magik (əfsunlama),
marka (adlandırma) və
fatik (əlaqə)
funksiyalarıdır. Fatik funksiya demək olar ki, heç bir məlumat-
verməyə malik deyildir. DanıĢan tərəflər sanki bir-birini sorğuya
çəkməklə tanıĢlığa can atır və bu zaman, demək olar ki, boĢ-
boĢuna söhbətlər edirlər. Misal üçün, qatarda eyni kupedə olan
sərniĢinlər qısa müddətdə tanıĢlığa can atırlar, «
yola körpü salırlar ». BoĢ söhbətlər vaxtı «öldürmək»cəhdi kimi motivləĢ-
məyən nitq olsa da, daxili ehtiyacdan doğur və qaçılmazdır.
Yəni, insan «
ağzına su alıb durmaqda» acizdir.
Unsiyyətin funksiyaları Elmi mənbələrdə ünsiyyətin məqsədindən asılı olaraq yeri-
nə yetirdiyi cəkkiz funksiya göstərilir:
1. Təmas funksiyası. Bu funksiy
anın məqsədi ünsiyyətdə olan
tərəflərin informasiya mübadiləsi üçün qarĢılıqlı əlaqəni gözlə-
məklə bağlı təmas yaratmaqdan ibarətdir.
2. İnformasiya (когнитив) funksiyası. Bu funksiyanın məqsədi
məlumat mübadiləsindən, daha doğrusu, sorğuya qarĢı fikir
mübadiləsindən ibarətdir.
3. Təhrikedici (конатив) funksiya . Bu funksiyanın məqsədi
ünsiyyətdə tərəf müqabilini bu və ya digər iĢi yerinə yetirməklə
bağlı fəallığa yönəltməkdən ibarətdir.
4. Əlaqələndirmə (фатик) funksiyası. Bu funksiyanın məqsədi
birgə fəaliyyətin təĢkili zamanı yerinə yetiriləcək iĢlərin qarĢılıqlı
əlaqəsinin yaradılmasından ibarətdir.
5. Anlama funksiyası . Bu funksiyanın məqsədi təkcə mə-
lumatın mənasının adekvat qavranılması və anlaĢılması deyil,
tərəf müqabillərin bir-birini (məqsədlərini, düĢündüklərini, həyə-
canlarını, vəziyyətlərini və s.) anlamalarından ibarətdir.
6. Emotiv funksiya . Bu funksiyanın məqsədi tərəf müqabilində
emosional təəssürat yaratmaq, eyni zamanda bunun köməyi ilə
özünün həyəcan və vəziyyətini dəyiĢdirməkdən ibarətdir («emosi-
yaların mübadiləsi»).