İsmayillida unudulmaz gorüŞLƏR


Rüstəm Səmədov,  İsmayıllı rayon Gənclər,  İdman və



Yüklə 341.9 Kb.
Pdf просмотр
səhifə7/11
tarix07.07.2017
ölçüsü341.9 Kb.
1   2   3   4   5   6   7   8   9   10   11

Rüstəm Səmədov,  İsmayıllı rayon Gənclər,  İdman və 
Turizm idarəsinin rəisi: 
- Bu gün bütün ölkə kimi, bizim rayonumuzda da içtimai-siyasi 
meydanda qüvvələr nisbəti anlayışı ancaq bir məfhum kimi 
mövcuddur. Xalqı aldatmaq, boş vədlərlə, populist hərəkətlərlə onu 
inamından döndərmək daha mümkün deyil. O, kimin kim olduğunu 
gözəl bilir və Yeni Azərbaycan Partiyasını yeganə siyasi qüvvə 
kimi qəbul edir. O ki qaldı müxalif partiyalara, onlar heç bir bazaya 
malik deyillər. Həmin partiya liderlərinin arxasınca hətta öz 
qohum-əqrəbaları da getmir, çünki onların gördükləri  şər-xəta 
işlərdir,  əməlləri böhtandır, iftiradır, boş hay-küydür. YAP isə 
Azərbaycanda dövlətçiliyin daha da möhkəmlənməsi, onun 
dünyanın sivil ölkələri sırasında layiqli yerini tutması, qüdrətli, 
firavan bir respublikaya çevrilməsi üçün daima axtarışdadır, əməli 
fəaliyyətdədir. Bu, müqəddəs bir vəzifədir və  həmin vəzifənin 
şərəflə yerinə yetirilməsi üçün İsmayıllı  gəncləri daim 
səfərbərdirlər. 
Gənclərimizin rayonun siyasi, sosial-iqtisadi və  mədəni 
həyatındakı rolu gündən-günə artmaqdadır.  İlham  Əliyev YAP 
sədrinin birinci müavini seçildikdən sonra isə onlar xüsusi fəal- 

80  
 
102 
 
lıq göstərirlər. Respublikamızda gənclərə yüksək qayğı, onların 
hərtərəfli inkişafı, sağlam nəsil yetişməsi üçün yaradılan şərait təbii 
ki, nəticəsiz qala bilməzdi. Həmin nəticə hazırkı mübariz əhval-
ruhiyyədir. Biz bütün fəaliyyətimizi bu mübarizliyi daha da 
artırmağa yönəltmişik. Vaxtaşırı olaraq keçirilən kütləvi tədbirlər 
də  məhz bu məqsədə xidmət edir. "İstedad sorağında", "Gənclər 
dövlətçiliyin dayağıdır", "Milli-mənəvi dəyərlərmizi qoruyub-
saxlayaq", "Ana, vətən, torpaq, birlik", "Azərbaycan - yurdum 
mənim" və s. devizlər altında keçirilən belə  tədbirlər çox gözəl 
səmərə verməkdədir. 
Əlbəttə, mən gördüyümüz işlərdən çox danışa bilərdim. Həmin 
işlərlə biz vəzifə borcumuzu yerinə yetiririk. Möhtərəm 
prezidentimiz Heydər 
Əliyevin Azərbaycan dövlətinin 
güclənməsinə, regionun aparıcı ölkəsinə çevrilməsinə 
istiqamətlənmiş siyasətini dəstəkləmək, bu yolda ona arxa-kömək 
olmaq isə əzəli və əbədi vəzifəmizdir. Bu vəzifənin məsuliyyətini 
də dərk edirik, şərəfini də və onların hər ikisini daşımağa hazırıq. 
Bu gün İsmayıllıda kiminlə qabaq-qənşər otursan, ancaq bü 
məzmunda söhbət eşidərsən. Bu, səbəbsiz deyil. İsmayıllılı  nə 
etdiyini, nə istədiyini gözəl bilir. Son 33 ilin nailiyyətləri göz 
önündədir. Sabahkı  uğurlar isə  hələ qarşıdadır. Rayon icra 
hakimiyyətinin başçısı Əhliman Tağıyev də bizimlə söhbətində 
bu gün görülən işlərlə yanaşı perspektiv planları xüsusi olaraq 
xatırlatdı. Bizə  təqdim edilən, icra hakimiyyəti başçısının 
təşəbbüsü ilə hazırlanıb! təsdiqlənmiş  "İsmayıllı rayonunun 
sosial-iqtisadi inkişafına dair proqram"dan göründüyü kimi, 
həqiqətən, qarşıda geniş üfüqlər var: yerli sənayenin 
dirçəldilməsi, mebel və tikinti materialları istehsalının təşkili, 
xüsusilə,  ənənəvi sahə olan xalçaçılığın inkişafı, konserv emalı 
müəssisələrinin yaradılması, kənd təsərrüfatında səmərəliliyin 
daha da yüksəldilməsi istiqamətində əlavə 

80  
 
103 
 
 
tədbirlər görülməsi, tikinti-abadlıq işlərinin genişləndirilməsi 
və s. Turizmin inkişafı isə  həmin tədbirlər proqramında 
İsmayıllı rayonunun sabahı üçün əsas şərt kimi dəyərləndirilir. 
Rayon  ərazisində yerləşən Baş Qafqaz sıra dağları, 
Niyaldağ, Fitdağ, Acınohur dağı  və s. dağlar, VII əsrin canlı 
yadigarı olan Lahıc qəsəbəsi, Cavanşir qalası, Qız qalası  və 
digər tarixi mədəniyyət abidələri,  şəlalələr, təbii, süni göllər, 
zəngin bitki və heyvanat aləmi turizmin inkişafına böyük 
imkanlar açır. 
Azərbaycan Respublikası prezidentinin 27 avqust 2002-ci il 
tarixli sərəncamı ilə 
təsdiq edilmiş "Azərbaycan 
Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair 
Dövlət Proqramı"nın həyata keçirilməsi məqsədilə hazırlanmış 
tədbirlər planına uyğun olaraq hazırda rayonda beynəlxalq 
standartlara cavab verən turizm və istirahət mərkəzləri, 
pansionatlar və digər müvafiq obyektlər yaradılması üçün 
təşkilati tədbirlər həyata keçirilir. 
İsmayıllı camaatı bir məlum həqiqəti də gözəl bilir ki, həmin 
perspektivin təminatı üçün güclü dövlətin dayağı, köməyi, 
qayğısı vacib şərtdir. Azərbaycanda isə güclü dövlət var və o, 
gündən-günə qüdrətlənir. Çünki o dövlətin sükanı arxasında 
Heydər Əliyev kimi böyük, qadir bir rəhbər durur, təkanverici 
qüvvəsi isə xalqın dəstəyi, səfərbərliyi, mütəşəkkilliyidir. 
İsmayıllı rayonu həmin sırada daim birincilər cərgəsindədir... 
              
"Azərbaycan"qəzeti.               
10 noyabr 2002. 
                                      
  
 

80  
 
104 
 
 
 
 
                        MİLLİ İFTİXARIMIZ 
 
Xalq tarixin yaradıcısıdır, onun bünövrə daşlarını qoyan, ucalara 
aparıcı qüvvədir. Lakin xalqı bu yaradıcılığa yönəldən, 
istiqamətləndirən, səfərbər edən, dövlətin adını ucaldan, nüfuzunu 
yüksəldən müdrik şəxsiyyətlərdir. Məhz belə bacarıqlı şəxsiyyətlər 
dövrün, zamanın nəbzini tutaraq xalqa düzgün yol göstərirlər. 
Yalnız o dövlət başçıları və tarixi şəxsiyyətlər qəlblərdə əbədi yer 
tuturlar ki, onlar öz nəcib  əməlləri, yüksək humanizmi, siyasi 
istedadı, dövlət müdrikliyi ilə seçilirlər və adlarını tarixə  həkk 
edirlər. Xüsusilə, nisbətən kiçik dövlətləri, ölkələri, millət və 
xalqları tarixin ağır sınaqlarından çıxarmaq, onları hifz edib 
saxlamaq,  şərəf və  şöhrətini qorumaq daha böyük məharət, sözün 
əsl mənasında, qəhrəmanlıq tələb edir. 
Son statistik məlumatlara görə biz azərbaycanlılar əlli milyonuq. 
Lakin dünyanın müxtəlif yerlərinə  səpələndiyimizdən Azərbaycan 
dövləti müasir coğrafi baxımdan səkkiz milyon insanı təmsil edən 
kiçik bir respublikadır. Xalqımızın  şanlı tarixi var. Bəşər 
sivllizasiyasına layiqli töhfələr vermişik. Bununla birlikdə 
dövlətçilik tariximiz qanlı-qadalı  sınaqlardan keçmiş, heç də 
həmişə vahid dövlət qurumunda, milli vəhdət halında yaşamamışıq. 
Üzərimizə saysız-hesabsız hücumlar olmuş, işğallara məruz 
qalmışıq. 
Parçalanmışıq, ona görə ki, ümumxalq, ümummilli birliyimizi 
təmin edə bilən dövlət xadimlərimiz, siyasətçilərimiz az olmuşdur. 
Yalnız son 100 ildə şüurumuzda və fəaliyyətimizdə milli 
 
 
                                                                                                   

80  
 
105 
 
                                                                                                          
özünüdərk, milli birlik ideyası bərqərar olmuşdur. Bunun sayəsində 
1918-ci ildə  Şərqdə ilk demokratik cümhuriyyət Azərbaycanda 
yaradılmışdır. Onun da ömrü az olmuşdur. 
70 il SSRİ adlanan bir dövlətin tərkibində yaşamışıq. 
Nailiyyətlərimizlə  bərabər, itkilərimiz, qurbanlarımız da çox 
olub. Totalitar rejim bizi hədsiz sıxıb. Özümüzü tam sərbəst hiss 
etməmişik. Buna baxmayaraq, qurub-yaratmışıq, bir millət, bir xalq 
kimi özümüzü göstərmişik. Xüsusilə, ötən  əsrin 70-ci illərindən - 
yəni Heydər  Əliyev Azərbaycan Respublikasına rəhbərlik etməyə 
başladığı vaxtdan bu proses daha böyük vüsət alıb. 
Tariximizin son yüz ilindən danışarkən iki dövlət xadiminin və 
siyasətçinin adı türklərdə daha möhkəm yer tutub, ümumxalq 
məhəbbəti və ehtiramı qazanıb: Nəriman Nərimanov və Heydər 
Əliyev. Heydər Əliyev bizə, Azərbaycan xalqına daha böyük şöhrət 
gətirib, millətimizin, respublikamızın nüfuzunu dünyaya yayıb. 
Mübaliğəsiz deyə bilərik: Mustafa Kamal Atatürk  Türkiyənin, 
M.Qandi və C.Nehri Hindistanın, C.Ə.Nasir Misirin, C.Vaşinqton 
və F.Ruzvelt ABŞ-ın, U.Çörçel Böyük Britaniyanın,  Şarl de Qoll 
Fransanın tarixində hansı mövqeyə malikdirsə, Heydər  Əliyev də 
Azərbaycanın tarixində belə böyük nüfuz sahibidir. Bu, mənim 
şəxsi fikrim deyil, dünyanın hər yerində etiraf və təsdiq edilən bir 
həqiqətdir. ABŞ-ın, Böyük Britaniyanın, Çinin, Rusiyanın, 
Türkiyənin və neçə-neçə digər ölkələrin  ən görkəmli adamlarının, 
dövlət və siyasət xadimlərinin Heydər  Əliyev haqqında dedikləri 
yüksək fikirlərdən sitatlar gətirmək olardı. Yaxud dünyanın  ən 
böyük ensiklopediyalarında onun haqqında yazılanları, müxtəlif 
ölkələrdə  fəxri adlara, mükafatlara layiq görüldüyünü sadalaya 
bilərdim. Heydər Əliyev 
  
 

80  
 
106 
 
böyük xidmətlərinə görə  dəfələrlə  "İlin adamı" və çoxsaylı ali 
təhsil ocaqlarının fəxri adlarına layiq görülüb. Bunlar hamısı 
məlumdur və bizim milli şöhrətimiz, iftixarımızdır. Heydər 
Əliyevin şəxsiyyəti isə Azərbaycanın dünyada tanınması deməkdir. 
Fransanın görkəmli yazıçı  və publisisti Jan Lakutyur Şarl de 
Qolla həsr etdiyi üç cildlik əsərində yazılmışdır: "Fransanın bəşər 
sivilizasiyasına bəxş etdiyi şəxsiyyətlərlə  fəxr etməyə haqqı var. 
Lakin  Şarl de Qoll fransız patriotizminin və  qəhrəmanlığının 
zirvəsində dayanan, ən çətin dövrdə Fransanın ləyaqətini və 
şərəfini qoruyan, onu faşizm təhlükəsindən qurtaran bir prezident, 
siyasi və  hərbi xadim kimi Fransanın tarixində xüsusi hörmətə 
malikdir". 
Bu fikri tamamilə Heydər Əliyev haqqında da demək olar. Məhz 
ona görə ki, Heydər  Əliyev Azərbaycan xalqının daha çətin 
vaxtlarında ona dayaq olmuş, onun mənliyi, varlığı keşiyində 
durmuşdur. Görkəmli tarixçi alim Yaqub Mahmudovun 
"Azərbaycan tarixində Heydər  Əliyev  şəxsiyyəti" adlı kitabında 
bütün bunlar haqqında çox ətraflı  məlumat verilmişdir. Lakin elə 
nadir hadisələr, faktlar var ki, onlara neçə-neçə kitab həsr etmək 
olar. Bunlar xalqımızın ad-sanı, bütünlükdə müqəddəratı, 
respublikada iqtisadiyyatın, elmin, təhsilin,  ədəbiyyat və 
incəsənətin inkişafı, kadrların hazırlanması, idarəetmə  işinin 
təkmilləşdirilməsi, insanlara qayğı, ümumiyyətlə, dövlət həyatının 
bütün sahələri ilə bağlıdır. Yaşlı nəsildən olan bizlər bu hadisələri, 
faktları daha yaxşı bilirik, onların bilavasitə  şahidi və  iştirakçısı 
olmuşuq. 
Heydər Əliyev müstəqil Azərbaycanın ideya həyatından, əxlaqi-
mənəvi dəyərlərimizdən, şanlı ənənələrimizdən hər dəfə 
 
 
 

80  
 
107 
 
                                                                                                        
danışarkən milli birliyimizi daha da möhkəmləndirmək, 
vətənpərvərlik hissini yüksəltmək, gənc nəsli Azərabaycana 
sədaqət ruhunda tərbiyələndirmək, ümumiyyətlə, azərbaycançılıq 
ruhunun hər bir insanın qəlbində və zehnində möhkəm yer tutması 
məsələsinə xüsusi diqqət yetirir. O, bunları  hələ 1969-cu ildə 
respublikaya rəhbərlik etməyə başlayarkən inhisarçı totalitar 
ideologiya  şəraitində xüsusi qeyd etmiş  və bu ideyanı ardıcıl 
şəkildə həyata keçirmişdir. Yaxşı yadımdadır, biz o vaxtadək ittifaq 
miqyaslı  tədbirlərdə ciddi tənqid və iradlara məruz qalırdıq. 
Ünvanımıza söylənən iradlar xalqımızı məyus edirdi. Mən o illərdə 
əvvəlcə "Kommunist" qəzetinin redaktor müavini, sonra MK-da 
mətbuat bölməsinin müdiri işləyirdim. Həmin illərdə  rəhbərliyin, 
təşkilatçılıq işinin zəif olması üzündən respublika bütün sahələrdə 
geri qalırdı, nizam-intizam çox zəif idi, kadrlarda tapşırılan sahələr 
üçün məsuliyyət hissi çatışmırdı. Məlum olduğu kimi, bu nöqsanlar 
1969-cu ilin avqust plenumunda kəskin tənqid edildi. Plenum 
respublikanın bütün həyatında dönüş nöqtəsi oldu və ardıcıl, 
prinsipial, səmərəli tədbirlər həyata keçirildi. Az vaxt içərisində 
respublika həyatında böyük dönüş başlandı. Heydər  Əliyevin 
respublikaya rəhbərlik etdiyi illərdə Azərbaycan SSRİ miqyasında 
hər sahədə ön cərgəyə keçərək böyük uğurlar qazandı. Bunlar yaxşı 
məlumdur. Həyat göstərdi ki, məhz rəhbərdən, dövlətin, xalqın 
müqəddəratı üçün cavabdeh olan şəxsiyyətin bacarıq və 
qabiliyyətindən çox şey asılıdır. Heydər  Əliyevin məhz istedadı, 
bilik və bacarığı  nəzərə alınaraq SSRİ kimi qüdrətli dövlətin 
rəhbərlərindən biri oldu. Orada da o, böyük nüfuz və qabiliyyət 
sahibi olduğunu göstərdi. 
Çox təəssüf ki, Heydər  Əliyevdən sonra respublikamıza 
rəhbərlik edənlər xalqımızı olduqca çətin vəziyyətə saldılar. Səriş- 
 

80  
 
108 
 
 
təsizlik, siyasi rəhbərlikdə təcrübəsizlik bizi ağır nəticələrə gətirib 
çıxardı. Qazanılmış nailiyyətlər itirilməyə başlandı. Özbaşınalıq, 
ayrı-ayrı qruplar arasında hakimiyyət hərisliyi Azərbaycan xalqını 
böyük fəlakətlərə yuvarlandırdı. 
Xalq öz taleyinin çətin vaxtında nicatını yenə Heydər Əliyevdə 
gördü, bütün ümid və inamını ona bağladı. 1993-cü ilin sonlarında 
yenidən respublikaya rəhbərlik etməyə başlayan Heydər  Əliyev 
həm xarici, həm də daxili təxribatları, münaqişələri, müxtəlif 
maneələri aradan qaldıraraq Azərbaycanın həyatında sabitlik 
yaratdı. Həyatımızın bütün sonrakı gedişi onun bu andına tam sadiq 
olduğunu təsdiq etdi: "Mən bütün varlığımı, həyatımı, amalımı öz 
xalqıma sədaqətlə xidmət etməyə həsr etmişəm və bundan sonra da 
edəcəyəm". 
Daim xalq içərisində olmaq, xalqın istək və arzularını dərindən 
öyrənmək, qarşıya çıxan hər bir məsələni operativ həll etmək və 
ayrı-ayrılıqda hər bir insana qayğı göstərmək, yuxarıda qeyd 
etdiyim kimi, Heydər  Əliyevin fəaliyyətinin məhək daşıdır. Mən 
hələ o illərdə  məhz Heydər  Əliyevin rəhbərliyi altında bir sıra 
məsul vəzifələrdə  işləyərkən bu qayğını, bu iş üslubunu yaxından 
müşahidə etmişəm.  Şəki, Bərdə, Cəlilabad, Sabirabad, Ağdam, 
Ağcabədi,  Şamaxı, Kürdəmir rayonlarında və digər bölgələrdə 
onun zəhmətkeşlərlə görüşlərini yaxşı xatırlayıram. O, pambıq 
tarlalarında, taxıl zəmilərində, üzüm plantasiyalarında  əmək 
adamları ilə görüşüb hal-əhval tutur, hər bir rayonun, əmək 
kollektivinin problemlərinin həllinə operativ kömək göstərirdi. 
Mən Zaqatalada işləyərkən bu rayonun bir sıra problemlərinin həlli 
onun köməyi və qayğısı ilə mümkün olmuşdu. Mənim doğma 
yurdum  İsmayıllıya Heydər  Əliyevin dəfələrlə getməsi və bu 
rayonun camaatının işlərinə yüksək qiymət 
 

80  
 
109 
 
 
verməsi qəlbimizdə qürur hissi doğurur. Məhz onun qayğısı 
sayəsində bu rayonda da böyük quruculuq işləri həyata 
keçirilmişdir. Xüsusilə, 1981-ci ildə baş vermiş  zəlzələnin ağır 
nəticələri qısa müddətdə aradan qaldırılmışdır.  İsmayıllı 
zəhmətkeşləri respublikanın inkişafına həmişə öz töhfələrini 
vermişlər. Onlar rayonun adına xələl gətirən heç bir nöqsana yol 
verməmişlər. Daim Heydər  Əliyevin Azərbaycanın tərəqqisi 
naminə apardığı siyasətə bacardıqları  dəstəyi göstərmişlər. Bu 
rayondan yüzlərlə alim, mütəxəssis çıxmışdır.  İsmayıllılar öz 
vətənpərvərliyi, digər yüksək keyfiyyətləri ilə  fərqlənmişlər və 
qarşıdakı prezident seçkilərində yenə də Heydər Əliyevə yekdiliklə 
səs verəcəklərini bildirmişlər. 
Həyat heç də  həmişə bir axarda olmur. Onun eniş-yoxuşu, 
dolanbacları da kifayət qədərdir. Bu gün problemlərimiz az deyil. 
Qarabağ kimi böyük dərdimiz var. İnsanların arzu və istəklərini 
yerinə yetirmək, Azərbaycanı qüdrətli və möhkəm etmək, onun 
şərəfini daim qorumaq üçün səylərimizi qat-qat artırmalıyıq. 
İnam böyük qüvvədir və  qələbəni təmin edən mühüm amildir. 
Bu inam xalqımızın ürəyində artıq möhkəm yer tutmuşdur. 
Hörmətli Prezidentimiz Heydər  Əliyevin müdrik siyasəti, onun 
dünyamiqyaslı nüfuzu, həyata keçirdiyi tədbirlər  əminlik yaradır 
ki, Azərbaycan xalqı müstəqillik və demokratiya yolunda daha 
inamla irəliləyəcək, qarşısına qoyduğu bütün məqsədlərə 
çatacaqdır. 
              
                                                                      Rəşid 
MAHMUDOV,  
Respublikanın əməkdar jurnalisti. 
 
 

80  
 
110 
 
 
 
 
RAHAT YOLÜMÜZ ÜÇÜN 
                            RƏHBƏRƏ BORCLUYUQ 
                           
 Azərbaycan xalqı mənə etimad göstərmişdir.  
                    Bunu bilirəm, buna da güvənirəm. 
                                                                     
HEYDƏR ƏLİYEV 
 
Azərbaycanın qədim diyarı Lahıc qəsəbəsinin inkişafında yeni 
mərhələ möhtərəm Prezidentimiz Heydər  Əliyev cənablarının adı 
ilə bağlıdır. Hələ ötən  əsrin 70-80-ci illərində respublikaya 
rəhbərlik edərkən Heydər  Əliyev digər bölgələr kimi İsmayıllı 
rayonuna, onun Lahıc qəsəbəsinə də diqqət və qayğı göstərirdi. 
Dağ rayonlarında güzəran yolların abadlığından asılıdır. Dağ 
kəndlərinin həyatında elm və texnikanın nüfuz etməsi yollar, 
körpülər, onların vəziyyətinə qayğı ilə şərtlənir. Əhalinin rifahında 
gediş-gəlişin rahatlığı, ucuzluğu həlledici rol oynayır. 
Lahıcın yolu sıldırımlı qayalardan, dərin dərələrdən, 
Girdmançay kimi dağ çayından keçir. Bu qəsəbəyə rahat maşın 
yolunun çəkilməsi müşkül işə bənzəyirdi. Belə yolun çəkilməsi çox 
böyük pul, vaxt və  zəhmət tələb edirdi. Keçmiş  İttifaqın 
büdcəsindən həmin vəsaitin alınması da asan iş deyildi. Yolların 
çəkilməsinə, körpülərin tikilməsinə vəsait ayırılmasına nail olmaq, 
müasir maşın və mexanizmlər  əldə etmək, çətin relyef şəraitində 
onlardan təhlükəsiz istifadə o vaxtkı respublika rəhbərliyinin 
təşəbbüsü, səyi və zəhməti sayəsində mümkün oldu. 
 
 

80  
 
111 
 
Yaxşı yadımdadır. Lahıc qəsəbəsinə yol çəkilirdi, körpü 
salınırdı. Bu illər işçilər də, onlara əl tutan camaat da möhtərəm 
Heydər Əliyev cənablarının qayğısını hiss edirdilər. Demək olar ki, 
hər addımda qarşıya çıxan çətinliklərin həllində  hər kəs onun 
himayəsini hiss edirdi. Görülən bu işdə  təşəbbüskarlıq və vüsət 
dəstəklənirdi. Bir sözlə, bu yolun çəkilişinin özü də  əlamətdar 
hadisə idi. 
Nəhayət, Lahıca təzə yolla, körpü ilə ilk maşınlar gəldi. O 
günlər qəsəbədə bayram əhval-ruhiyyəsi vardı. Sanki salınan 
"həyat yolu" idi. Hər kəs bu qayğıya görə respublika rəhbərinə 
minnətdarlığını bildirirdi. 
Camaatın güzəranını yaxşılaşdıran, onların həyatına yeni məna 
verən yola Heydər Əli yolu, körpüyə Heydər körpüsü dedilər. Xalq 
öz sevimli rəhbərinə məhəbbətini, minnətdarlığını belə ifadə etdi. 
Bu gün qonaqların, yerli camaatın təhlükəsiz gediş-gəlişi, 
rahatlığı rəhbərimizə minnətdarlıq hissi doğurur. 
 
Mirdamət SADIQOV,  
Dövlət İqtisad Universitetinin 
 prorektoru, professor. 
 
 
  
 
  
 
  
 
  
  
 

80  
 
112 
 
 
 
 
                         İLLƏRƏ BƏRABƏR ANLAR 
 
Müvəffəqiyyət heç zaman öz-özünə gəlmir,  
müvəffəqiyyətlərə nail olmaq üçün böyük,  
düşünülmüş, ardıcıl və müntəzəm iş aparılmalıdır. 
 
HEYDƏR ƏLİYEV 
 
1969-cu ildə Bakı Plan-Uçot texnikumunun axırıncı kursunda 
oxuyurdum. Xəbər yayıldı ki, bizim indiki prezidentimiz, çox 
hörmətli Heydər  Əliyev Azərbaycan KP MK-nın birinci katibi 
seçilib. O vaxt Azərbaycanda, xüsusən də Bakı şəhərində vəziyyət 
çox ağır idi. İnsanların respublikada işlərin qaydaya düşəcəyinə 
inamı qalmamışdı. Hər yerdə özbaşınalıq, hərcmərclik hökm 
sürürdü, iqtisadiyyat tənəzzülə  uğramışdı. Ali məktəblərə  vəzifəli 
şəxslərin uşaqları müxtəlif əyri yollarla qəbul olunurdular. 
O vaxt Bakıda yaşayırdım. Ailəmiz bir neçə il əvvəl tikilmiş 
yarımçıq istifadəyə verilmiş (yeni salınmış yaşayış massivlərinin 
hamısı belə  kəm-kəsirli idi) mikrorayonlardan birinə köçmüşdü. 
Qaz, işıq, su üzünə həsrət idik. 
Onun hakimiyyətə gəlişi qısa müddətdə hər şeyi yaxşılığa doğru 
dəyişdirdi. Cənab Heydər  Əliyev öz gəlişi ilə Bakı  şəhərinin hər 
yerinə sanki yeni nəfəs, yəni abu-hava gətirdi. Bütün bu yenilikəri 
biz gənclər daha tez görür, daha tez duyur və düzgün 
qiymətləndirməyi bacarırdıq. 
Yorulmaq bilməyən bu böyük insanın tələbkarlığı sayəsində 
 
 

80  
 
113 
 
 
nəhayət, 1970-ci ildən başlayaraq ali məktəblərin qapıları elmə, 
biliyə can atan sadə insanların övladlarının, fəhlə-kəndli balalarının 
üzünə açıldı. Mən də onlardan biri idim. 
Məhz Heydər  Əliyevin yaratdığı düzgünlük, obyektivlik 
hesabına indiki N.Tusi adına APİ-nin tarix fakültəsinə  qəbul 
olundum. 
O dövrdəki gəncliyin bir nümayəndəsi kimi məndə  də savadlı, 
işgüzar, bacarıqlı, fədakar, sonsuz dərəcədə  təşəbbüskar yenilikci, 
adamlarla tez dil tapmağı bacaran, ən nəhayət isə istedadlı bir insan 
olan Heydər Əliyev şəxsiyyətinə böyük maraq və pərəstiş yaratdı. 
Onun hər bir çağırışı biz tələbələri yeni-yeni qələbələrə 
ruhlandırırdı. 1974-cü ildə  mən artıq ali məktəbi bitirmək üzrə 
idim. 
Cənab Heydər  Əliyev institutumuzun alimləri və  tələbə heyəti 
ilə görüş keçirirdi. O, öz çıxışında qeyd etdi ki, Bakı  şəhərində 
yaşayan  əlaçı  tələbə  məzunların heç olmasa 6 ay da olsa kənd 
rayonlarında işləməsi zəruridir.  İnstitutun dissertantı olduğum 
halda bu təşəbbüsə qoşularaq mən 1974-cü ildə müəllim işləmək 
üçün təyinatımı doğma  İsmayıllı rayonuna götürdüm. Ailəmiz 
Bakıya bu rayondan köçmüşdü. Cəmi 6 ay şəhər 3 saylı orta 
məktəbində tarix müəllimi işlədim. 
Həmin illərdə  cənab Heydər  Əliyev qadın kadrların irəli 
çəkilməsinə xüsusi diqqət və qayğı göstərirdi. 
İsmayıllı Rayon Partiya Komitəsinin birinci katibi, çalışqanlığı 
və bacarığı ilə  İsmayıllıların hörmətini qazanan Tamara xanım 
Hümbətova idi.O, Heydər Əliyev kursunun layiqli davamçılarından 
sayılırdı. 
Tamara xanım məni 1975-ci ilin fevralında raykoma işə gətirdi. 
İllər ötdükcə biz gənclərin SSRİ miqyasında respublikamızı bütün 
sahələrdə irəli aparan Heydər Əliyev şəxsiyyətinə hör- 

80  
 
114 
 
mət və məhəbbətimiz birə-beş artırdı. Bu böyük şəxsiyyətə hörmət 
artıq SSRİ məkanında getdikcə artırdı. İsmayıllılar sevinirdilər ki, 
məhz H.Əliyevin düzgün kadr siyasətinin nəticəsində 1976-cı ildə 
Qəşəm Aslanov kimi xeyirxah, işgüzar, ən başlıcası isə istedadlı bir 
insan rayonumuza rəhbər vəzifəyə göndərilmişdir. 70-ci illərdə 
H.Əliyev Azərbaycan gəncliyinin hərtərəfli inkişafı üçün geniş 
meydan açmışdı. Mən bunu rayon komsomol komitəsinin birinci 
katibi kimi keçirilən tədbirlərdə əyani şəkildə görürdüm. O, bizim 
hər birimizlə səmimi görüşür, hal-əhval tutur, daha çox təşəbbüskar 
olmağı tövsiyyə edirdi. 
İsmayıllılar 70-ci illərdən başlayaraq daim respublika rəhbəri 
H.Əliyevin diqqət və qayğısı ilə  əhatə olunduqlarını yaxşı 
bildiklərinə görə onun həyata keçirdiyi bütün tədbirləri 
dəstəkləyirdilər. 
Diqqət və qayğı qarşılıqlı olduğuna görə bu münasibət rəhbərə 
getdikcə böyük el məhəbbətinə çevrilirdi. İsmayıllıda geniş tikinti-
quruculuq işləri aparılırdı. Hər il sel daşqınları zamanı onlarla 
insanın ölümünə  səbəb olan və rayonun 30-dan çox yaşayış 
məntəqəsi üçün böyük təhlükə  mənbəyi olan Girdiman çayı 
üzərində, Lahıc və Basqal zonaları istiqamətində böyük körpülər 
salınırdı. Qalaçıq və Topçu kəndlərinə gedən yollardakı körpülər 
yenidən qurulurdu. 
İsmayıllı şəhərində bir-birindən yaraşıqlı müasir tələblərə cavab 
verən neçə-neçə ticarət və başqa xidmət obyektləri sürətlə inşa 
edilirdi. Kolxoz və sovxozlarda kənd təsərrüfatı  məhsullarının 
istehsalını artırmaq və  məhsuldarlığını yüksəltmək sahəsində 
böyük uğurlar qazanılırdı. 
1981-ci il iyul ayının 23-də xalqımızın müdrik oğlu, Sovetlər 
İttifaqının sayılıb-seçilən rəhbərlərindən biri, Sov.İKP MK Siyasi 
Bürosu üzvlüyünə namizəd, Azərbaycan KP MK-nın birinci 
 

80  
 
115 
 
katibi Heydər Əliyev rayonumuza gəldi. İsmayıllılar öz rəhbərlərini 
hədsiz sevinc hissi ilə qarşıladılar. 
O, rayonla tanışlıqdan sonra mədəniyyət evində partiya-
təsərrüfat fəalları ilə geniş müşavirə keçirdi. Qarşıda duran illərdə 
rayonun sosial-iqtisadi inkişafı üçün dəyərli məsləhətlərini verdi. 
İsmayıllı şəhərində yeni tikilmiş "Zəka" kitab evinin və "Talıstan" 
restoranının açılışında iştirak etdi. Daha sonra isə  cənab Heydər 
Əliyevi müşayiət edən maşın karvanı  İvanovka kəndinə yan aldı. 
Kalinin adına kolxoz qabaqcıl iş  təcrübəsinin öyrənilməsi üçün 
gözəl bir məktəb idi, respublikanın bütün rayonlarından buraya 
cənab H.Əliyevin rəhbərliyi ilə keçirilən semi-nar-müşavirədə 
iştirak etmək və bu təsərrüfatın heyvandarlıq və əkinçilik sahəsində 
qazandığı  iş  təcrübəsini öyrənmək üçün raykom katibləri, RİK 
sədrləri, kənd təsərrüfatı idarələrinin rəisləri və çoxsaylı 
mütəxəssislər gəlmişdilər. 
H.Əliyevin ömür-gün yoldaşı Zərifə xanım Əliyeva da İvanovka 
kəndinə  gəlmişdi.O, kolxozun mehmanxanasında qalırdı. Mən 
rayon icraiyyə komitəsi sədrinin müavini kimi təşkilati işlərə 
cavabdehlik daşıdığıma görə orada idim. Orada Zərifə xanımla 
tanış oldum. Onun necə alicənab, xeyirxah, səmimi, mehriban və 
sadə bir insan olduğunu gördüm və duydum. Zərifə xanım özünü o 
qədər sadə aparırdı ki, heç kəs deyə bilməzdi bu Heydər  Əliyev 
kimi böyük bir insanın həyat yoldaşıdır. Tədbir boyu onun həyat 
yoldaşına olan diqqət və qayğısı, yorulmadan çalışdığından daim 
sağlam və gümrah olması üçün narahatçılığı ona olan əsl böyük 
məhəbbətin açıq-aydın təzahürü idi. Lakin dünyasını tez dəyişmiş, 
gözəl insan, gözəl qadın Zərifə xanım mənim xatirimdə beləcə 
gördüyüm kimi yaşayacaqdır. Məhz Zərifə xanımın bir həkim kimi 
həyat yoldaşına olan böyük diqqət və qayğısının nəticəsidir ki, hal-
hazırda da hör- 
 

80  
 
116 
 
mətli prezidentimiz yaşının bu dövründə  həm fiziki cəhətdən 
sağlamlığı, daim gümrahlığı, siyasət meydanında aqilliyi, adilliyi, 
kamilliyi ilə dünyanın bir çox dövlət başçılarının, məşhur 
insanların həsəd apardığı heyrətamiz bir şəxsiyyətə çevrilib. İndiki 
təlatümlü dünyanın gözü qarşısında, yaşının belə bir çağında onun 
insanlar qarşısında saatlarla ayaq üstə, heç bir sənədi oxumadan 
nitq söyləməsi, eynəksiz hərəkəti bunu birdaha əyani sübut edir. 
Hamıya məlumdur ki, 1981-ci il noyabr ayının axırıncı günü 
Azərbaycanımızın dilbər guşəsi olan İsmayıllıda  əhalinin  şirin 
yuxuda olduğu bir vaxtda gecə yarısında təbii fəlakət - güclü və 
davamlı  təkanlarla müşayiət olunan zəlzələ baş verdi. Dağılan və 
uçan evlər çox idi. Bir anın içində  əhaliyə külli miqdarda maddi 
ziyan dəymişdi. Qışın sərt hava şəraitinə baxmayaraq yeraltı 
təkanlar fasiləsiz davam etdiyi üçün adamlar qorxudan, təhlükədən 
xilas olmaq məqsədilə hamılıqla küçələrə  səpələnmiş, tonqal 
qalayıb ətrafına toplaşırdılar. Yaxşı ki, bu faciədən ölənlər yox idi. 
Az zədə alanlara isə evlərdə tibbi yardım edilmişdi. 
Bu fəlakət dərhal raykomun birinci katibi Qəşəm müəllim 
tərəfindən ölkə  rəhbərliyinə çatdırıldı. Qonşu rayonlarımız haraya 
çatmadan, səhər tezdən ilk olaraq Azərbaycan KP MK-nın birinci 
katibi Heydər  Əliyevin göstərişi ilə rayona köməklik etmək 
məqsədilə yaradılmış komissiya Respublika Nazirlər Soveti 
sədrinin müavini Əliş  Ləmbəranskinin rəhbərliyi ilə rayona gəldi. 
Xüsusilə rayon mərkəzində çöldə gecələyən  əhalini soyuqdan 
qorumaq üçün Heydər  Əliyevin tələbkarlığı  və SSRİ miqyasında 
ona olan hörmətə görə ordu hissələrinin əsgərləri tərəfindən şəhərin 
müxtəlif məhəllə və küçələrində 300 nəfərlik hərbi çadırlar gətirilib 
quruldu, qazlaşdırıldı. Rusiyadan və ölkənin 
 
 
 

80  
 
117 
 
müxtəlif respublikalarından yaşamaq üçün 200-dən çox vaqon -
evlər gətirilərək ehtiyacı olan insanlara paylandı. 
Fərdi evlərin tikinti və  əsaslı  təmiri üçün əvəzi ödənilmədən 
tikinti materialları gətirilərək əhaliyə çatdırıldı. 
İsmayıllıya yardım cənab Heydər  Əliyevin tam diqqət 
mərkəzində idi. Lakin bununla belə buradakı təbii fəlakət onu ciddi 
narahat edirdi. Bu narahatlıq 1981-ci il dekabrayının 5-də onun 
İsmayıllıya ikinci gəlişinə  səbəb oldu. O, rayona daxil olanda bir 
neçə ay əvvəlki gəlişində gördüyü abad İsmayıllıdan  əsar-əlamət 
qalmamışdı. Rayondakı dağıntılar, adamların narahat dolu, lakin 
imdad diləyən, ona tikilmiş  qəm-qüssəli baxışlarını gördükdə 
kövrəldi, hamılıqla hər birimizi kövrəltdi. 
O, oradan dərhal rayon mərkəzində  və  kəndlərdə evləri zəl-
zələdən dağılmış  vətəndaşların həyətlərinə getdi, onlara qısa 
müddətdə yardım ediləcəyini, hərtərəfli diqqət və qayğı ilə  əhatə 
olunacaqlarını bildirdi. 
Mən RİK sədrinin müavini - rayona dəymiş ziyanı müəyyən 
etmək üçün qərargahın rəhbəri kimi tələsik iş otağıma qayıtdım. 
Çünki zədələnmiş yaşayış evlərinə, içtimai binalara baxış 
keçirildikdən sonra respublikanın aid nazirlik və baş idarələri 
rəhbərlərinin və rayon fəallarının iştirakı ilə raykomun iclas zalında 
geniş müşavirə keçirilməsinə ciddi hazırlıq işləri görülürdü. Bunun 
üçün lazımi məlumatları mən hazırlayırdım. 
Tədbirin başlanmasına az vaxt qalırdı. Mənə verilmiş tapşırığı 
artıq başa çatdırmaq üzrə idim. Birdən iş otağımın qapısı açıldı. 
Cənab Heydər  Əliyev Qəşəm müəllimin müşayiəti ilə içəri daxil 
oldu. Mən dərhal ayağa qalxdım. Onlara yaxınlaşdım. O, kədərli, 
qayğılı  və iti baxışları bir daha gördüm. Mənimlə çox səmimi və 
meribanlıqla görüşdü. Kimliyimlə maraqlandı. Tutduğum vəzifə 
üçün gənc olduğumu bildi. Qəşəm müəllimin qadın- 
  

80  
 
118 
 
ların irəli çəkilməsi istiqamətində onun işindən razı qaldığını 
duydum. Otaqdakı böyük çatları gördü. Həmin an otaqda güclü 
təkanın yaratdığı  təsir dərhal hiss olundu, bina əsməyə başladı. 
Buna baxmayaraq, o, heç nə hiss etdirmədən mənə sual dolu 
nəzərlərlə baxaraq belə  vəziyyətdə  işləməkdən qorxursunuz? - 
dedi. Mən dedim, xeyr, yoldaş Əliyev, buna artıq adət etmişəm. O, 
üzünü Qəşəm müəllimə çevirərək dedi: 
- Buraya yəqin ki, çox insanlar gəlir, onlar üçün təhlükəli ola 
bilər. RİK üçün yeni bina tikilməlidir. 
Siz gecə-gündüz işləyin, ziyan çəkmiş  əhalinin müraciətlərinə 
daha həssas və qayğıkeşliklə yanaşın. Biz İsmayıllının yenidən 
tikilməsi üçün bütün tədbirləri görəcəyik. 
Hər şey onun dediyi kimi oldu. 
İsmayıllı  səfərindən sonra cənab Heydər  Əliyev MK-da büro 
iclası keçirdi. Zəlzələnin rayonumuza vurduğu ziyanların nəticələri 
barədə bu məsələ üçün məsul olan Ə.Ləmbəranskinin məlumatı 
dinlənildi. Nazirlər Kabinetinə, bütün nazirlik, komitə  və baş 
idarələrinə xüsusi göstəriş verildi. 
Çox qısa bir müddətdə  İsmayıllıda zəlzələnin nəticələri aradan 
qaldırıldı. Biz sonralar da Heydər  Əliyevin  İsmayıllıya diqqət və 
gayğısını daim görürdük. Bu gün fəxrlə deyə bilərik ki, müasir 
İsmayıllı  məhz Heydər  Əliyevin yetirməsidir. Bu dahi insanla 
görüşlərim ömrümün ən yaddaqalan və heç vaxt unudulmayan 
anlarına çevrilib. Elə anlar ki, onların hər birinin tutumu neçə-neçə 
illərə də bəs edər. 
Əzizə VÄHABOVA, 
İsmayıllı Rayon İcra Hakimiyyəti 
başçısının müavini, 
rayon "Sevil" qadınlar 
məclisinin sədri. 
  

80  
 
119 
 
 
 
 
                       YÜKSƏLİŞƏ APARAN GƏLİŞ 

Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə