqè=yJ÷ètƒ ÇÒÐÈ ( (النحل:97)

"Mömin olub yaxşı işlər görən (Allaha itaət edən) kişi və qadına (dünyada və axirətdə) xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik. (Və ya gördükləri yaxşı işlərin əvəzində onlara daha yaxşı mükafatlar verəcəyik!)" (ən-Nəhl: 97).

) žcÎ) tûïÏ%©!$# (#qãZtB#uä (#qè=ÏHxåur ÏM»ysÎ=»¢Á9$# y7Í´¯»s9'ré& ö/ãf çŽöy{ Ïp­ƒÎŽy9ø9$# ÇÐÈ ôMèdät!#t“y_ y‰ZÏã öNÍkÍh5u‘ àM»¨Zy_ 5bô‰t㠓̍øgrB `ÏB $uhÏGøtrB ㍻pk÷XF{$# tûïÏ$Î#»yz !$pkŽÏù #Y‰t/r& ( zÓÅ̧‘ ª!$# öNåk÷]tã (#qàÊu‘ur çm÷Ztã 4 y7Ï9ºsŒ ô`yJÏ9 zÓÅ´yz ¼çm­/u‘ ÇÑÈ ( (البينة:7-8)

"İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşılarıdır. Onların öz Rəbbi yanındakı mükafatı (ağacları) altından çaylar axan Ədn cənnətləridir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar da Allahdan. Bu (nemətlər) Rəbbindən qorxanlar üçündür!" (əl-Bəyyinə: 7-8).


  1. Heç bir şəriki olmayan Allaha ibadət etmək insanın fitrətinə uyğundur. Allah taala buyurur:

) óOÏ%r'sù y7ygô_ur ÈûïÏe$#Ï9 $Zÿ‹ÏZym 4 |NtôÜÏù «!$# ÓÉL©9$# tsÜsù }¨$¨Z9$# $pköŽn=tæ 4 Ÿw Ÿ@ƒÏ‰ö7s? È,ù=yÜÏ9 «!$# 4 šÏ9ºsŒ ÚúïÏe$!$# ÞOÍhŠs)ø9$#  ÆÅ3»s9ur uŽsYò2r& Ĩ$¨Z9$# Ÿw tbqßJn=ôètƒ ÇÌÉÈ ( (الرّوم:30)

"(Ya Rəsulum! Ümmətinlə birlikdə) batildən haqqa tapınaraq (pak bir müvahhid, xalis təkallahlı kimi) üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə (İslama) tərəf tut. Allahın dinini (Onun yaratdığı tövhid dini olan İslamı) heç vəchlə dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların əksəriyyəti (haqq dininin İslam olduğunu) bilməz. (Allah bütün insanları xilqətcə müsəlman – təkallahlı yaratmışdır, lakin ata-anaları onları başqa dinlərə sövq etmiş, yaxud onlar yaşa dolduqda öz nadanlıqları üzündən batil dinlərə - bütpərəstliyə uymuşlar)." (ər-Rum: 30).

İnsanın nəfsi yalnız heç bir şəriki olmayan Allaha ibadət etməklə rahat olur. Çünki bu, onun fitrətinə uyğundur. İnsan hər zaman onun fitrətinə uyğun olan işlərdə rahatlıq tapır. Həmçinin yalnız Allaha ibadət etmək insanın fitrətinə uyğun olduğundan bununla nəfsi rahatlıq tapır və bu işdə davamlı olur, başqasını onunla dəyişmir. Elə bu səbəbdən də müsəlmanlar tarix boyu öz dinlərini dəyişməmiş və bu gündə də öz dinlərini qoruyub saxlayırlar. Çünki bu din onların fitrətlərinə uyğundur. Müşriklər isə şübhə və tərəddüd içərisindədirlər. Çünki onlar öz fitrətlərinə müxalif olana ibadət edirlər. Onların iki çıxış yolu var: Ya onlar tək Allaha ibadət etməli və bununla rahat olmalıdırlar. Yaxud da Rəblərini görənə qədər küfr və zəlalət üzərində, tərəddüd və heyrət içərisində qalıb haqq-hesablarını gözləməlidirlər.



Ikinci əsas: Mələklərə iman:

İslam dini mələklərə imanı vacib etmişdir. Onlar, Allahın yaratdığı qeyb aləminə məxsus məxluqatdandırlar. Bu haqda Allah taala bizə Öz kitabında xəbər vermiş, onları vəsf etmiş, adlarını sadalamış və dediklərinə uyğun olaraq onların mövcudluğuna iman gətirməyi vacib etmişdir. Həmçinin mələklərə imanı imanın ikinci əsası etmişdir. Bu əsasa iman gətirməyənin imanı kamil olmaz.

Söhbət İslamın gözəlliklərindən getdiyi üçün bu əsasa iman gətirməkdə olan İslamın gözəlliklərindən bəzilərini qeyd etmək istəyirəm:


  1. Allah taala və Onun Peyğəmbərinin  dediyi tərzdə mələklərə iman gətirdikdə həqiqətən də Allahın böyük yaradan olması dərk olunur. Çünki mələklərin bəziləri çox nəhəng və qorxulu sifətdə yaradılmışdır. Peyğəmbər  buyurur:

قال رسول الله r: «أُذن لي أن أحدّث عن ملك من ملائكة الله من حملة العرش، إنّ ما بين شحمة أذنه إلى عاتقه مسيرة سبعمائة عام». رواه أبو داود في سننه، وإسناده صحيح.

"Məni dinlə, sənə ərşi daşıyan, Allahın mələklərindən biri haqda xəbər verəcəyəm. Onun qulağının kənarı (sırğalığı) ilə çiyni arasındakı məsafə yeddi yüz illik yol məsafəsinə bərabərdir"1.

Həmçinin digər hədisdə deyilir:

«أنّ رسول الله r رأى جبريل –عليه السّلام- في صورته التي خلق عليها له ستمائة جناح قد سدّ الأفق». رواه البخاري في صحيحه.

Peyğəmbər Cəbraili (a.s) həqiqi yaradılmış şəklində gördü. Onun altı yüz qanadı var idi. Onun qanadları üfüqü tam örtmüşdü"2.

Bütün bunlar Allahın necə də böyük və əzəmətli Xaliq olduğuna dəlildir.



  1. Mələklərə, Allahın buyurduğuna uyğun olaraq iman gətirmək, onları sevməklə nəticələnir. Çünki onlar Allah ilə bəndələri arasında xəbər vasitəsidirlər. Onlar Allahın vəhyini peyğəmbərlərinə çatdırırlar. Həmçinin Allahın bəndələri üçün verdiyi əmrləri: yağış yağdırmağı, külək əsdirməyi, ana bətnində uşağı mərhələlərdən keçirtməyi, bəndələrin əməllərini yazmağı, ölüm ayağında rühlarını çıxarmağı və s-ni. həyata keçirirlər.

  2. Mələklərə, Quran və Sünnədə deyildiyi kimi iman gətirmək, onların həqiqətini: yaradılmış və Allaha möhtac qul olduqlarını öyrədir. Onların ibadət olunmaqda heç bir payları yoxdur. Bununla da müsəlman, çoxlarının azdığı bir işdən: mələklər vasitəsi ilə Allaha şərik qoşmaq təhlükəsindən, salamat olur.

  3. Mələklərə imanda müsəlman üçün təsəlli vardır. Çünki o, şeytanların Allaha qarşı etdikləri küfr, şirk və Onun mömin bəndələrinə qarşı nifrət və düşmənçiliyinin davam etdiyi bir təqdirdə, mələklərin insanın mühüm işlərində: Allaha ibadətdə və Onun razılığını qazanmaqda, onunla bir olduğunu hiss edir. Bununla da şeytanların vəhşətindən qurtulub özünə rahatlıq tapır.

Bu iki məxluqat yəni, mələklər və şeytanlar, gözə görünməyən məxluqdurlar. Biz onları görməsək də, onlar bizi hər tərəfdən əhatə etmiş və bizim etdiklərimizi görürlər.

Üçüncü əsas: Kitablara iman:

Bu iman: Allahın, bəzi peyğəmbərlərinə insanları hidayətə qovuşdurmaq üçün kitablar nazil etdiyinə iman gətirməkdir. Belə kitablardan: Tövrat, İncil, Zəbur və sonuncusu isə Qurandır.

Kitablara imanın öz gösəllikləri vardır, bunlardan:


  1. Bütün kitablara iman gətirmək müsəlmanı digər səmavi dinlər ilə bağlayır. Bu kitablar Allah dərgahından gəlmiş haqdır. Bütün keçmiş və gələcək möminlər yalnız bir hidayət yolunda, Allahın doğru yolundadırlar.

  2. Səmavi kitablara iman gətirməklə, Allahın bəndələrinə göndərdiyi risalətin bir olduğu anlaşılır. Allah bütün bəndələrindən eyni şeyləri tələb etmiş, keçmiş və gələcəkdəkilər arasında fərq qoymamışdır. Allah taala buyurur:

) ¨bÎ) ÿ¾Ínɋ»yd öNä3çF¨Bé& Zp¨Bé& Zoy‰Ïmºur O$tRr&ur öNà6š/u‘ Âcr߉ç7ôã$$sù ÇÒËÈ ( (الأنبياء:92)

"(Ey insanlar!) Həqiqətən, bu (tövhid dini olan İslam) tək bir din olaraq sizin dininizdir. Mən də sizin Rəbbinizəm. Buna görə də yalnız Mənə ibadət edin!" (əl-Ənbiya: 92).

  1. Allahın kitablar nazil etməsi, Onun, bəndələrinə olan rəhmətindən və şəfqətindəndir. Allah onlara səmadan kitab nazil etmişdir ki, onu oxuyub həm dinlərini, həm də dünyalarını islah etsinlər.

  2. Qurani Kərimə, onun Allah kəlamı olduğuna iman gətirmək bu kitabın müqəddəsliyini bildirir. Çünki o, Allahın sifətlərindən biri və kəlamından kəlimələrdir. Elə buna görə də o, müqəddəs və pak bir kitab sayılır. İnsan orada olan əmrləri yerinə yetirməli və göstərilən qadağalardan çəkinməlidir.

  3. Qurani Kərim Allah taala tərəfindən qorunan bir kitabdır. Heç kəs ona bir şey artıra və ya ondan heç bir şeyi silə bilməz. Bu kitabın qorunması, mömin nəfslərə tam arxayınlıq və rahatlıq verir. Onun hər hansı hərfində şəkk-şübhə qalmır.

  4. Qurani Kərim səmavi kitabların xətmi və sonuncusudur. Bu Kitab Peyğəmbərimiz Məhəmmədə  verilmiş ən böyük möcüzədir. Bu Kitab qiyamət gününə qədər insanlar üçün bir açıq-aşkar dəlil olaraq qalacaqdır.

  5. Qurani Kərim və Peyğəmbərin  Sünnəsi müsəlmanların hər bir işlərində qayıdış yeridir. Onlar bu iki əsasdan tutduqları təqdirdə heç vaxt haqq yoldan azmaz və zəlalətə düşməzlər.

Dördüncü əsas: Peyğəmbərlərə iman:

İmanın əsaslarından biri də, bütün peyğəmbər və rəsullara iman gətirməkdir. Allah insanlar arasından peyğəmbər göndərmişdir ki, insanları Allahın yoluna, haqq dinə səsləsinlər. Onlar bəşəriyyətin ən xeyirli, kamil, söz və əməllərinə görə daha doğru insanlarıdırlar. Onlar hər bir xeyrin və nicatın göstəricisidirlər. Peyğəmbərlərə, Allahın buyurduğu tərzdə, iman gətirməyin bir çox gözəllikləri vardır:



  1. Allahın, insanları haqq yola dəvət etmələri üçün peyğəmbərlər göndərməsi, Onun bəndələrinə olan hədsiz rəhmət və şəfqətini, həmçinin onları boş-boşuna yaratmadığını bildirir. Bununla onlara dünyada yaxşı həyat tərzi və axirətdə əbədi səadətə nail olmaq üçün peyğəmbərlər göndərmişdir.

  2. Allah taalanın bu peyğəmbərləri ən kamil, pak və şərəfli insanlardan seçməsi, Öz yaratdıqlarına, xüsusən də Adəm övladına olan rəhmət və dərin hörmətdəndir. Bu peyğəmbərlər insanları paklığa səsləyir, pisliklərdən çəkindirirdilər. Lakin bu elçilərin ən pak və şərəfli insanlar olmasına baxmayaraq, bəşər övladının daşıya bilmədiyi, ən ağır və çətin yük onların boynuna düşürdü. Onlar bütün bunların qarşısında yalnız Allahın əmri ilə dayanırdılar. Bütün bunlar Allahın Öz bəndələrinə olan rəhmət və şəfqətindən xəbər verir.

  3. Bütün peyğəmbərlərə iman gətirmək, Allahın insanlar üçün istədiyi hidayət və əmrlərin Adəm peyğəmbərin vaxtından ta Məhəmməd Peyğəmbərin  vaxtına qədər eyni olduğunu bildirir. Bu yol, dorğu və düz yoldur.

  4. Bütün peyğəmbərlərə iman gətirmək insanın qarşısında çox geniş örnək və ibrət qapısı açır. İnsan, peyğəmbərlərin başına gələn müsibətlərdən və imtahanlardan ibrət və dərs alır. Bu da, müsəlman üçün geniş təcrübə və ümid deməkdir.

  5. Peyğəmbərlər bir dinə, İslam dininə dəvət etmək üçün göndərilmişlər. İlk göndərilmiş peyğəmbərin dedikləri ilə sonuncunun dedikləri eynidir. Onlar bəşəriyyəti eyni fikir və əqidəyə səsləyirlər. Əsrlər boyu müxtəlif zamanlarda peyğəmbərlərin eyni dəvət aparmaları və eyni əqidəyə çağırmaları müsəlmanın qəlbinə təskinlik gətirir və bu dinin haqq olmasını bilir. Zəlalətdə olan firqələr, müşriklər, Allahı inkar edənlər və s. onlara oxşayanlar tam əksinə, bir neçə ilaha ibadət edir, zəlalətin müxtəlif yolları ilə gedirlər. Bu bir dəlildir ki, onlar hidayət yoluna etimad etmir, doğru yolu tanımırlar. Onlar, şeytanın və ya nəfslərinin öyrətdiyi müxtəlif istək və arzulara əsaslanırlar.

  6. Bütün peyğəmbərlərə iman gətirməklə Məhəmməd Peyğəmbərin  onların sonuncusu olduğuna şəhadət veririk. Çünki ondan əvvəlki peyğəmbərlər də onun sonuncu peyğəmbər olacağına şəhadət vermişdilər. Düzdür Əhli Kitab onun adını öz kitablarından silibdir. Lakin buna baxmayaraq yenə də onun peyğəmbərliyini təsdiqləyən əsaslar qalmışdır. Həmçinin ondan əvvəlki peyğəmbərlərin risalətinin məzmunu onun risalətinin məzmununu təsdiqləyir. Bu, hamısının Allah taala tərəfindən olduğuna açıq-aydın dəlildir. Bütün peyğəmbərlərin risalətinin eyni olması, əvvəlki peyğəmbərin özündən sonrakını təsdiqləməsi, sonuncu peyğəmbərin də haqq olması deməkdir.

  7. Risalətin peyğəmbərimiz Məhəmmədlə  bitməsinin öz gözəlliyi və hikməti vardır. Beləliklə, hər hansı bir dəccalın peyğəmbərlik iddiasının qarşısını almaq mümkündür. Belə olduqda onlar insanların özlərini, dinlərini ələ sala bilməz, onların mallarını yeyə bilməzlər. Kim Məhəmməd Peyğəmbərdən  sonra peyğəmbərlik iddia edərsə, artıq onun doğru və yalançı olmasını soruşmağa lüzum yoxdur. O, yalançıdır və bu sözlə o kafir olur. Bu, insanları haqq yoldan azdırmaq istəyən hər bir yalançının iddiasını puç edir.

Beşinci əsas: Axirət gününə iman:

Axirət günü: İnsanların haqq-hesab üçün toplanacaqları qiyamət günüdür. Bu günün "Axirət" adlanmasının səbəbi, onun sonuncu gün olmasıdır. Bu gündə Cənnət əhli cənnətdə, Cəhənnəm əhli isə cəhənnəmdə məskunlaşdırılacaqlar.

Allah taala buyurur:

) ª!$# Iw tm»s9Î) žwÎ) uqèd 4 öNä3¨YyèyJôfu‹s9 4’n<Î) ÏQöqtƒ ÏpyJ»uŠÉ)ø9$# Ÿw |=÷ƒu‘ ÏmŠÏù ( (النساء:87)



"Allahdan başqa ibadətə layiq heç bir haqq tanrı yoxdur. Olacağına şübhə edilməyən qiyamət günü hamınızı (bir yerə), əlbəttə, O toplayacaqdır. Allahdan daha doğru danışan kim ola bilər?!" (ən-Nisa: 87).

Qiyamət günü insanlar qəbirlərindən, İsrafil adlı mələk ikinci dəfə sura üfürdükdən sonra qalxacaqlar. Onlar qəbirlərindən anadangəlmə vəziyyətdə çıxacaqlar. Allah taala buyurur:

) tPöqtƒ “ÈqôÜtR uä!$yJ¡¡9$# Çc‘sܟ2 Èe@ÉfÅb¡9$# É=çGà6ù=Ï9 4 $yJx. !$tRù&y‰t/ tA¨rr& 9,ù=yz ¼çn߉‹ÏèœR 4 #´‰ôãur !$oYøŠn=tã 4 $¯RÎ) $¨Zä. šúüÎ=Ïè»sù ÇÊÉÍÈ ( (الأنبياء:104)

"Göyü kitab səhifəsi kimi büküb qatlayacağımız günü (qiyamət gününü) yadınıza salın. (O gün insanları) ilk dəfə (yoxdan) yaratdığımız kimi qaytarıb (dirildib) əvvəlki halına salarıq. Biz yerinə yetirməli olduğumuz vədi mütləq yerinə yetirəcəyik. (Biz qiyamət günü sizi dirildib lüt-üryan, anadangəlmə vəziyyətdə məhşərə gətirməyi vəd etmişdik. Biz onu mütləq edəcəyik)." (əl-Ənbiya: 104).

Digər ayədə isə Allah taala buyurur:

) §NèO /ä3¯RÎ) y‰÷èt/ y7Ï9ºsŒ tbqçFÍh‹yJs9 ÇÊÎÈ ¢OèO ö/ä3¯RÎ) tPöqtƒ ÏpyJ»uŠÉ)ø9$# šcqèWyèö7è? ÇÊÏÈ ( (المؤمنون:15-16)

"(Belə bir yaradılışdan) sonra siz mütləq öləcəksiniz! Sonra siz qiyamət günü yenidən dirildiləcəksiniz!" (əl-Muminun: 15 - 16).

Peyğəmbər  hədislərin birində buyurur:

وقال النبي r: «يحشر الناس يوم القيامة حفاة عراة غرلا» رواه البخاري في صحيحه ومسلم.



"Qiyamət günü insanlar ayaqyalın, lüt-üryan, anadangəlmə vəziyyətdə məhşərə toplanacaqlar"1.

O gün, bəndə ilə etdiyi əməllərinə görə haqq-hesab çəkiləcək, mükafatlandırılacaq yaxud cəzalandırılacaqdır. Quran, Sünnə və müsəlmanların icması bu məsələyə dəlildir. Allah taala buyurur:

) ¨bÎ) !$uZø‹s9Î) öNåku5$tƒÎ) ÇËÎÈ §NèO ¨bÎ) $uZøŠn=tã Nåku5$|¡Ïm ÇËÏÈ ( (الغاشية:26)

"Şübhəsiz ki, onların axır dönüşü Bizədir! Onlarla haqq-hesab çəkmək də Bizə aiddir!" (əl-Ğaşiyə: 25-26).

Allah taala buyurur:

) `tB uä!%y` ÏpuZ|¡ptø:$$Î/ ¼ã&s#sù çŽô³tã $ygÏ9$sWøBr& ( `tBur uä!%y` Ïpy¥ÍhŠ¡¡9$$Î/ Ÿxsù #“t“øgä† žwÎ) $ygn=÷WÏB öNèdur Ÿw tbqßJn=ôàムÇÊÏÉÈ ( (الأنعام:160)

"Kim yaxşı bir iş görərsə, ona həmin işin on qat əvəzi (savabı) verilər. Kim pis bir iş görərsə, ona həmin işin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz." (əl-Ənam: 160).

Allah taala buyurur:

) ßìŸÒtRur tûïΗºuqyJø9$# xÝó¡É)ø9$# ÏQöqu‹Ï9 ÏpyJ»uŠÉ)ø9$# Ÿxsù ãNn=ôàè? Ó§øÿtR $/«ø‹x© ( bÎ)ur šc%Ÿ2 tA$s)÷WÏB 7p¬6ym ô`ÏiB @AyŠöyz $oY÷s?r& $pkÍ5 3 4’s"x.ur $oYÎ/ šúüÎ7Å¡»ym ÇÍÐÈ ( (الأنبياء:47)

"Biz qiyamət günü üçün ədalət tərəzisi qurarıq. Heç kəsə əsla haqsızlıq edilməz. Bir xardal dənəsi ağırlığında olsa belə onu (hər hansı bir əməli tərəziyə) gətirərik. Haqq-hesab çəkməyə Biz kifayətik." (əl-Ənbiya: 47).

İnsanlar məhşərdə haqq-hesablarını əlli min ilə bərabər bir gündə gözləyəcəklər. O gün, günəş məxluqatdan bir mil məsafə uzaqlığında olacaqdır. Hər kəs öz əməlinə uyğun olaraq tərləyəcəkdir. Bəzilərinin təri onu boğacaq, bəzilərinin təri belinə, dizlərinə, qədəmlərinə qədər olacaqdır. Bəziləri Rəhmanın ərşinin kölgəsi altında nemət əldə edər və Peyğəmbərin  hovuzundan sərin, dadlı və saf su içərlər. Allahdan Onun lütfünü istəyirik!

O gün, hər kəsə əməlləri yazılmış kitabı (əməl dəftəri) özünə veriləcəkdir. Allah taala buyurur:

) ¨@ä.ur ?`»|¡SÎ) çm»oYøBt“ø9r& ¼çnuŽÈµ¯»sÛ ’Îû ¾ÏmÉ)ãZãã ( ßl̍øƒéUur ¼çms9 tPöqtƒ ÏpyJ»uŠÉ)ø9$# $Y7»tFÅ2 çm9s)ù=tƒ #·‘qà±YtB ÇÊÌÈ ù&tø%$# y7t6»tGÏ. 4’s"x. y7Å¡øÿuZÎ/ tPöqu‹ø9$# y7ø‹n=tã $Y7ŠÅ¡ym ÇÊÍÈ ( (الإسراء:13-14)



"Biz hər bir insanın əməlini öz boynundan asar və qiyamət günü (bütün əməllərini) açıq kitab kimi qarşısına qoyarıq. (Və ona belə deyərik: ) “Oxu, kitabını (əməl dəftərini). Bu gün sən haqq-hesab çəkməyə özün-özünə (özün öz əməllərinin şahidi olmağa) kifayətsən”” (əl-İsra: 13, 14).

O gün hər kəsə yalnız etdiyi əməlləri kömək edəcəkdir. Heç kəsin atası, anası, qardaşı və başqaları ona kömək etməyəcəkdir. Hətta o, tanıdığı adamlardan, ondan kömək istəyəcəklər deyə, uzaq qaçacaqdır. Allah taala buyurur:

â Pqtƒ ”Ïÿtƒ âäöpRùQ$# ô`ÏB Ïm‹Åzr& ÇÌÍÈ ¾ÏmÏiBé&ur Ïm‹Î/r&ur ÇÌÎÈ ¾ÏmÏFt7Ås»|¹ur ÏmŠÏ^t/ur ÇÌÏÈ Èe@ä3Ï9 <›ÍöD$# öNåk÷]ÏiB 7‹Í´tBöqtƒ ×bù'x© ÏmŠÏZøóムá (عبس:34-37)

"O gün insan qaçacaq öz qardaşından; anasından, atasından; zövcəsindən və oğullarından! O gün onlardan hər birinin istənilən qədər işi olacaqdır! (Hər kəs öz hayında olacaq, heç kəs heç kəsin halından xəbər tutmayacaqdır)." (Əbəsə: 34-37).

Allah taala buyurur:

) öNåktXr玢Çt7ム4 –Šuqtƒ ãP̍ôfßJø9$# öqs9 “ωtFøÿtƒ ô`ÏB É>#x‹tã ¥‹Í´ÏBöqtƒ ÏmŠÏ^t6Î/ ÇÊÊÈ ( (المعارج:11)



"Onlar bir-birinə göstəriləcəklər (lakin bir-birini tanısalar da, özlərini tanımazlığa vurub bir-birindən qaçacaqlar). O günün əzabından qurtarmaq üçün günahkar istəyərdi ki, öz oğullarını fəda etsin (fidyə versin)" (əl-Məaric: 11).

Sirat körpüsü cəhənnəmin üzərindən qoyulacaqdır. Möminlər bu körpünü keçib cənnətə girəcəklər. Kafirlər isə orada yıxılıb cəhənnəmə düşəcəklər. Körpünü ilk keçənlər Məhəmməd Peyğəmbərin  ümməti olacaqdır.

O günün nəticəsi cənnət və ya cəhənnəm olacaqdır. Bu iki məkan məxluqatın qayıdacaqları yerdir. Cənnət, Allahın müttəqi və mömin bəndələri üçün hazırladığı naz-nemətlərin məskənidir. Bu insanlar, Allahın onlara vacib etdiyinə iman gətirmiş, sidq ürəklə və ixlasla Allahın və Peyğəmbərinin  itaətində duranlardır. Orada gözlərin görmədiyi, qulaqların eşitmədiyi, insanın ağlına gələ bilməyəcək qeyri adi nemətlər vardır. Allah taala buyurur:

) žcÎ) tûïÏ%©!$# (#qãZtB#uä (#qè=ÏHxåur ÏM»ysÎ=»¢Á9$# y7Í´¯»s9'ré& ö/ãf çŽöy{ Ïp­ƒÎŽy9ø9$# ÇÐÈ ôMèdät!#t“y_ y‰ZÏã öNÍkÍh5u‘ àM»¨Zy_ 5bô‰t㠓̍øgrB `ÏB $uhÏGøtrB ㍻pk÷XF{$# tûïÏ$Î#»yz !$pkŽÏù #Y‰t/r& ( zÓÅ̧‘ ª!$# öNåk÷]tã (#qàÊu‘ur çm÷Ztã 4 y7Ï9ºsŒ ô`yJÏ9 zÓÅ´yz m­/u‘ ÇÑÈ ((البينة:7-8)



"İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşılarıdır. Onlardan öz Rəbbi yanındakı mükafatı (ağacları) altından çaylar axan Ədn cənnətləridir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar da Allahdan. Bu (nemətlər) Rəbb­indən qorxanlar üçündür!" (əl-Bəyyinə: 7-8).

Allah taala buyurur:

) Ÿxsù ãNn=÷ès? Ó§øÿtR !$¨B u’Å"÷zé& Mçlm; `ÏiB Ío§è% &ûãüôãr& Lä!#t“y_ $yJÎ/ (#qçR%x. tbqè=yJ÷ètƒ ÇÊÐÈ ( (السجدة:17)

"Etdikləri əməllərin mükafatı olaraq (Allah dərgahında) onlar (möminlər) üçün göz oxşayan (onları sevindirəcək) nə cür nemətlər gizlənib saxlandığını heç kəs bilməz!" (əs-Səcdə: 17).

Cəhənnəm isə Allahın, Ona və rəsuluna asilik edən zalım və kafirlər üçün hazırladığı cəza məkanıdır. Orada insanın təsəvvür etmədiyi müxtəlif əzab və cəza növləri vardır. Allah taala buyurur:

) (#qà)¨?$#ur u‘$¨Z9$# ûÓÉL©9$# ôN£‰Ïãé& tûï̍Ïÿ»s3ù=Ï9 ÇÊÌÊÈ ( (آل عمران:131)

"Kafirlər üçün hazırlanmış oddan (Cəhənnəmdən) həzər edin!" (Ali İmran: 131).

Allah taala buyurur:

                       (الكهف:29)

"Biz zalımlar üçün elə bir atəş hazırlamışıq ki, onun pərdələri (dumanları) onları bürüyəcəkdir. (Cəhənnəmin qalın divarları zalımları əhatə edəcəkdir). Onlar imdad istədikdə onlara qətran (yaxud yaradan axan irin-qan) kimi üzlərini büryan edən bir su ilə kömək ediləcəkdir. O, nə pis içki, o (Cəhənnəm) necə də pis məskəndir!" (əl-Kəhf: 29).

Axirət günü haqda qısa məlumatdan sonra bu günə imanın bəzi gözəlliklərindən danışmaq olar:



  1. Bu günün haqq-hesab günü olmasına iman gətirmək Allahın kamil adilliyi və rəhmətinə açıq aydın dəlildir. O gün zalımlar etdikləri zülmün, xeyirxahlar isə etdikləri yaxşılıqların əvəzini görəcəklər.

  2. Axirət gününə iman gətirmək insanı öz nəfsinin istəklərinə, şəhvətinə, düşmənçiliyinə və təkəbbürlüyünə qapanmağa mane olur. Kim belə iş görmək istədikdə, qarşısında haqq-hesab gününün olacağını dərk etsə, onda bu idrak onu pis əməllərdən çəkindirməyə kömək olar.

  3. Axirət gününə iman gətirmək yaxşı işlərin görülməsinə əsas səbəbdir. İnsan bir yaxşılıq edəndə bilir ki, bu yaxşılıq onun əməl dəftərində yazılmışdır. Bu əməllər Qiyamət günü onun qarşısına çıxacaq və əvəzini artıqlaması ilə görəcəkdir. Bunu bilən insan, Allah yanında dərəcəsini artırmaq üçün, yaxşı işləri görməkdə daima həvəs göstərir.

  4. Qiyamət gününə iman, bəla və müsibətlərdə səbirli olmağın ən önəmli amillərindəndir. Çünki insanın bu dünya həyatı məşəqqət və bədbəxtliklərlə doludur. Lakin insanlar Allahın səbirli bəndələri üçün hazırladığı savab və mükafatı fikirləşəndə onları, qarşılaşdığı çətinlik və bəlalardan, itirdiyi sağlamlıq, mal-dövlət, şan-şöhrət, övlad və s-dən üstün görür.

  5. Axirət gününə iman, dünyaya arxayınlığın və onunla qürurlanmağın qarşısını alır. Çünki Qiyamət gününə iman gətirən insan, dünyanın fani və az faydalı olduğunu dərk edir. Dünyaya yalnız onunla qürurlanan arxayın olar.

  6. İnsanın Axirət gününə və az bir müddətdən sonra bu dünyadan köçüb əbədi bir həyata qovuşacağına iman gətirməsi onun hər bir işdə ədalətli mövqe tutmasına əsas verir. Dünyadan, onu sevindirəcək bir şey qazandıqda bu sevinci onu lovğalandırmaz, əksinə o qazandığı işdən ehtiyaclarını ödəyər, Allahın ona verdiyi nemətə sevinər və onunla Allaha itaətini artırar. Əgər ona dünyada hər hansı bir bəla və ya çətinlik baş verərsə həmin insan üzülməz və Allahdan ümidini kəsməz. Əksinə səbr edib savabını Allahdan istəyər. Çünki o bilir ki, hər bir bəladan sonra rahatlıq vardır. Bu dünya həyatı fanidir, dünyada olarkən Allaha itaət edənlər üçün həqiqi səadət və xoşbəxtlik axirətdədir.

  7. Axirət gününə iman, saleh əməllərdə və ibadətlərdə yarışmağa səbəbdir. Çünki axirətdə cəza əməlin cinsindən və kəmiyyətindən asılıdır. Bu da insanı, yaxşı işlər görməyə sövq edir və pis işlərdən çəkindirir.

  8. Axirət gününə iman, cəmiyyətdə bütün insanlarla gözəl əxlaqla davranmağı qoruyur. Çünki bütün bunların axirətdə öz mükafatı vardır. Elə bu baxımdan, Allaha və Axirət gününə iman gətirənin əxlaqı gözəl və yaşayışı rahat olar. Xeyri çoxalar, zərəri isə azalar.

Bu, Axirət gününə imanın bəzi gözəllikləri idi. Yəqin ki, deyilənlər kifayətdir. Sadalanmayan gözəlliklər sayca çox, təsircə mühümdür.

Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin