İsmayillida unudulmaz gorüŞLƏR



Yüklə 341.9 Kb.
Pdf просмотр
səhifə10/11
tarix07.07.2017
ölçüsü341.9 Kb.
1   2   3   4   5   6   7   8   9   10   11

Hacı Hüseynağa KAMİLZADƏ,  
İsmayıllı rayonunun  
Lahıc qəsəbə sakini. 
  

80  
 
151 
 
 
RƏHBƏRƏ XALQ INAMI 
 
Bu gün adamlar mənə baxırlar. 
Özü də inamla baxırlar. 
 
HEYDƏR ƏLİYEV 
 
Mən bir kitabda oxudum ki, inam qurtaran yerdə  şübhə başlanır. 
Tamamilə doğrudur. Bizim eradan əvvəl yaşamış məşhur Çin filosofu 
Konfutsidən soruşurlar ki, ölkəni idarə etmək üçün əsas nə lazımdır? 
Filosof cavab verir ki, çörək, ordu və inam. Yenə soruşurlar; - 
Bunlardan hansı biri olmasa ötüşmək mümkündür? Cavab belə olur: - 
Ordu. Təkrar soruşurlar: - Qalan iki şərtdən daha hansı biri olmasa 
işləri yola vermək olar? Filosof deyir: - Çörək də olmasa işləri yola 
vermək olar, amma inam mütləq lazımdır. 
Bu həqiqəti möhtərəm prezidentimiz Heydər  Əliyev cənablarına 
olan qüvvətli xalq inamına görə xatırlamağı lazım bildim. Allaha çox-
çox  şükür ki, məmləkətimizdə el rəhbərinə inamla yanaşı qüvvətli 
ordumuz və bol çörəyimiz də vardır. 
Heydər  Əliyev cənablarına inam və  məhəbbətin kökü dərindir. 
Bildiyimiz kimi, 1981-ci ilin noyabrında güclü zəlzələ oldu. İsmayıllı 
torpağında səhər açılanda hamı evlərdən çöldə, həyətlərdə idi. 
Zəlzələdən sonra azərbaycanlıların sevimli rəhbəri Heydər  Əliyev 
canından çox sevdiyi xalqının yanında oldu. O, camaatla görüşdü və 
sonra  əhaliyə  dəymiş ziyanla tanış oldu. Həyətlərə daxil oldu. 
İnsanlara ürək-dirək verdi. Adəti üzrə hamıya tapşırıqlar verdi. Partiya 
və sovet işçiləri onun ətrafında idi. Hörmətli prezidentimiz Bakıya 
qayıdan kimi, rayonun inkişafı üçün xüsusi qərar qəbul 
  
 
  
 

80  
 
152 
 
  
edildi. Rayon əhalisinə köməklik üçün vəsait ayrıldı  və paylandı. 
Rayonda yüzlərlə sosial, mədəni-maarif və inzibati binalar tikildi. 
Rayon tam yenidən tikildi desək, düzgün olardı. Bu həqiqətdir. 
Möhtərəm Heydər  Əliyevin tapşırıqları layiqincə yerinə yetirildi. 
Lahıca yol çəkildi. Böyük və əzəmətli Girdiman və Gəndov körpüləri 
tikildi. 
Keçən il Şəki Olimpiya kompleksinin açılışına gedərkən hörmətli 
prezidentimiz H.Əliyey bizim camaatı da unutmadı. O, yolüstü 
İsmayıllı  şəhərində oldu. İsmayıllı  şəhərində  cənab Heydər  Əliyevi 
böyük insan axını  və  İsmayıllı rayon icra hakimiyyətinin başçısı 
Əhliman Tağıyev böyük sevinc və mehribanlıqla qarşıladılar. Müdrik 
prezidentimiz insanların qayğıları  və problemləri ilə maraqlandı. 
Rayonun əkinçilik, maldarlıq, üzümçülük, taxılçılıq, sənaye sahəsi ilə 
maraqlandı. İsmayıllı rayonunun İvanovka kəndi ilə və ivanovkalıların 
yaşayışı, güzaranı ilə də çox maraqlandı. İvanovka kəndini rayon icra 
hakimiyyətinin başçısı  Əhliman Tağıyevə xüsusi tapşırdı. Onların 
kolxoz sistemini də dəstəklədi. Sonra İsmayıllı camaatı ilə sağollaşıb 
yoluna davam etdi. Maşın karvanının müşayiəti ilə  Şəki  şəhərinə 
yollandı... 
Elin deyimidir: "Su gələn arxa bir də  gələr". Heydər  Əliyev 
cənabları üçün Vətənin həryeri Vətəndir. "Azərbaycan onun ərazisində 
yaşayan bütün millət və xalqların ümumi vətənidir" - deyən o dahi 
insana hamımız minnətdarıq. Sevimli rəhbərimiz bu yerlərə yenə 
gələcək. Bütün İsmayıllı torpağının gözü yoldadır. Biz yaxşı bilirik ki, 
prezidentliyə namizədliyini irəli sürən, ona yekdilliklə  səs verəcək 
xalqla görüşmək Heydər Əliyev cənablarının özü üçün də çox xoşdur. 
 
Mehralı NƏCƏFOV,  
Azərbaycan Respublikası Ziyalılar  
cəmiyyəti İsmayıllı rayon şöbəsinin sədri. 
  
 

80  
 
153 
 
 
ALƏM CƏNNƏTƏ DÖNSƏ, 
YADDAN ÇIXMAZ QARABAĞ... 
 
Mən bu gün bu fürsətdən istifadə edib 
üzümü 
bütün ictimaiyyətə, dövlət orqanlarına, 
cəmiyyətimizə tutaraq deyirəm ki, bizim ağır 
dövrümüzdə  ən çox qayğıya ehtiyacı olanlar 
şəhid ailələridir, müharib əlilləridir, qaçqın 
düşmüş adamlardır. Onlara xüsusi diqqət 
olmalıdır. 
 
HEYDƏR ƏLİYEV 
 
İsmayıllı  şəhidlərinə  həs rolunmuş  "Əbədi yaşayanlar" kitabında 
Azərbaycanın Milli Qəhrəmanı Mehdi Yusif oğlu Abbasova (1958-
1992) xüsusi yer verilmişdir. Həmin kitabda deyilir ki, onun ruhu 
ailəsinin yaşadığı RUŞANDADIR. Amma özü Ermənistanın Amasiya 
rayonundakı Yeniyol kəndində anadan olub. Erməni millətçilərinin 
təzyiqinə  məruz qalan ailəsi 1977-ci ildə Qazaxıstana köçərək 
Çimkənt vilayətindəki Gulan kəndində məskunlaşmışdı. Hərbi xidməti 
yerinə yetirdikdən sonra, Qaraqanda şəhərində Pedaqoji institutun 
ibtidai-hərbi hazırlıq və  bədən tərbiyəsi fakültəsini bitirmişdi. Kənd 
məktəblərində müəllimlik edirdi. 1985-ci ildə "SSRİ idman ustası" 
adını almışdı. 1989-cu ildən daxili işlər orqanlarında işləməyə 
başlamışdı. Milis baş leytenantı idi. 
1989-cu ildə Qazaxıstan və Özbəkistanda məhsəti türklərinə qarşı 
törədilmiş cinayətlər Mehdinin də ailəsini Azərbaycana gəlməyə 
məcbur edir. Onlar İsmayıllı rayonunun Ruşan kəndində 
məskunlaşırlar. Mehdi 1991-ci il iyun ayının 28-dən Azərbaycan 
 
  

80  
 
154 
 
  
Respublikası  DİN-də  işləməyə başlayır. Artıq həmin vaxtlarda 
ermənilər Azərbaycan torpaqlarını  işğal edir, əhalini doğma 
ocaqlarından çıxarır, kəndlərimizi xarabalığa çevirirdilər. Mehdi 
Abbasov xalqını sevən bir azərbaycanlı kimi daxili xidmət qoşunları 
tərkibində Vətənin müdafiəsinə qalxır. 
...Və hücumlardan biri 1992-ci ilin 13 yanvar səhəri başlandı. 
Mehdinin rotası  səhər alatoranında qarlı dağ yoxuşunu dırmanıb 
erməni səngərlərinə yaxınlaşdı. Düşmən yuvasına 100-150 metr 
məsafə qalırdı. Təhlükəni hiss edən ermənilər aralarındakı sahəni 
güclü çalın-çarpaz atəşə tutub rotanı yerə  sığınmağa məcbur etdilər. 
Hücumun pozulması  təhlükəsi yarandı. Elə bu anda Mehdinin "İrəli, 
igidlər. Arxamca!" komandası  eşidildi. O, qalxıb irəli atıldı. 
Komandirin nümunəsindən sanki əsgərlər polad yay kimi sıxılıb 
açıldı. Hamı bir nəfər kimi irəli atıldı  və ani bir sıçrayışla erməni 
mövqelərinə çatdılar. Əlbəyaxa döyüş sürətlə başlandığı kimi, sürətlə 
də sona çatdı. Ermənilər səngərdə onlarla meyid qoyub, silahlarını 
ataraq qaçdılar. Mehdinin rotası pərən-pərən olmuş erməniləri arxadan 
haqlayıb yerə sərirdi. 
Düşmənin mühüm dayaq istehkamı bizimkilərin  əlinə keçdi. 
Təəssüf ki, əsgərlər bu qələbə münasibətilə igid komandirləri Mehdini 
təbrik edə bilmədilər. O, bu döyüşdə əvvəllər dəfələrlə ölümlə üz-üzə 
gəlmiş həyatını özünə layiq qəhrəmanlıqla başa vurdu. 
Respublikamızın suverenliyinin və 
ərazi bütövlüyünün 
qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində 
göstərdiyi igidlik və  şücaətə görə Azərbaycan Respublikası 
Prezidentinin fərmanı ilə ona ölümündən sonra Azərbaycanın Milli 
Qəhrəmanı fəxri adı verilmişdir. 
Qəbri Bakıda Şəhidlər Xiyabanındadır. 
İsmayıllı  şəhərindəki küçələrdən birinə Mehdi Abbasovun adı 
verilmişdir. H.Əliyev parkında qəhrəmana abidə qoyulmuşdur. Ruşan 
kəndi indi Mehdiabad adlanır. 
 

80  
 
155 
 
 
MƏTBUAT SƏHİFƏLƏRİNDƏ 
 
HƏSƏN ƏLİYEV. "Həyəcan təbili", Bakı 1982. səh.33,40 
Bir neçə il bundan əvvəl tədqiqat zamanı böyük Qafqaz dağlarının 
Cənub yamaclarında,  İsmayıllı rayonu ərazisində  şabalıdyarpaq 
palıdın nümunələrini tapdıq. Onların bəzilərinin 300 il-dən artıq yaşı 
vardır. Yerli əhali bunları "qəmpil palıd" adlandırır; Yaşlı kişilərin 
dediklərinə görə, keçmiş zamanda "qəmpil palıd" burada çox olub. 
 
*** 
Bir sıra elmi ədəbiyyatda oxumuşdum ki, şabalıdyarpaq palıd 
İsmayıllı rayonunun Talıstan və Qalıncaq kəndlərində vardır. Lakin 
tədqiqat zamanı nə qədər axtarsaq da, onları tapa bilmədik. 
 
*** 
Zoğallıq, Quşəncə  kəndlərində gördüyümüz sıx çətirli palıdın izi 
ilə meşələrin dərin yerlərində axtarışları davam etdirdik. 
 
ƏBÜLHƏSƏN ƏLƏKBƏRZADƏ, xalq yazıçısı. "Azərbaycan" 
jurnalı, 1980, №4, səh.10 
Respublikamızın günü-gündən tərəqqi və inkişaf etməsi məndə 
yalnız iftixar duyğusu oyadır. Az-çox nə yazmışamsa, bütün roman və 
povestlərimdə başlıca mövzu Azərbaycan -onun inqilabi-tarixi 
keçmişi, bu günü olmuşdur. Respublikamızın 70-ci illərdəki misilsiz 
nailiyyətləri, xüsusən iqtisadi sahədə yüksəlişi bizim ədəbiyyatımızda 
da əks olunur. Son illərdə 
  

80  
 
156 
 
 
yazdığım "Sədaqət" romanı üzümçülərimizin həyatından bəhs edir. 
 
*** 
MANAF SÜLEYMANOV, "Azərbaycan diyarı - Lahıc" (1994) 
səh.116-117 
Qeyd etdiyim kimi, əvvəllər Lahıca geniş yol olmayıb, gediş-gəliş 
yalnız atla idi. İllər boyu maşın yolu çəkilişi bir arzu olaraq qalırdı. Bu 
arzu 1970-ci illərdə - respublikanın indiki prezidenti (o vaxt 
Azərbaycan KP MK-nın birinci katibi) Heydər Əliyevin təşəbbüsü və 
köməyi ilə  həyata keçdi. Dağlar yarıldı, körpülər salındı. Böyük 
abadlıq işləri başlandı. Bu yolu camaat indi də "Heydər yolu" 
adlandırır. 70-80-cı illərdə rayonun rəhbərləri olmuş  mərhum Qəşəm 
Aslanovun, Tamara Hümbətovanın,  İmran Mehdiyevin və 
başqalarının da xidmətlərini unutmaq olmaz. 
Lahıcda çoxlu yeni evlər tikilib, köhnələr təzədən qurulub, hamı 
savadlanıb. Qəsəbə çoxdan elektrikləşdirilib. 
 
*** 
 
HƏSƏN  ƏLİYEV, BUDAQ BUDAQOV “Əfsanəli dağlar”. 
Bakı. 1973. səh. 39, 46 
Yastanın Qərb qurtaracağında dayanıb,  ətrafın gözəl mənzərəsini 
seyr edirik. Budur, bizdən  şimal-qərbdə görünən Nialdağ silsiləsinin 
cənub-şərq qurtaracağında dağlardan enən meşə Ağçay hövzəsini yaşıl 
dona geydirir, Avahil, Suiut, Basqal və başqa kəndləri öz qoynuna alıb 
görünməz edir. Meşənin içərisindən baş qaldırmış Nuran yastanının 
şimal-şərq hissəsində eyni adlı  kənd yerləşir. Bu Yastanın sinəsini 
sökmüş sürüşmə və işğınlar nəticəsində baş vermiş çatlar qalın əhəng 
daşları ilə 
 
  

80  
 
157 
 
 
örtülmüş sahələri parçalayır. Bəzən evləri də  zədələyir. Nuran 
sürüşməsi son dəfə 1972-ci ilin may ayında baş vermişdir. Nuran 
kəndindən qərbdə, çəmən və meşədə yerləşən Gürcüvan kəndi 
görünür. Ağçay hövzəsində Pirqulu dövlət qoruğu təşkil edilib. 
 
*** 
... Artıq Həftəsiyab və Varna kəndləri arxada qalmışdır. Biz 
Girdiman çayının sol sahilində yerləşən Burovdal kəndindəyik. Bu 
kənd Girdimançay dərəsində olan ən ucqar kənddir. Lahıc 
çökəkliyindəki bütün kəndlərdə olduğu kimi, Burovdal kəndində  də 
kartof əkilir, buğda becərilir və maldarlıqla məşğul olurlar. 
 
*** 
HƏSƏN  ƏLİYEV, M.XƏLİLOV. "Yaşıl sərvətin keşiyində". 
Bakı, 1982.səh.52,95 
Tədqiqat işləri göstərdi ki, vaxtilə yaylada İberiya palıdından ibarət 
meşəliklər daha çox üstünlük təşkil edirmiş. Belə meşəliklər  əsas 
etibarilə  kənd təsərrüfatına daha yararlı olan nisbətən az meylli 
yamaclarda mövcudmuş. Hazırda bu meşəliklərin qalıqları Vartaşen, 
Qutqaşen və  İsmayıllı rayonları  ərazisində  dəniz səviyyəsindən 500-
1000 metr yüksəklikdə quzey yamaclarında  əkin və biçənək 
sahələrində  tək-tək yaşı ötmüş möhtəşəm palıd ağacları  şəklində 
qalmışdır. 
İsmayıllı rayonu ərazisinin bir neçə yerində üçüncü dövrün 
qiymətli nümayəndəsi  şabalıdyarpaq palıdın kiçik meşə sahələrini 
xüsusi qeyd etməliyik. Məlumdur ki, bu ağac növündən ibarət meşələr 
respublikamızda yalnız Talış zonasında qalmışdır. Onun ikinci yeganə 
sığınacağı Bozqır yaylası və Alazan-Həftəran vadisi olmuşdur. 
 
  
 
 

80  
 
158 
 
  
*** 
 
HƏSƏN  ƏLİYEV, X.HƏSƏNOV. "Təbiətin keşiyində" Bakı, 
1993. səh.92 
İsmayıllı qoruğunun başlıca məqsədlərindən biri də buradakı 
heyvanlar aləminin qorunması  və artırılmasını  təmin etməkdir. 
Ərazinin mövcud təbiət kompleksi və hazırkı heyvanlar aləmi buna 
tam  əsas verir. Burada cüyür, çöl donuzu, köpgər, təkə, maral, ayı, 
canavar, vaşaq, çaqqal, meşə pişiyi, tülkü, yenot, porsuq, dovşan, dələ 
və  s.  heyvanlar;  qırqovul, turac, qaratoyuq, alabaxta, bildirçin, 
sarıköynək, çobanaldadan, ağacdələn və s. quşlar vardır. Ov 
əhəmiyyətli heyvanlardan çöl donuzu, yenot, dələ, ayı, quşlardan isə 
qırqovul daha çoxdur. 
İsmayıllı dövlət qoruğu ərazisində Qırmızı kitaba adı düşən qonur 
ayı, turac, köpgər və s. heyvan və quşlar qorunur. 
 

80  
 
159 
 
 
SÖZÜN DÜZÜ-HAQQIN ÖZÜ 
 
Möhtərəm Prezidentimiz cənab Heydər  Əliyevin həyat və  əmək 
fəaliyyətini tədqiq edən filosoflar, politoloqlar, sosioloqlar, 
 
psixoloqlar və başqaları onun şəxsiyyətini belə səciyyələndirirlər: 
Həddən artıq  əməksevərdir, fəaldır, həyat eşqi sönməzdir, 
yorğunluq bilməzdir, dözümlü, müqavimətlərə qalib gəlməyi, hər 
cür çətinlikləri dəf etməyi bacarandır. 
Səbirli, ləngərli, hövsələli, nizam-intizamı sevəndir. 
Sarsılmaz, müvazinətini saxlamağı bacaran və prinsipialdır. 
Müşahidəçiliyi güclü, uzaqgörən, ehtiyatlı və tədbirlidir. 
Baş verə biləcək hadisələri öncə görüb, nəticələrini təhlil etmək 
qabiliyyəti, fəhmi
 
heyranedicidir. 
Təmasda olduğu şəxsin fikrini yarı gəlmədən duya bilir. 
Məkana, zamana, mövcud vəziyyətə tez uyğunlaşmağı bacarır. 
Diplomatiyası, düşüncə tərzi dərin mənalı və cəlbedicidir. 
Özünə  nəzarət, özünü idarə etmək, möhkəm yaddaşı, təəccüb 
doğuran hafizəsi, nitq mədəniyyəti, mənalı baxışları insanı 
düşündürəndir. 
Fövqəladə surətdə ciddi qərar qəbul etmək məharətinə 
malikdir. 
Siyasi, sosial-iqtisadi, ədəbiyyat, musiqi, rəssamlıq, 
heykəltəraşlıq, memarlıq və digər sahələrdə intellektual səviyyəsi, 
daxili mədəniyyəti çox yüksəkdir. Hər bir manerası insanda gözəl 
və bəşəri hisslər oyadır. 
Duruşu, oturuşu, gülüşü, insanlarla görüşməsi, təmasda olması 
örnəkdir. 
  
 

80  
 
160 
 
 
Bəli, Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev 
bəşər dünyasında belə gözəl və  bənzərsiz keyfiyyətlərə malik olan 
nadir şəxsiyyət kimi tanınır. 
Onun haqqında dünyanın bir sıra aparıcı dövlət xadimləri belə 
demişlər: 
"Heydər  Əliyev təkcə Azərbaycanı, Amerikanı yox, bütün 
dünyanı idarə etməyi bacaran bir siyasi xadimdir". 
Bill Klinton,  
ABŞ-ın prezidenti 
 
"Heydər  Əliyev təkcə Azərbaycanın deyil, bütün türk 
dünyasının yetişdirdiyi ən məşhur dövlət xadimlərindən biridir". 
 
Süleyman Dəmirəl, 
Türkiyənin prezidenti 
 
"Prezident Heydər  Əliyevin rəhbərliyi altında Azərbaycan 
tezliklə dünyanın  ən inkişaf etmiş ölkələrindən birinə 
çevriləcəkdir". 
Aakixito, 
Yaponiyanın imperatoru 
 
"Sizə həqiqətən qibtə edirəm, Heydər Əliyeviç". 
 
Leonid Kuçma,  
Ukrayna prezidenti 
 
"Heydər Əliyev kimi rəhbəri olan xalq xoşbəxtdir". 
 
İslam Kərimov,  
Özbəkistanın prezidenti 
 

80  
 
161 
 
 "XX əsr liderlər əsridir, Heydər Əliyev əsrimizin lideridir". 
 
Eduard Şevardnadze,  
Gürcüstanın prezidenti 
 
"Azərbaycan Prezidenti Heydər  Əliyev müasir zəmanəmizin 
görkəmli siyasi xadimlərindən biridir". 
 
Marqaret Tetçer,  
İngiltərənin baş naziri 
 
İndiki halda Azərbaycanı idarə edən və sabitliyi qoruyub saxlaya 
biləcək yeganə siyasi xadim Heydər Əliyevdir. 
 
ZbiqnevBJEZİNSKİ, 
ABŞ Beynəlxalq Strateji Tədiqatlar  
Mərkəzinin rəhbəri, politoloq 
 
Təbiət insana böyük istedad bəxş edir. Heydər  Əliyev belə istedada 
malikdir. O, bü gün haqlı olaraq Azərbaycanın bütün dünyada hörmət 
edilən prezidentidir. 
 
İvan RIBKİN  
Rusiya hökuməti sədrinin müavini. 
 
Siz, Azərbaycan xalqı, xoşbəxtsiniz. Çünki Sizin Heydər  Əliyeviniz 
var. Biz, rus xalqı, xoşbəxt deyilik. Çünki bizim Heydər  Əliyevimiz 
yoxdur. 
 
V.VİÜN,  
"Rossiyskaya qazeta"nın müxbiri 
 
Həqiqətən də xoşbəxtdir o xalq ki, onun cənab Heydər  Əliyev kimi 
Prezidenti vardır. 
 

80  
 
162 
 
 
 
HƏR ÇƏMƏNDƏN BİR ÇİÇƏK 
 
Zəmanəmizin görkəmli siyasətçilərindən biri, böyük dövlət xadimi 
olan Heydər  Əliyev cənabları  həm də  fəlsəfənin,  ədəbiyyat və 
incəsənətin gözəl bilicisidir. Buna görə  də onun nitqlərində  dərin 
məzmuna malik ümumiləşdirilmiş ideyalara hər an rast gəlmək olar. 
Lakin tanınmış filosofların da fikirləri az-az hallarda aforizmlərə 
çevrilir, çünki aforizm yalnız nəzəri təfəkkürün nəticəsi ola bilər; o 
həm də böyük həyat təcrübəsinin və  ağsaqqal müdrikliyinin 
məhsuludur. 
Elmi-nəzəri fəalliyyətlə yaradıcı  işin, fəlsəfi təfəkkürlə ictimai-
siyasi praktikanın bir şəxsin simasında birləşməsi nadir hadisədir. 
*Böyük siyasəti kiçik hisslərə, xırda mənfəətlərə bağlamaq olmaz. 
*Kim müxalifətdə durursa-dursun, ancaq Vətəninə, xalqına, 
mənəviyyatına, məsləkinə müxalifətdə durmasın. 
*Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır. 
*Həqiqi mənəviyyatı milyonlara, milyardlara da almaq mümkün 
deyildir. Amma milyonları, milyardları olan adamlar cəmiyyətdə 
mənəviyyatsız heç bir şeydirlər. 
*Tarix həmişə hər şeyi öz yerinə qoyur. 
*Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları 
qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər 
güclü olar. 
*Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir. 
  
 
 

80  
 
163 
 
 
*Başqasının fikrinə hörmət etmək, ondan faydalı bir şey götürmək 
qabiliyyəti hər bir adama lazımdır. 
*Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun 
nəticələrini aradan götürməkdən daha asandır. 
*Hər bir insan həyatda öz yerini tapmalıdır. Amma öz yerini, 
özünə məxsus olan yeri tapmalıdır. 
*Heç kim əbədi qalib ola bilməz. 
*Heç bir ölkə,  ən böyük bir ölkə  də yalnız öz çərçivəsində 
iqtisadiyyatını lazımi səviyyədə inkişaf etdirə bilməz. 
*Kim ki, öz biliyindən, bacarığından artıq iddialar edir, o, həmişə 
məğlub olur. 
*İnsanların mənəvi sərvətlərinin hamısından dinin fərqi ondadır ki, 
o, dini mənsubiyyətindən asılı olmayaraq, həmişə insanları dostluğa, 
həmrəyliyə, birliyə dəvət etmişdir. 
*Heç bir ölkəni özünə düşmən hesab etməməlisən. 
*Rüşvətxoru, oğrunu qəhrəman etmək öz xalqına xəyanət 
etməkdir. 
*Ədalətsizliklə ədaləti bərpa etmək olmaz. 
*Ağıl olan yerdə zora ehtiyac yoxdur. 
*İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. 
*Rüşvətxorluq bizi içimizdən yeyir. 
*Müstəqilliyin  əldə olunması  nə  qədər çətindirsə, onun 
saxlanılması, daimi, əbədi olması bundan daha çətindir. 
*Dövlət onun ərazisində yaşayan əhalinin təminatçısı olmalıdır. 
*Həqiqəti gizlətmək, həqiqətin üstünü basdırmaq olmaz.  
*Vətəndaşlıq milli mənsubiyyətlə müəyyən olunmur.  
*Dünya ümumiyyətlə, quruculuqla, tikib-yaratmaqla yaşayıb, 
inkişaf edibdir. 
  

80  
 
164 
 
 
*Müstəqillik yolu qədər çətin yol yoxdur.  
*Tariximizin hər səhifəsi bizim üçün əzizdir.  
*Heç vaxt inamımızdan, dinimizdən uzaqlaşmayacaq və bu 
mənəvi mənbələrimizdən istifadə edərək gələcəyimizi 
quracağıq. 
*Qurani-Şərifin bizə verdiyi tövsiyələr, dərs, göstərdiyi yollar 
insanları paklığa, düzlüyə, doğruluğa, sədaqətə, qəhrəmanlığa, 
cəsarətə, cəsurluğa dəvət edən tələblərdir, tövsiyələrdir. 
*Rəhbərlik etmək, yəni adamları öyrətmək və 
tərbiyələndirmək üçün gərək mənəvi haqqın olsun. 
*Qurani-Kərimin bütün kəlamları bu gün Azərbaycanda 
Allahın yolu ilə getməyimiz üçün məşəldir. 
*Ana dilini bilməmək, ana dilini qiymətləndirməmək
şübhəsiz ki, xalq qarşısında böyük qəbahətdir. 
*Görkəmli 
şəxsiyyətlər xalqın zəkasını, elmini, 
mədəniyyətini dünyaya nümayiş etdirirlər. 
*Demokratiya insanların  şüurunda dəyişiklik deməkdir. Bu 
dəyişiklik inqilabla olmur, təkamül yolu ilə, tədricən olur. 
*Milli azadlığa nail olmaq üçün  milli oyanış, milli dirçəliş, 
ruhun canlanması lazımdır. 
*Gərək nəbzin Vətənin nəbzi ilə vursun. 
*Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir. 
 
"Xalq qəzeti",  
28 aprel 2000

  

80  
 
165 
 
 
İmayıllı torpağının yetirməsi 
şair Hikmət Mahmud deyir: 
 
Başı qarlı, əzəmətli bir dağsan,  
Söz-söhbətdə büllur kimi bulaqsan,  
Qəlbi qaynar od-alovlu olacaqsan,  
BABA HEYDƏR! Ürəklərdə bitmisən,  
Çoxlarının imdadına yetmisən. 
 
Ellərimi bu dünyaya tanıtdın,  
Siyasətlər zirvəsində var adın,  
Öz xalqındır sənin qoşa qanadın.  
Tufanlara sinən sipər olubdur,  
Arzuların hər vaxt zəfər çalıbdır. 
 
Varlığınla bu millətə baglısan,  
Xalqımızın qədirbilən oğlusan,  
Zəkalısan, qüdrətlisən, haqlısan.  
Çox işlər var müşkül olub insana – 
İdrakınla sən salmısan sahmana. 
 
Qorbaçovlar çox top atdı yoluna,  
Batmmadı qüdrətinə, ağlına,  
Peyğəmbərlik yazılıbdı alnına.  
Zər-zinnətdir elmi-zəka sarayın,  
Müdriklikdə yox əvəzin, yox tayın. 
 
Ən sevimli bəndəsisən Tanrının,  
El-el gəzir şan-şöhrətin, ad-sanın,  
BABA HEYDƏR! Sən dostusan dünyanın  
80 yaşın xoş müjdədir hər elə,  
Öndə durur doxsan, hələ yüz hələ... 
  
  

80  
 
166 
 
 

Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə