İsmayillida unudulmaz gorüŞLƏR



Yüklə 341.9 Kb.
PDF просмотр
səhifə2/11
tarix07.07.2017
ölçüsü341.9 Kb.
1   2   3   4   5   6   7   8   9   10   11

(Gurlutulu, sürəkli alqışlar). 
Azərbaycanın hər bir vətəndaşının, hər bir zəhmət adamının 
ürəyi qürur hissi ilədoludur. Ona görəki onuncu beşilliyin 
yekununa görə, bizim respublikamız ümumittifaq miqyasında  ən 
yüksək göstəricilər  əldə etmiş  və müttəfiq respublikalar arasında 
birinci olaraq onuncu beşilliyin planlarını 4 il 2 ay yarım 
müddətində yerinə yetirmiş  və böyük əmək qəhrəmanlığına görə 
bizim respublikamız ölkədə yeganə olaraq Lenin ordeni ilə  təltif 
olunmuşdur (Sürəkli alqışlar). 
Yoldaşlar, bütün bu nailiyyətlər  şübhəsiz ki, asanlıqla  əldə 
olunmamış, 70-ci illər Azərbaycan Respublikasının partiya təşkilatı 
üçün, Azərbaycan zəhmətkeşləri üçün böyük mübarizə illəri olmuş, 
böyük zəfər illəri olmuş  və  gərgin mübarizə ilbəil, dalbadal bizi 
pillədən-pilləyə qaldırmışdır. Bizim ən böyük nailiyyətimiz ondan 
ibarətdir ki, respublikamızın bütün guşələrində  

80  
 
16 
 
və bütün sahələrində sağlam  əhval-ruhiyyə, siyasi-mənəvi iqlim 
yaranmış  və  ədalət, düzlük, təmizlik Azərbaycan partiya 
təşkilatının işində tam bərqərar olmuş, hər bir zəhmət adamı üçün 
hər bir əmək kollektivi üçün, yaxşı  işləmək, özünü göstərmək, 
irəlidə gedənlər sırasına çıxmaq üçün şərait yaranmışdır. Bu 
şəraitdə respublikanın zəhmət adamları - fəhlələr, kəndlilər, 
ziyalılar böyük təşəbbüslərdə bulunaraq öz yaradıcılıq  şücaətini 
artırmağa nail ola bilmişlər və bunların hamısının nəticəsində 
respublikamız ümumiyyətlə, böyük nailiyyətlər əldə etmişdir. Bax, 
belə bir şəraitdə yaxşı  işləmək istəyən adam, hökumətin, xalqın, 
Vətənin qarşısında sədaqət göstərmək istəyən kollektiv həmişə 
şübhəsiz ki, məqsədinə nail ola bilmişdir. Bunu sizin rayonun 
timsalında da biz yaxşı görürük. 
Sizin rayon bildiyiniz kimi, respublikamızın  ərazisində  təbiət 
etibarı ilə, iqlim etibarı ilə, torpaq etibarı ilə gözəl guşələrdən 
biridir və böyük tarixə, böyük ənənələrə malik olan bir rayondur. 
İsmayıllı rayonunun tarixi sizə yaxşı  məlumdur.  Əsrlərdən-əsrlərə 
keçmiş tarixi abidələr, arxitektura abidələri, həm Lahıc, həm 
Basqal kəndlərinin timsalında, bütün sizin rayonun ərazisində olan 
başqa tarixi abidələrin timsalında özünü göstərir. Sizin rayondan 
qabaqcıl, mütəfəkkir adamlar, partiya, dövlət xadimləri, irəliyə 
çıxmış Sovet hakimiyyəti dövründə  əmək qəhrəmanları, Vətən 
müharibəsində qəhrəmanlıq göstərən adamlar əvvəl də, indi də az 
olmamışdır. Elə bu gün burada, sizin bu fəallar yığıncağında 
həmyerliniz, Böyük Vətən müharibəsinin qəhrəmanı, Sovet İttifaqı 
Qəhrəmanı Bəhyəddin Mirzəyev iştirak edir. 
Respublikanın bir neçə qabaqcıl inşaatçısı  və Sosialist Əməyi 
Qəhrəmanı adına layiq olmuş inşaatçıları da sizin 
həmyerlilərinizdir,  

80  
 
17 
 
bu rayonda anadan olub, bu torpaqdan qüvvə alıb inkişaf etmiş 
adamlardır (Sürəkli alqışlar). 
Bu gün fəallar yığıncağında sizin rayonun və respublikanın 
qabaqcıl sağıcısı Gülüstan Həsənova yoldaş çıxış etdi. O, Sosialist 
Əməyi Qəhrəmanı adı almış, onuncu beşilliyin əmək qəhrəmanıdır. 
Bu da ki, həm sizin rayonun fəxridir, həm də bizim respublika 
heyvandarlarının fəxridir (Sürəkli alqışlar). 
Mən daha çox faktlar gətirib sizin rayonun hər cəhətdən - həm 
təbiət cəhətindən, həm iqlim cəhətindən, həm torpaq cəhətindən, 
həm də  ən böyük sərvətimiz olan zəhmətkeş adamlar, istedadlı 
adamlar cəhətindən nə qədər zəngin olduğunu sizə bir daha göstərə 
bilərdim. Ancaq təəssüf ki, belə bir zəngin keçmişi olan, böyük 
imkanları olan, əməksevər adamları olan bir rayon respublika 
miqyasında uzun müddətdə geridə qalanlar sırasında olmuşdur. 
Ancaq doqquzuncu beşillikdən sonra, xüsusən onuncu beşillik 
dövründə sizin rayon böyük sıçrayış etmiş, geriliyin daşını atmış və 
respublikanın indi irəlidə gedən rayonları  sırasına çıxmışdır 
(Gurultulu, sürəkli alqışlar). 
Yoldaşlar, rayonunuzun qısa bir müddətdə öz mövqeyini 
dəyişməsi, irəliyə doğru addım atması məhz respublikamızda 1969-
cu il avqust plenumundan sonra yaranmış şəraitin nəticəsidir. Sizin 
əldə etdiyiniz bu nailiyyətlər, sizin rayonun bu günkü səviyyəsi 
həmən o böyük tədbirlərin gözəl bəhrəsidir (Alqışlar). 
Respublika partiya təşkilatında yaranmış  işgüzarlıq  şəraitində, 
yüksək tələbkarlıq  şəraitində  ədalətlilik, düzlük, prinsipiallıq 
şəraitində  hər bir zəhmət adamı partiya və hökumət qarşısında öz 
əməyini göstərə bilər, hər rayon öz nailiyyətlərini göstərə bilər. 
Belə  şəraitdə sizin rayon da nəhayət, özünü göstərə bilib, özünü 
büruzə verib və bu gün belə bir yaxşılığa gəlib çat
mışdır. 

80  
 
18 
 
İsmayıllı rayonunun vaxtilə geridə qalmağının səbəbləri sizə 
məlumdur. Mənim xatirimdədir, 1969-cu ildə biz respublikada 
buraxılmış nöqsanları  aşkara çıxarıb ləğv etmək tədbirlərini 
apararkən, xüsusən kadrların seçilməsi, yerləşdirilməsi və  tərbiyə 
edilməsi sahəsində böyük tədbirlər apararkən, kənd təsərrüfatının 
geriliyini aradan qaldırmaq üçün tədbirlər apararkən  İsmayıllı 
rayonu çox çətin bir rayon, ağır bir rayon, bəzən hətta perspektivi, 
yüksək gələcəyi olmayan bir rayon kimi bizim qarşımızda dururdu. 
Nəyə görə? Çünki o vaxt rayon rəhbərləri vəzifələrini layiqincə 
yerinə yetirmədiklərinə görə, pis işlədiklərinə görə, keçmişin pis 
təsirləri altında yaşadıqlarına görə, öz məsuliyyətlərini hiss edə 
bilmədiklərinə görə  həmişə rayonu belə  qələmə verirdilər ki, 
rayonun mümkünatları yoxdur və burada kənd təsərrüfatı 
istehsalını artırmaq olmaz. Ümumiyyətlə, rayonu inkişaf etdirmək 
mümkün deyil. Etiraf etməliyəm ki, birinci illərdə  bəzən biz belə 
məlumatlara, hətta, inanırdıq da. Çünki o vaxt respublikanın rəhbər 
orqanlarında da, elə rayonun keçmiş  rəhbərləri kimi adamlar az 
deyildi. Onlar hamısı belə fikir yaradırdılar və bizi də inandırmağa 
çalışırdılar. Ancaq sonra biz hiss etdik ki, bu fikirlərin hamısı 
səhvdir və İsmayıllı rayonunun inkişafı üçün ciddi, birinci növbədə 
təşkilati tədbirlər görmək lazımdır və sizin rayonun keçmiş 
rəhbərləri bildiyiniz kimi işdən götürüldü, cəzalandırıldı  və bir 
neçə ciddi təşkilati tədbirlər görüldü və ondan sonra dərhal sizin 
rayon özünü göstərməyə başladı, tədricən irəliyə daha inamlı 
addımlar atmağa başladı. Demək, respublika partiya təşkilatı, 
Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi bir az gec 
də olsa, İsmayıllı rayonunun vəziyyətini dəyişdirmək üçün lazımi 
tədbirlər gördü. Bu tədbirlər öz müsbət nəticəsini, xüsusən, onuncu 
beşillik dövründə yaxşı göstərdi. 

80  
 
19 
 
Yoldaşlar, bizim bütün bu nailiyyətlərimiz həm  İsmayıllı 
rayonunda, həm respublikamızda olan bütün bu nailiyyətlər hamısı 
bildiyiniz kimi, respublika partiya təşkilatının apardığı prinsipial 
xətti - hərəkatın nəticəsidir. Bir də qeyd edirəm ki, respublikamızda 
yaranmış bu işgüzar  şəraitin, sağlam  əhval-ruhiyyənin, sağlam 
iqlimin və  mənəvi atmosferin nəticəsidir. Eyni zamanda bütün 
bizim nailiyyətlərimiz hamısı partiyanın, hökumətin Azərbaycan 
xalqına, bizim respublikamıza göstərdikləri daimi qayğının 
nəticəsidir (Gurultulu alqışlar). 
Bizim xoşbəxtliyimiz ondan ibarətdir ki, partiyanın, hökumətin 
bizim respublikamıza göstərdiyi daimi köməkdən səmərəli surətdə 
istifadə edə bilirik. Və respublikamızı ilbəil irəli aparmağa nail ola 
bilirik. Bu baxımdan sizin rayonun, bir də qeyd edirəm, son illərdə 
əldə etdiyi göstəricilər də bizi sevindirir. Biz şadıq ki, rayonda 
taxılçılıq artıq yaxşı inkişaf edir. İsmayıllı böyük taxılçılıq 
rayonudur. Respublikamızda taxılçılıq sahəsində siz çox görkəmli 
yer tutursunuz. Əgər  əvvəllər hər hektardan 9-10 sentnerdən artıq 
rayon üzrə taxıl götürə bilmirdinizsə, indi artıq dəmyə  şəraitində 
keçən il 36 sentner taxıl götürmüsünüz və yoldaş Aslanov bu gün 
burada elan etdi ki, bu il hər hektardan 40 sentneri keçəcəksiniz 
(Alqışlar). 
Yoldaşlar, taxılçılıq ümumiyyətcə  kənd təsərrüfatı sahəsində 
köhnə peşədir. Sizin rayon da taxılçılıqla dövri-qədimdən məşğul 
olur. Ancaq niyə  bəs bu torpaqdan, bu ab-havadan, bu təbiətdən 
keçmişdə  zəif istifadə olunubdur? Bu günkü nailiyyətləriniz 
göstərir ki, siz nə  qədər keçmişdə vaxt itirmisiniz və  nə  qədər 
böyük səhvlərə yol vermisiniz. Ancaq mənə belə gəlir ki, sizin bu 
günkü nailiyyətləriniz də son hədd deyil və biz tam əminik ki, siz 
taxılçılıq sahəsində respublikamızda qabaqda gedəcəksiniz.  

80  
 
20 
 
Həm məhsuldarlığa görə, həm ümumi taxıl istehsalına görə 
respublikada taxılçılığın inkişafına öz böyük payınızı verəcəksiniz 
(Alqışlar). 
Sizin rayonda doqquzuncu, onuncu beşilliklər dövründə 
üzümçülük inkişaf edir. Bu, sizin rayon üçün demək olar ki, geniş 
miqyasda yeni bir sahədir, ancaq bizi sevindirən cəhət ondan 
ibarətdir ki, qısa müddətdə siz bu sahənin çətinliklərini 
mənimsəmisiniz. Rayonun ərazisində artıq geniş sahələrdə gözəl 
üzüm bağları salınmış və bu bir tərəfdən sizin onsuz da gözəl olan 
rayonunuzun təbiətini daha da gözəlləşdirmiş  və ikinci tərəfdən 
sizin iqtisadiyyatı xeyli irəli aparmışdır. Keçən il əldə etdiyiniz 
nailiyyətlər, bu il götürdüyünüz öhdəlik üzümçülük sahəsində onu 
göstərir ki, siz respublika partiya təşkilatı tərəfindən üzümçülüyün 
inkişafı sahəsində irəli sürülmüş böyük proqramın həyata 
keçirilməsi yolunda çox iş görmüsünüz və bu sahədə sizin də 
xidmətiniz var. 
Heyvandarlıq sizin rayonun böyük sahəsidir və bu sahədə  də 
onuncu beşillikdə  əldə etdiyiniz nailiyyətlər bizi sevindirir. 
Beləliklə, kənd təsərrüfatının  əsas sahələrində siz qısa bir 
müddətdə irəliyə gedə bilmisiniz. Bunların hamısının nəticəsində 
də siz irəlidə gedən rayonlar cərgəsinə  çıxmısınız. Burada yoldaş 
Aslanov qeyd etdi ki, altı ildir ki, sizin rayon respublika yarışının 
qabaqcılıdır. Keçən ilin qışlamasına görə Ümumittifaq yarışında 
qalib çıxmısınız və mənə belə gəlir ki, bundan sonra daha da yaxşı 
işləsəniz, daha da yüksək səviyyələrə çatıb, daha da yüksək 
mükafatlara nail ola biləcəksiniz. (Alqışlar). 
Rayonun kənd təsərrüfatı sahəsində  əldə etdiyi nailiyyətlər 
çoxdur. Sizin rayonun qabaqcıl kolxozu, Kalinin adına kolxoz 
onuncu beşillikdə qazandığı  nailiyyətlərə görə Qırmızı Əmək 

80  
 
21 
 
Bayrağı ordeni ilə  təltif olunmuş  və biz bu günlər kolxozun 
ümumi iclasında dövlətin bu yüksək mükafatını kolxoza təqdim 
edəcəyik (Alqışlar). 
İsmayıllıda bu müddətdə iqtisadiyyat və başqa sahələrdə  də 
yaxşı irəliləmə görünür. Bu da ondan ibarətdir ki, rayonunuzda 
abadlıq və tikinti işlərinə onuncu beşillikdə çox fikir verilib. 
Mədəniyyətin inkişafı ilə siz çox yaxşı məşğul olursunuz. İdeoloji 
iş müəyyən qədər güclənib və bunlar hamısı sizin rayonun 
nüfuzunu, hörmətini daha da artırmışdır. Bunların hamısına görə də 
sizin rayona respublika, o cümlədən Azərbaycan Kommunist 
Partiyasının Mərkəzi Komitəsi tərəfindən münasibətdə xeyli 
dəyişilmiş, bu yaxşı münasibətin təzahürü bir də onda görünür ki, 
bu gün biz də burada sizinlə birlikdə belə bir mühüm iclas keçiririk 
və sabah respublikanın kənd təsərrüfatı sahəsində  ən böyük 
tədbirlərdən biri - heyvandarlıq və yemçiliyin inkişafına aid 
seminar-müşavirə sizin rayonun ərazisində keçiriləcək; Kalinin 
adına kolxozun sahəsində. Və bu seminarda da həm Azərbaycan 
Kommunist Partiyasının MK-nın büro üzvləri, həm respublika 
nazirliklərinin rəhbərləri, həm vilayət, rayon partiya komitələrinin 
birinci katibləri və başqa rəhbər işçiləri iştirak edəcəklər. 
Mən bu gün sizin rayonun bir neçə təsərrüfatında oldum. Rayon 
mərkəzini qısa müddətdə  də olsa, gəzdik, rayon mərkəzinin 
abadlaşmasını, yeni binaların, xüsucən ticarət müəssisələrinin 
yüksək səviyyədə tikilməsini və istifadə olunmasını gördük. 
Küçələrinizin nə  qədər abad və  təmiz olduğunu, ümumiyyətlə, 
şəhərinizin doğrudan da gözəl olduğunu mən özüm şəxsən hiss 
etdim. 
Sonra sizin rayonda bu günləri bir hadisədə  də - rayon 
mərkəzində  

80  
 
22 
 
böyük kitab evinin tikilib başa çatdırılması, istifadəyə verilməsi 
mərasimində  iştirak etdim və ondan sonra Girdiman çayının 
üzərində tikilən körpünün inşaat prosesi ilə tanış olmaq üçün ora 
getdim və orada inşaatçılarla, körpü tikənlərlə görüşüb söhbət 
etdim. Bu qısa müddətdə  mənim çox böyük təəssüratlarım var. 
Bütün bu görüşlərimizdə rayonun kolxozçuları, sovxoz fəhlələri, 
bütün zəhmət adamları hamısı öz sevinclərini, öz razılıqlarını 
bildirdilər ki, mən sizin rayona gəlmişəm (Gurultulu alqışlar). 
Bütün bu görüşlərdə sizin rayonun zəhmət adamları bizim 
partiyaya, hökumətə, Azərbaycan Kommunist Partiyasının Mərkəzi 
Komitəsinə və o cümlədərı mənə öz xoş arzularını, məhəbbətlərini, 
hissiyatlarını, səmimi surətdə çatdırdıqlarını mən özüm şəxsən hiss 
etdim və bu günkü görüşlərin hamısının, rayonunuza gəlməyimin 
nə qədər zəruri olduğunu bir daha hiss etdim (Sürəkli alqışlar). 
Yoldaşların çoxu mənə bu gün rayonunuzda olduğuma görə 
sevinclərini, razılıqlarını bildirərək eyni zamanda deyirdilər ki, 
bizim rayona daha tez-tez gələsiniz. 
Bilirsiniz, həmişə kollektivin rəhbəri, kolxoz sədri, sovxoz 
direktoru, yaxud da ki, bir müəssisənin rəhbəri səyini, fikrini o yerə 
verir ki, oradan daha da çox, demək ümumi işin irəli getməsi üçün 
xeyir gəlir. Kənd təsərrüfatını irəli aparmaq üçün pambıqçılığı, 
üzümçülüyü, tərəvəzçiliyi inkişaf etdirməkdə  fərqlənən, təşəbbüs 
göstərən, başqa rayonları irəli aparmaq üçün təsir göstərən rayonlar 
öz yüksək göstəriciləri ilə bizim onlara daha yaxın olmağımızı 
məcbur edir. Ancaq sizin rayon əvvəlki illərdə geri qalırdı. Ümumi 
fikir vardı ki, bu rayonda nə var ki, ora gedəsən? Təsərrüfat 
sahəsində geriliyinizdən savayı bizim 

80  
 
23 
 
prinsiplərimizə zidd olan hərəkətlər, oğurluq, əyrilik, rüşvətxorluq, 
cürbəcür pis hərəkətlər də burada vardı. Ona görə də bunlar həmişə 
mənim buraya gəlmək arzuma müəyyən qədər mane olurdu. Ancaq 
o vaxtdan ki, sizin rayon yüksəliş yoluna çıxdı, o vaxtdan ki, sizin 
rayon ilbəil addımlarını genişləndirdi, o vaxtdan ki, siz tədrici 
olaraq qabaqcıllar cərgəsinə çıxmaq yoluna düşdünüz, onda mənim 
də sizin rayona gəlmək arzum get-gedə artdı (Alqışlar). 
Onuncu beşilliyi yaxşı başa vurduğunuza görə, onuncu 
beşillikdə yaxşı nailiyyətlər əldə etdiyinizə görə, mən sizin rayona 
gəldim və bu gəlişimə görə, bu görüşlərimə görə, çox şadam 
(Sürəkli alqışlar). 
Ancaq onu qeyd etmək istəyirəm ki, bu müddətdə Azərbaycan 
Kommunist Partiyası Mərkəzi Komitəsi, onun bürosu, o cümlədən 
mən də  həmişə sizin rayonun işləri ilə maraqlanmışıq. Rayonun 
bütün məsələlərinə diqqətlə yanaşmışıq. Sizin rayonun 
iqtisadiyyatının inkişafı üçün, sosial problemlərin həlli üçün çox 
böyük tədbirlər görmüşük. Bunlardan bir neçəsini Aslanov yoldaş 
qısaca da olsa dedi. Sizin rayonun bir neçə təşəbbüsü Azərbaycan 
KP MK-nın qərarı ilə bəyənilmiş və respublikada yayılması barədə 
göstəriş verilmişdir. Sizin rayonun əsrlərdən bəri həll olunmayan 
əsas məsələlərindən biri yol çəkilişi məsələsi idi. Girdiman çayının 
üstündə körpü salınması barədə iki il bundan qabaq qərar qəbul 
olunmuş, bu işin sürətləndirilməsi tapşırılmışdır. Mən bu gün orada 
işin gedişi ilə tanış oldum. Körpü avqust ayında tikilib istifadəyə 
veriləcək. Bakıdan Şamaxıya, Şamaxıdan sizin rayona, ondan sonra 
Qutqaşen rayonuna çəkilən, rayon üçün ümumiyyətlə, 
respublikanın bu zonası üçün çox böyük əhəmiyyətə malik bu 
yolun çəkilməsi  

80  
 
24 
 
də bu gün müzakirə olundu və yol nəqliyyat naziri R.Xələfov 
yoldaş  və başqa yoldaşlar öhdəlik götürdülər ki, onlar bu yolun 
tamamilə qurtarmasını  gələn ilin üçüncü kvartalında başa 
çatdıracaqlar. Onların rayon partiya komitəsinin birinci katibi 
Aslanov yoldaşla birlikdə  qəbul etdikləri nəcib təşəbbüslərini 
bəyəndim və arzu etdim ki, bu təşəbbüsü yerinə yetirsinlər və əgər 
verdikləri söz həyata keçirilərsə, mən söz verdim ki, bu 
münasibətlə  gələn il bir də sizin rayona gəlim  (Gurultulu 
alqışlar). 
Sizin rayona qaz kəmərinin çəkilməsi, rayonun qazlaşması 
mühüm problemlərdən biri idi. Bu barədə Azərbaycan KP MK 
rayon partiya komitəsinin xahişinə görə, lazımi tədbirlər görmüş və 
qaz kəməri çəkilmiş, kəndlərə  çəkilməkdədir. Demək, bu böyük 
problem də həll olunubdur. 
Su təminatı ilə, xüsusən kəndlərin su ilə  təmin olunması 
məsələsi ilə ciddi məşğul olmuşuq. Ümumiyyətlə, kənd təsərrüfatı 
sahəsində suvarma işlərinin daha da yaxşı aparılması üçün ciddi 
tədbirlər görülüb. 
İnşaat işlərinin gücləndirilməsindən ötrü bir neçə tədbir görülüb. 
İsmayıllının iqtisadiyyatının inkişafı üçün bir neçə xüsusi qərarlar 
qəbul edilib. Bunlar və bir neçə başqa tədbirlər onu göstərir ki
doqquzuncu, onuncu beşilliklər dövründə, xüsusən onuncu beşillik 
dövründə Azərbaycan KP MK sizin rayonun inkişafına daim qayğı 
göstərmiş  və  həmişə rayon respublika partiya təşkilatının diqqət 
mərkəzində olmuşdur (Alqışlar). 
Biz çox şadıq ki, bütün bu tədbirlərdən, respublika partiya 
təşkilatının qayğı və köməyindən rayonun partiya təşkilatı səmərəli 
surətdə istifadə edib və bunların hamısının nəticəsində rayonunuz 
həm iqtisadiyyat, həm də  mədəniyyət və sosial sahələrdə yaxşı 
nailiyyətlər əldə etmişdir. 

80  
 
25 
 
Mən bu gün bir şeyi də hiss etdim ki, sizin rayonda yaxşı 
işgüzar şərait yaranmışdır, rayon zəhmətkeşlərinin əhval-ruhiyyəsi 
yaxşıdır. Təsərrüfatlarda olarkən rayonun mərkəzində  zəhmət 
adamları ilə görüşərkən mən çox suallar verdim ki, yaşayışınız 
necədir, çətinliyiniz nədir, nəyiniz çatmır, mənə xahişiniz, arzunuz, 
şikayətiniz nədən ibarətdir? Bütün bu suallarıma ümumən eyni 
cavab almışam ki, yaxşı yaşayırıq, güzəranımız yaxşıdır. Arzumuz 
bir o idi ki, sizinlə görüşək, ona da nail olduq. Bunlar hamısı bizi 
sevindirir (Sürəkli alqışlar). 
Mən sizin rayonun ünvanına çox böyük təriflər dedim və onu da 
qeyd etmək istəyirəm ki, bu nailiyyətləriniz birinci növbədə 
kolxozçuların, sovxoz fəhlələrinin, kommunistlərin, bütün zəhmət 
adamlarının fədakar  əməyinin nəticəsidir, sizin öz zəhmətinizin 
nəticəsidir və eyni zamanda şübhəsiz ki, bütün bu nailiyyətlər 
rayon partiya təşkilatı  tərəfindən, təsərrüfat rəhbərləri tərəfindən 
aparılan böyük təşkilati-siyasi işin,  əməli tədbirlərin nəticəsidir. 
Əslində  İsmayıllının adamları  həmişə  zəhmətsevər olub. Ancaq 
əvvəllər rayon təşkilatlarında təşkilatçılıq işi çatmamışdır və ona 
görə  də siz geri qalmışdınız. Bu baxımdan indi rayon partiya 
təşkilatının işini, rayon partiya komitəsinin işini, o cümlədən rayon 
partiya komitəsi bürosunun işini və rayon partiya komitəsinin 
birinci katibi Q.Aslanov yoldaşın işini bu günləri mən müsbət 
qiymətləndirərək rayonda partiya komitəsinin və Aslanov yoldaşın 
əldə olunan nailiyyətlərdə böyük xidmətlərini göstərmək istəyirəm 
(Alqışlar). 
Bu gün Aslanov yoldaş və başqa çıxış edən yoldaşlar, on birinci 
beşillikdə rayonun qarşısında duran vəzifələr haqqında danışdılar 
və sizin yeni öhdəliklərinizi bildirdilər. Ümumiyyətcə, XXVI 
partiya qurultayından sonra Azərbaycan Kommunist 

80  
 
26 
 
Partiyası XXX qurultayından sonra sizin rayon partiya təşkilatı, 
rayon zəhmətkeşləri kənd təsərrüfatı sahəsində bir neçə  nəcib 
təşəbbüslər irəli sürmüş və bu təşəbbüslər Azərbaycan Kommunist 
Partiyasının Mərkəzi Komitəsi tərəfindən bəyənilmiş, bu 
təşəbbüslər barəsində xüsusi qərarlar qəbul olunmuş  və sizin bu 
təşəbbüslər respublikamızda kənd təsərrüfatının daha da inkişaf 
etdirilməsinə kömək edir. Mən razılıq hissi ilə bildirmək istəyirəm 
ki, siz bu gün daha yaxşı, daha vətənpərvər təşəbbüslərlə  çıxış 
etdiniz. Birinci növbədə siz kənd təsərrüfat planlarını, beşillik 
planları dörd ildə yerinə yetirməyi öhdənizə götürmüşsünüz. Bu 
yaxşı öhdəlikdir və  mən sizin hamınıza bu öhdəliyin yerinə 
yetirilməsində böyük müvəffəqiyyətlər arzulayıram  (Sürəkli 
alqışlar). 
Rayonunuz üzüm istehsalında 1990-cı il səviyyəsinə 1985-ci 
ildə çatmaq barədəki təşəbbüsünə yenidən nəzər salmış  və bu 
müddəti daha bir il qabaqlamağı  qərara almışdır. Xanlar adına 
sovxoz isə 1990-cı il səviyyəsinə 1982-ci ildə çatacaqdır 
(Alqışlar). 
Bu sizin yeni öhdəliklərinizdir. Biz ürəkdən alqışlayıb, bunları 
bəyənirik və bu yeni vətənpərvər təşəbbüslərinizə görə sizə 
Azərbaycan Kommunist Partiyası  Mərkəzi Komitəsinin dərin 
razılığını bildirirəm (Sürəkli alqışlar). 
Ancaq bilməlisiniz ki, sizin işinizdə hələ nöqsanlar da var. Hələ 
istifadə olunmamış ehtiyat qüvvələri, mənbələri də var. Bir sözlə, 
sizin  əldə etdiyiniz müvəffəqiyyətlər və çatdığınız səviyyə sizin 
üçün heç də son hədd ola bilməz və siz bütün imkanlardan səmərəli 
surətdə istifadə edib rayonun iqtisadi potensialını daha da 
gücləndirməlisiniz. Rayonun respublika miqyasında, kənd 
təsərrüfatı məhsulları istehsalı sahəsində xüsusi çəkisini  

80  
 
27 
 
daha da artırmalısınız. Bunun üçün sizin böyük perspektiv 
planiarınız var. Buna nail olmaq üçün birinci növbədə siz gərək 
işinizdə mövcud olan nöqsanları aradan qaldırasınız. Nöqsanlar da 
ondan ibarətdir ki, sizin təsərrüfatların hamısı eyni səviyyədə 
işləmir. Qabaqcıl təsərrüfatlarla yanaşı geridə qalan 
təsərrüfatlarınız da çoxdur. Bu, sizin zəif cəhətinizdir. Sizdə 
Kalinin adına kolxozun taxılçılıq, üzümçülük, həm də heyvandarlıq 
sahəsində olan nailiyyətləri respublika miqyasında nümunədir və 
sizin özünüzün belə bir qabaqcıl təsərrüfatınız olduğu halda, siz 
niyə geridə qalan təsərrüfatların işi ilə gərək razılaşasınız? Əgər biz 
respublikamızın başqa təsərrüfatlarını bu səviyyəyə qaldırmaq 
istəyiriksə, siz öz rayonunuzda olan bu qabaqcıl təcrübədən gərək 
daha da səmərəli istifadə edəsiniz. Məsələn, sizin başqa 
kolxozlarınız da var. Bu gün Aslanov yoldaş mənə dedi ki, Nizami 
adına kolxoz və onun veteran sədri Mahmudov yoldaş Kalinin 
adına kolxozun sədri Nikitin yoldaşla bəhsləşir, onun ardınca gedir. 
Yaxşı  nailiyyətlər əldə edir. Bu da çox sevindiricidir. Məsələn, bu 
gün Xanlar adına sovxozda, "Rusiya" sovxozunda mən gördüm ki, 
qısa müddətdə heyvandarlıq və digər sahələrdə xeyli inkişaf 
olmuşdur. Bunlar hamısı onu göstərir ki, sizin rayonda geridə qalan 
təsərrüfatları    irəlidə olan təsərrüfatların səviyyəsinə qaldırmaq 
mümkündür. Və  mənə belə  gəlir ki, siz buna nail olmalısınız. 
Gülüstan Həsənova kimi sağıcılar sizdə  gərək az-az olmasın, 
yeganə olmasın. Başqa sağıcılar, məsələn, niyə Gülüstan kimi 
işləməsin?! Bax, ona görə  də siz gərək ehtiyat qüvvələrindən 
səmərəli istifadə edəsiniz. 
Sizin rayonda üzümçülük böyük sahədir. Bu gün siz belə elan 
etdiniz ki, 1984-cü ildə 100 min ton üzüm istehsal edəcəksiniz.  

80  
 
28 
 
Yaxşı, bəs 90-cı ildə nə qədər olacaq? 200 min ton, yoxsa daha 
çox? Sözüm odur ki, rayonda üzümçülüyün gələcək perspektivləri 
üzərində dərindən düşünmək lazımdır. Gələcəyin nailiyyətləri üçün 
siz gərək üzümçülükdə  də böyük səmərəliliyə nail olasınız. 
Şübhəsiz ki, sahələri müəyyən qədər genişləndirəcəksiniz. Ancaq 
mövcud olan sahələrdən gərək yaxşı istifadə edəsiniz. Rayon üzrə 
üzüm bağlarının seyrəkliyi 18 faizdir. Demək, sizin üzüm altında 
olan torpağın 18 faizi istifadə olunmur. Əgər 18 faizi istifadə 
eləsəniz, gör nə  qədər  əlavə  məhsul ala bilərsiniz.  İndi 18 faiz 
seyrəkliyə dözmək olmaz. Bunu tezliklə aradan qaldırmaq 
lazımdır. Üzüm sahələrinin məhsuldarlığı da eyni səviyyədə deyil. 
Əgər, qabaqcıl təsərrüfatlarda 140-150 sentner məhsul götürülürsə, 
başqa təsərrüfatlarda bu göstərici aşağıdır. Ancaq mənə belə  gəlir 
ki, siz nəinki hər hektardan 150-200 sentner üzüm götürməlisiniz, 
hər hektarın məhsuldarlı-ğını daha yüksəyə çatdıra bilərsiniz. Və 
bu məqsəd uğrunda da siz mübarizə aparmalısınız. Başqa 
sahələrdə, bitkiçilikdə, məsələn, meyvə istehsalı sahəsində  də siz 
gərək nöqsanları aradan qaldırasınız. (Kartof istehsalı, düzdü, bu 
sahələr sizdə cüzidir). Məsələn, cəmisi siz onuncu beşillikdə 1809 
ton meyvə  tədarük etmisiniz, 643 ton kartof tədarük etmisiniz. 
Ancaq planı yerinə yetirməmisiniz. Sizin planınız meyvə üzrə 
onuncu beşillikdə 2739 tondur ki, bunu da 68 faiz yerinə 
yetirmisiniz, kartof üzrə (istehsal) 1290 tondur, bunu 50 faiz yerinə 
yetirmisiz. Bu, əlbəttə, yaramaz. Əgərqabaqcıl rayon olmaq 
istəyirsinizsə, gərək bu nöqsanları aradan qaldırasınız. O ki qaldı 
heyvandarlıq sahəsinə, bu sahədə  də sizin hələ ki, nöqsanlarınız 
var.  Ən böyük nöqsan isə naxırda inəklərin xüsusi çəkisinin az 
olmasıdır. Bu göstərici 24,6 faizdir. Sizin kimi qabaqcıl 
heyvandarlıq rayonu gərək inəklərin naxırda xüsusi çəkisini ən azı 
32-34-35 
 

80  
 
29 
 
faizə çatdırsın. 24-25 faiz sizin üçün biabırçılıqdır, bu, respublika 
səviyyəsindən də aşağıdır. Respublikada bu rəqəm 26,4 faiz təşkil 
edir. Siz bu gün söz verdiniz ki, heyvandarlıq sahəsində  ən 
qabaqcıl rayon olacaqsınız. Bunu Aslanov yoldaş bu yaxınlarda 
respublikanın zona müşavirəsində  də demişdir. Artıq bu vəd 
respublikada səslənib, yayılıbdır, indi gərək sözünüzün arxasında 
durasınız. Bunun üçün də siz gərək  ən azı iribuynuzlu malın 
çəkisini 450 kiloqrama çatdırasınız. Mənə belə  gəlir ki, 450 
kiloqram da sizə imkan verməyəcək ki, birinci yerə çıxasınız. Elə 
bu beşillikdə 450 kiloqram mal təhvil verən rayonlar var. Söz 
verdiyiniz hər inəkdən sağılan südü 3000 kiloqrama çatdıra 
bilməyiniz də sizə birinci yerdə durmağa haqq verməyəcək. Çünki 
bizim Abşeron rayonu, Şəki rayonu, Şamaxı rayonu, Xaçmaz 
rayonu, bir neçə başqa rayonlar artıq belə  rəqəmlərə nail olublar. 
Ona görə də sizin heyvandarlıq sahəsində bu günlər elan etdiyiniz 
öhdəlikləri mən məmnuniyyətlə  qəbul edirəm, ancaq istəyirəm 
bildirəm ki, birinci yerdə durmaq istə-yirsinizsə, gərək bu 
nöqsanları aradan qaldırasınız və heyvandarlığın bütün sahələrini 
daha da səmərələşdirəsiniz. 
Bir məsələni də, sizin yadınıza salmaq istəyirəm. Rayonda kənd 
zəhmətkeşlərində, fərdi təsərrüfatlarda mal-qaranın sayı azdır. Bu 
da partiyanın bu günkü tələblərinə uyğun deyil. Bu işlə ciddi 
məşğul olmalısınız. Bilirsiniz ki, XXVI partiya qurultayında bu 
məsələyə çox ciddi fikir verilibdir və  hər bir kəndli evinin gərək 
mütləq mal-qarası olsun və mütləq inəyi olsun. Sizin rəqəmlər bu 
barədə ümumi respublika səviyyəsindən aşağıdır. Ona görə rayon 
partiya komitəsi, rayon icraiyyə komitəsi və  təsərrüfat rəhbərləri, 
kənd soveti sədrləri gərək bu işlə də ciddi məşgul olsunlar. 
Sizin rayon partiya təşkilatı qarşısında kənd təsərrüfatından  

80  
 
30 
 
əlavə, başqa mühüm məsələlər də durur. Sosial problemlərin 
bundan sonra daha da sürətlə həll olunması, mədəniyyətin inkişafı, 
kəndlərin daha da abadlaşdırılması, kəndlərin hamısında yaxşı 
yaşamaq üçün bütün şəraitlərin yaradılması, bu məsələlərlə  də 
ciddi məşğul olmalısınız. Sizin rayon partiya təşkilatının mühüm 
vəzifələrindən biri də ondan ibarətdir ki, keçmişin tarixi abidələrini 
qoruyub, onları bərpa etməklə daha dəqiq, iş görsünlər. Lahıc kəndi 
artıq respublika partiya təşkilatının və Nazirlər Sovetinin qərarı ilə 
bütövlükdə qoruq elan olunubdur. Və o artıq dövlət tərəfindən 
qorunmalıdır. Ancaq təəssüf ki, uzun illər müddətində bu işə fikir 
verilmədiyinə görə Lahıc kəndinin gözəl tarixi abidələrinin çoxu 
xarab olmuşdur. Bundan sonra buna yol vermək olmaz. Ona görə 
bu işlə ciddi məşğul olmaq lazımdır. 
Rayon mərkəzindən Lahıca gedən yolun gediş-gəliş üçün daha 
işlək və rahat olmasından ötrü ciddi düşünmək vaxtıdır. Mən bu 
gün yol nəqliyyat naziri R.Xələfova və yoldaş Aslanova ciddi 
göstəriş verdim ki, gələn il üçüncü kvartalda Lahıc yolu tamamilə 
tikilsin, bütün körpülər istifadəyə verilsin. Burada Lahıca getmək 
üçün, bütün nəqliyyat vasitələri ilə getmək üçün tam yaxşı  şərait 
yaradılsın (Alqışlar)
Vəzifələriniz ondan ibarətdir ki, rayonun ərazisində olan bütün 
tarixi abidələrin hamısını  bərpa edəsiniz, yenidən qurub 
abadlaşdırasınız. Onları qoruyasınız və onlardan indi bizim gənc 
nəslin tərbiyəsi üçün, ümumiyyətlə, respublikamızın tarixini təbliğ 
etmək üçün səmərəli istifadə edəsiniz. Sonra sizin rayonun böyük 
mümkünatı var. Rayon təbiətcə çox gözəl rayondur. Gözəl 
meşələri, dağları, çayları, bulaqları var. Bunlar hamısı doğrudan da 
istirahət üçün, turizm üçün çox yararlıdır. Mən belə fikirdəyəm ki, 
Şamaxıdan sizə gələn yol açılandan sonra 

80  
 
31 
 
və sizdən Qutqaşenə gedən yol səhmana salınandan sonra biz bu 
məqsədə nail ola biləcəyik. Və siz indidən xırda-xırda rayonun bu 
böyük təbii sərvətlərini, gözəlliyini istirahət məqsədilə hazırlamaq 
üçün lazımi tədbirlər görməlisiniz və  mən yoldaş Aslanova 
demişəm ki, bu sahədə ətraflı təkliflərinin Azərbaycan KP MK-ya 
təqdim etsin. Dediyim kimi, əldə etdiyiniz nailiyyətlər onu göstərir 
ki, son illərdə partiya təşkilatının işi, ideoloji iş güclənmişdir. 
Ancaq bundan sonra da bu işləri təkmilləşdirmək lazımdır, daha da 
gücləndirmək lazımdır. Rayonda bütün sahədə partiya işində, sovet 
və təsərrüfat orqanlarının işində nizam-intizamı möhkəmləndirmək 
və kommunistlərin, bütün zəhmət adamlarının fəaliyyətini daha da 
gücləndirmək lazımdır. Eyni zamanda siz gərək çalışasınız ki, 
nizam-intizamın möhkəmlənməsində 
də, tələbkarlığın 
gücləndirilməsində də, kadrların məsuliyyət hissinin artırılmasında 
da qabaqcıllar cərgəsində olasınız. Siz gərək çalışasınız ki, xalqın 
rifah halını get-gedə yaxşılaşdırmaq sahəsində  də qabaqcıllar 
cərgəsində olasınız. Siz gərək çalışasınız ki, rayon əhalisinə yaxşı 
xidmət göstərilsin. Bu gün mənə bir neçə yaxşı ticarət müəssisəsi 
göstərdilər. Görünüşləri yaxşıdır. Yaxşı  rəssamlar, memarlar 
işləyiblər. Ancaq lazımdır ki, bütün bu müəssisələrdə  İsmayıllı 
rayonunun zəhmət adamlarına yaxşı xidmət göstərilsin, yüksək 
keyfiyyətli xidmət göstərilsin. Ticarət orqanlarında, ticarət 
şəbəkəsində  gərək düzlük olsun, təmizlik olsun, ticarət işçiləri 
gərək alıcını aldatmasınlar, vəzifələrindən sui-istifadə etməsinlər, 
oğurluqla,  əyriliklə  məşğul olmasınlar və rayon partiya komitəsi 
gərək bu sahədə  işi daha da gücləndirsin və ticarətdə olan bütün 
mənfi halların hamısının tamamilə aradan qaldırılmasını mütləq 
təmin etsin (Alqışlar)
Keçmişdə bizim respublikanı geriyə aparan hallardan biri də 
  

80  
 
32 
 
ondan ibarət olub ki, kadrların seçilməsində və yerləşdirilməsində 
çox böyük səhvlərə yol verilmiş  və  rəhbər kadrların çoxu 
vəzifəsindən uzun müddət sui-istifadə etmiş  və rüşvətxorlar, 
əliəyrilər, dövlət  əmlakına xor baxan adamlar təəssüf ki, vaxtı ilə 
mötəbər adamlar kimi görünmüş, amma düz, təmiz, xalqa sədaqətlə 
işləyən, mənəvi cəhətdən pak olan adamlar sıxışdırılmışlar. Biz 
indi vəziyyəti dəyişmişik. Respublikamızda bütün mənfi hallar, 
kommunist əxlaqına zidd olan bütün ünsürlərin hamısına qarşı biz 
ciddi mübarizə aparmışıq və bu sahədə böyük nailiyyətlər  əldə 
etmişik. Amma bu ünsürlərin hamısını, yoldaşlar, aradan çıxara 
bilməmişik. Hələ ki, bizim sıralarımızda oğrular da var, 
rüşvətxorlar da var, vəzifəsindən sui-istifadə edənlər də var, dövlət 
əmlakına xor baxanlar da var. Sizin rayonda da belə adamlar 
olmamış deyil. Əgər desəniz ki, yoxdur, mən buna inanmaram. 
Ancaq siz gərək öz işinizə özünütənqid nöqteyi-nəzərdən 
yanaşasınız və bu sahədə işi get-gedə gücləndirəsiniz. İqtisadiyyat 
şübhəsiz ki, bizim işin əsasını təşkil edir. Mənəviyyat da bizim işin 
əsasını  təşkil edir. Nizam-intizam da iqtisadiyyat və bütün başqa 
sahələrdə aparılan işlərin əsasıdır. Cəmiyyətimizə zidd olan bütün 
mənfi hallara qarşı mübarizə aparmaq işi bizim respublika partiya 
təşkilatının, rayon və ilk partiya təşkilatlarının  ən ümdə,  ən 
müqəddəs vəzifəsidir və bu vəzifələrin layiqincə yerinə yetirilməsi 
üçün siz gərək bundan sonra daha da çox işləyəsiniz. 
Sizin rayon çoxmillətli rayondur və beynəlmiləl  ənənəsi olan 
rayondur. Biz sevinirik ki, rayon miqyasında bir çox millətlərin 
nümayəndələri qardaş ailədə, dostluq, qardaşlıq şəraitində yaşayır, 
yaradır və ümumi iş naminə çalışır. Bu, bizim respublikanın, 
ümumiyyətlə, xarakterik cəhətlərindən biridir. Bizim respublikamız  

80  
 
33 
 
çoxmillətli respublikadır. Bizim respublikamız çox beynəlmiləl 
ənənəli respublikadır və bu ənənələri biz daha da inkişaf etdiririk. 
Bunu biz özümüz üçün böyük və müqəddəs vəzifələrdən biri hesab 
edirik. Bu günkü şərait,  əldə etdiyiniz nailiyyətlər də beynəlmiləl 
tərbiyə sahəsində yüksək qiymətə layiqdir. Ancaq bu sahə daim 
diqqət tələb edir və ona görə  də rayon partiya təşkilatı bu işlərlə 
daha da ciddi məşğul olmalıdır. 
Yoldaşlar, bir sözlə, sizin qarşınızda çox böyük vəzifələr var. 
On birinci beşillikdə sizdən daha yüksək nəticələr gözləyirik. 
Bu yaxınlarda sizin rayonda təbii fəlakət nəticəsində bir çox 
təsərrüfatlara zərər dəymişdir. Bilirsiniz ki, o günlərdə dərhal sizin 
rayona kömək göstərdik, rayonda vəziyyəti aşkar etmək üçün, 
əməli kömək göstərmək üçün xüsusi komissiya təşkil olundu. Bu 
sahədə xeyli iş görülüb və bundan sonra da görüləcək və  qısa 
müddətdə sizin rayonun iqtisadiyyatına vurulan zərərin hamısı 
aradan qaldırılacaqdır. Siz bilməlisiniz ki, bu il güclü yağışların 
yağması, sellərin  şiddətlənməsi, dolu düşməsi, başqa təbii 
fəlakətlər nəticəsində respublikanın bir çox rayonlarında kənd 
təsərrüfatına ziyanlar dəymişdir. Bu barədə  mərkəzi televiziya 
xəbər vermiş  və  Ağdam rayonunda daşan seli, dağıntını 
göstərmişdir. L.İ.Brejnev yoldaş mərkəzi televiziyanın bu verilişinə 
baxıb bizim respublikada olan hadisələrdən dərhal narahat 
olmuşdur. Səhərisi günü Brejnev yoldaş  mənə  zəng edib dedi ki, 
olan vəziyyəti geniş danışım. Mən ona ətraflı  məlumat verdim. 
Brejnev yoldaş soruşdu ki, sizə  nə kömək etmək lazımdır? Mən 
yoldaş Brejnevə çatdırdım ki, biz çətinliklərin öhdəsindən özümüz 
gələcəyik, bizim respublikaya təbii fəlakət nəticəsində vurulan 
zərəri özümüz aradan qaldıracağıq. 
 

80  
 
34 
 
...Mən, Brejnev yoldaşa söz verdim ki, bütün çətinliklərə 
baxmayaraq, Azərbaycan Respublikasının zəhmətkeşləri və 
xüsusən kənd zəhmətkeşləri bu il yeni böyük rekord nailiyyətlər 
əldə etmək uğrunda mübarizə aparırlar və biz bütün bu çətinlikləri 
aradan qaldırıb kənd təsərrüfatının bütün sahəsində yeni zirvələrə 
qalxacağıq (Sürəkli alqışlar). 
Mən gördüm ki, sizin rayona təbii fəlakət daha çox ziyan verib. 
Bütün bu çətinliklərin aradan qaldırılması üçün böyük iş 
görmüsünüz, fədakarcasına çalışmısınız, böyük səy edirsiniz və bu 
mənə bir daha əsas verir deyim ki, Brejnev yoldaşa dediyim sözlər 
tam həqiqətdir və  əsaslıdır. Biz verdiyimiz vədi tam yerinə 
yetirəcəyik. Bütün vədlərin və öhdəliklərin yerinə yetirilməsi üçün 
biz bundan sonra gərək daim əzmlə çalışaq və  mən tam ümidvar 
olduğumu bildirmək istəyirəm ki, İsmayıllı rayonunun 
zəhmətkeşləri Azərbaycan respublikasının 1981-ci ildə üzərinə 
götürdüyü öhdəliklərin hamısının müvəffəqiyyətlə yerinə 
yetirilməsində bundan sonra daha da fədakarcasına çalışacaq və 
bütün  əməli işlərlə bu öhdəliklərin yerinə yetirilməsini təmin 
edəcəkdir (Sürəkli alqışlar). 
Yoldaşlar, mən bir daha sizin hamınıza yaxşı  işinizə görə öz 
razılığımı bildirirəm və arzu edirəm ki, bu günkü görüşümüz, bu 
günkü səmimi söhbətimiz  İsmayıllı rayonunun gələcək inkişafı 
üçün yaxşı əsas yarada bilsin və siz fədakarcasına işləməklə bütün 
məqsədlərinizə nail ola biləsiniz. Yəni  İsmayıllı rayonu 
respublikanın  ən qabaqcıl rayonları  cərgəsinə  çıxa bilsin (Uzun 
1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə