İsmayillida unudulmaz gorüŞLƏR



Yüklə 341.9 Kb.
Pdf просмотр
səhifə6/11
tarix07.07.2017
ölçüsü341.9 Kb.
1   2   3   4   5   6   7   8   9   10   11

YERDƏN SƏSLƏR:  Cənab prezident, Sizə yaxşı yol 
arzulayırıq. 
                                          
* * * 
 
İsmayıllıda olduqca səmimi keçən görüşdən sonra prezident 
Heydər Əliyevi müşayiət edən maşın karvanı respublikamızın daha 
bir dilbər guşəsi olan Qəbələ rayonuna yola düşdü. Yolboyu 
kəndlərin  əhalisi xalqımızın və müstəqil dövlətimizin etibarlı 
gələcəyinin təminatçısı, dünya şöhrətli siyasi xadim Heydər 
Əliyevi qarşılamağa çıxmışdı. 
                                                              "Azərbaycan " qəzeti,  
                                                                       9-10 noyabr 2002. 
  
 
 
 
 
 

80  
 
89 
 
 
 
                İSMAYILLILAR DÖVLƏTÇİLIYƏ  
                              SADİQDİRLƏR 
 
       Ölkə prezidenti ilə görüş bunu bir daha sübut edir                             
         
İsmayıllı çox yaxşı rayondur, mən buranı                        
yaxşı tanıyıram, əhalisi çox zəhmətkeşdir.                        
Azərbaycana rəhbərlik etdiyim o illərdə mən  
                         bu rayondan bir dənə də olsun  mənfi şey     
                         eşitməmişdim. 
                                                                     
HEYDƏR ƏLİYEV 
 
İsmayıllı respublikamızın dilbər guşələrindən biridir. Tanrı bu 
yerlərdən səxavətini  əsirgəməyib. Təbiəti göz oxşayır, ürək açır. 
Yaylağı yaylaqlar yaraşığıdır, qışlağı qışlaqlar. 
Zirvəsindən qar əskik olmayan arxalı dağları, sərin-şirin 
bulaqları, gursulu çayları, güllü-çiçəkli çəmənzarı, yamyaşıl 
meşələri, ceyranlı-cüyürlü ormanları, bağ-bağatlı el-obası, barlı-
bərəkətli torpaqları var bu yurdun. Bunlar Yaradanın səxavətindən 
İsmayıllının qismətinə düşənlərdi. Ancaq İsmayıllını daha çox 
tanıdan onun əməksevər, təpərli, qeyrətli, torpağa, el-obaya, 
Azərbaycana bağlı insanlarıdır.  İsmayıllı camaatını çaşdırmaq 
həmişə boş bir xülya olub. Onlar ağı qaradan seçməkdə çox 
arifdirlər. Dövlətçiliyə bağlılıq, möhtərəm prezidentimiz Heydər 
Əliyevə sadiqlik də məhz bu xarakterin nəticəsidir. Bu xarakter 3-5 
ildə formalaşmayıb. Möhtərəm prezidentimizin hələ respublikaya 
                                               
  

80  
 
90 
 
rəhbərlik etdiyi birinci dövrdə  İsmayıllı üçün etdikləri göz 
qabağındadır. Bugünkü yarlı-yaraşıqlı, abad, müasir İsmayıllı 
şəhəri məhz Heydər  Əliyevin birinci hakimiyyəti illərində tikilib-
qurulub. Nəticə ölkə prezidentinə sonsuz ehtiram, hörmət, inam və 
dövlətçiliyə sadiqliyin əbədiliyidir. Olimpiya İdman Kompleksinin 
açılışında iştirak etmək üçün Şəkiyə gedərkən yolüstü İsmayıllı 
şəhərində ayaq saxlayan Heydər Əliyevin böyük bir səmimiyyətlə, 
sevinc, fərəh və qürur hissi ilə qarşılanması da məhz bu keyfiyyətin 
ifadəsi idi. 
Heç kimin gözləmədiyi bir görüş idi. Bayram əhval-ruhiyyəsi 
isə təbii idi, xoş ovqat hər sözdə, hər kəlmədə, görüş iştirakçılarının 
hamısının çöhrəsində hiss olunurdu. Hətta görüşdən sonra da 
İsmayıllı camaatı həmin hisslərin təsirindən qurtara bilməmişdi və 
yəqin ki, bu xoş gün hələ uzun-uzun illər xatirələrdə yaşayacaqdır. 
Məhəmməd Qurbanov, müharibə və əmək veteranı: 
- Camaatın sevinci, keçirdiyi hədsiz fərəh hissini başa düşmək 
çətin deyil. 1970-ci illəri, 1980-cı illərin ilk dövrlərini yaşlı və orta 
nəsil yaxşı xatırlayır. Biz o illərdə respublikada gedən geniş 
quruculuq işlərinin bilavasitə şahidiyik. O illərdə ölkəmiz əsl inşaat 
meydanı idi. Həm də yenilik təkcə tikinti-abadlıq sahəsində deyildi. 
Ümumiyyətlə, Azərbaycan yenidən qurulurdu, çiçəklənən bir 
diyara çevrilirdi, dünya miqyasında tanınmağa başlamışdı. 
10-11 il əvvəlki durumu da heç kim unutmayıb. Azərbaycan 
məhv olmaq üzrə idi. Ölkə uçuruma gedirdi, hara baxırdıq talan 
görürdük, haqsızlıq,  ədalətsizlik görürdük. Hamı  sək-səkədəydi, 
sabaha ümid, inam qalmamışdı. Səfalətin bir addımlığındaydıq. 
Bu günü isə hamımız yaşayırıq, Azərbaycanda gedən proses- 
  
 
 
 

80  
 
91 
 
lərin  şahidiyik. Yenidən yüksəliş, inkişaf yolundayıq.  İnanırıq ki, 
sabah, biri gün narahatlıq doğuran heç bir problemimiz 
qalmayacaq. Sivil, azad, qüvvətli, firavan bir ölkənin vətəndaşları 
olacağıq. 
Bəli, 1970-80-ci illərdə Azərbaycan yenidən qurulurdu - Heydər 
Əliyevin təşəbbüsü və  rəhbərliyi ilə. 10 il əvvəl girdablara 
yuvarlanırdıq.  Heydər  Əliyevsiz idik. Bu gün yenidən zirvələrə 
istiqamət götürmüşük - sükançı Heydər  Əliyevdir. Bu məlum 
həqiqətləri unutmaq, qiymətləndirməmək mümkündürmü? Belə bir 
böyük insanla görüşdən qürrələnməmək, fərəhlənməmək 
mümkündürmü? 
Mahmud Süleymanov, fermer; 
- Möhtərəm prezidentimiz İsmayıllı camaatı ilə  qısa görüşdə 
hamımız üçün konkret fəaliyyət proqramı verdi. Bizim rayona 
yaxşı bələddir, onun imkanlarını da gözəl bilir. Birinci hakimiyyəti 
dövründə iki dəfə rayonumuzun qonağı olub. Biz bu son görüşdən
ölkə prezidentinin tövsiyə  və  məsləhətlərindən dəyərli nəticələr 
çıxardıq. 
İsmayıllı aqrar rayondur. Bu sahədə imkanlarımız genişdir. 
Xüsusilə taxılçılıqda və heyvandarlıqda böyük uğurlar qazanmışıq. 
Rayonda aqrar islahat müvəffəqiyyətlə aparılıb. 28 min hektara 
yaxın  əkin sahəsi, milyardlarla manatlıq  əmlak kənd camaatının 
ixtiyarına verilib. Nəticə sevindiricidir. Qaramalın və davarların 
baş sayı, eləcə də taxıl istehsalı 2,5-3 dəfə artıb. Ancaq bu son hədd 
deyil. 
Rayonda rəsmi olaraq 52 fermer təsərrüfatı qeydiyyatdan keçib. 
Fəaliyyət göstərən fermer təsərrüfatlarının hamısı taxılçılıq və 
heyvandarlıqla məşğuldur. Ancaq prezident bizə bir daha xatırlatdı 
ki, aqrar təsərrüfat yalnız bu iki sahədən ibarət deyil. Baş- 
 
                                        
  

80  
 
92 
 
qa sahələr də unudulmamalıdır.  İlk növbədə tarixən rayonumuz 
üçün  ənənəvi sahə olmuş meyvəçilik kölgədə qalmamalıdır. Bəzi 
fermerlər müəyyən miqdarda bostançılıq və  tərəvəzçiliklə  məşğul 
olurlar. Ancaq bu sahədə də imkanlardan tam istifadə edilmir. 
Emal müəssisələri yaradılması barədə ciddi düşünməliyik. 
Rayonda fəaliyyətsiz qalmış 7 üzüm emalı müəssisəsi, 2 konserv 
zavodu var. Onlardan birinin bazasında meyvə-tərəvəz emalı 
müəssisəsi yaradılması həm rayonun iqtisadiyyatının yüksəlməsinə, 
həm də dediyimiz sahələrin inkişafına təkan verərdi. 
Sözsüz ki, möhtərəm prezidentimizin məsləhətləri bizi ciddi 
düşünməyə vadar edir. Doğrudan da nəhayət başa düşməliyik ki, 
bu gün meydan sahibkarlığındır. Öz fəaliyyətimizi qəti olaraq 
bazar iqtisadiyyatının tələblərinə müvafiq qurmalıyıq. Yalnız bu 
yolla həm ölkədə məhsul bolluğu yaradılmasında yaxından iştirak 
edə bilərik, həm də öz imkanlarımızı genişləndirərik. 
Mübariz Abdullayev, 
İsmayıllıda məskunlaşmış  Cəbrayıldan olan məcburi 
köçkün
- O gün İsmayıllıda məskunlaşan qaçqın və məcburi köçkünlərin 
də bayramı idi. Çünki biz hər dəfə möhtərəm prezidentimizi 
görəndə, onun dediklərini dinləyəndə toxdaqlıq tapırıq. Doğma el-
obaya qayıda biləcəyimizə ümidimiz artır. İsmayıllıda demək olar 
ki, bütün işğal olunmuş rayonlardan məcburi köçkünlər yaşayır. 
Razılıq hissi ilə qeyd etmək istərdim ki, biz ilk gündən burada yerli 
camaatın, xüsusilə rayon rəhbərliyinin qayğısıyla rastlaşmışıq. 
Hətta bu qayğı  və diqqətdən sıxılıb utanan vaxtlarımız da olub. 
Özümüzə  təskinlik vermişik ki, inşallah doğma yurda qayıdandan 
sonra əvəzini çıxarıq, heç kimin qarşısında xə- 
 
 
 

80  
 
93 
 
calətli qalmarıq. Bu elə-belə arzu deyil. Bizim həyatımızın 
amalıdır. Həmin amalın sönməyəcəyinə, ya da təkcə amal, istək 
olaraq qalmayacağına inanırıq. Bu inamı bizdə yaradan möhtərəm 
prezidentimizin həyata keçirtdiyi siyasətdir, onun müdrikliyidir, 
gərgin fəaliyyəti və böyüklüyüdür. İsmayıllıdakı ayaqüstü görüş 
bizdəki bu yəqinliyi bir daha artırdı. 
Heydər  Əliyevə etibarımız hədsizdir və  həmişə  əməli  şəkildə 
nümayiş etdirmişik ki, ona arxa-kömək durmağa hər an hazırıq. 
Görüşdən sonra bu əhval-ruhiyyə daha da möhkəmlənib. Biz 
əminik ki, məhz Heydər  Əliyevin düzgün siyasəti sayəsində sülh 
yolu ilə torpaqlarımız azad olunacaq, doğma el-obaya qayıdacağıq, 
orada toy-büsat quracağıq və  ən mötəbər qonağımız möhtərəm 
prezidentimiz olacaq. 
Namiq Kərimov, 
İsmayıllı rayon Gənclər,  İdman və Turizm İdarəsinin rəis 
müavini: 
- Gənclərimiz uzun illər  ərzində rayonda yaranmış  ənənəyə 
sadiq qalmaq əzmində olduqlarını  həmişə nümayiş etdirmişlər. 
Təsadüfi deyil ki, İsmayıllı heç vaxt narahatlıq doğurmayan, stabil 
rayon kimi tanınır. Biz Tanrının səxavətindən də razıyıq - belə bir 
dilbər guşədə yaşayırıq, bizə göstərilən diqqət və qayğıdan da 
gileyimiz yoxdur - respublikamızda gənc nəslin müstəqil ölkənin 
vətəndaşları kimi formalaşması üçün hər cür şərait var. 
Təbii ki, biz gənclik üçün belə bir şəraiti yaradan böyük insanı 
öz rayonumuzda qarşılamaqdan ancaq və ancaq qürur hissi duya 
bilərdik. Bizim üçün əlamətdar olan bir də o idi ki, möhtərəm 
prezidentimizlə birlikdə  həm də  gənclərin lideri İlham  Əliyevi də 
salamlayırdıq və bu səfər xoş bir məram daşıyırdı. Onlar Şəki 
şəhərində yeni inşa olunmuş Olimpiya İdman Kompleksi- 
                                    
 

80  
 
94 
 
nin açılışında iştirak etmək üçün yola çıxmışdılar. Elə  həmin 
kompleksin özü gəncliyə diqqət və qayğının bariz nümunəsidir. 
Əlbəttə, belə bir xoş  məqamda biz raport da verə bilərdik. Deyə 
bilərdik ki, rayonumuzda da idmanın inkişafı daim diqqət 
mərkəzindədir. Misal üçün, elə son uğurlarımızı göstərə bilərdik. 
Xatırladardıq ki, bu ilin may ayında Bakıda keçirilmiş 
yeniyetmələrin üçüncü respublika idman oyunları yarışında 
komandamız ikinci yeri tutub. Yenə bu ilin oktyabr ayında 
Astarada keçirilmiş "Vətənin müdafiəsinə hazıram!" 
ümumrespublika final mərhələsində üçüncü yerə çıxmışıq, karate-
do üzrə Azərbaycan çempionatında bir idmançımız respublika 
çempionu olmuş, iki idmançımız isə bürünc medallara layiq 
görülmüşdür. Bu sıradan başqa uğurlarımızı da yada sala bilərdik. 
Bununla belə, biz bilirik ki, əsl qələbələr hələ qabaqdadır. 
Möhtərəm prezidentimizi də,  İlham  Əliyevi də  əmin edirik ki, 
Azərbaycan gəncləri, o cümlədən də  İsmayıllı  gəncləri diqqət və 
qayğıya yeni-yeni uğurlarla, zəfərlərlə cavab verəcəklər. 
Ötən hər gün prezidentlə görüşü tarixə çevirir. Görüşün 
təəssüratı isə  əbədi olaraq xatirələrdə yaşayacaq. Bu gün 
İsmayıllıya güzarı düşən, rayonun məclislərində  iştirak edən 
prezidentin həmin qısa görüşdə dediklərinin geniş müzakirə 
obyektinə çevrildiyinin şahidi olar. Prezidentin hər bir məsləhəti, 
tövsiyəsi bütün İsmayıllılar tərəfindən razılıq hissi ilə, sözün tam 
mənasında, fəaliyyət proqramı kimi qarşılanıb.  İsmayıllı camaatı 
belə bir əminlik ifadə edir ki, Heydər  Əliyevin yüksək etimadına 
həqiqətən layiq olduqlarını əməli işləri ilə nümayiş etdirəcəklər. 
                                                            
    "Azərbaycan " qəzeti,  
                                                                           15 noyabr 2002. 
 
 

80  
 
95 
 
 
 
                                                                                                                
       GÜCLÜ DÖVLƏT GÜVƏNC YERİDİR 
 
İsmayıllılar onun daha da qüdrətlənməsi üçün 
                    həmişə səfərbərdirlər 
                          
               "İsmayıllı çox yaxşı rayondur, mən buranı yaxşı  
                 tanıyıram, əhalisi çox zəhmətkeşdir. Azərbaycana  
                 rəhbərlik etdiyim o illərdə mən bu rayondan bir  
                 dənə də olsun mənfi şey eşitməmişəm. Təbiəti  
                 yaxşıdır, bütün ətrafı gözəl meşələrdir. Allah  
                 sizə belə gözəl bir yer nəsib edibdir." 
 
Bu sözləri möhtərəm prezidentimiz Heydər  Əliyev  Şəkiyə, 
Olimpiya idman kompleksinin açılışına gedərkən İsmayıllı camaatı 
ilə görüşündə deyib. Həqiqətən də İsmayıllı fərqli rayondur. Təbiəti 
kimi, insanları da gözəldir. Torpaqları barlı-bərəkətli olduğu qədər, 
adamları da zəhmətkeşdir. Uca-uca dağları, yamyaşıl ormanları, 
güllü-çiçəkli çəmənləri, dişgöynədən bulaqları, gur sulu çayları nə 
qədər ürəkaçan, gözoxşayandırsa, camaatı ondan da çox səmimidir, 
dar gündə arxa, ağır ayaqda köməkdir. Təsadüfi deyil ki, 
İsmayıllıya bir dəfə güzarı düşən bu yerlərə dönə-dönə qayıtmaq 
istəyir. Bu istəyi yaradan təbiətdən çox insanların mehribanlığı, 
saflığıdır. 
Məhz bu keyfiyyətlərə görədir ki, İsmayıllı heç vaxt narahat 
rayon sayılmayıb, həmişə inanıb etibar etdiyinə  sədaqətli olub. 
İsmayıllıların dövlətçiliyi bütün mövqelərdən yüksək tutması, 
iqtidara sadiqliyi, möhtərəm prezidentimiz Heydər Əliyevin çağı- 
 
 

80  
 
96 
 
rışlarına daim birincilər sırasında cavab verməsi, milli maraqlara
dövlət mənafeyinə xidmət edən bütün tədbir və kampaniyalarda 
həmişə  fəallıq nümayiş etdirməsi də bu səbəbdəndir.  İsmayıllı 
camaatına inanmadığı bir şeyi ehkam kimi qəbul etdirmək müşkül 
işdir, ancaq inanıb qəbul etdisə, onu əqidəsindən döndərmək daha 
müşküldür. Bu, tarixlərin sınağından çıxmış bir həqiqətdir və son 
33 ildə artıq bir ənənə kimi, ümumrayon xarakteri kimi formalaşıb. 
Həmin illərdə  İsmayıllı yenidən qurulub, tikilib və bugünkü 
müasir, abad, geniş iqtisadi imkanlara malik bir rayona çevrilib. 
Yeniləşmə prosesi bu gün də davam edir. Rayonda abadlıq, 
yenidənqurma işləri yeni vüsət alır. Sosial problemlərin həlli, 
iqtisadiyyatın intensiv inkişafı, mədəni səviyyənin daha da 
yüksəldilməsi istiqamətində  məqsədyönlü iş gedir. Bütün bunlar 
həm də dövlətçiliyə xidmətin bir nümunəsidir.  İsmayıllı camaatı 
güclü dövləti yalnız güvənc yeri saymır, onun daha da 
möhkəmlənməsi üçün həmişə səfərbərdir, mütəşəkkildir. 
Möhtərəm prezidentimiz Heydər Əliyev YAP-ın 10 illiyinə həsr 
olunmuş yubiley mərasimindəki nitqində partiyanın iqtidarda 
olduğu dövr ərzində  əldə edilmiş  ən böyük nailiyyəti belə 
səciyyələndirdi: "Birincisi, biz Azərbaycanda güclü, demokratik 
hüquqi dövlət qurmuşuq. Bu dövlətin təsisatlarını yaratmışıq. 
Dövlət quruculuğu prosesini təkmilləşdirmək üçün geniş 
islahatlar - hüquqi islahatlar, dövlət sektorunda islahatlar və 
başqa sahələrdə islahatlar keçirmiş, çox böyük nailiyyətlər əldə 
etmişik... Bunların hamısı Azərbaycanda müstəqil, güclü, 
demokratik dövlətin yaranması üçündür". Bu, Azərbaycanın 
gələcək taleyini müəyyənləşdirən tarixi bir vəzifədir və İsmayıllılar 
haqlı olaraq həmin vəzifənin müvəffəqiyyətlə, zəfərlə yerinə 
yetirilməsinə köməkçi, yardımçı olmaları ilə fəxr edirlər. 
                                                
 

80  
 
97 
 
 
Akif Xıdırov, YAP İsmayıllı rayon təşkilatının sədri: 
- Bizim nəslin üzərinə çox sərfəli və  məsul bir vəzifə düşüb - 
müstəqil, azad, demokratik Azərbaycanın qurucularıyıq. Ağır, 
böhranlı keçid dövrünü yaşadıq, indi işıqlı sabahı qururuq və 
hamımız qürur hissi keçiririk ki, bu müqəddəs vətəndaşlıq borcunu 
möhtərəm prezidentimiz, müdrik liderimiz Heydər  Əliyevlə 
birlikdə, onun rəhbərliyi ilə ödəyirik. Bu, təkcə  mənim yox, 
bütünlükdə  İsmayıllı camaatının fikridir və onlar sözdə yox, 
əməldə  həmişə möhtərəm prezidentimizlə bir sırada olduqlarını 
nümayiş etdirirlər. Elə bu gün iqtidarda olan Yeni Azərbaycan 
Partiyasına münasibət də deyilənlərin sübutudur. YAP-ın İsmayıllı 
rayon təşkilatı respublikada yaradılan ilk özəklərdən biridir və təsis 
edildiyi gündən öz mütəşəkkilliyi, mübarizliyi ilə seçilib, YAP-ın 
10 illik yubileyi ərəfəsində, eləcə də möhtərəm prezidentimizin bu 
münasibətlə keçirilmiş  təntənəli mərasimdəki proqram xarakterli 
nitqini dinləyərkən və həmin nitqdən irəli gələn vəzifələri müzakirə 
edərkən qürur, iftixar hissi keçirməklə yanaşı, həm də bir növ 
hesabat verirdik. 
Bəli, təşkilatımız dövlət quruculuğunda həmişə ölkə iqtidarına 
arxa, kömək olub, daim səfərbərlik nümayiş etdirib. Bizim təşkilat 
YAP-ın  ən böyük qurumlarından biridir. İndiyədək sıralarımızdan 
5200 nəfərə yaxın adama üzvlük bileti verilib. Ancaq həmişə 
çalışmışıq ki, təşkilatımız təkcə say tərkibinə görə deyil, keyfiyyəti 
ilə  də seçilsin. Rayonumuzun bugünkü durumu göstərir ki, 
istəyimizə nail olmuşuq.  İsmayıllı respublikanın  ən sta-bil, 
inkişafda olan, sosial-mədəni səviyyəsinə görə seçilən rayonları 
sırasındadır. 
Məhz səmərəli fəaliyyətin nəticəsidir ki, təşkilatımız rayonda 
yeganə aparıcı  və  həlledici qüvvə kimi tanınıb. Özlərinin təqdim 
etdikləri siyahını əsas götürsək, rayonda rəsmi qeydiyyatda 

80  
 
98 
 
olan 7 müxalif partiyanın üzvlərinin birlikdə sayı YAP-ın rayon 
təşkilatının üzvlük bileti alanlarının heç onda biri qədər də deyil. 
Bu, inamın, etibarın kimin tərəfində olduğunu göstərir. Həmin 
inam, etibar sınaqlarda bərkiyib. Müxalifət qüvvələri nə qədər yaxa 
cırsalar da, qarayaxalıq etsələr də, ağa qara desələr də, reallıq 
belədir. Xalqı bu seçimindən qətiyyən döndərmək mümkün deyil. 
Son 10 il ərzində neçə  dəfə prezident və parlament seçkiləri, 
referendum, digər respublika əhəmiyyətli siyasi kampaniyalar 
keçirilib. Müxalifət dəridən-qabıqdan çıxsa da, ölkə daxilindən 
əlləri üzüləndə  hətta xaricdəki bədxahlarımızdan belə imdad 
diləməyi özlərinə  rəva görsələr də, xalq öz sözünü deyib. 
Qətiyyətlə nümayiş etdirib ki, o, möhtərəm prezidentimiz Heydər 
Əliyevlədir, onun rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası ilədir. 
Bəri başdan çəkinmədən demək olar ki, müxalifət qarşıdan gələn 
seçkilərdə də heç nəyə nail ola bilməyəcək. İsmayıllı camaatı günü 
bu gün öz iradəsini ifadə etməyə hazırdır. 
Bağı Məhərrəmov - fermer: 
- Güclü dövləti ilk növbədə möhkəm iqtisadi baza formalaşdırır. 
Bunun üçün Azərbaycanın hansı  təbii ehtiyatlara və imkanlara 
malik olduğu hamıya məlumdur. Həmin mənbələri hərəkətə 
gətirmək isə  hər bir azərbaycanlının, eləcə  də bizim, yəni kənd 
təsərrüfatı ilə  məşğul olanların vətəndaşlıq borcudur. Bu gün 
ölkəmizdə sərbəst və səmərəli fəaliyyət üçün həm lazımi səviyyədə 
hüquqi baza mövcuddur, həm də bazar iqtisadiyyatının sərt 
tələblərinə uyğunlaşmaq üçün dövlət, xüsusilə  də möhtərəm 
prezidentimiz Heydər Əliyev tərəfindən hər cür diqqət və qayğı ilə 
əhatə olunmuşuq. 
İsmayıllı aqrar rayondur. İqtisadiyyatı  əsasən taxılçılıq və 
heyvandarlıq üzərində qurulub. Yəni rayonun iqtisadiyyatının 
intensiv inkişafının təminatı məhz bizim, yəni bilavasitə kənd  
                             

80  
 
99 
 
                                                                                                      
təsərrüfatı ilə  məşğul olanların gərgin, səriştəli və  səmərəli işidir. 
Aqrar islahatların müvəffəqiyyətlə  həyata keçirilməsi geniş 
imkanlar açmışdır.  Əvvəllər kolxoz və sovxozlara məxsus olmuş 
40341 hektar torpaq sahəsi onu əkib-becərənlərin mülkiyyətinə 
verilmiş, 51,5 milyard manatlıq  əmlak  əsl sahiblərinə 
qaytarılmışdır. Hazırda rayonda kollektiv kənd təsərrüfatı 
müəssisəsi, 5 kənd təsərrüfatı kooperativi, 4 kiçik müəssisə və 52 
kəndli fermer təsərrüfatı  fəaliyyətdədir. Onların mülkiyyətində  və 
fərdi istifadəsində olan 9280 hektar torpaq sahəsinin 6239 hektarı 
əkin altındadır. Həmçinin rayon əhalisi ilə nisbətdə götürsək şəxsi 
təsərrüfatlarda adambaşına bir başdan çox qaramal, 2,5 başa qədər 
davar saxlanılır. 
Göründüyü kimi, böyük var-dövlətdir. Əgər onu da nəzərə alsaq 
ki, bu var-dövlətdən səmərəli istifadədə rayon rəhbərliyi bizə 
həmişə qayğı  və kömək göstərir, ortada heç bir bəhanəyə  əl yeri 
qalmaz. Heç əl yeri axtarmaq əyyamı da deyil. Çünki yaxşı işimizlə 
biz ilk növbədə öz gün-güzəranımızı qururuq. Nəticələr isə 
yüksəkdir. 66798 ton taxıl, 4641 ton kartof, 3819 ton tərəvəz 
istehsai edilmiş,  əvvəlki illə müqayisədə  ət istehsalı 22 faiz, süd 
istehsalı 27 faiz artmışdır. Ümumilikdə 1 oktyabr 2002-ci il tarixə 
istehsal edilmiş kənd təsərrüfatı məhsullarının həcmi pul ifadəsi ilə 
71 milyard 820 milyon manat təşkil etmişdir. 
Ancaq biz bu nəticələri qətiyyən son hədd hesab etmirik. 
Əksinə, indiyədək  əldə etdiyimiz uğurları böyük işin başlanğıcı 
sayırıq. Artıq öz fəaliyyətimizi bazar iqtisadiyyatının tələblərinə 
uyğun qura bilmişik. Qazandığımız nəticələr sübut edir ki, düzgün 
yoldayıq. 
Daha bir ili sona çatdırırıq. Bu il çox hadisələrlə  əlamətdardır. 
Rayonumuz üçün bir də onunla yadda qalandır ki, möhtərəm 
prezidentimiz Heydər Əliyev Şəkiyə gedərkən camaatımız- 

80  
 
100 
 
 
                                         
la görüşdü və konkret məsləhətlərini verdi, həmçinin YAP-ın on 
illiyinə  həsr olunmuş yubiley mərasimindəki nitqində respublika 
əhalisinin rifahının, güzəranının yaxşılaşdırılması istiqamətində 
görülmüş  işləri,  əldə edilmiş  nəticələri yüksək qiymətləndirərək 
gələcək fəaliyyətin aydın proqramını verdi. Biz həmin proqramla 
işləyəcəyik, ölkədə bolluq yaratmaq üçün bütün imkanlardan 
istifadə edəcəyik. 
İradə Hüseynova, Talıstan kənd orta məktəbinin müəllimi: - 
Mən ibtidai sinif müəllimiyəm. Ömrümün 23 ilini bu şərəfli işə 
həsr etmişəm. Təlim-tərbiyəsi ilə  məşğul olduğumuz, yazıb-
oxumaq öyrətdiyimiz uşaqlar azad Azərbaycanın övladlarıdır. 
Onlar sabah daha firavan, xoşbəxt bir həyat yaşayacaqlar. Biz 
onları bu həyata hazırlamalıyıq, vətənpərvərlik ruhunda 
tərbiyələndirməliyik. Azərbaycanın hazırkı durumu, ölkədə gedən 
proseslər,  əmin-amanlıq, hərtərəfli inkişaf bizim üçün də geniş 
imkanlar açır.  İlk növbədə  uşaqlara deyəcəyimizlə  ətrafda baş 
verənlər təzad təşkil etmir. Bu bizim müqəddəs vəzifəni  şərəflə 
yerinə yetirə biləcəyimizə  ən böyük zəmanətdir. Bu zəmanəti 
rayonumuzdakı yeniləşmə, inkişaf daha da etibarlı edir. Son 
doqquz ilin uğurları  İsmayıllını az qala tanınmaz edib. Bu gün 
rayonun sosial-mədəni həyatını daha da yaxşılaşdırmaq sahəsində 
görülən işlər ibtidai  siniflərdə parta arxasında  əyləşən uşaqların 
eşitdikləri xoş sözlərin əyani təsdiqidir. Mən bunu müəllim üçün ən 
böyük fəxr, hətta xoşbəxtlik sayıram. Bu bizi daha cəsarətli, inamlı 
edir. Mən təkcə öz məktəbimizin yox, ümumilikdə rayonun təhsil 
işçiləri adından demək istərdim ki, biz məhz möhtərəm 
prezidentimiz Heydər  Əliyevin hakimiyyəti dövründə belə inamlı 
olmuşuq. Bu gün "müxalifətəm" deyib su bulandıranların dünənki 
iqtidar dövrü kimin yadından çıxıb. Uşaqların yanında xəcalətli 
qalmışdıq. Məktəbdə bir söz eşi- 

80  
 
101 
 
                                                                                                         
dən ibtidai sinif şagirdi bayırda ayrı bir mənzərə qarışıq, qaranlıq 
bir dünya görürdü. Həmin dünyada biz özümüz çaşqın bir 
vəziyyətdəydik. Hətta sinfə girməyə də üzümüz gəlmirdi. Bəlkə elə 
buna görədir ki, rayonun təhsil işçilərinin üçdə iki hissəsindən çoxu 
YAP-ın üzvüdür. Çünki onlar əvvəlcədən bilirdilər ki, vəziyyətdən 
ancaq Heydər Əliyevin rəhbərlik etdiyi mübariz, sivil bir partiyada 
birləşməklə çıxmaq mümkündür. Hadisələrin sonrakı gedişatı sübut 
etdi ki, biz yanılmamışıq. Bu gün bir Azərbaycan vətəndaşı kimi 
sabahı daha işıqlı görürük və şagirdləri hələ ibtidaidən həmin işığın 
nurunda tərbiyələndiririk. 

Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə