İsmayillida unudulmaz gorüŞLƏR



Yüklə 341.9 Kb.
Pdf просмотр
səhifə4/11
tarix07.07.2017
ölçüsü341.9 Kb.
1   2   3   4   5   6   7   8   9   10   11

sürəkli alqışlar). 
Əlbəttə, müəyyən edilən zirvələrə çatmaq üçün gərək bütün 
işlərin sürəti və keyfiyyəti hər vasitə ilə gücləndirilsin, ehtiyat 
mənbələrindən bacarıqla istifadə edilsin, nöqsanlar dərhal aradan 
qaldırılsın. 
Bununla  əlaqədar olaraq mən, bu gün təntənəli münasibətlə 
toplaşmış olsaq da, sizin təsərrüfatınızın istifadə edilməyən bəzi 
imkanları haqqında danışmaya bilmərəm.  Ən  əvvəl, bu, naxırda 
doğar mal-qaranın xüsusi çəkisinin aşağı olmasına aiddir. 1980-ci 
ildə bu xüsusi çəki cəmi 27 faiz olmuşdur. Zənnimcə, belə göstərici 
sizin kolxoza yaraşmaz və təsərrüfatın heyvandarları yaxın illərdə 
inəklərin xüsusi çəkisini 35-37 faizə çatdırmaq  

80  
 
49 
 
üçün ciddi işləməlidirlər. Siz bunun öhdəsindən gələ bilərsiniz 
(Gurultulu alqışlar)
Siz sürünün və naxırın törədilib artırılmasını yaxşılaşdırmaq 
üçün də çox iş görməlisiniz. Keçən il hər yüz doğar heyvandan 
cəmi 88 buzov və 95 quzu alınmışdır. Bu da yaxşı yem bazası və 
maddi-texniki bazası olan, mütəxəssislərlə kifayət qədər təmin 
edilən təsərrüfatınızın imkanlarından aşağıdır. 
Kolxoz inəklərin məhsuldarlığının xeyli yüksəlməsinə nail 
olmuşdur. 1970-1980-ci illər  ərzində  təsərrüfatda orta süd sağımı 
2.020 kiloqramdan 3.817 kiloqrama çatmışdır. Lakin təsərrüfatda 
olan cins mal-qaranın genetik potensialından heç də tamamilə 
istifadə edilmir. Buna görə də bizim ümid etməyə haqqımız vardır 
ki, hər inəkdən 5.000-5.500 kiloqram süd sağan ayrı-ayrı 
qabaqcılların rekord göstəriciləri yaxın illərdə kolxozun bütün 
heyvandarlarına müyəssər olacaqdır (Gurultulu alqışlar). 
Kalinin adına kolxoz respublikada qabaqcıl kolxozlardan biridir. 
Lakin birincilər cərgəsində olmaq nəinki  şərəflidir, həm də çox 
məsuliyyətlidir. Öz mövqelərini saxlamaq üçün daimi axtarış, 
yaradıcı  gərgin  əmək, işin nəticələrinə  hər kəsin dərin maraq 
göstərməsi tələb olunur. Əziz yoldaşlar, icazə verin, əmin 
olduğumu bildirim ki, Kalinin adına kolxozun əməkçiləri bundan 
sonra da sosializm yarışının önündə gedəcək, 1981-ci ili və bütün 
on birinci beşilliyi yeni əmək tələbləri ilə başa çatdıracaqlar. 
(Gurultulu, sürəkli alqışlar). 
İndi isə yoldaşlar, izin verin, şərəfli tapşırığı yerinə yetirib 
kolxoza yüksək dövlət mükafatını  təqdim edim (Gurultulu 
alqışlar). 
 

80  
 
50 
 
AZƏRBAYCAN SSR-in İSMAYILLI 
RAYONUNDAKI KALİNİN ADINA KOLXOZUN 
QIRMIZI ƏMƏK BAYRAĞI ORDENİ İLƏ TƏLTİF EDİLMƏSİ 
HAQQINDA SSRİ ALİ SOVETİ RƏYASƏT HEYƏTİNİN 
FƏRMANI 
 
Əkinçilik və heyvandarlıq raəhsulları istehsalına və dövlətə 
satışına dair onuncu beşillik planların yerinə yetirilməsində 
qazandığı müvəffəqiyyətlərə görə Azərbaycan SSR-in İsmayıllı 
rayonundakı Kalinin adına kolxoz Qırmızı  Əmək Bayrağı ordeni 
ilə təltif edilsin. 
 
SSRİ ALİ Soveti Rəyasət heyətinin sədri 
L.BREJNEV 
SSRİ ALİ Soveti Rəyasət heyətinin katibi 
M.GEORQADZE. 
 
(H.Ə.Əliyev yoldaş uzun müddət arası kəsilməyən gurultulu 
alqışlar altında ordeni kolxozun bayrağına sancdı). 
Əziz dostlar, Vətənin yüksək mükafatı münasibətilə sizi bir 
daha səmimi-qəlbdən təbrik edirəm. (Gurultulu, sürəkli alqışlar). 
Sizə cansağlığı,  şəxsi səadət, böyük Vətənimizin rifahı naminə 
əməkdə böyük müvəffəqiyyətiər arzulayıram. (Uzun müddət arası 
kəsilməyən gurultulu alqışlar. Hamı ayağa qalxır). 
Kolxozun kollektivi adından onun sədri, Sosialist Əməyi 
Qəhrəmanı N.V.Nikitin çıxış etdi. O dedi: Bu gün torpağımıza 
böyük və fərəhli bayram gəlmişdir. Kalinin adına kolxoza Vətənin 
yüksək mükafatı - Qırmızı Əmək Bayrağı ordeni təqdim edilmişdir. 
Əməyimizin yüksək qiymətləndirilməsinə görə, icazə verin, 
təsərrüfatın idarə heyəti partiya, həmkarlar ittifaqı, komsomol 

80  
 
51 
 
təşkilatları, bütün əməkçiləri adından Sov.İKP Mərkəzi 
Komitəsinə, MK-nın Siyasi Bürosuna dərin minnətdarlığımızı 
bildirim. 
Nikitin yoldaş axırda dedi: Vətənin fəxri mükafatı, bizə 
göstərilən yüksək etimad Kalinin adına kolxozun kollektivini yeni 
əmək müvəffəqiyyətlərinə ruhlandırır. Biz on birinci beşilliyin 
birinci ilinin və bütün beşilliyin planlarını və sosialist öhdəliklərini 
vaxtından  əvvəl yerinə yetirməyə, partiyanın aqrar siyasətinin 
həyata keçirilməsinə layiqincə kömək etməyə, Sov.İKP XXVI 
qurultayının tarixi qərarlarını şərəflə yerinə yetirməyə söz veririk. 
Yığıncaqda adlı-sanlı sağıcı Anastasiya Minnikova, tarlaçılıq 
briqadasının briqadiri Nikolay Lebedev, mexanizator Nikolay 
Akimov, gənc kolxozçu Svetlana Minnikova həyəcanla çıxış 
etdilər. Onlar kənd təsərrüfatı istehsalının daha da yüksəlişi üçün, 
yeni nailiyyətlər qazanmaq üçün hər bir kolxozçunun, bütün əmək 
kollektivinin yüksək məsuliyyət daşıdıqlarından danışdılar. 
Natiqlər dedilər ki, mükafata, Kommunist Partiyasının və Sovet 
hökumətinin qayğısına cavab olaraq Kalinin adına kolxozun 
əməkçiləri daha yaxşı, daha məhsuldar işləmək, partiyanın əzəmətli 
göstərişlərini şərəflə yerinə yetirmək əzmindədirlər. 
V.İ.Lenin adına sovxozun direktoru Mahirə  Vəliyeva təltif 
olunanları səmimi sözlərlə təbrik etdi. 
Yığıncaqda Azərbaycan KP MK katibi İ.Ə.Məmmədov iştirak 
etmişdir. 
Yığıncağın iştirakçıları üçün Azərbaycan incəsənət ustalarının 
iştirakı ilə konsert verilmişdir. 
 
"Zəhmətkeş " qəzeti,  
28 iyul 1981. 

80  
 
52 
 
  
AZƏRBAYCANDA HEYVANDARLIĞIN VƏ 
YEM İSTEHSALININ ƏSASLI YÜKSƏLİŞİNİ 
TƏMİN ETMƏLİ 
 
Respublika rayonları  rəhbərlərinin Azərbaycan KP MK 
tərəfindən təşkil edilən respublika seminar-müşavirəsində 
partiyanın yüksək tələbləri mövqeyindən mühüm işgüzar söhbət 
getmiş, Sov.İKP XXVI qurultayının tələbləri ilə  əlaqədar olaraq 
Azərbaycanda heyvandarlığı  əsaslı surətdə yüksəltmək yolları 
müzakirə edilmişdir. Seminar-müşavirə heyvandarlıq və yem 
istehsalı sahəsində  hər il rekord nəticələr  əldə edən qabaqcıl 
kolxozda - İsmayıllı rayonundakı Kalinin adına kolxozda 
olmuşdur. Seminar-müşavirədə vilayət,  şəhər və rayon partiya 
komitələrinin birinci katibləri, xalq deputatları Sovetləri icraiyyə 
komitələrinin sədrləri, rayon kənd təsərrüfatı idarələrinin rəisləri, 
kolxoz sədrləri və sovxoz direktorları, iri təsərrüfatların partiya 
komitələrinin katibləri, kənd təsərrüfatı ilə  məşğul olan 
nazirliklərin və baş idarələrin rəhbərləri, alimlər, heyvandarlıq və 
yem istehsalı mütəxəssisləri, yaradıcılıq ittifaqlarının, kütləvi 
informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər. 
Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, Azərbaycan 
KP Mərkəzi Komitəsinin birinci katibi H.Ə.Əliyev yoldaş giriş 
nitqi ilə seminarı açaraq demişdir: 
- Azərbaycan KP Mərkəzi Komitəsi Sov.İKP XXVI 
qurultayının qərarlarını, iqtisadiyyatın bütün sahələrində, o 
cümlədən 

80  
 
53 
 
kənd təsərrüfatı sahəsində irəli sürülən vəzifələri həyata keçirmək 
üçün ardıcıl surətdə  əməli tədbirlər görür. Biz qurultayın 
göstərişlərinə uyğun olaraq respublikada heyvanlarlığın daha da 
yüksəldilməsinə  və bu yüksəlişin  ən mühüm əsası kimi yem 
istehsalının sürətlə inkişaf etdirilməsinə böyük əhəmiyyət veririk. 
Bununla  əlaqədar olaraq on birinci beşillik üçün böyük planlar 
müəyyən etmişik. 
Ölkə kommunistləri məclisinin tələblərinə  və göstərişlərinə 
uyğun olaraq heyvandarlığın və yem istehsalının 
intensivləşdirilməsi məsələlərini müzakirə etmək üçün bu gün 
keçirdiyimiz respublika seminar-müşavirəsi də  məhz Sov.İKP 
XXVI qurultayının qararlarını  həyata keçirmək sahəsində 
Azərbaycan KP Mərkəzi Komitəsinin tədbirlər kompleksinə 
daxildir.  İsmayıllı rayonunun İvanovka kəndinə, Kalinin adına 
kolxoza toplaşmağımız onuncu beşillikdə bu mühüm sahələrin 
inkişafında təsərrüfatın böyük müvəffəqiyyətlər qazanması ilə 
əlaqədardır. Bu müvəffəqiyyətlər heyvandarlıqda qabaqcıl  əmək 
formalarının və metodlarının tətbiq edilməsi, bütün işlər 
kompleksinin yaxşılaşdırılması, partiyanın müasir mərhələdəki 
aqrar siyasətinin tələblərinə Sov.İKP MK iyul (1978-ci il) 
plenumunun qərarlarına uyğun olaraq heyvandarlığın durmadan 
intensiviəşdirilməsi sayəsində mümkün olmuşdur. 
Seminarı bu qabaqcıl təsərrüfatda keçirməkdən məqsədimiz 
Kalinin adına kolxozda toplanılmış  təcrübəni öyrənmək və sonra 
geniş yaymaqdır.  Əminik ki, seminarın iştirakçıları - vilayətlərin, 
şəhərlərin və rayonların, nazirliklərin və baş idarələrin rəhbərləri, 
kənd təsərrüfatı mütəxəssisləri, xüsusən heyvandarlıq və yem 
istehsalı mütəxəssisləri müzakirəyə böyük maraq göstərəcək, 
işgüzarlıqla yanaşacaq, on birinci beşilliyin birinci 

80  
 
54 
 
ilində Azərbaycanda heyvandarlığın yeni, indikindən xeyli yüksək 
zirvələr fəth etməsi üçün ən yaxşı nə varsa hamısını öyrənib sonra 
öz işlərində fəal surətdə tətbiq etməyə çalışacaqlar. 
Sonra seminarın yekun iclası olmuşdur. İclasda Cəbrayıl Rayon 
Partiya Komitəsinin birinci katibi F.Vəlixanov, Xaçmaz Rayon 
Partiya Komitəsinin birinci katibi A.Nəsibov, Ağdam Rayon 
Partiya Komitəsinin birinci katibi S.Murtuzayev, Bərdə Rayon 
Partiya Komitəsinin birinci katibi R.Səfərəliyev,  İsmayıllı Rayon 
Partiya Komitəsinin birinci katibi Q.Aslanov, respublika meşə 
təsərrüfatı naziri H.Həsənov, Azərbaycan SSR Dövlət Üzümçülük 
və  Şərabçılıq Komitəsinin sədri Y.Rzayev, Baş Kolxoz-Sovxoz 
Tikintisi Idarəsinin rəisi  Ş.Həsənov çıxış etmişlər. Onlar demişlər 
ki, Azərbaycan KP MK-nın təşkil etdiyi seminar-müşavirə yüksək 
səviyyədə keçmiş, qarşıya qoyulan məqsədə nail olmuşdur. 
Natiqlər məzmunlu məruzələr və məlumatlar üçün, qabaqcıl əmək 
metodlarının  əməli surətdə göstərilməsi üçün Kalinin adına 
kolxozun rəhbərlərinə 
və mütəxəssislərinə özlərinin 
minnətdarlığını bildirmiş  və xüsusi olaraq qeyd etmişlər ki, 
təsərrüfatın bacarıqla idarə olunması, torpaq ehtiyatlarından, 
texnikadan, gübrələrdən, işçi qüvvəsindən səmərəli istifadə 
edilməsi sahəsində Kalinin adına kolxozun zəngin təcrübəsinin 
geniş miqyasda yayılması böyük əhəmiyyətə malikdir. Fermaların 
işçiləri arasında sosializm yarışlarının təşkili, işçilər üçün yaradılan 
əmək və məişət şəraiti hamıya böyük təsir bağışlamışdır. 
Çıxış edənlər qeyd etmişlər ki, Sov.İKP XXVI qurultayı  kənd 
təsərrüfatını daha da inkişaf etdirməyin başlıca problemləri 
arasında heyvandarlıq məhsulu istehsalını və tədarükünü hər vasitə  

80  
 
55 
 
ilə artırmağın, onun yem bazasını xeyli yaxşılaşdırmağın zəruri 
olduğunu göstərmişdir.  İlin birinci yarısının yekunları göstərir ki, 
respublikanın heyvandarları Sov.İKP XXVI qurultayının 
qərarlarını, Azərbaycan Kommunist Partiyası XXX qurultayının 
tapşırıqlarını  həyata keçirərək, fermalarda məhsul istehsalını  və 
dövlətə satışını artırmış, yem tədarükünü sürətləndirmişlər. Bir sıra 
rayonlarda cöngələrin sənaye əsasında bəslənməsi təşkil edilmişdir. 
Süd istehsalının sənaye təməli üzərinə keçirilməsi davam etdirilir. 
Damazlıq işi yaxşılaşır. Məhsuldarlığı yüksək olan südlük düyələr 
bəslənməsi üçün yeni kompleks-lərin tikilib istifadəyə verilməsi 
buna çox kömək edir. Bərdə, Ağdam, Balakən rayonlarında və bir 
sıra başqa rayonlarda xalq tikintisi metodu ilə heyvandarlıq 
obyektləri tikilməsi genişlənmişdir. Bu zaman iqtisadi cəhətdən 
sərfəli layihələrdən istifadə olunur. Bu, işlərin müddətlərini və 
dəyərini xeyli azaltmağa imkan verir. 
Heyvandarlığın və yem istehsalının daha da inkişafı  uğrunda 
mübarizə ilin ikinci yarısında da eyni gərginliklə davam edir. 
Seminarda qeyd edilmişdir ki, məsələnin mənafeyi bu işin daha da 
yaxşılaşdırılmasını  tələb edir. Qüvvələrin yem tədarükünü və 
heyvandarlıq obyektləri tikintisini sürətləndirmək üzərində 
cəmləşdirilməsi tələb olunur. Kalinin adına kolxozda olduğu kimi, 
kadrlarla işin yaxşılaşdırılmasına, onların düzgün seçilməsinə  və 
istehsalın mühüm sahələrində yerləşdirilməsinə xüsusi fikir 
verilməlidir. Heyvandarlığın və yem istehsalının idarə olunması 
təkmilləşdirilməli, istehsal prosesləri kompleks 
mexanikləşdirilməli və avtomatlaşdırılmalı,  əmək məhsuldarlığı 
yüksəldilməli, elm və texnikanın nailiyyətləri, qabaqcıl təcrübə 
geniş miqyasda tətbiq edilməlidir. Heyvanların süni surətdə 
mayalanmasının  

80  
 
56 
 
hər yerdə  tətbiqi məsələsinə xüsusi fikir verilmişdir. Bunun 
sayəsində cins tərkibini sürətlə  təzələmək mümkündür. Başqa 
ehtiyat mənbələrindən bacarıqla istifadə olunması da 
heyvandarlığın inkişafında mühüm rol oynayır. Məsələn, orta pillə 
mütəxəssislərinin və  işçilərinin ixtisasının artırılmasına, texnikaya 
yaxşı  bələd olan kütləvi peşə  işçilərinin hazırlanmasına xüsusi 
diqqət yetirilməlidir. 
Bununla əlaqədar olaraq natiqlər Kalinin adına kolxozun zəngin 
təcrübəsinin tezliklə ümumiləşdirilməsi və yayılması  məsələsini 
qaldırmışlar. Həmin təcrübə ilə  təkcə  təsərrüfatların rəhbərləri və 
mütəxəssislər deyil, geniş partiya, sovet, komsomol fəalları, 
müvafiq nazirliklərin və baş idarələrin işçiləri tanış olmalıdılar. 
Seminarın iştirakçıları öz rayonlarında mövcud olan ciddi 
nöqsanlardan, istifadə edilməmiş imkanlardan danışmış, sahəyə 
zəif rəhbərlik edən, heyvandarların ehtiyaclarına və  tələbatına, 
mütərəqqi metodların tətbiq olunmasına kifayət qədər diqqət 
yetirməyən respublika Kənd Təsərrüfatı Nazirliyini, bir sıra 
təchizat təşkilatlarını, Baş Kolxoz-Sovxoz Tikintisi İdarəsini tənqid 
etmişlər. Onlar 70-ci illərdə respublika pambıqçılarının və 
üzümçülərinin istifadə etdikləri qabaqcıl  əmək metodlarının yem 
istehsalında tətbiqinin zəruri və  məqsədyönlü olduğunu qeyd 
etmişlər. Respublikanın yem bitkiləri  əkilmiş sahələrinin təqribən 
70 faizini təşkil edən suvarılan torpaqlarda həmin bitkinlərin 
məhsuldarlığı  əvvəlki kimi yenə da aşağıdır. Mütəxəssislərin bir 
qismi arasında belə bir fikir mövcuddur ki, guya respublikada 
heyvandarlığın gələcək inkişafı üçün yeni, iri torpaq sahələri tələb 
olunur. Qeyd olunmuşdur ki, bu fikir tamamilə əsassızdır. Kalinin 
adına kolxozun əməkçilərinin təcrübəsi buna  

80  
 
57 
 
bir daha inandırır. Onlar dəmyə sahələrdə  hər hektardan 50 
sentnerə  qədər yem vahidi əldə edirlər. Bu təsərrüfatın 
əməkçilərinin müvəffəqiyyəti sübut edir ki, hətta suvarılmayan 
torpaqlarda da qabaqcıl aqrotexnikadan bacarıqla istifadə etdikdə 
çox yüksək məhsul yetişdirmək mümkündür. 
Seminarda həmçinin respublika layihə  və tikinti-quraşdırma 
təşkilatlarının işindəki nöqsanlardan danışılmışdır. Onlar 
Azərbaycan  şəraitində özünü doğrultmayan heyvandarlıq 
obyektləri, gücü az olan yem istehsalı müəssisələri tikintisindən 
heç cür əl çəkmirlər. Məsələn, Baş Kolxoz-Sovxoz Tikintisi 
İdarəsinin fəaliyyətini yaxşılaşdırmaq üçün çox iş görülməlidir. 
Onun yerli idarələri heyvandarlıq obyektlərini ləng tikirlər, bu 
obyektlərin tikintisi üçün sahələri bəzən uğursuz seçirlər. 
Hər yerdə  kənd təsərrüfatı mütəxəssislərinə qarşı  tələbkarlığı, 
tapşırılmış  iş sahəsi üçün onların məsuliyyətini artırmaq lazımdır. 
Bununla əlaqədar olaraq qeyd edilmişdir ki, S.Ağamalı-oğlu adına 
Azərbaycan Kənd Təsərrüfatı  İnstitutu yanında daimi kurslarda 
rəhbər kadrların təhsilinin və hazırlığının təkmilləşdirilməsinin 
keyfiyyəti aşağıdır və günün tələblərinə hələ cavab vermir. Burada 
qabaqcıl təsərrüfatların təcrübəsi pis ümumiləşdirilir. 
Natiqlər demişlər ki, yaxın vaxtlarda respublikada yem bitki-
lərinin məhsuldarlığını xeyli yüksəltmək, pambıqçılıqda və 
üzümçülükdə istifadə olunan qabaqcıl aqrotexnikanı yem 
istehsalında da tətbiq etmək tələb olunur. 
Seminar iştirakçıları yekdilliklə bildirmişlər ki, heyvandarlığı və 
yem istehsalını sürətlə inkişaf etdirmək, kənd təsərrüfatının bu 
mühüm sahələrində  hələ 1981-ci ildə  əsaslı dönüş yaratmaq üçün 
bütün imkanlar vardır. Onlar əmin etmişlər ki, Azərbaycanın  

80  
 
58 
 
Sov. İKP XXVI qurultayının qərarlarını, var qüvvələrini on birinci 
beşilliyin birinci ilində heyvandarlıqda və yem istehsalında rekord 
nəticələr qazanılması üçün səfərbərliyə alacaqlar. 
Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, Azərbaycan 
KP MK-nın birinci katibi H.Ə.Əliyev yoldaş öz çıxışında seminar 
müşavirəyə yekun vurmuşdur. 
Respublika seminar-müşavirəsinin işində Azərbaycan KP MK 
bürosunun üzvləri, Azərbaycan SSR Nazirlər Sovetinin sədri 
H.N.Seyidov, Azərbaycan KP MK katibi İ.Ə.Məmmədov, 
Azərbaycan KP MK bürosu üzvlüyünə namizədlər, Dağlıq Qarabağ 
Vilayət Partiya Komitəsinin birinci katibi B.S.Gevorkov və 
Azərbaycan LKGİ MK-nın birinci katibi C.M.Müslümzadə 
Azərbaycan KP Mərkəzi Komitəsinin 
şöbə müdirləri 
V.M.Quluzadə və Ə.F.Daşdəmirov iştirak etmişlər (Azərinform). 
 
"Kommunist" qəzeti,  
29 iyul 1981. 

80  
 
59 
 
H.Ə.ƏLİYEV YOLDAŞIN ÇIXIŞI 
 
Respublika seminar-müşavirəsinə yekun vurarkən on birinci 
beşillikdə  və bütün gələcək dövr ərzində Sov.İKP XXVI 
qurultayının tələblərinə, uyğun olaraq heyvandarlıq və yem 
istehsalı sahəsində görəcəyimiz işlərin çox böyük əhəmiyyətini bir 
daha xatırlatmaq istəyirəm. Hamımız bu gün heyvandarlıq kənddə 
zərbəçi cəbhədir - sözlərini yüksək məsuliyyət hissi ilə 
qarşılamışıq. 
Baş katib sovet kommunistləri məclisindəki məruzəsində, 
özünün sonrakı 
çıxışlarında ölkəmizdə heyvandarlığın 
vəziyyətindən narahat olduğunu bildirərək kənd təsərrüfatının bu 
mühüm sahəsində  işləri kökündən yaxşılaşdırmaq zərurəti 
haqqında müddəanı inkişaf etdirmiş, müvəffəqiyyət qazanmaq 
üçün görüləsi işlərin konkret yollarını göstərmişdir. Bununla 
əlaqədar olaraq onun belə bir göstərişinin prinsipial əhəmiyyəti 
vardır ki, on birinci beşillik heyvandarlıq üçün möhkəm yem bazası 
yaratmaq beşilliyi olmalıdır. Yoldaşlar, bizim ən birinci vəzifəmiz 
elə  səmərəli tədbirlər görməkdir ki, bunlar heyvandarlığı  və yem 
istehsalını daha da yüksəltmək haqqında Sov. İKP XXVI 
qurultayının qərarlarını respublikamızda tamamilə  həyata 
keçirməyə imkan versin. 
Sizə mulumdur ki, Azərbaycan Kommunist Partiyasının XXX 
qurultayında biz doqquzuncu və onuncu beşilliklərdə respublikada 
heyvandarlıq və yem istehsalı sahəsində görülən işləri ətraflı təhlil 
etmiş, nöqsanları  kəskin tənqid etmiş, bu sahələrdə mövcud olan 
bütün problemlərin həll edilməsi yollarını müəyyənləşdirmişik.  

80  
 
60 
 
Lakin partiyanın XXVI qurultayının qərarları ilə əlaqədar olaraq bu 
sahədə bütün işimizi yüksəltmək üçün əlavə  tədbirlər hazırlayıb 
həyata keçirmək lazım gəldi. 
Bu məqsədlə Azərbaycan KP MK bürosu bir sıra əməli tədbirlər 
gördü. Kənd təsərrüfatı istehsalını, o cümlədən heyvandarlığı  və 
yem istehsalını daha da inkişaf etdirmək məsələləri bu il martın  
17-də Sov.İKP XXVI qurultayının yekunlarına həsr olunmuş 
respublika partiya fəalları  yığıncağında  ətraflı  nəzərdən keçirildi. 
Bu məsələlər mayın 15-də keçirilən və XXVI qurultayın qərarlarını 
yerinə yetirmək sahəsində  təşkilat-siyasi tədbirləri müzakirə edən 
Azərbaycan KP MK plenumu iclasına və  kənd təsərrüfatına dair 
respublika partiya-təsərrüfat fəalları yığıncağına çıxarıldı. 
Əliyev yoldaş daha sonra demişdir: Heyvandarlıq və yem is-
tehsalı sahəsində yetmişinci illərdəki fəaliyyətimizin yekunlarından 
danışarkən qeyd etməliyik ki, bu dövrdə biz xeyli irəliləmiş və az 
müvəffəqiyyət qazanmamışıq. Doqquzuncu və onuncu beşilliklərin 
bütün illərində respublika heyvandarlıq məhsulları istehsalı  və 
tədarükü planları ardıcıl surətdə yerinə yetirilmişdir. Biz 1980-81-
ci ildə mal-qaranın qışlaması sahəsində  və yeni beşilliyin birinci 
ilinin altı ayının yekunları üzrə yaxşı göstəricilər  əldə etmişik. 
Əvvəllər də deyildiyi kimi, bunlar ölkədə ən yaxşı göstəricilərdən 
biridir. 
Lakin  əldə edilmiş  nəticələr bizi hələ razı salmır, respublika 
partiya təşkilatımızın rəyi belədir. Bu rəy ona əsaslanır ki, 
heyvandarlıq məhsulları istehsalının və tədarükünün artım sürətinin 
yüksək olması ilə  bərabər, mal-qaranm məhsuldarlığı sahəsində 
Azərbaycanın göstəriciləri orta ittifaq səviyyəsindən geri qalır, 
respublikanın böyük imkanlarından hələ heç də tamamilə istifadə  

80  
 
61 
 
edilmir. Bir sözlə, biz indiyədək kiçik addımlarla irəliləmişik. 
Yoldaşlar, heyvandarlığın və yem istehsalının  əsaslı yüksəlişinə 
nail olmaq lazımdır və bu gün biz buna tamamilə hazırıq. Buna 
görə  də indi vəzifə elə  tədbirlər həyata keçirməkdir ki, onlar bizə 
heyvandarlıq və yem istehsalı sahəsində  əsaslı dönüş yaratmaq 
imkanı versin. Azərbaycan Kommunist Partiyasının baş  xətti 
belədir və onu sözsüz həyata keçirmək lazımdır. 
Başqa bir cəhət. Son vaxtlar respublikada əkinçiliyin bütün 
sahələri sürətlə inkişaf edir. Yetmişinci illərdə pambıq, üzüm, 
tərəvəz, meyvə, tütün istehsalı yüksək səviyyəyə çatdırılmışdır. 
Taxılçılıqda da müvəffəqiyyət az deyildir. Nailiyyətləri obyektiv 
qiymətləndirərək qeyd etmək lazımdır ki, heyvandarlığın və yem 
istehsalının inkişaf sürəti bitkiçiliyin inkişaf sürətindən xeyli geri 
qalır. Bu da istifadə edilməmiş böyük imkanlar olduğunu göstərir. 
O adamlar ki, 50-ci və 60-cı illərdə Azərbaycanda pambıqçılığın 
perspektivsizliyindən danışırdılar, yüksək məhsuldarlığa nail 
olmağı və bol pambıq yetişdirməyi mümkün saymırdılar, onlar indi 
yəqin etmişlər ki, şəkk-şübhələri və  kəmetiqadlıqla çıxardıqları 
nəticələr nə qədər səhv, hətta respublikamız üçün nə qədər zərərli 
idi. Yetmişinci illərin  əvvəllərində az adam inanırdı ki, biz qısa 
müddətdə üzümçülükdə böyük sıçrayışa nail ola bilərik. Kəhrəba 
salxımlar istehsalının inkişafında Azərbaycan kommunistlərinin, 
bütün Azərbaycan zəhmətkeşlərinin təcrübəsi və müvəffəqiyyətləri 
indi təkcə respublikamızda yox, həm də bütün ölkədə yüksək 
qiymət almış və şöhrət qazanmışdır. Səbəb nədir ki, biz keçmişdə 
son dərəcə  bərbad vəziyyətdə olan bu sahələrdə çox böyük 
müvəffəqiyyətlər qazanmışıq, vaxtilə bitkiçilikdən daha çox geri 
qalan heyvandarlıqda isə lazımi  

80  
 
62 
 
dönüş yarada bilməmişik? Səbəb aydındır, biz bu barədə dəfələrlə 
danışmışıq, lakin mən bir daha xatırlatmaq istəyirəm. Səbəb budur 
ki, biz heyvandarlıq və yem istehsalı problemlərinə respublikanın 
hər yerində, aşağıdan-yuxarıyadək  əsl maraq göstərilməsinə nail 
olmamışıq. 
Əgər biz indi həqiqətən də düzgün yola düşmüşüksə  və 
həqiqətən bu mühüm sahələrin  əsaslı yüksəlişini təmin etmək 
istəyiriksə bu işə  ən yüksək məsuliyyətlə  və  ən böyük diqqətlə 
yanaşmalıyıq. Bu isə,  əlbəttə, bizim qüvvəmiz və imkanlarımız 
daxilindədir. 
Yoldaşlar, üzümüzə  gələn dövr üçün, bütün on birinci beşillik 
üçün vəzifə belədir. Bunu əsas götürərək, Azərbaycan KP Mərkəzi 
Komitəsi bu ilin dördüncü kvartalında heyvandarlıq və yem 
istehsalı  məsələləri üzrə MK-nın xüsusi plenumunu keçirməyi 
nəzərdə tutur. Heyvandarlığı inkişaf etdirmək işində bu plenumun 
dönüş  mərhələsi olması üçün ona çox ciddi və  hərtərəfli 
hazırlaşmaq lazımdır. Elə hazırlaşmaq ki, plenum kənd təsərrüfatı 
istehsalının bu çox mühüm sahələrində fəaliyyətimizin nəinki əsas 
istiqamətlərini müəyyən etsin, həm də heyvandarlığın və yem 
istehsalının  əsaslı yüksəlişi üçün konkret tədbirləri nəzərdən 
keçirsin və təsdiq etsin. 
Şəxsən mən vəzifəmizi belə  təsəvvür edirəm. Azərbaycan KP 
MK bürosunun üzvləri də bu fikrə  şərikdirlər. Buna görə  də biz 
plenuma hazırlaşmaq üçün respublikada geniş miqyaslı  iş 
aparmalıyıq, bu işin gedişində hər bir təsərrüfatda, hər bir fermada 
həll edilməli məsələlərin hamısı müzakirə olunmalı  və götür-qoy 
edilməlidir. Həmin işə geniş əməkçi kütlələri, heyvandarlıq və yem 
istehsalı mütəxəssisləri, alimlər, partiya, sovet, təsərrüfat işçiləri 
cəlb olunmalıdırlar.  Bir sözlə, plenuma konkret  

80  
 
63 
 
və müfəssəl təkliflərlə gəlmək üçün biz son zamanlar respublikada 
toplanmış bütün təcrübəni və biliyi səfərbərliyə almalıyıq. 
Əliyev yoldaş qeyd etmişdir ki, plenuma hazırlıq kompleksində 
biz bu seminar-müşavirəni də keçirməyi qərara almışdıq. Etiraf 
edim ki, bu barədə çoxdan düşünürdük. Özü də bax belə bir 
səpkidə düşünürdük. Bir tərəfdən, bu tədbiri elə  təşkil etmək 
lazımdır ki, yaxşı  əməli fayda, lazımi səmərə versin, formal 
xarakter daşımasın. Digər tərəfdən isə istəyirdik ki, heyvandarlığın 
və yem istehsalının inkişafı sahəsində Kalinin adına kolxozun 
zəngin təcrübəsi respublikanın bütün ferma əməkçiləri arasında 
yayılsın. Azərbaycan KP Mərkəzi Komitəsi bu qabaqcıl 
təsərrüfatın işinin nəticələrini digər kolxozlara və sovxozlara 
dəfələrlə nümunə göstərmişdi. Respublika partiya-təsərrüfat 
fəallarının bu yaxınlarda keçirilən yığıncaqlarda Nikitin yoldaş 
çıxış edərək kolxoz heyvandarlarının diqqətəlayiq işləri haqqında 
yenidən danışdı, bir sıra tənqidi mülahizələr söylədi və qiymətli 
təkliflər irəli sürdü. Respublika seminar-müşavirəsini məhz burada 
İvanovka kəndində keçirmək haqqında qəti qərara da elə o zaman 
gəldik. Azərbaycan KP MK buna tərəf dar çıxdı  və indi burada 
müvəffəqiyyətlə həyata keçirdiyimiz xüsusi qərar qəbul etdi. 
İvanovkaya toplaşmış bütün seminar-müşavirə  iştirakçıları 
görülmüş işlərdən, zənnimcə, son dərəcə razıdırlar, mənə elə gəlir 
ki, qarşıya qoyduğumuz məqsədə çatmışıq. Biz yaxşı bir tədbir 
hazırlayıb həyata keçirməyə müvəffəq olmuşuq,  ən başlıcası isə 
tədbirimiz işgüzarlıq, qarşılıqlı anlaşma, yaradıcılıq və demokratiya 
şəraitində keçmişdir. Biz gün ərzində aktual məsələləri və 
problemləri  ətraflı müzakirə etmişik və seminar-müşavirənin 
yekunlarından ümumən razı ola bilərik. 
 
 
 

80  
 
64 
 
Heyvandarlıq və yem istehsalı sahəsində Kalinin adına 
kolxozun işindən aldığımız təəssürrata gəldikdə, mənim fikrimcə, 
bütün seminar iştirakçılarının təəssüratı eynidir: İvanovka kəndində 
eşitdiklərimizin və gördüklərimizin hamısı böyük hörmətə  və  ən 
yüksək qiymətə layiqdir. Əvvəla biz maraqlı  əməli təcrübə ilə 
zəngin, çox məzmunlu, konkret, dolğun çıxışlara qulaq asdıq.  Ən 
əvvəl, Nikitin yoldaşın canlı, sadə  və tutarlı  dəlillərlə 
əsaslandırılmış məruzəsini dinlədik. O, bir saat ərzində bizə yüksək 
istehsal göstəricilərinə əsaslanan, işi, heyvandarlıq və yem istehsalı 
nəzəriyyəsini və praktikasını  dərin izah edən inandırıcı  və  zəngin 
material təqdim etdi. Eyni zamanda toplan-mış bütün təcrübəni və 
biliyi çox böyük həvəslə və səxavətlə bölüşdü. Biz onun çıxışında 
Kalinin adına kolxozun sədrinin öz işinə  əsl vətənpərvər kimi, 
dövlət adamı kimi yanaşdığını hiss etdik. Öz kollektivi ilə birlikdə 
böyük müvəffəqiyyətlər qazanmış Nikitin yoldaş ürəkdən istəyir ki, 
onların qabaqcıl metodları respublikanın hər yerində yayılsın, 
bütün təsərrüfatların malı olsun. Nikitin yoldaşın məruzəsi mənə 
bax belə təsir bağışladı və zənnimcə, siz onunla razılaşarsınız. 
Kolxozun digər nümayəndələri: partiya komitəsinin katibi Panin 
yoldaş, heyvandarlıq kompleksinin müdiri Smorodin yoldaş, yem 
tədarükü briqadasının briqadiri Jabin yoldaş, kolxozun baş 
mühəndisi Minnikov yoldaş da bu ruhda danışdılar. 
Seminarımızın fərqləndirici xüsusiyyəti, müstəsna  əhəmiyyəti 
və  əməli faydası bundadır ki, biz məruzələri dinlədikdən sonra 
deyilənlərlə yerindəcə,  əyani  şəkildə tanış ola bildik. Demək olar 
ki, biz hər  şeyə - yonca və qarğıdalı  əkinlərinə  də, digər yem 
bitkiləri sahələrinə də, yolüstü, taxıl zəmilərinə də baxdıq. Kolxozu 
gəzdikcə öz gözümüzlə görüb yəqin etdik ki, təsərrüfatda  

80  
 
65 
 
yem istehsalının kompleks inkişafı planı müvəffəqiyyətlə  həyata 
keçirilir. Gördük ki, gərgin  əməklə yetişdirilmiş yem bacarıqla 
tədarük olunur, hazırlanır, sonra da, mal-qaranın yüksək 
məhsuldarlığına nail olmaq üçün səmərəli tətbiq edilir. Yəni yem 
istehsalının və mal-qaranın yemlənməsinin yaxşı sahmanlanmış 
mürəkkəb prosesini öz gözümüzlə gördük. Bütün bunlar çox güclü 
təsir bağışladı  və aydın göstərdi ki, ictimai heyvandarlığı 
dönmədən intensivləşdirmək yolunda Kalinin adına kolxozun 
müvəffəqiyyətlərinin təməli həqiqətdə nədən ibarətdir. 
Bununla birlikdə biz digər mühüm texnoloji proseslərlə də, mal-
qaranın törəyib artması, qaramalın sayının çoxaldılması  işləri ilə, 
mal-qaranın saxlanma şəraiti ilə  də tanış olduq. Heyvandarlıq 
binalarının vəziyyəti, kompleksin bütün ərazisi, kökəltmə 
məntəqəsi, süni mayalanmanın təşkili, habelə fermada istehsal 
proseslərinin yüksək dərəcədə mexanikləşdirilməsi, inəklərin 
maşınla sağılması - südün bol və keyfiyyətli olmasını  təmin edən 
hər şey hamımıza gözəl təsir bağışladı. 
Başlıcası isə biz həm seminarın birinci hissəsində kalininlilərin 
çıxışlarını dinləyərkən, həm də kolxoz obyektlərini gəzərkən hiss 
etdik ki, burada heyvandarlıqda və yem istehsalında çalışan hər bir 
adam öz işinə necə  məhəbbətlə, maraqla və  həvəslə yanaşır, öz 
işini nə qədər yaxşı bilir. İvanovka kəndində biz vicdanla işləyən, 
heyvandarlıq məsələlərinə  dərindən bələd olan, nəzəri biliklərdən
ölkəmizin və xarici ölkələrin qabaqcıl təcrübəsindən  əməli işdə 
bacarıqla və yaradıcılıqla istifadə edən kolxoz üzvlərini gördük. 
Seminarda düzgün qeyd edildi ki, kolxozun bütün üzvləri - həm də 
bu tribunadan danışanlar, həm də  təsərrüfatda tanış olduğumuz 
əməkçilər öz peşələrini 

80  
 
66 
 
mükəmməl bilən, məharətdə  nə respublika, nə  də Ümumittifaq 
miqyaslı mütəxəssislərdən geri qalmayan adamlardır. Kalinin adına 
kolxozun heyvandarlarmm sanballı nailiyyətlərinin 
əsas 
amillərindən biri də məhz budur. 
Təəccüblüdür ki, bəzi yoldaşlar Kalinin adına kolxozun 
heyvandarlıq sahəsindəki yüksək göstəricilərini xüsusi, son dərəcə 
əlverişli torpaq-iqlim şəraitində görürlər. Deyirlər ki, belə 
torpaqlarımız olsa idi, biz də müvəffəqiyyət qazanardıq. Bu cür 
düşünənlər ancaq təəssüf doğurur. Belə mühakimələr işə  səthi 
yanaşmağı, kənd təsərrüfatının heyvandarlıq kimi çox mühüm 
birsahəsində  əməlli-başlı  işləmək arzusunun olmamasını göstərir. 
Deyim ki, Kalinin adına kolxozun şəraiti adi şəraitdir, ideal 
şəraitdən uzaqdır, onun torpaqları suvarılmayan  əkinçilik 
zonasındandır, bütün məhsulu dəmyə torpaqlarda istehsal edilir. Bu 
isə  əsla  əlverişli cəhət deyildir, əksinə, təsərrüfatın idarə 
olunmasını mürəkkəbləşdirən cəhətdir. Deməli, burada taxıl, üzüm, 
yem bitkiləri, heyvandarlıq məhsulları istehsalında  əldə edilmiş 
yüksək göstəricilər ən əvvəl və yalnız inadlı, gərgin əməyin, kənd 
təsərrüfatına, o cümlədən heyvandarlığa və yem istehsalına 
dərindən bələd olmağın nəticəsidir. 
Kalinin adına kolxozun nailiyyətlərinin mənbələrini dərindən 
təhlil etmək fikrində deyiləm, lakin hər halda bəzi cəhətlər üzərində 
dayanmaq istəyirəm. Müvəffəqiyyətin həlledici amillərindən biri 
bundan ibarətdir ki, kolxozun idarə heyəti, partiya təşkilatı Sov. 
İKP MK mart (1965-ci il) plenumunda müasir mərhələ üçün işlənib 
hazırlanmış, Sov. İKP qurultaylarında və MK-nın sonrakı 
plenumlarında, daha da inkişaf etdirilmiş aqrar siyasətin dönmədən 
həyata keçirilməsinə kollektivi səfərbər edə bilmişlər. Yəni Sov. 
İKP-nin aqrar siyasətinin həyata keçirilməsinə  

80  
 
67 
 
düşünülmüş, işgüzar münasibət,  əsl dövlət münasibəti, yüksək 
partiyalı münasibət gözümüz qabağındadır. Sov.İKP-nin aqrar 
siyasəti kənd təsərrüfatımn intensiv şəkildə idarə edilməsinin 
əsasıdır və ötən illər ərzində ölkəmizdə kənd təsərrüfatı istehsalının 
inkişafı sahəsində toplanmış zəngin təcrübə buna sübutdur. 
Kalinin adına kolxozun kommunistləri, əməkçiləri respublikada 
kənd təsərrüfatımn inkişafı üçün 70-ci illərdə yaradılmış əl-verişli 
imkanlardan, Azərbaycan KP Mərkəzi Komitəsinin və Azərbaycan 
hökumətinin yerli partiya, sovet və  təsərrüfat təşkilatlarına 
köməyindən düzgün və bacarıqla istifadə edirlər. 
Kalinin adına kolxozun nailiyyətləri bir çox cəhətdən onun 
əməkçilərinin işə yaradıcılıqla yanaşması, qabaqcıl təcrübədən 
geniş istifadə edilməsi, ən yüksək göstəricilər qazanmaq arzusunun 
güclü olması sayəsində qazanılmışdır. Bunlar idarə heyətinin, 
kolxoz istehsalının bütün vəsilələri rəhbərlərinin böyük təşkilatçılıq 
işinin, təsərrüfatın partiya təşkilatı  tərəfindən bacarıqla aparılan 
tərbiyə işinin nəticəsidir. Kalininlilərin daim axtarışda olduqlarını, 
öz torpaq sahələrinin bütün imkanlarından bacarıqla istifadə 
etdiklərini, torpağa qayğıkeşliklə və təsərrüfatçılıqla yanaşdıqlarını, 
eyni zamanda hər hektardan maksimum səmərə götürməyə 
çalışdıqlarını, yəni onların həmişə müvəffəqiyyət üçün rəhn olan 
yüksək dərəcədə mütəşəkkil əməyini xüsusi qeyd etmək istərdim. 
Bu gün biz heyvandarlığın və yem istehsalının texnoloji 
silsiləsində  bəzi orijinal yeniliklərlə tanış olduq. Kolxozçular 
bunları nümayiş etdirərkən iftixarla məlumat verirdilər ki, bax 
bunu özləri ixtira etmişlər, bunu da kolxozun öz yenilikçiləri 
yaratmışlar. Yoldaşlar, sosialist təşəbbüskarlığı, işə qeyrətli 
münasibət 

80  
 
68 
 
məhz buna deyilir, partiya onun Mərkəzi Komitəsi bizi buna 
çağırırlar. 
Biz Nikolay Vasiliyeviç Nikitini kənd təsərrüfatı istehsalının 
böyük təşkilatçısı kimi, təsərrüfatın inkişafının bütün məsələlərini 
dərindən və düşünülmüş şəkildə həll edən bir adam kimi tanıyırıq. 
Biz onu və yaxın köməkçilərini, kolxozun bütün rəhbər işçilərini 
yorulmadan, bacarıqla çalışan, hazırlayıb həyata keçirdikləri 
tədbirlərin iqtisadi səmərəsini hər dəfə  dəqiq müəyyənləşdirən 
adamlar kimi tanıyırıq. Onlar öz işlərindən danışarkən belə bir 
cəhəti daim qeyd edirlər: nə  qədər xərc çəkmişlər və  nə 
götürmüşlər, nəyə nail olmaq istəyirdilər və nəyə nail olmuşdular, 
nəyin dəyəri nə  qədərdir. Kolxoz rəhbərlərinin yaradıcılıq, 
təsərrüfatçılıq məharəti məhz bundadır ki, onlar kollektivin 
şəraitinə, konkret məqsədlərinə uyğun olaraq müxtəlif mənəvi və 
maddi həvəsləndirmə metodlarından fəal istifadə edirlər. Demək 
istəyirəm ki, kalininlilərin burada danışdıqları  və onlara yüksək 
göstəricilər əldə etmək imkanı verən bir çox faktları və nümunələri 
respublikamızın bütün başqa kolxozlarında və sovxozlarında nəinki 
əsas götürmək olar, həm də əsas götürmək lazımdır. Bunun bütün 
kolxoz və sovxozlara ancaq xeyri dəyər. 
Təsərrüfatda yüksək partiya intizamı, dövlət və  əmək intizamı, 
nümunəvi qayda, əldə edilən nəticələrə  tənqidi münasibət, eyni 
zamanda böyük partiya-təşkilatçılıq işi və ideoloji iş 
müvəffəqiyyətin,  şübhəsiz, mühüm əsasdır. Nöqsanlara qarşı, 
kolxoz həyatı nizamnaməsindən, sosialist cəmiyyətimizin 
tələblərindən və prinsiplərindən kənara çıxmaq hallarına qarşı 
qətiyyətli mübarizə müvəffəqiyyətin mühüm əsasıdır. 
Axı, nə Kalinin adına kolxoz, nə  də  İvanovka kəndi  əvvəllər 
indiki kimi çiçəklənməmişdi. Seminardakı məruzələrdə bu barədə 

80  
 
69 
 
danışıldı, dünən Qırmızı  Əmək Bayrağı ordenini kolxoza təqdim 
edərkən mən də öz çıxışımda bunu qeyd etdim. Mən bu səfərə 
hazırlaşarkən kolxozun tarixi ilə tanış olmuş və onu təhlil etmişəm. 
Qabaqlar kolxoz necə  də  ağır vəziyyətdə idi, torpaqlar necə  də 
başlı-başına buraxılmışdı! Bu gün bizə ayrı-ayrı sahələri göstərir və 
hər dəfə izahat verərək deyirdilər ki, bax bura başdan-başa bataqlıq 
idi, bura başdan-başa keçilməz kolluq idi! Kolxozçular az vaxtda 
800 hektar istifadəsiz torpağı şumlayıb, yararlı hala salmış və kənd 
təsərrüfatı dövriyyəsinə daxil etmişlər. Həm də bu işi öz 
təşəbbüsləri ilə görmüşlər, heç kim onları buna vadar etməmişdir, 
heç kim bunun üçün onlara plan verməmişdir. 
Başqa bir cəhət də buranın təbii  şəraitini kənd təsərrüfatı üçün 
əlverişli hesab edənlərə yaxşı cavab ola bilər. Biz sizinlə kolxoz 
ərazisinin xeyli hissəsini gəzdik, hər yerdə  təkcə yamaclar, 
yoxuşlar, enişlər gördük, düzənlik sahələrə demək olar rast 
gəlmədik.  Əlbəttə, mailliyi 45 dərəcəyə çatan az qala sıldırım 
yamacda traktorla və başqa texnika ilə işləmək, torpağı şumlamaq, 
taxıl və ya qarğıdalı  səpmək,  əkinləri becərmək o qədər də asan 
deyildir. Lakin insan hər şeyə qadirdir, hər şey insanın öz əlindədir! 
Yoldaşlar, bu gün biz Kalinin adına kolxozun timsalında bunu bir 
daha yəqin etdik. 
Mən burada bizi sevindirən, son dərəcə maraqlı  və ibrətamiz 
olan cəhətdən dünən danışmışam və bu gün da danışmaq istəyirəm. 
Bu cəhət odur ki, kəndin sosial məsələlərini fəal surətdə həll etmək, 
əməkçilərin rifahını yüksəltmək üçün təsərrüfatın gəlirindən 
bacarıqla istifadə olunur. Həm də  təkcə onların pul qazancını 
artırmaq yolu ilə yox, eyni zamanda kolxozçular üçün maksimum 
əlverişli əmək, həyat və istirahət şəraiti yaratmaq  

80  
 
70 
 
yolu ilə. Burada nə qədər mədəni-məişət obyekti, ticarət obyekti və 
başqa obyektlər tikilmişdir! Nə  qədər çox yaraşıqlı evlər vardır, 
kəndi abadlaşdırmaq üçün nə qədər çox iş görül-müşdür, küçələr nə 
gözəl küçələrdir - əsl prospektlərdir! Bu gün İvanovkanı haqlı 
olaraq müasir kənd,  əsl sosialist kəndi adlandıra bilərik. 
Respublikamızın bütün kəndləri belə olmalıdır. Kalinin adına 
kolxoz kimi yüksək səviyyədə  təşkil edilmiş müasir sosialist 
təsərrüfatı, mayak olmalıdır, başqaları üçün nümunə olmalıdır. 
Əliyev yoldaş sözünə davam edərək demişdir: Zənnimcə, 
deyilənlərə  aşağıdakıları  əlavə etmək lazımdır. Kalinin adına 
kolxoz, onun idarə heyəti və  sədri, rayon partiya təşkilatı, onun 
raykomu və birinci katib Aslanov yoldaş seminarın təşkilinə 
yüksək məsuliyyətlə yanaşmış, onu nümunəvi hazırlamaq və 
keçirmək üçün bütün işləri görmüş, bunu Azərbaycan Kommunist 
Partiyası  Mərkəzi Komitəsinin böyük etimadı  və diqqəti kimi 
qarşılamışlar. Onlar İsmayıllı rayonuna, İvanovka kəndinə 
gələnlərə iki gündür ki, böyük qonaqpərvərlik və qayğı göstərirlər. 
Seminarın yaxşı təşkilinə görə, böyük əmək müvəffəqiyyətlərinə və 
mehriban qonaqpərvərliyə görə Kalinin adına kolxozun idarə 
heyətinə, kolxozun bütün üzvlərinə  və  İvanovka kəndinin 
sakinlərinə seminarın bütün iştirakçıları adından səmimi 
minnətdarlığımı bildirirəm. Tədbirimizin yüksək səviyyədə 
keçməsini təmin edən rayon partiya komitəsinə, rayon icraiyyə 
komitəsinə, rayonun bütün fəallarına təşəkkür etmək istəyirəm. 
Yoldaşlar, respublika seminar-müşavirəsinin yekunlarını  əsas 
götürərək nə etmək lazımdır? Qarşıda böyük işlər durur. Əlbəttə, 
ən  əvvəl, seminarın hər bir iştirakçısı burada eşitdiklərini və 
gördüklərini dərindən dərk etməli, öz rayonlarında bütün 
 

80  
 
71 
 
imkanları  səfərbərliyə almalı  və kalininlilərin faydalı  təcrübəsini 
mümkün qədər tez bir zamanda öyrənib tətbiq etməlidirlər. Bunun 
üçün rayon partiya komitələrinin birinci katibiəri, rayon icraiyyə 
komitələrinin sədrləri, rayon kənd təsərrüfatı idarələrinin rəisləri, 
heyvandarlıq və yem istehsalı mütəxəssisləri, nazirliklərin və baş 
idarələrin rəhbərləri, seminarın işində  iştirak edənlərin hamısı 
xüsusi göstəriş gözləmədən müvafiq konkret tədbirlər fikirləşib 
həyata keçirməlidirlər. Kalinin adına kolxozun təcrübəsini nəzərə 
alaraq hər kəs heyvandarlıq və yem istehsalı sahəsində öz 
təsərrüfatının işini dərindən təhlil etməli və müəyyənləşdirməlidir 
ki, indi nə etmək olar, bu il və on birinci beşilliyin sonrakı illərində 
hansı tədbirləri həyata keçirmək mümkündür. Əmin olmaq istərdim 
ki, bu iş dərhal başlanacaq, ardıcıl və geniş surətdə aparılacaqdır. 
Seminarın yekunları Azərbaycan KP MK bürosunun yaxın 
iclasında təhlil edilib ümumiləşdiriləcəkdir. Görünür, müzakirəmi-
zin yekunları üzrə MK xüsusi qərar qəbul edəcəkdir. 
Yoldaşlar burada dedilər ki, belə seminar respublikada ilk dəfə 
keçirilir. Doğrudan da, bizdə müxtəlif məsələlər üzrə  və müxtəlif 
səviyyələrdə az tədbir keçirilməmişdir. Lakin belə yüksək 
səviyyədə, belə ciddi hazırlıqla,  ən başlıcası mücərrəd  şəkildə 
deyil, bir kolxozun konkret əməli bazasında bu cür ətraflı görüşü 
biz ilk dəfə keçirmişik. Bir qədər gec olsa da, mənim fikrimcə biz 
görüşü müvəffəqiyyətlə hazırlayıb keçirmişik, bu isə,  şübhəsiz, 
böyük əməli fayda verəcəkdir. 
Dediyim kimi, biz heyvandarlıq üzrə plenum keçirməyi nəzərdə 
tutmuşuq, yaxın vaxtlarda bu məsələ barəsində müvafiq qərar 
qəbul ediləcəkdir. Mənə elə  gəlir ki, indiki seminar-müşavirə 
plenuma hazırlıq yolunda mühüm mərhələdir və yerlərdə 

80  
 
72 
 
plenuma hazırlığı indidən genişləndirmək lazımdır.  Şəxsən mən 
bunu belə  təsəvvür edirəm: hər bir təsərrüfatda, hər bir rayonda 
işlərin vəziyyəti dərindən və  hərtərəfli öyrənilməli, heyvandarlığı 
və yem istehsalını daha da intensivləşdirmək üçün potensial 
imkanlar aşkara çıxarılmalıdır. On birinci beşilliyin sonrakı 
illərində heyvandarlığının  əsaslı yüksəlişini təmin etmək üçün bu 
təhlil  əsasında təşkilati, maddi-texniki və elmi-əməli tədbirlər 
düşünülüb müəyyənləşdirilməlidir. Həm də bu zaman yem 
istehsalını daha sürətlə inkişaf etdirmək, heyvandarlıq binaları 
tikmək, təsərrüfatları lazımi texnika ilə  təmin etmək, kadr 
hazırlamaq və sairə üçün görülməli olan bütün zəruri işlərin həcmi 
nəzərə alınmalıdır. 
Aşağıdan belə  təkliflər gəldikdə bunlar respublikanın kənd 
təsərrüfatı ilə  məşğul olan nazirlikləri və baş idarələri tərəfindən, 
sonra isə bütövlükdə respublika üzrə ümumiləşdirilməli, maddi-
texniki imkanlarımıza uyğunlaşdırılmalıdır. Biz bunların hamısını 
birlikdə MK plenumunun müzakirəsinə verəcəyik ki, sonrakı 
işlərimizin müvafiq istiqamətlərini real təməl əsasında təsdiq edək 
və müəyyənləşdirilmiş  tədbirləri həyata keçirməyə başlayaq. 
Məsələləri bu səpkidə  həll etmək üçün indiki seminar - müşavirə 
yaxşı  təməl və  zəmin yaradır. Sizin isə  vəzifəniz, yoldaşlar, 
bunlardan səmərəli istifadə etməkdir. 
Sonra  Əliyev yoldaş heyvandarlıq və yem istehsalı sahəsində 
Kalinin adına kolxozun təcrübəsini geniş yaymaq lüzumundan 
danışaraq göstərmişdir ki, bu təsərrüfatın nəzdində respublika 
qabaqcıl təcrübə  məktəbi yaratmaq məqsədə uyğundur. Kalinin 
adına kolxoza gəlib ustalıq öyrənmək bütün kolxoz sədrlərimiz və 
sovxoz direktorlarımız, ferma müdirlərimiz, briqadirlərimiz, 
mexanizatorlarımız, heyvandarlıq və yem istehsalı 

80  
 
73 
 
üzrə mütəxəssislərimiz üçün faydalı olar. Zənnimcə, Kalinin adına 
kolxozda da buna razılıq verərlər, hərçənd bu onların işini xeyli 
artıracaqdır. Lakin mənə elə  gəlir ki, respublikada heyvandarlığı 
daha da inkişaf etdirmək xatirinə onlar üzərlərinə  əlavə qayğı 
götürərlər. Bununla əlaqədar olaraq, respublika təşkilatlarının 
qüvvəsi ilə İvanovkada yataqxana, tədris binaları tikmək, bir sözlə, 
müvafiq tədris bazası yaratmaq lazım gələcəkdir. 
Əliyev yoldaş 1981-ci ilin ikinci yarısında Azərbaycan 
heyvandarlarının qarşısında duran vəzifələrdən danışaraq 
respublikanın bütün rayonlarında və  təsərrüfatlarında bu sahədə 
yüksək göstəricilər  əldə edilməsinin vacib olduğunu göstərmişdir. 
O demişdir: Bunun üçün gərək yem tədarükünə dair 
öhdəliklərimizi yerinə yetirmək üçün görülən işlər genişləndirilsin 
ki, hər baş  şərti mal üçün 20-30 sentner yem vahidi ehtiyatı 
yaradılsın. 
Tədarük edilən yemin keyfiyyətinə diqqəti xüsusilə cəlb etmək 
istəyirəm. Bu yaxınlarda mən Sov.İKP MK Siyasi Bürosunun 
üzvü, MK katibi ilə danışırdım. O, yem istehsalı sahəsində işimizi 
ümumən müsbət qiymətləndirdi və eyni zamanda qeyd etdi ki, 
alınan siqnallara görə, tədarük edilən yemin, xüsusilə senajın və 
silosun keyfiyyətinə Azərbaycanın heç də  hər yerində ciddi fikir 
verilmir. Doğrudan da bizdə belə faktlar olmuşdu, biz bu faktlara 
kəskin münasibətimizi bildirdik və  gələcəkdə  də belə edəcəyik. 
İndi hər yerdə  tədarük edilən yemin keyfiyyəti üzərində, yemin 
düzgün texnologiya ilə basdırılması üzərində ciddi nəzarət qoymaq 
lazımdır.  Ət və süd istehsalını durmadan artırmaq üçün bizdə 
nəinki kifayət qədər, həm də  ən yüksək keyfiyyətli yem də 
olmalıdır. 
İlin ikinci yarısında süd sağımının artırılması və mal-qaranın  

80  
 
74 
 
çəki artımının çoxaldılması xüsusi məsələdir. Bunların həcmi ilin 
birinci yarısındakı qədər olmalıdır. Təəssüf ki, ilin ikinci yarısında 
ümumən respublikada süd sağımı azalır. Bunu normal hesab etmək 
olmaz. Kalinin adına kolxozun heyvandarlıq kompleksinin müdiri 
Smorodin yoldaş seminardakı  çıxışında bunu inandırıcı  şəkildə 
izah etdi. Birinci altı ay ərzində bu təsərrüfatda hər inəkdən iki min 
kiloqramdan çox süd sağılmışdır. Heyvandarlığın bütün qanunları 
və mövcud praktika əsasında ilin ikinci yarısında da burada hər 
inəkdən azı iki min kiloqram süd sağmaq fikrindədirlər. Biz 
seminarın tövsiyələrini və kalininlilərin təcrübəsini nəzərə alaraq 
respublikanın başqa təsərrüfatlarında da belə  nəticələrə nail 
olmalıyıq. 
İlin birinci yarısında Azərbaycanda hər yemlənən inəkdən, 
keçən ilin müvafiq dövründəkindən orta hesabla, 54 kiloqram çox 
süd sağılmışdır. Biz ümumən respublikada hər inəkdən sağılan 
südü 100 kiloqram artırmağı öhdəmizə götürmüşük və  dəfələrlə 
dediyim kimi, bu rəqəmə minimum rəqəm kimi baxmaq lazımdır. 
Bəzi rayonlarımız bu həddə ilin birinci yarısında çatmışlar, lakin 
elələri də vardır ki, orada sağım ancaq 10-15 kiloqram artmışdır. 
Bəzilərində sağım hətta azalmışdır. Göstəricilərin belə 
müxtəlifliyinə heç bir əsas yoxdur və buna əsla dözmək olmaz. 
Bunu yalnız onunla izah etmək olar ki, harada süd istehsalı 
artmırsa, deməli, orada pis işləyirlər. O yerdə ki, çox süd sağılır, 
deməli, orada işə can yandırır, var qüvvə ilə çalışırlar. Bir sözlə, 
biz indi heyvandarlığı və yem istehsalını daha da intensivləşdirmək 
uğrunda  ən fəal mübarizə aparmalı, mal-qaranın məhsuldarılığını 
aydan-aya daha da yüksəltməyə və on birinci beşilliyin birinci ilini 
respublikada kənd təsərrüfatının bu çox mühüm sahələrinin  əsaslı 
yüksəlişi ilinə çevirməyə çalışmalıyıq. 

80  
 
75 
 
Əliyev yoldaş axırda demişdir: Seminar-müşavirəmizin 
təşkilatçılarına bir daha təşəkkür etmək istəyirəm. Seminar-
müşavirə heyvandarlığı  və yem istehsalını inkişaf etdirmək 
sahəsində  işimizin yeni mərhələsinin başlanğıcı olacaqdır.  Əliyev 
yoldaş ürəkdən  əmin olduğunu bildirmişdir ki, Azərbaycan kənd 
təsərrüfatı  əməkçiləri Kalinin adına kolxozun təcrübəsini 
respublikanın bütün təsərrüfatlarında yaradıcılıqla və bacarıqla 
tətbiq edərək yüksək göstəricilərə nail olacaq və on birinci 
beşilliyin hələ birinci ilində heyvandarlıq sahəsində partiyanın 
XXVI qurultayı  qərarlarının müvəffəqiyyətlə yerinə yetirildiyi 
haqqında Sov.İKP Mərkəzi Komitəsinə məlumat verəcəklər. 

Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə