İsmayillida unudulmaz gorüŞLƏR



Yüklə 341.9 Kb.
PDF просмотр
səhifə5/11
tarix07.07.2017
ölçüsü341.9 Kb.
1   2   3   4   5   6   7   8   9   10   11

(H.Ə.Əliyev yoldaşın çıxışı seminarın iştirakçıları tərəfindən 
böyük diqqətlə dinlənilmiş  və  dəfələrlə sürəkli alqışlarla 
qarşılanmışdır.) 
 
"Kommunist" qəzeti,  
29.VII.81. 
  
  

80  
 
76 
 
TƏBİİ FƏLAKƏTLƏ MÜBARİZƏDƏ 
 
Son bir ay ərzində Azərbaycanda 20-dək yeraltı  təkan qeydə 
alınmışdır. Bu təkanlar dekabrın 2-dən 4-dək  İsmayıllı rayonu 
zonasında daha güclü olmuşdur.  İlkin hesablamalara görə
zəlzələnin mərkəzindən əlli kilometrədək radiusda iki mindən çox 
bina, əsasən köhnə tiklilər dağılmışdır. Məsələn, yaşayış evləri, 11 
məktəb, bir sıra istehsal tikilisi, ticarət müəssisələri, müalicəxanalar 
və başqa binalar zədələnmişdir. Mican, Qalıncaq, Göytəpə, 
Mücühəftəran, Ruşan, Vəng, Quşəncə  kəndlərinin və  İsmayıllı 
rayon mərkəzinin sakinləri zəlzələdən daha çox zərər çəkmişlər. 
Həmin yaşayış  məntəqələrində binaların  əksəriyyəti zədələnmiş, 
bir çoxu dağılmışdır. 
Rayonda zərər çəkmiş əhaliyə yardım göstərilməsi və zəlzələnin 
nəticələrinin ləğv edilməsi üçün qərargah yaradılmışdır. Oərərgaha 
Azərbaycan KP İsmayıllı Rayon Komitəsinin birinci katibi 
Q.N.Aslanov başçılıq edir. Əməli komissiya təbii fəlakət 
ləticəsində dəymiş zərəri müəyyənləşdirir. 
Rayon kommunistlərindən, komsomolçularından və fəallarından 
ibarət xüsusi drujinalar Bakı qarnizonunun xilasetmə  işlərində 
göndərilmiş  əsgərlərinin köməyi ilə adamları daha təhlükəli 
zonalardan köçürmüşlər. Dağılmış tikililərin tör-töküntüləri 
təmizlənir, ordu çadırları qurulur, səyyar mətbəxlər və 
avtodükanlar işləyir. Yararlı binalarda məktəblilərin tədrisinin 
təşkili üçün tədbirlər görülür. Maliyyə orqanları  sığorta haqqı  və 
digər müavinətlər verməyə başlamışlar. 
Dekabrın 5-də Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, 
Azərbaycan KP MK-nın birinci katibi H.Ə.Əliyev İsmayıllı  

80  
 
77 
 
rayonuna gəlmişdir. Onunla birlikdə Azərbaycan SSR Nazirlər 
Sovetinin sədri H.N.Seyidov, Azərbaycan KP MK bürosunun üzvü, 
general-leytenant A.V.Kovtunov, respublika Nazirlər Soveti 
sədrinin müavini Ə.C.Ləmbəranski də buraya gəlmişlər. H.Əliyev 
yoldaş zəlzələdən daha çox zərər çəkmiş yerlərdə olmuşdur. Ruşan, 
Mican, Mücühəftəran kəndlərində,  İsmayıllı rayon mərkəzində o, 
sakinlərlə  səmimi söhbət etmiş, təbii fəlakət qarşısında 
İsmayıllıların yüksək mərdlik və iradə göstərdiklərini qeyd 
etmişdir. O, baş vermiş hadisənin təfsilatı ilə maraqlanmış, kimin 
nəyə ehtiyacı olduğunu öyrənmiş, suallara cavab vermiş, zərər 
çəkənlərə yardım göstərilməsi üçün Azərbaycan Kommunist 
Partiyası Mərkəzi Komitəsinin və respublika hökumətinin müəyyən 
etdikləri tədbirlərdən danışmış, əməli məsləhətlər vermişdir. 
İsmayıllıda fəhlə V.Abutalıbovun evində H.Ə.Əliyev baş vermiş 
hadisə haqqında daha ətraflı danışmağı xahiş etmişdir. 
Fəhlə demişdir: 
- Təkanları biz son 15-20 gün ərzində hiss edirdik. Çox vaxt 
bunlar cüzi, gücü 2-3 bal olan təkanlar idi, arabir daha güclü 
təkanlar da olurdu. Axırıncı günlər isə yer əməlli-başlı silkələndi. 
Birinci güclü təkana ev davam gətirdi, üçüncü təkandan sonra isə 
divar uçdu... 
Açıgını deyim ki, əvvəlcə, qorxu-hürkü keçib gedəndən sonra 
düşündüm: indi mən başıma nə çarə  qılım, axı üç divar arasında 
yaşamaq mümkün deyil, üstəlik damın da uçmasına lap az qalır. 
Çöldə isə yağış tökür, qış da qapını döyməkdədir. Lakin heç bir 
saat keçməmiş rayon partiya komitəsinin işçiləri gəldilər, ailəmizi 
çadıra köçürdülər və ilk çağlar üçün nə lazımsa bizə  hər  şey 
verdilər. Bütün qonşularıma da beləcə kömək göstərdilər. 
Dağlıq Ruşan kəndində, demək olar, bütün yaşayış evləri və 

80  
 
78 
 
başqa tikililər dağılmış, ya da xeyli zədələnmişdir. Burada bir 
söhbət zamanı kəndin sakini, yerli məktəbin müəllimləri H.Əliyev 
yoldaşa üz tutub hamının fikrini belə ifadə etmişdir. 
- Biz qətiyyən  şübhə etmirdik ki, doğma Kommunist 
Partiyamız, respublikanın rəhbərliyi bizə, çətinliyə düşmüş 
adamlara yardım göstərmək üçün nə lazımsa edəcəklər. Çox sağ 
olun ki, xoş sözlə bizi ürəkləndirirsiniz, zərərçəkənlərə yardım 
göstərilməsi işlərini sürətləndirdiniz. 
Mican, Mücühəftaran kəndlərində tikililərin böyük əksəriyyəti 
zəlzələdən bu və ya digər dərəcədə  zərər çəkmiş, iyirminci illərin 
əvvəllərində tikilmiş  məktəb binaları daha çox zədələnmişdir. 
H.Əliyev yoldaş divarlardakı çatlara və dağıntılara baxdıqdan sonra 
ən yaxın vaxtlarda müasir tələblərə cavab verən yeni məktəblər 
tikilməsinə başlamağın, indi isə normal təhsil almaq üçün uşaqlara 
maksimum şərait yaratmağın zəruri olduğunu qeyd etmişdir. 
Həmin gün Əliyev yoldaş zərər çəkmiş əhaliyə yardım göstərən 
və  zəlzələnin nəticələrini ləğv edən qərargahın müşavirəsini 
keçirmişdir. Müşavirədə Azərbaycan Kommunist Partiyası 
İsmayıllı Rayon Komitəsi bürosunun və rayon Soveti İcraiyyə 
Komitəsinin üzvləri, rayon təşkilatlarının məsul işçiləri, respublika 
Dövlət Tikinti İşləri Komitəsinin, respublika kənd tikintisi, sənaye 
tikintisi, rabitə, avtomobil nəqliyyatı, maarif, səhiyyə 
nazirliklərinin, Azərbaycan Baş Meliorasiya Tikintisi İdarəsinin, 
Baş Qaz İdarəsinin, Azərittifaqın rəhbərləri, seysmologiya və 
geofizika sahəsində çalışan alimlər və mütəxəssislər iştirak 
etmişlər, H.Ə.Əliyev yoldaş rayon partiya komitəsinin və rayon 
qərargahının fəaliyyətinə müsbət qiymət vermişdir. O, bildirmişdir 
ki, Azərbaycan KP MK-nın qərarına  əsasən  İsmayıllı rayonunun 
zərər çəkmiş əhalisinə yardım göstərilməsi üçün Azərbaycan SSR 
Nazirlər Soveti sədrinin müavini Ə.C.Ləmbəranskinin 

80  
 
79 
 
sədrliyi ilə hökumət komissiyası yaradılmışdır. Komissiyaya 
tapşırılmışdır ki, zərər çəkmiş adamlara yardım göstərilməsi üçün 
təxirəsalınmaz tədbirlər görsün, dağılmış yaşayış fondunun, ictimai 
binaların, təsərrüfat binalarının və digər binaların bərpası 
sahəsində,  əhaliyə maddi yardım göstərilməsi sahəsində  ən qısa 
müddətdə tədbirlər müəyyən etsin. 
H.Əliyev yoldaş daha sonra demişdir: Zəlzələdən zərər 
çəkənlərə ilk yardım göstərilmişdir. Təhlükəsiz yerlərdə 160 iri 
ordu çadırı qurulmuşdur. Çadırların qurulması davam edir. Vəzifə 
bu çadırları mümkün qədər tezliklə avadanlıqla təchiz etməkdən, 
döşəmələr salmaqdan, qızdırmaqdan və elektrik enerjisi ilə  təmin 
etməkdən ibarətdir. Yaxın günlərdə  zəlzələdən daha çox zərər 
çəkmiş yaşayış  məntəqələrinə  səhra  şəraitində inşaatçı  fəhlələrin 
yaşaması üçün kiçik vaqonlar, habelə quraşdırma taxta evlər 
gətiriləcəkdir. H.Ə.Əliyev demişdir: Eyni zamanda hər binanın nə 
dərəcədə  zədələndiyini dəqiq müəyyən etmək və mümkün olan 
yerdə təmir və bərpa işləri görmək lazımdır. 
- Respublikanın nazirlikləri və baş idarələri rayon əhalisinə 
inşaat materialları, nəqliyyat,  ərzaq məhsulları, sənaye malları, 
dava-dərman sarıdan hər vasitə ilə yardım göstərməlidirlər. İdeoloji 
işçilərin, bütün partiya və komsomol fəallarının borcu dövlət 
tərəfindən görülən tədbirlər haqqında rayonun hər bir əməkçisinə 
məlumat verməkdən ibarətdir. H.Əliyev yoldaş  əmin olduğunu 
bildirmişdir ki, İsmayıllı rayonunun kommunistləri və bütün əhalisi 
bundan sonra da yüksək mütəşəkkillik və intizam göstərəcək, təbii 
fəlakətin nəticələrini dövlətin köməyi ilə  ən qısa müddətlərdə 
aradan qaldıracaqlar (Azərinform). 
 
"Kommunist" qəzeti,  
8.XII.1981. 
 

80  
 
80 
 
AZƏRBAYCAN PREZİDENTİ  
HEYDƏR ƏLİYEVİN ŞƏKİYƏ SƏFƏRİ 
 
Azərbaycan Respublikasının prezidenti Heydər  Əliyev  Şəkidə 
tikintisi başa çatmış Olimpiya idman kompleksinin açılış 
mərasimində iştirak etmək üçün noyabrın 8-də ölkəmizin bu qədim 
şəhərinə yola düşmüşdür. 
Maşın karvanının keçdiyi rayon və  kəndlərin sakinləri 
dövlətimizin başçısını salamlamaq, ona hörmət və ehtiramını bir 
daha ifadə etmək üçün yolların kənarına çıxmışdılar. 
İsmayıllı  şəhərinin girəcəyində, xalça sexinin qarşısında 
rayonun minlərlə sakini toplaşmışdı. Prezident Heydər  Əliyevi 
müşayiət edən maşın karvanı burada dayandı. Dövlətimizin başçısı 
onu qarşılamağa çıxan insanlarla səmimiyyətlə görüşdü. 
İsmayıllılar prezident Heydər  Əliyevi böyük mehribanlıqla, 
hərarətlə salamladılar, onlarla görüşmək, hal-əhval tutmaq üçün 
vaxt ayırdığına görə  dərin minnətdarlıqlarını bildirdilər. Onlar 
xatırladılar ki, keçmişdə, hələ 1969-1982-ci illərdə Azərbaycana 
rəhbərlik edərkən də dövlətimizin başçısının gündəlik diqqət və 
qayğısını hiss etmişlər. O,1981-ci illərdə iki dəfə  İsmayıllıda 
olmuş, özünün göstəriş  və tövsiyələri ilə rayonun sosial-iqtisadi 
inkişafına yaxından kömək etmişdir. 
İcra hakimiyyətinin başçısı Əhliman Tağıyev prezident Heydər 
Əliyevi rayon sakinləri adından bir daha salamladı, son dövrdə 
sosial-iqtisadi həyatda baş verən yeniliklər, xüsusilə aqrar islahatın 
həyata keçirilməsi və onun müsbət nəticələri barədə  

80  
 
81 
 
məlumat verdi. Prezident Heydər  Əliyev ölkəmizin bu gözəl 
guşəsinin bacarıqlı, əməksevər adamlarını yüksək qiymətləndirərək 
dedi ki, İsmayıllının gözəl təbiəti və insanları var. Ölkəmiz dövlət 
müstəqilliyi  əldə etdikdən sonra burada da inkişaf vətərəqqi üçün 
geniş imkaniar yaranmışdır.  İsmayıilıda sahibkarlar yeni emal 
müəssisələri işə salmaq, beləliklə  də  məhsul bolluğu yaratmaq 
sahəsində öz sözlərini deyə bilərlər. 
Azərbaycan prezidentini qarşılayanlar arasında gənclər də çox 
idi. Onlar həm də Azərbaycan Milli Olimpiya Komitəsinin 
prezidenti, Milli Məclisin deputatı  İlham  Əliyevlə görüşməyə can 
atırdılar. Rayon camaatı, o cümlədən ağsaqqallar, gənclər Milli 
Olimpiya Komitəsinin prezidenti İlham  Əliyevi səmimiyyətlə 
salamladılar. 
Səmimi söhbət zamanı rayon sakinləri son illər ölkəmizdə  və 
eləcə  də bu rayonda baş verən bütün müsbət dəyişikliklərə görə 
Azərbaycan prezidenti Heydər  Əliyevə  dərin minnətdarlıqlarını 
bildirdilər. 
 
*   *   * 
Prezident Heydər Əliyevi müşayiət edən maşın karvanı burada 
dayandı.  İsmayıllılar dövlətimizin başçısını böyük mehribanlıqla, 
hərarətlə salamladılar. Prezident Heydər  Əliyev rayon sakinlərini 
səmimiyyətlə salamlayaraq, hal-əhval tutdu: 
- Necəsiniz? Kefiniz, əhvalınız necədir? Təsərrüfatda işləriniz 
nə cürdür? 
YERDƏN SƏSLƏR: Çox sağ olun, var olun, yaxşıyıq,  şükür 
Allaha, hər  şey yaxşıdır. Allah canınızı sağ eləsin. Hər  şey 
qaydasındadır. 
Cənab prezident, torpağı şumlamışıq, toxum səpmişik. 
Heydər ƏLİYEV: Hərənin öz torpağı var, öz mal-qarası var? 

80  
 
82 
 
Kəndlərdə evlər tikilir? YERDƏN  SƏSLƏR: Bəli, var. Evlər 
tikilir, hər şey yaxşıdır.  
Əhliman TAGIYEV (rayon icra hakimiyyətinin başçısı): 
Cənab prezident, icazənizlə  məlumat vermək istəyirəm.  İsmayıllı 
rayonunda 200 min başdan çox davar, 70 min başa yaxın qaramal 
var.  Əhalimizin sayı 76 minə yaxındır. Adambaşına təxminən bir 
qaramal düşür.  
Heydər ƏLİYEV: Əhaliniz 70 mindir?  
Əhliman TAGIYEV: Cənab prezident, 76 min nəfərə yaxındır. 
Sizin apardığınız uğurlu aqrar islahatlar nəticəsində bu il 66 min 
tondan çox taxıl götürüblər. Gələn il bundan da çox məhsul 
gözlənilir. Çünki aparılan işlər uğurlu nəticə əldə etməyə əsas verir. 
Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu il əlavə 5 min hektar 
sahədə  səpin aparılıbdır. 4 min hektardan çox sahədə  də  şum 
aparmışıq. 
Cənab prezident, aqrar islahatlar sayəsində çox uğurlu nəticələr 
əldə olunur. Amma kənd təsərrüfatından  əldə edilən məhsulları 
satmaq üçün rayonda geniş yerlər lazımdır. 
Heydər ƏLİYEV: Bəs nə üçün bunu etmirsiniz? 
Əhliman TAGIYEV: Cənab prezident, sosial-iqtisadi inkişafla 
bağlı müvafiq proqram hazırlanıbdır. 
Heydər  ƏLİYEV:  Bu işdə sizə bir kömək lazımdırmı, yoxsa 
özünüz görməlisiniz? 
Əhliman TAGIYEV: Proqram təqdim olunubdur, işlər artıq 
gedir. Sizin tapşırığınız və tövsiyələrinizlə rayonumuzda xeyli 
abadlıq və  təmizlik işləri aparılıbdır. Camaat buradadır, yəqin ki
onlar özləri də deyərlər. Bu işlər davam etdirilir. Yeni layihələrimiz 
var.  Şəhərimizdə bir balaca su problemi də var. Mütəxəssislər 
gəldilər, birlikdə  işlədik, təkliflərimizi təqdim etmişik. 1 milyard 
manatadək vəsait lazımdır ki, təxminən 6,5 kilometrlik məsafədən 
yeni su xətti çəkilsin. 

80  
 
83 
 
 
 
Heydər  ƏLİYEV: Rayon mərkəzinə su xətti çəkmək 
istəyirsiniz? 
Əhliman TAGIYEV:  Şəhərin üst hissəsində  təzə evlər inşa 
olunubdur. Əvvəlki su xətti tələbatı tam təmin etmir. 
Heydər ƏLİYEV: Şəhərin üst hissəsi bu gördüyümüz yerdir? 
Əhliman TAGIYEV: Bəli. Orada yaşayanların su təchizatında 
bir az problem var. İstəyirik ki, yeni su kəməri çəkək və onu 
şəhərin həmin hissəsi ilə birləşdirək. Bununla da problem tamamilə 
aradan qaldırılar. 
Cənab prezident, sosial problemlərin həllində də xeyli irəliləyiş 
var.  Şəhərin mərkəzinə qaz verilibdir, elektrik enerjisi ilə  təchizat 
son vaxtlar yaxşılaşıbdır. Əhalimiz də bilir ki, şəhərə qaz verilməsi 
İlham müəllimin təşəbbüsü ilə olubdur. Onun göstərdiyi bu qayğını 
yerlərdə çox yüksək qiymətləndirirlər. Rayonun qazla təmin 
olunması çox böyük nailiyyətdir. 
Heydər  ƏLİYEV: Keçmişdə sizin üzümünüz çox idi. İndi 
baxıram ki, üzüm bağları yoxdur, ya azalıbdır. 
Əhliman TAGIYEV: Demək olar ki, yoxdur. Kimlərsə, 
həyətyanı sahələrində  fərdi qaydada saxlayıbsa, onlarda var. 
İvanovkada isə, onlar... 
Heydər  ƏLİYEV:  İvanovka öz yerində. Onlar hər  şeyi 
saxlayıblar. Üzümçülüyü də, taxılçılığı da, kolxozu da saxlayıblar. 
Mən onlara icazə vermişəm, onlarla işiniz olmasın. Onlar orada hər 
şeyi yaxşı edirlər, yaxşı yaşayırlar. Kənddə camaat yaxşı yaşayır. 
İşiniz olmasın, kömək edin. 
Demək, taxıl əkirsiniz, ondan başqa bitki yoxdur? 
Əhliman TAGIYEV: Cənab prezident, bizdə meyvə də var. Bu 
il rayonumuzda 8 min tondan çox meyvə yığılıbdır. 
Heydər ƏLİYEV: Almadır, nədir? 
Əhliman TAĞIYEV: Təkcə alma deyil, müxtəlif meyvələrdir. 

80  
 
84 
 
Emal müəssisəmiz olsa, meyvə bundan da çox olar. Məsələn, bizim 
meşələrdə də çoxlu meyvə var. 
Heydər  ƏLİYEV: Elə onu soruşmaq istəyirdim. Sizin 
meşələrdə çoxlu meyvə var. 
Əhliman TAGIYEV: Camaat onu yığa bilmir. Elə rayonun 
özündə emal müəssisəsi yaradılsa... 
Heydər  ƏLİYEV: Daha sizə emal müəssisəsini dövlət 
yaratmayacaqdır.  İndi sizdə bu qədər adamlar var, taxıl  əkirsiniz, 
hər nəfərə bir qaramal düşür. Bunun özü böyük bir şeydir. 
Keçmişdə, sovet dövründə belə bir şey olmayıbdır. Bilmirəm, sovet 
dövründə burada nə qədər iribuynuzlu mal-qara olubdur. 
Əhliman TAGIYEV: Cənab prezident, 25-30 min başa yaxın 
idi. 
Heydər  ƏLİYEV:  25-30 min baş, amma indi 70 min başdır. 
Davar  əvvəllər 100 min baş olubdur, indi 200 min başa yaxındır. 
Amma bunun keyfiyyəti başqa cürdür. O vaxt kolxoz-sovxozda 
olanda inəyin çəkisi də elə deyildi. Bu qədər süd, bala da vermirdi. 
Bir tərəfdən, yaxşı baxmırdılar. Mən özüm o illər respublikaya 
rəhbərlik etmişəm, nailiyyətimiz olub, amma o dövrün qüsurlarını 
da bilirəm, İkinci tərəfdən isə, belə də olmalı idi. O vaxt adamlar 
kolxozda işləyirdilər, amma işləməyənlər də vardı. Hesabdardı, nə 
bilim, onun köməkçisi idi, kolxoz sədri idi, onun müavini idi, 
briqadir idi və sair - bunların hamısı da gərək o adi kolxozçudan 
çox yeyəydi. Elədirmi? Burada belələri var, bilirlər ki, keçmişdə 
necə olubdur. Ona görə  də, məsələn, biz çalışdıq ki, qaramalın 
çəkisi, nə bilim, filan qədər olsun, bunu edə bilmirdiniz. Nəzərdə 
tuturduq ki, hər inəkdən filan qədər bala alınsın, ala bilmirdiniz. O 
vaxt çobanlar var idi, biz onları irəli çəkmişdik. Yüz qoyundan 
130, nə bilim 140 bala almaq böyük nailiyyət idi.  
Amma indi mal-qaraya özü baxır, balasını da özü alır, onun 
 

80  
 
85 
 
inəyi də  ətli olur, sonra danası da ətli olur, qoyunu da, keçisi də, 
hamısı... Çünki hamısı özünündür. Torpaqda da canla-başla işləyir. 
Çünki özü üçün işləyir, başqa adam üçün işləmir. Biz kənd 
əhalisini bütün vergilərdən azad etmişik. Torpaq vergisindən 
savayı, heç bir vergi vermirsiniz. Mən 3-4 il bundan qabaq fərman 
verdim, vergidən azad etdim. Ona görə  də indi, əlbəttə ki, gəlir 
əvvəlkindən qat-qat artıqdır. Sən burada çox gözəl dedin, biz bu 
islahatları, torpaq islahatını ondan ötrü keçirmişik. 
İndi sən deyirsən, müəssisə lazımdır ki, meyvəni emal etsin, 
Meşədə çoxlu meyvələr var, onlar toplansın, emal olunsun. 
Müəssisəni artıq dövlət yaratmayacaqdır. Müəssisəni sizin bax, bu 
sahibkarlar ki, var-kiçik və orta sahibkarlar, bunların biri, yaxud 
ikisi-üçü bir yerə  yığışıb, pul qoyub o müəssisəni tikib yaratsın, 
işlətsin, məhsulu emal etsin, həmin emaldan gəlirini, pulunu 
götürsün. Bunun yolu budur. Bunu da etmək çətin deyildir. Amma 
mən bilirəm, sizin insanların çoxu hələ bu sahibkarlıq keyfiyyətini 
əldə edə bilməyibdir. Bunu öyrənə bilməyiblər. 
Yadımdadır, mən bir müddət Naxçıvanda işləyəndə, 1991-1992-
ci illərdə, 1993-cü ildə  mən özüm, qanun-zad olmadan, bəzi dağ 
kəndlərində kolxozları  ləğv etmək istəyirdim. Bir-iki dağ  kəndinə 
getmişdim. Görürdüm ki, orada kolxoz heç nə vermir. Camaatı 
yığdım və dedim ki, kolxozu ləğv etmək istəyirəm. Mənə dedilər 
ki, yox, ləğv etmə. Soruşurdum, niyə? Mənə dedilər ki, bu, 
kolxozun gözətçisidir, heç olmasa, filan qədər maaş alır. Amma o, 
başa düşmürdü ki, kolxozu ləğv edəndə qazancı ondan çox olacaq. 
Daha gəlib gözətçi durmayacaq, gedib torpaqda işləməlidir, mal-
heyvan saxlamalıdır. Keçmişin bu psixologiyası  hələ insanlarda 
yaşayır. Amma daha bundan ayrılmaq lazımdır. Gərək hər kəs 
çalışsın ki, öz həyatını yaxşı qurmaq üçün şəxsi mülkiyyəti ilə, 
şəxsi zəhməti ilə zənginləşsin. Özünə daha da yaxşı şə-                                   
  

80  
 
86 
 
rait yaratmaq, yaxşı ev tikmək, uşaqlarına yaxşı  şərait yaratmaq 
üçün zənginləşsin, eyni zamanda, sahibkar olsun, iş görsün. 
İsmayıllı çox yaxşı rayondur, mən buranı yaxşı tanıyıram, 
əhalisi çox zəhmətkeşdir. Azərbaycana rəhbərlik etdiyim o illərdə 
mən bu rayondan bir dənə  də olsun mənfi  şey eşitməmişdim. 
Təbiəti yaxşıdır, bütün ətrafı gözəl meşələr, çaylardır.  İndi Allah 
sizə belə gözəl bir yer nəsib edibdir. Vaxtilə torpaq, mal-heyvan 
əldən alınmışdı, gərək kolxozda işləyəydin, pul alaydın... Bunlar 
artıq getdi. İndi hamıya sərbəstlik verilibdir. Ona görə də mən sənə 
məsləhət görürəm ki, rayondan 10-15 bacarıqlı adam tap. 
Elə adamlar tap ki, öz şəxsi mülkiyyəti ilə müəyyən qədər 
kapital qazanıblar. Onlara kömək et, lazım olsa, deyərəm, bizdən 
də kömək edərlər. 
Məsələn, meyvə emalı müəssisəsi yaratsınlar, başqaları yığışsın, 
ayrı müəssisə yaratsınlar. Çünki siz buradakı gözəl meyvələrinizin 
hamısını aparıb bazarda sata bilməyəcəksiniz. Amma emal edib, 
onlardan gözəl konservlər, şirələr və sair hazırlayıb satanda, onun 
qiyməti xeyli artacaqdır. Amma təkcə meyvə deyil, başqa 
məhsulları da emal etmək olar. Sən su çəkmək deyirsən, ona 
kömək etmək olar. Ancaq gəlib müəssisə tikmək, yox, dövlət daha 
bu işlərlə  məşğul olmur və olmayacaqdır. Biz hər  şeyi xalqa 
vermişik. Kimin bacarığı var, gəlsin, ortaya çıxsın, müəssisə  də 
yaratsın, zavod da yaratsın, fabrik də yaratsın, sahibkar olsun. 
Siz bilirsiniz ki, mən aprel, may aylarında sahibkarlarla böyük 
görüşlər keçirdim. Onları dinlədim, dərdlərini öyrəndim. Ondan 
sonra geniş  təhlil apardım və Azərbaycanda kiçik və orta 
sahibkarlığın inkişaf etdirilməsi üçün 7-8 böyük fərmanlar verdim. 
O fərmanlarda sahibkarlar üçün güzəştlər nəzərdə tutulubdur.  

80  
 
87 
 
                   
Lazımdır ki, siz burada bunları  təbliğ edəsiniz. Hər rayonun gərək 
özünün sahibkarlar qrupu yaransın. Elədirmi? 
Əhliman TAĞIYEV: Cənab prezident, bəli, elədir. 
Heydər ƏLİYEV: Mənə nə sözünüz var? 
YERDƏN SƏSLƏR: Sizə cansağlığı arzulayırıq. Sağ olun, Allah 
Sizdən razı olsun. 
Heydər  ƏLİYEV: Siz bizim hökumətin siyasətini, mənim 
siyasətimi bilirsiz? 
YERDƏN SƏSLƏR: Bilirik və dəstəkləyirik. 
Heydər ƏLİYEV: Bəyənirsiniz? 
YERDƏN SƏSLƏR: Bəyənirik. 
Heydər ƏLİYEV: Bəikə bir etirazınız var? 
YERDƏN SƏSLƏR: Xeyr. 
Heydər ƏLİYEV: Biz dövlətin işlərini düz aparırıq, yoxsa yox? 
YERDƏN SƏSLƏR: Düz aparırsınız, əla... 
Heydər ƏLİYEV: Səmimi deyirsiniz? 
YERDƏN SƏSLƏR: Bəli, səmimi deyirik, ürək sözümüzdür. 
Heydər ƏLİYEV: Bu, hamının fikridir? 
YERDƏN SƏSLƏR: Bəli, hamının fikridir. 
Heydər ƏLİYEV: Mən də 9 ildir ki, prezident kimi Azərbaycana 
rəhbərlik edirəm, amma prezident deyəndə, hamı elə bilir bu, asan 
işdir. Bilirsinizmi, prezident nə  qədər çox əziyyət çəkir? Siz onu 
bilmirsiniz. Heç bilə də bilməzsiniz. Hər şey mənim üzərimdədir: həm 
xarici siyasət, həm daxili siyasət, həm Ermənistan-Azərbaycan 
münaqişəsinin aradan götürülməsi, işğal olunmuş torpaqlarımızın azad 
edilməsi.ordunun qurulması, nə qədər işlər var... Amma mən sizə deyə 
bilərəm ki, Azərbaycanda iqtisadiyyat ilbəil inkişaf edir, insanların 
rifah halı yaxşılaşır, qarşıya qoyduğumuz vəzifələrin hamısını yerinə 
yetiririk və güman edirəm ki, bundan sonra daha da yaxşı olacaqdır. 
Ölkənin gəlir- 
 
 

80  
 
88 
 
ləri artır, bilirsiniz ki, biz neft strategiyasını  həyata keçiririk, indi 
bundan böyük gəlirlər alırıq və  gələcəkdə daha da çox gəlir 
alacağıq. Xarici ölkələrin  şirkətləri gəlib Azərbaycanda fəaliyyət 
göstərirlər. Bunlardan da ölkəmiz, təbiidir ki, öz mənfəətini 
götürür. Bu işlərin hamısını qurmuşuq və respublikamız, yəni 
ölkəmiz artıq müstəqil bir dövlət kimi yaşayır. Biz indi müstəqilik, 
azadıq, heç kəsdən asılı deyilik, azərbaycanlıyıq, Azərbaycan 
xalqıyıq, millətiyik. Bizim öz torpağımız, ölkəmiz var və bu ölkədə 
hamımız yaşayırıq. Bundan sonra da və daha da yaxşı yaşayacağıq. 
Mən sizin hamınıza cansağlığı, səadət, bütün işlərinizdə uğurlar 
arzu edirəm və ümidvaram ki, sizin də hər birinizin, hər bir ailənin 
işləri get-gedə yaxşı olacaqdır. Sağ olun. 
1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə