İsmayil vəLİyev (ÖMƏROĞLU)



Yüklə 0.69 Mb.
PDF просмотр
səhifə1/11
tarix07.06.2017
ölçüsü0.69 Mb.
  1   2   3   4   5   6   7   8   9   10   11

 

İSMAYIL VƏLİYEV (ÖMƏROĞLU) 

 

 

 

 

 

 

 

QARA 


GÜND

Ə

LİK 


 

 

1990-cı il 20 yanvar hadisələri 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

"

AZƏRBAYCAN ENSIKLOPEDIYASI



 NƏŞRIYYAT

-

POLIQRAFIYA BIRLIYI

 

 

B A K I 

-

 

1

 

9

 

9

 



 

 

 

 

 

66 (Az) 



V48 

 

 

 

Xalqımızın başına gətirilən ağır faciələri  əks 

etdirən "Qanlı yanvar. Bakı, 1990" kitabını çox çətin 

şəraitdə  nəşr edib Azərbaycanın haqq səsini dünyaya 

çatdıran hörmətli müəllimim, görkəmli naşir  Əjdər 

XANBABAYEV və  ŞƏHİDLƏRİMİZİN unudulmaz 

xatirəsinə həsr edirəm. 

Müəllif.

 

 



 

 Redaktoru Həqiqət Sadıqova 



 Rəssamı Tatyana Bağırova 

 

 

 

 

 

 

Vəliyev (Öməroğlu) İsmayıl 

Qara gündəlik. 1990-cı il 20 yanvar  hadisələri. "Azərbaycan Ensiklopediyası" NPB, 1997. 

səh.136 

 

Bədii və elmi əsərləri ilə oxçulara yaxşı tanış olan müəllifin bu kitabında "Dünya susur. 

tarix susmur" (1994). "Qaçqınlıq" (1996) kitablarında olduğu kimi son illərdə xalqımızın başına 

gətirilən faciələrdən bəhs olunur. Həmişə hadisələrin içərisində olan müəllif 1988-ci ildən 

başlayaraq hadisələrin gündəliyini hazırlamışdır. Bu kitaba gündəliyin yalnız 90-cı ilin yanvar 

hadisələri ilə bağlı hissələri daxil edilmişdir. 

 

 

9020501000 V- 1996. 

M 657 - 97 

ISBN5-89600-172-X 

 

© "Azərbaycan Ensiklopediyası" NPB, 1997 


 

1 yanvar 1990-cı il. 

 

Ağır keçən bir il də başa çatdı. Yeni ilin ilk günü qəlbimizdə ümid və nigarançılıq duyğuları oyadır. 



Ötüb gedəcəkmi bu ağılar, bu faciələr. Ünvanımıza yağdırılan böhtanlara son qoyulacaqmı, iftira və şayiələrin 

doğurduğu çaxnaşmalar başa çatacaqmı? 

Yenidənqurma və aşkarlığın verdiyi imkanlar Azərbaycan xalqının suverenlik və demokratiya uğrunda 

mübarizəsinə təkan verdi, xalq oyanır, özünü dərk edir. Bu oyanışa mane olmaq, xalqın inkişafını dayandırmaq 

üçün ermənilərdən istifadə etdilər. Bu, eyni zamanda, ermənilərin də başını qatmaq, bütövlükdə Qafqazı milli 

münaqişələr beşiyinə çevirmək, "parçala, hökm elə" siyasətinin yeni variantıdır. 

Yeni ilin yeni günü. Xalqımızın gərgin günü, narahat günü. Adamlar daxilən elə narahat, elə 

gərgindirlər ki, hətta bir-birinin üzünə baxmağa çətinlik çəkirlər. Nümayişlər, mitinqlər davam edir. Bugünkü 

mitinqdə Nemət Pənahov və yoldaşları Naxçıvandan gətirdikləri tikanlı  məftilləri nümayiş etdirib, sərhəd 

dirəyini yandırıblar. Böyük sevinclə qarşılanmış bu hadisə xalqın Azərbaycanın ikiyə bölünməsinə, onillər boyu 

qardaşın-qardaşdan ayrı salınmasına etirazının əlamətidir. 

Dünən axşam Naxçıvandan Əli Şamilov zəng vurmuşdu. Əvvəllər bu vaxtlar zəng vuranda yeni ilimizi 

təbrik edərdi. İndi isə məni "Dünya Azərbaycanlılarının Birliyi günü" münasibətilə təbrik etdi. 

Qeyd: 1992-ci ildən 31 dekabr "Dünya Azərbaycanlılarının həmrəyliyi günü" kimi bayram 

statusu qazandı. 

Mənim çaşbaş qaldığımı hiss edib özü izah etdi. Bildirdi ki, xalq Ordubaddan Sədərəyədək olan 

ərazidəki sərhədçilərin çəkdiyi Tikanlı  məftilləri, mühəndis-texniki qurğuları dağıdıb. Tədbir çox mütəşəkkil 

səviyyədə keçib. heç bir qanqaraldıcı hadisə, toqquşma, xəsarətalma olmayıb. Sərhədçilər müşahidəçi kimi 

baxıblar. Qışın ortası olmasına, Naxçıvanda havaların  şaxtalı keçməsinə baxmayaraq sevinclərindən soyunub 

Arazda çimənlər də olub. Naxçıvanlılar bayram əhval-ruhiyyəsindədirlər. 

Azərbaycan XC Naxçıvan vilayət təşkilatı  hər il dekabrın 31-ni "Dünya Azərbaycanlılarının birlik 

günü" kimi bayram edilməsi təşəbbüsü ilə  çıxış edib. Əli xahiş edirdi ki, bu təşəbbüsü yayaq. 

Rəsmiləşdirilməsinə səy göstərək. 

Lakin təəssüf ki, belə  məsələlərə  mətbuatda müxtəlif cür qiymət verirlər. Təəssüf ki, xalqın azadlıq, 

müstəqilik uğrunda çıxışlarına başqa don geydirilir. Sonra da məcbur qalıb tələblərini yerinə yetirirlər. Belədə 

rəhbərlik də, rəhbərliyə yarınan ziyalı da gözdən, nüfuzdan düşür. Xalq daha nə onların sözünə inanır, nə  də 

özlərinə hörmət edir. Bu mövzu ürəyimi deşir. Sərt bir məqalə yazmaq istəyirəm. Lap tutaq ki, ürəyimdən 

keçənlərin hamısını yazdım. Harada, hansı qəzetdə çap etdirəcəm? Onu çap etməli olan adamların nöqsanlarını 

üzünə söylədiyim yazını kim çap edər? Birtəhər çap etdirsəm xeyiri nə olacaq? Zərəri bəlkə də xeyirindən çox 

olacaq. Belə ki, xalqın istəyinə, arzusuna meylli olan, tərəddüd içərisində yaşayan ziyalıların, 

partnomenklaturanın bir çoxu küsüb geri çəkiləcək. Bəlkə  də  mənim yazım onların geri çəkilməsi üçün bir 

bəhanə olacaq. 

Dünənki qəzetlərdə Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin bir fərmanı çap olunub. Həmin 

fərman xalqın çoxdan ürəyindən olan bir məsələni reallaşdırdı. Fərmanı burada olduğu kimi verirəm. 



 

KİROVABAD ŞƏHƏRİNİN GƏNCƏ ŞƏHƏRİ ADLANDIRILMASI HAQQINDA 

Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin fərmanı 

 

Gəncənin tarixi adını  bərpa etmək haqqında  şəhər vətəndaşlarının,  əmək kollektivlərinin çoxsaylı 



müraciətlərini, Kirovabad şəhər xalq Deputatları Sovetinin xahişini nəzərə alaraq Azərbaycan SSR 

Konstitusiyasının 114-cü maddəsinə (8-ci bənd) uyğun olaraq Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti 

qərara alır: 

Kirovabad şəhəri Gəncə şəhəri adlandırılsın. 



Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin sədri E.Qafarova. 

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi R.Qazıyeva. 

Bakı şəhəri, 30 dekabr 1989-cu il. 

Yadıma iki il bundan əvvəl keçirilən Azərbaycan Jurnalistlər İttifaqının qurultayı düşür. Onda gəncəli 

Nüşabə xanım Məmmədova bu təklifi etmişdi. İlahi, nə həngamə qopardılar?! Yazıq qadını az qalırdı salondaca 

didib-parçalasınlar. 37-ci il olsa çoxdan xalq düşməni elan etmişdilər. Özü də kimlər? Savadsız adamlar yox! 

Xalqımızın say-seçmə ziyalıları! 

İndi onlar bu fərmanı oxuyanda görəsən xəcalət hissi keçirirlərmi?! Bəs salonda əyləşib Mərkəzi 

Komitə katibinin və ona yarınanların çıxışlarını alqışlayanlar necə? 


 

1988-ci il mitinqlərindən başlayaraq nə  qədər qətnamə, müraciət, təklif gəlir. Nə  qədər Kirov adına, 



Şaumyan adına, nə bilim, kim adına idarə, təşkilat, kolxoz, sovxoz, küçə  və s. olar. Axı bütün bu adların 

çoxluğu xalqı  qıcıqlandırır. Zaman ortaya yeni tələblər çıxarır. Bəs niyə bunları  dəyişmirlər? Niyə xalq 

kütləsinin  əsəbləri ilə oynayırlar? Bütün bunlar davam etdikcə millətin övladları arasında parçalanma, 

qarşıdurma dərinləşir. Yad adların dəyişdirilməsini istəyənlər həmin adları  dəyişməyən məmurları öz 

millətlərindən, öz qanlarından hesab etmirlər. Görünür belə qarşıdurmanın yaranması  mərkəzin daha yüksək 

dairələri üçün sərfəlidir. 

Qaçqınların vəziyyəti olduqca ağırdır. Onların ev dəyişməsi, sənədləşdirmə  işləri düyünə salınıb. 

Mərkəzin Qarabağ məsələsindəki səhvləri, Konstitusiyaya xəyanəti davam edir. 

Yeni il! Nə  gətirəcəksən xalqıma, nə verəcəksən, nə alacaqsan xalqımızdan. At ili — murad ili 

deməkdir. Xalqın muradını, arzusunu gözündə qoyma, yeni il! 



 

2 yanvar. 

 

Ömrümüzün ağır və həyəcanlı günlərindən biridir. Şəhərdə əhval-ruhiyyə çox pisdir. Hamı narahatdır. 



Respublika rəhbərliyinə inam tamamilə itib, hərc-mərclik yaranıb. Rəhbər yoxluğu qeyri-müəyyən proseslərin 

davam etməsinə səbəb olur. Hamı indiki rəhbərliyin istefa verməsini tələb edir. Açığı, indi istefa verməklə bəlkə 

də xalqın gərilmiş  əsəbləri bir qədər boşala bilər. Partiya-sovet təşkilatlarına inam elə itib ki, bu inamı  bərpa 

etmək sonra mümkün olmayacaq. 

Xalqın arzu və istəyinə, zamanın tələbinə uyğun tədbirlər görmək əvəzinə gündə bir rayonun katibini 

dəyişirlər. Çoxları bu dəyiş-düyüşdən narahatdır. Əlləri işə yatmır. Bir qrup vəzifə hərisi də yaman canfəşanlıq 

edir. Düşünür ki, qarışıqlıq düşsə, katibi dəyişsələr, onun yeni vəzifə tutmaq şansı artar. Hər yeni təyin olunan 

katib də yerlərdə işə kadrları dəyişməklə başlayır. Beləliklə, vəzifə hərislərinin sayı elə bil ədədi silsiləylə deyil

həndəsi silsiləylə artır. 

Şəhərə ölkənin müxtəlif yerlərindən cinayətkar dəstələr axışıb gəlir. Bunu, demək olar ki, hamı görür. 

Belə vəziyyət oğru və quldurlar üçün daha əlverişli şərait yaradır. 

Şəhərdə ustalıqla şayiə yayanlar var. Bilmək olmur bu işlə kim, hansı qrup, hansı mərkəz məşğul olur. 

Şayiənin dəqiqləşdirilməsinə xeyli vaxt sərf etməli oluruq. Telefonlar çox pis işləyir. 

Radio və televiziyada, mətbuatda operativ məlumatlar, şərhlər yoxdur. İnformasiya qıtlığı yaranıb. Açıq 

söhbət və informasiyanın çatışmaması  vəziyyəti daha da pisləşdirir. Çox təəssüf ki, informasiyaların hədsiz 

nəzarətə alınması qabiliyyətli, səriştəli adamların da əl-qolunu bağlayır. Yalanlar, şayiələr isə çox ustalıqla 

yayılır. 

Daxili  İşlər Nazirliyi və Azərinformun binaları qarşısında mitinqlər gedir. Mitinqlərə  səbəb 

Azərinformun yanlış  məlumatı, Daxili İşlər Nazirliyinin səriştəsiz  əməliyyatları olub. Cəlilabadda 20 gündən 

çox idi mitinq gedirdi. Mitinqə zəmanədən narazı, yenidənqurma tərəfdarı, demokratiya həvəskarları ilə yanaşı, 

vəzifə hərisləri də toplaşmışdılar. Vəzifə hərisləri öndə görünmədən hadisələri qızışdırırdılar. 

Dekabrın 28-dən 29-na keçən gecə milis işçiləri evlərə basqın edərək mitinqdə fəal iştirak edən adamları 

həbs ediblər. Prokurorun sanksiyası olmadan həbslərin aparılması, arvad-uşağın qorxudulması, bir sözlə, zor 

tətbiq edilməsi, qanunsuzluğa yol verilməsi hərc-mərclik doğurmuşdu. 

Səhər tezdən həbs edilənlərin qohumları milis idarəsi qarşısına toplaşaraq tutulanları buraxmalarını 

xahiş etmişlər. Onların xahişini eşidən olmamışdı. Ətraf kəndlərdən gələn adamlar da milis idarəsinin ətrafına 

toplaşıb. Vəziyyət getdikcə  gərginləşib. Adamlar milislərə daş, ağac atıblar. Milislər də onlara atəşlə cavab 

veriblər. Aləm qarışıb bir-birinə. Kütlə milisin binasını və başqa inzibati binaları dağıdıb. Milislər də bir neçə 

adamı yaraladıqdan sonra qaçıb gizləniblər. 

Cəlilabaddan başlayan qarışıqlıq Bakıya da təsir edir. Belədə adamın yadına "Dovşana qaç, tazıya tut 

deyir" atalar sözü düşür. 

Yuxarıdan sözdə bütün vəzifələrin demokratik yolla seçilməsini söyləyirlər. Yerlərdə isə hakimiyyəti 

əldən verməmək üçün işi köhnə qaydada davam etdirməyi tələb edirlər. Sözlə  işin düz gəlməməsi belə 

ziddiyyətlər yaradır. Yuxarılar güzəştə getməyəndə belə qarşıdurmalar yaranır. Aşağılar öz istədiklərini 

hakimiyyətə gətirə bilməsələr də qeylü-qal yaradırlar. 

Şuşadan qanqaraldıcı  xəbərlər gəlir. Ağdamdan  Şuşaya gedən 5 sərnişin avtobusunu hərbçilər Ağa 

körpüsündən keçməyə qoymayıblar. Bu körpüyə gedən yol Stepanakertin kənarından keçir. Məcburiyyət 

qarşısında qalan maşın karvanı köhnə yolla hərəkət etməli olub. Maşın karvanını SSRİ Daxili İşlər Nazirliyin 

qoşunları, daha doğrusu, Krasnoyarsk milis məktəbinin zabit, əsgər və kursantları müşayiət edirmiş. 


 

Avtomobil karvanı Stepanakertin içərisindən keçib yoxuşu qalxanda tələyə düşür. Ətrafdan avtobuslara 



daş, dəmir dəyənəklər, benzin dolu butulkalar atılır. Bu hücumdan 25 nəfər azərbaycanlı xəsarət alıb. 3 maşın 

yandırılıb. Hələ bu azmış kimi adamların hamısını soyub qarət ediblər. 

Avtomobil karvanını qorumalı olan silahlı əsgər və zabitlər bilmək olmur, Avropanı fəth edən, dünyanı 

zağ-zağ əsdirən sovet ordusudur, yoxsa bostan oyuğu. 

Stepanakertdə ermənilərin basqınını laqeydliklə qarşılayan daxili qoşunların zabit və  əsgərləri  Şuşada 

"böyük şücaət" göstəriblər. Şuşada bu məsələyə həsr edilmiş etiraz mitinqini qısa vaxtda dağıtdılar. 

Axşam yenə qanqaraldıcı bir xəbəri Moskva televiziyasından "Vremya" yaydı. "Vremya" vay-şivənlə 

qara-qışqırıq saldı ki, ekstremistlər, alkoqoliklər və narkomanlar Naxçıvan MSSR-də Sovet-İran sərhədi boyu 

çəkilmiş tikanlı məftilləri, mühəndis-texniki qurğuları dağıdıblar. Qaçqınlar və cinayətkar ünsürlər İran tərəfə, 

oradan da Naxçıvan tərəfə keçiblər. 

Sərhədlərin sökülməsi dekabrın 31-də saat 12-də baş verib. "Vremya" isə çox "operativ" olaraq, yəni üç 

gün sonra bunu xəbər verir. Düz bir ay yarımdır Azərbaycandan, Moskvadan yüksək rütbəli zabitlər, partiya-

sovet işçiləri Naxçıvana gedib-gəlir. 

Naxçıvanda xalq ayağa qalxıb tələb edir ki, sərhəd rejimi yumşaldılsın. Naxçıvandan Bakıya və başqa 

şəhərlərimizə  təhsil almağa, işləməyə gedənlər öz evlərinə geri dönə bilmirlər. Sərhədçilər onlardan əsassız 

olaraq müxtəlif cür arayışlar, sənədlər tələb edirlər. Naxçıvana xeyrə-şərə getmək də onillər boyu çətinləşdirilib. 

Bütün bu çətinliklərin bir adı var: Sərhəd rejimi. Hətta sıravi sərhədçi belə Naxçıvanın rəhbər işçilərini istədiyi 

qədər saxlaya bilir. Acınacaqlı haldır ki, Naxçıvan ərazisində olan sərhədçilər, Hərbçilər Muxtar Respublikanın 

rəhbər vəzifəli şəxslərini belə saya salmır. Tikanlı məftillərlə Araz çayı arasında 13 min hektardan çox torpaq 

sahəsi var. Sərhədçilər həmin ərazidə heyvan otarmaq, ot biçmək üçün kolxoz-sovxoz rəhbərlərindən rüşvət alır. 

Arazboyu qoyulmuş su nasosları xarab olduqda onu təmir etməyə getməli olan elektrik və çilingərlər 

briqadasının üzvlərinə sərhədçilərdən icazə almaq üçün bəzən bir həftə vaxt lazım gəlir. İş axsayır, təsərrüfatda 

itki çoxalır. Dünya dəyişir, bizim mühafizəkarlar isə dəyişmək istəmir. 

Bir aydan artıqdır Naxçıvanda sərhədboyunda müxtəlif aksiyalar həyata keçirilir. 160 kilometrlik bir 

məsafədə insanlardan "canlı divar" yaradılır. Mətbuat, radio, televiziya susur. İndi—hadisədən üç gün sonra isə 

bu bir qrup ekstremistin, alkoqolikin və narkomanın işi kimi təqdim edilir. Azərbaycan rəhbərlərinin məsələyə 

münasibət bildirməmələri, özlərini karlığa və korluğa vurmalarının ağrısını xalq çəkir. 

 

3 yanvar. 

 

Nə yaxşı ki, hələ özündə cəsarət tapan rəhbər işçilər var. Naxçıvan MSSR Ali Soveti Rəyasət heyətinin 



sədri Səkinə  Əliyeva "Vremya"nın söylədiklərini qismən təkzib edir. Sərhədlərin sökülməsinə haqq 

qazandırmasa da dolayısı ilə onu vurğulayır ki, rəhbərlik qismən güzəştə getsə  və xalqın səsini vaxtında 

eşitsəydi gərginlik bu həddə çatmazdı. 

Əsgəran rayonunun Cəmilli kəndinə ermənilər hücum edib. Atışma zamanı  kəndin sakini Yunis 

Abbasov yaralanıb. Azərbaycanın hüquq-mühafizə orqanları, hökuməti öz ərazisində öz vətəndaşının 

təhlükəsizliyini təmin edə bilmir. 



 

4 yanvar. 

 

Qırmızıbayraqlı Zaqafqaziya Sərhəd Dairəsinin "Na rubejax rodinı" qəzetini oxuyanda təəccüb məni 



bürüyür. Birinci səhifədə SİTA-nın məlum xəbərini, eləcə də Zaqafqaziya sərhəd dairəsi komandanlığının siyasi 

şöbəsinin Azərbaycan Sovet Sosialist Respublikasının zəhmətkeşlərinə müraciətinin mətnini rus və Azərbaycan 

dilində (bəlkə də qəzetin 47 illik tarixində birinci dəfədir ki, səhifəsində Azərbaycan dilində material verir) çap 

edilib. Orada yazılıb: 

"Yoldaşlar! 

Zaqafqaziya Sərhəd Dairəsinin komandanlığı və Siyasi Şöbəsi dövlət sərhədində şəraitin kəskinləşməsi 

ilə əlaqədar olaraq sizə müraciət edirlər. Sərhəddə ayrı-ayrı, ekstremist şəxslərin qanunazidd hərəkətə qoşulmaq 

barəsində  məsuliyyətsiz çağırışlarının təsiri altına düşən, bir sıra hallarda isə onların hədələrindən qorxan 

Naxçıvan MSSR-in əhalisinin çoxlu qrupları SSRİ-nin dövlət sərhədində  sərhəd qoşunları  tərəfindən tikilmiş 

mühəndis-texniki qurğularını, siqnalizasiya və rabitə vasitələrini dağıtmış  və hüquqazidd digər  əməllərə yol 

vermişdir. O cümlədən, qanunsuz olaraq sərhədi pozaraq İrana keçmiş, sərhəd işarələrini korlamış və dağıtmış, 

sərhəddə İran dövlətinin sakinləri ilə danışıqlar aparmış, sərhədçilərin ünvanına hədələr və təhqirlər söyləmişlər. 

Bu cür hüquqazidd hərəkətlər Azərbaycan SSRCM 91-ci maddəsində  və "SSRİ-nin dövlət sərhədi haqqında" 

SSRİ Qanununun 40-cı maddəsində nəzərdə tutulmuş cinayətləri özündə birləşdirir. 



 

...Dövlətimizin sərhədləri tarixi bu cür vandalizm və  təhqir, onun müdafiəçilərinin mənəvi cəhətdən 



alçaldılması faktlarını xatırlamır... 

... Təmkin və sakitlik nümayiş etdirin. Ekstremist şəxslərin fitnəkar  şüarlarına və çağırışlarına 

qoşulmayın!.. Bu yol respublikada çaxnaşmaların, qanunsuzluğun gücləndirilməsi, qardaş Azərbaycan xalqının 

namus və  ləyaqətinə  xələl gətirən yoldur. Sərhəddə düşünülməmiş  hərəkətləriniz dostsevər "Azərbaycan 

xalqının adına ləkə salır"... 

Müraciəti yazdıranlar və çap etdirənlər nəinki reallıqdan uzaqdırlar, hətta deyərdim zamanı və məntiqi 

unudurlar. Elə bil kimə, nə üçün müraciət etdiklərini də bilmirlər. Odur ki, "İran dövlətinin sakinləri ilə 

danışıqlar aparmış" deyə həyəcanla müraciət edirlər. 170 il qardaş-bacısından qohum-əqrəbasından ayrı salınan 

əhalinin öz doğmaları ilə necə sevinclə, iftixarla, şadyanalıqla danışmaları, görüşmələri nə üçün sovet 

sərhədçilərinə faciə kimi görünür. Utanmadan bunu "Azərbaycan xalqının namus və ləyaqətinə xələl gətirmək, 

Azərbaycan adına ləkə salmaq" kimi qiymətləndirirlər. 

Bu, görəsən doğrudanmı xalqı parçalamaq, qardaşı-qardaşdan ayrı salmaq, xalqın namus və ləyaqətini 

alçaltmaq, adına ləkə salmaqdır? 

Qəribə burasıdır ki, qəzetin dörd səhifəsinin dördündə də çap olunan yazılarda bu ruh hakimdir. Hətta 

açıq hədə-qorxu gəlmələri də var. Bunlarla yanaşı, 2 və 3-cü səhifələrdə "hadisələrin xronikası" adlı xəbərlər 

toplusu da çap ediblər. Orada verilənləri oxuyanda bu məntiqsizliyə, savadsızlığa təəssüflənməmək olmur. 

Həmin faktları ağıllı oxucu nəzərdən keçirdikdə qəzetin də, hökumət və dövlət təşkilatlarının da puç və əsassız 

mövqeyini aydın görür. Bunu qabarıqlığı ilə göstərmək üçün həmin xronikadan bir neçəsini olduğu kimi buraya 

köçürürəm. 

"04.12. 1989-cu il. Naxçıvan MSSR-in ərazisində AXC "canlı divar" aksiyasını keçirərək yerli əhalini 

sərhəddəki mühəndis-texniki qurğuların yanına çağırmışdır. Bəzi yerlərdə meqafonla "Rədd olsun sərhədlər!", 

"Azərbaycan bölünməzdir!" şüarlarını söyləmiş, İran vətəndaşlarını da bu cür hərəkət etməyə çağırmışlar. 

13.12.1989-cu il. AXC-nin çağırışı ilə  sərhəd məntəqələrinin qarşısında saat 14-dən 19-dək izdihamlı 

mitinqlər keçirilmişdir. Toplantıya gələnlər fars və Azərbaycan dillərində yazılmış transparantlar gətirmiş, 

mitinqi səsucaldan qurğularla idarə etmişlər. 

Onlar tikanlı məftilləri mühəndis-texniki qurğuları ləğv etməyi, siqnal sistemini və sərhəd işarələrinin 

Araz çayının kənarına çəkilməsini tələb edən mitinqlər keçirmişlər. 

19.12.1989-cu il. Günün ikinci yarısında yerli sakinlər sərhəd boyunda çadırlar qurmuş, sərhəd rejimi 

yumşaldılmayınca buradan getməyəcəklərini bildirmişlər. Çadırların  ətrafına toplaşanlar Azərbaycan dilində 

şüarlar qışqırır, qarşı tərəfi salamlayır, onlar cavab verdikdə papaqlarını göyə atıb-tutaraq şadyanalıq edirlər. 

Sərhəd boyuna çıxanlar 1921-ci ildə Ermənistana verilmiş Azərbaycan ərazilərinin geri qaytarılmasını 

və s. tələb edirlər. 

22.12.1989-cu il. SSRİ DTK-nın Zaqafqaziya Sərhəd Dairəsinin rəhbərlərinin, sərhəd dəstəsinin 

rəhbərlərinin AXC Naxçıvan vilayət təşkilatının rəhbərləri ilə görüşü olub. 



23.12. 1989-cu il. Ordubad rayonunda AXC üzvlərinin və  tərəfdarlarının iki min nəfərlik mitinqi 

keçirilib. Mitinq iştirakçıları 1921-ci ildə bağlanmış Qars müqaviləsinə əməl edilməsini, İranla mədəni-iqtisadi 

əlaqələrin genişləndirilməsini, Arazın hər iki sahilində yaşayan qohumların ayda bir dəfə görüşməsinə  şərait 

yaradılmasını tələb ediblər. 



30.12.1989-cu il. AXC saat 17-dən 20-dək Naxçıvan  şəhərində mitinq keçirib. Qərara alınıb ki, 

indiyədək verilən təkliflərə  və  tələblərə baxılmadığına görə dekabrın 31-də  sərhəd qurğularını  ləğv etmək 

aksiyası keçirilsin. Bu qərarı başqa iki yaşayış məntəqəsində keçirilən mitinqdə də müdafiə ediblər." 

Sərhədçilərin qəzeti bir ayın qısa xronikasını özlərinə sərf edən şəkildə çap edib. Yaxşı yadımdadır ki, 

1988-ci ilin may ayının 20-də Naxçıvan şəhərində keçirilən çoxminli mitinqin qətnaməsində də sərhəd rejiminin 

yumşaldılması, Quzey və Güney Azərbaycan arasında mədəni-iqtisadi əlaqələrin yaradılması öz əksini tapmışdı. 

Sonralar istər Naxçıvanda, istər Bakıda və Azərbaycanın sərhəd bölgələrində keçirilən onlarla mitinqlərdə 

yuxarıdakı tələblər bu və ya başqa şəkildə təkrarlanmışdı. 

Təəssüf ki, bütün bu tələblər sükutla qarşılanmışdı. Bu sükut da xalqın səbr kasasını daşdırmışdır. Əməli 

bir iş görülməyə təşəbbüs belə göstərilməmişdir. Təşəbbüs göstərmək istəyənləri isə sıxışdırıb işdən, vəzifədən 

uzaqlaşdırıblar. 

İş-işdən keçəndən sonra vay-şivənə, qarayaxalığa başlayıblar. Bütün güclərini toplayıb keçmişi bərpa 

etməyə cəhd göstərirlər. Amma gecdir. Atalar deyib: "Tökülən dolmaz!" 

"Kommunist" qəzetinin bugünkü sayında "Bizim təqvim" rubrikası altında V.Q.Yeqorovun anadan 

olmasının 90 illiyi münasibətilə "İnqilab əsgəri" məqaləsi çap olunub. Başqa bir yazı — "Yenidənqurma elmi və 

elmin yenidən qurulması" məqaləsinin sərlövhəsi gözəl səslənir. Amma istər "Kommunist" qəzeti, istərsə  də 

Azərbaycanın əksər kütləvi informasiya vasitələri hələ də 70-ci illərin ab-havasındadır. Xalqın bu günündən, bu 


 

günün ab-havasından yazmağa cəsarət etmir. Bu da xalqın mətbuata və ziyalılara inamını azaldır. Azərbaycan 



televiziyası, radiosu dünənki "Azərbaycan KP MK bürosu haqqında məlumat verir. Məlumatda deyilir ki, 

sərhəddə  və bir sıra sərhədyanı rayonlarda vəziyyəti sabitləşdirməkdə partiya və sovet orqanlarına yardım 

göstərmək üçün Sov. İKP MK katibi A.N.Girenko, SSRİ Ali Soveti Millətlər Sovetinin sədri R.N. Nişanov, 

Sov.İKP-nin, SSRİ Ali Sovetinin, hüquq-mühafizə orqanlarının məsul işçilərinin bir qrupu respublikaya 

gəlmişdir. 

Baş vermiş hadisənin səbəbini yoxlamaq və qanuna zidd olan bu hərəkətin nəticələrini öyrənmək üçün 

respublikada istintaq qrupu yaradılmış  və  işləyir. həmin qrupa Azərbaycan SSR Dövlət Təhlükəsizliyi 

Komitəsinin, Respublika Daxili İşlər Nazirliyinin və prokurorluğun məsul işçiləri daxildirlər. 

Rəsmi məlumatda SSRİ dövlət sərhədyanı rejiminin kobud surətdə pozulması faktı üzrə istintaq 

başlandığı  və respublika, eləcə  də yerli Sovet orqanlarına dağıdılmış obyektlərin təcili bərpasında sərhəd 

bölmələrinə yardım göstərilməsi tapşırıldığı bildirilir. 

Bu gün A.N.Girenko, R.A.Nişanov,  Ə.X.Vəzirov və başqa rəsmi  şəxslər belə halların daha təkrar 

olmaması üçün Naxçıvan şəhərinə yola düşüblər. 

İndi bilmək olmur SSRİ dövlət sərhədi rejiminin kobud surətdə pozulması faktı üzrə başlanmış istintaq 

kimi günahkar elan edəcək? Sərhədləri sökmüş 100 minlərlə adamı, yoxsa xalqın arzu və  tələblərinə laqeyd 

qalan, vəzifəsini itirməmək xatirinə susan, yuxarıdan göstəriş gözləyən onlarla məmuru? 

Bir ay idi Sov. İKP MK-nın milli münasibətlər şöbəsi müdirinin birinci müavini V.A.Mixaylov və başqa 

əməkdaşları, SSRİ  sərhəd qoşunlarının yüksək rütbəli zabitləri, generalları, SSRİ DTK əməkdaşları, 

Azərbaycanın vəzifə sahibləri Naxçıvanda idilər. Onlar tikanlı  məftillərin sökülməsinin qarşısını ala 

bilməyiblər. İndi onu necə bərpa edəcəklər?! Əlində heç bir maddi vəsaiti, texniki avadanlığı, hətta toplanmağa 

bir otağı olmayan ictimai təşkilat—Xalq Cəbhəsi telefon və teleqraf rabitəsinin bərbad vəziyyətdə olduğu 

Azərbaycan Respublikasında Astaradan Sədərəyədək olan sərhəd boyunca yüz minlərlə insan çıxarıb etiraz 

aksiyaları keçirəndə rahat kabinetləri, əllərinin altında telefonları, maşınları və hər cür şəraiti olan rəhbər işçilər 

bir iş görə bilməyibsə, indi nə iş görə bilərlər? Hökumətdən maaş alan, bir ay ərzində susan, səsini içinə alan 

məmurları  yığıb indi sökülmüş tikanlı  məftilləri necə, hansı  vəsaitlə  bərpa edəcəklər? "Azərbaycan gəncləri" 

qəzetinin bu günkü nömrəsində (4 yanvar 1990-cı il, №2 (10908) dərc olunmuş "Qarabağa el yardımı" məqaləsi 

aşağıdakı abzasla başlayır... "Məlum olduğu kimi Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarə komitəsi 

yaradıldıqdan sonra komitənin üzvləri, eləcə də sədr A.Volski vilayətin Azərbaycan kəndlərinin ərzaq, sənaye 

malları və sair təminatını dayandırmışlar. Hətta özbaşınalıq o yerə çatmışdır ki, yolu-izi olmayan kəndlərə yol 

çəkişməsi də xüsusi komitənin "xidməti" sayəsində dayandırılmışdır. Bəzi kəndlərdə azərbaycanlı balalarının 

təhsil alması da qeyri-mümkün hesab edilmişdir". 

Məqalə müəllifi sonra qubalıların Xocalıya göndərdiyi yardımdan söhbət açır. Neçə vaxt idi istər partiya 

işçiləri rəsmi məclislərdə, istərsə  mətbuat A.Volskinin rəhbərlik etdiyi komitəni mədh edirdi. Bu da həmin 

komitənin fəaliyyətini dadanların məqaləsi! 

Daha bir qanqaraldıcı hadisə. Ağdam—Stepanakert (Xan-kəndi) yolunda Əsgəran yaxınlığındakı körpü 

partladılıb. 

"Şuşa" qəzetinin 4 yanvar 1990-cı il nömrəsində çap olunmuş müraciət respublika və ittifaqın kütləvi 

informasiya vasitələrinin əhval-ruhiyyəsindən seçilir. Respublika rəhbərliyi isə belə müraciətlərin mətbuata yol 

tapmasını yasaqlayıb. Bütün qadağalara və yasaqlara baxmayaraq "Şuşa" qəzetin çap edib. Qəzetin həmin 

səhifəsinin surəti çıxarılıb yayılır. Müraciətdə deyilir: 

"Əziz həmvətənlərimiz! Elimiz-obamız və ümumən xalqımız iki ildir ki, od içindədir. 

Belə bir vaxtda bir sıra rayonlarımızda gərgin iğtişaşlar törənmiş və törənməkdədir. Bu bizim birliyimizi 

sarsıdır, düşmənlərimizin əl-qolunu açır və nəticədə müqəddəs Qarabağ məsələsi kölgədə qalır. 

Tam suveren Azərbaycan dövlətindən söz getdiyi halda. xarici lobbilərin Ermənistanda kök salmış 

nökərləri olduqca alçaq niyyətlərə əl atırlar. Ermənistan SSR-i DQMV ilə birləşdirmək barədə Ermənistan SSR 

Ali Sovetinin heç bir ölçüyə  sığışmayan üzdəniraq qərarı xalqımızı haqlı olaraq hiddətləndirmişdir. Lakin, 

nədənsə,  İttifaq hökuməti bu məsələyə siyasi qiymət vermir, tarixi, ənənəvi parçala, hökm et siyasəti yeridir. 

Bizim bəzi rayonlarımızda ayrı-ayrı xırda söz-söhbətlər əslində düşmən dəyirmanına su tökə bilər. 

Ermənistanda və Qarabağın ermənilər yaşayan yerlərində bu söz-söhbəti xalqımızın birliyinin 

parçalanması kimi başa düşüb bayram edənlər, təzyiqi artıranlar var... 

Artıq Daşbulaq və  Həsənabad kəndlərində bir nəfər də olsun həmvətənlimiz qalmamışdır. Qədim 

Xankəndindən və Ermənistandan qovulan bacı və qardaşlarımız qışın bu sərt günlərində hələ də evsiz-eşiksizdir, 

isti ocağa möhtacdırlar. Bu, xalqımızın ümumi dərdidir. Xalqımız Qarabağ haqqında son və  qəti sözünü 

deməlidir." 


  1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə