İsmayillida unudulmaz gorüŞLƏR


Rəhbər işçinin mənəvi siması, mənəvi



Yüklə 341.9 Kb.
Pdf просмотр
səhifə8/11
tarix07.07.2017
ölçüsü341.9 Kb.
1   2   3   4   5   6   7   8   9   10   11

 
Rəhbər işçinin mənəvi siması, mənəvi  
nümunəsi adamların tərbiyəsində mühüm amildir. 
 
HEYDƏR ƏLİYEV 
 
Ali təhsildən sonrakı  əmək fəaliyyətinə başlamağım haqqın 
bərqərar olduğu, ədalətin zəfər çaldığı dövrlərə düşür. Ötən illərin 
zirvəsindən arxaya çevrilib baxanda xoşbəxt bir həyat yaşadığıma, 
Azərbaycan tarixinin Heydər Əliyev mərhələsində işlədiyimə görə 
yenidən sevinirəm. 
Ali məktəbi qurtarandan sonra cəmi iki il müəllim işləmişdim 
ki, raykomun birinci katibi Tamara Hümbətova məni dəvət edib, 
rayon qəzetinin redaktoru vəzifəsinə təsdiq olunmaq üçün Mərkəzi 
Komitəyə göndərdi. Mərhum Teymur Əliyevin təqdimatından 
sonra möhtərəm Heydər  Əliyev sualsız məni təsdiq etdi. Göydə 
Allah, yerdə  rəhbərdən savayı heç kimi olmayan bir sıravi 
müəllimin redaktor təyin olunması çox az adama təəccüblü gəldi. 
Çünki dövr 1969-cu ilə  qədərki zəmanədən fərqli idi. Hər kəsə 
obyektiv, ədalətli münasibət göstərilirdi. Cənab H.Əliyev bölgələrə 
rəhbərliyi də adil insanlara həvalə edirdi. Bu insanlar respublika 
rəhbərinin müəyyən etdiyi xətdən kənara çıxmağı fikirlərinə belə 
gətirmirdilər. Onun dühası qarşısında, şəxsiyyəti önündə qanundan 
kənar hərəkətə yol verməyi kimsə özünə rəva bilməzdi. 
 
 
 

80  
 
120 
 
Hər bir Azərbaycan vətəndaşı, hər bir rayon, hər bir təşkilat 
rəhbərin gündəlik qayğısını öz üzərində hiss edirdi. H.Əliyevin 
yerlərə  səfərləri yeni asfalt yollar çəkilməsi, körpülər salınması, 
çoxsaylı sosial obyektlər, yaşayış evləri tikintisi, suvarma kanalları, 
su kəmərləri çəkilişi ilə nəticələnirdi. 
İsmayıllı gözəl təbiəti,  şaqraq dağ çayları, müqəddəs yerləri, 
mehriban, səmimi, dövlətçilik mövqeyində möhkəm durmağı 
bacaran insanları, milli ruhlu, dəyanətli, dönməz, yenilməz rəhbərə 
sədaqəti ilə seçilir. Rayonumuzun bir xoşbəxtliyi də ondadır ki, 
milli taleyimizin cavabdehi, xalqımızın xilaskarı, bənzərsiz lideri, 
yorulmaz öndəri Heydər  Əliyev bir ildə iki səfəri ilə  İsmayıllını 
şərəfləndirib, qədim tarixinə müasir səhifələr yazıb. 
1981-ci ilin iyul ayında H.Əliyev ilk dəfə  İsmayıllıya qədəm 
basdı. Kənd təsərrüfatında qabaqcıl təcrübənin öyrənilməsi və 
tətbiqi ilə bağlı İvanovkada respublika seminarı keçirdi. Ailəsi ilə 
birgə həmin kənddə gecələdi. Girdiman üzərində salınmış körpünü, 
müasir kitab evini, digər sosial və iqtisadi obyektləri təntənəli 
şəraitdə açdı. Heydər  Əliyevin iqtisadi və sosial siyasətini rayon 
miqyasında dönmədən həyata keçirən Qəşəm Aslanovun rəhbərliyi 
ilə yenidən qurulmuş, tərtib olunmuş, tikilmiş ticarət obyektlərini 
gəzdi. Ağsaqqallarla, əsl əmək adamları ilə görüşdü. Bu görüşlərin 
ən səmimisi o dövrdə 97 yaşı tamam olan, hələ  də kommunal 
təsərrüfatmda işləyən Məşədi Kərim kişi ilə oldu. Çoxları 
düşünürdü ki, nəsə xahiş edəcək, nəsə istəyəcək. Əksinə - ağşaqqal 
Heydər Əliyevə cansağlığı dilədi, həyatının firavanlığından, rayon 
rəhbərinin xeyirxah əməllərindən,  əhaliyə göstərilən qayğıdan 
danışdı. 
Möhtərəm Heydər  Əliyevin gəlişi münasibəti ilə  fəallar 
yığıncağı çağırılmışdı. Böyük insanın, milli iftixarımızın, bütün 
res- 
  

80  
 
121 
 
publika nailiyyətlərinin təşkilatçısının qarşısında mən də  çıxış 
etdim. Rayon Xalq Maarif şöbəsinin müdiri kimi bu sahədə həyata 
keçirilən siyasətin uğurlu nəticələrindən danışdım. 
H.Əliyev Girdiman çayının üstündə körpünün tikintisinə 
baxarkən Qəşəm Aslanova dedim ki, Lahıca gedək. O, yolların hələ 
qorxulu olduğunu bildirdi. Atla getməyi də  məsləhət görmədi. 
"Ancaq mən növbəti ildə İsmayıllıya yox, Lahıca gələcəyəm. Xahiş 
edəcəyəm ki, bütün markadan olan maşınlar ardımca gəlsin. 
Moskvaya - SSRİ rəhbərliyinə irəli çəkildiyi üçün gələ bilmədi, 
lakin bu sözlər bəs etdi ki, məsul adamlar yol çəkilişində  əsaslı 
dönüş yaratsınlar. Həqiqətən, bir ildən az bir müddətdə Lahıca 
bütün markadan olan maşınlar işləməyə başladı. Bu xoş  gəliş, 
İsmayıllıya, onun qədirbilən əhalisinin mənəvi dünyasına edilən bu 
yay səfəri rayonumuzun iqtisadi və aqrar inkişafına böyük sürət 
verdi, kəndlərin sosial simasının köklü surətdə inkişafı proqramı 
oldu.  İsmayıllı  həyatı Heydər  Əliyev dühasının qüdrətilə yeni 
mərhələyə qədəm qoydu. 
Baş vermiş  fəlakət rəhbər qüdrətilə  səadətə çevrilə bilərmiş?! 
1981-ci ilin 30 noyabrında İsmayıllıda 6 baldan yuxarı gücə malik 
zəlzələ oldu. Sonra güclü təkanlar davam etdi. Millətin hər 
günündə onunla olan möhtərəm Heydər  Əliyev  İsmayıllıya gəldi. 
Ziyan çəkmiş evlərə baxdı, sakinlərlə görüşdü, hamıya ürək-dirək 
verdi, hamının qəlbinə ümid nuru caladı. Zəlzələnin nəticələrini 
aradan qaldırmaq üçün Əliş Ləmbəranskinin başçılığı ilə qərargah 
yaratdı. 'Tikmək-qurmaq kişilikdən nişanədir" deyə  Qəşəm 
Aslanov yeni quruculuq işləri üçün daha geniş meydan tapdı. 
Əslində zəlzələ elə böyük dağıntılara səbəb olmamışdı, elə çox 
maddi ziyan vurmamışdı. Lakin zəlzələnin baş verməsi fak- 
  
 
 

80  
 
122 
 
tından hörmətli Heydər Əliyev əhalinin xeyrinə məharətlə istifadə 
etdi - ümumittifaq qərarının qəbul olunmasına nail oldu. Müsüslü, 
Ucar dəmiryol stansiyalarına saysız-hesabsız vaqonlar hər cür 
tikinti materialları ilə daxil olur və operativ qaydada boşaldılırdı. 
Rayon fəalları stansiyalarda növbətçi olur, yükün boşaldılması  və 
daşınmasını  təşkil edirdilər. Hər axşam da raykomdakı  qərargaha 
görülən işlər barədə  məlumat verirdilər. Bu minvalla İsmayıllı 
içərisində bəlkə də üç yeni İsmayıllı tikildi. Zəlzələyə qədər birtipli 
layihə ilə 6 məktəb inşa edilmişdisə, zəlzələdən sonra 18 məktəb və 
6 müasir tipli uşaq bağçası inşa edildi. 150-dən çox əlavə sinif 
otağı istifadəyə verildi. 8 tikinti-quraşdırma idarəsi yaradıldı. 
Nəhayət onu demək istərdim ki, hörmətli rəhbərimiz, millətin 
mənəvi atası, xilaskarımız, ümidgahımız, dövlətimizin qarantı, 
dövlətçiliyimizin qurucusu Heydər  Əliyev qüdrəti, dühası, iradəsi 
zəlzələ ilə gələn fəlakəti tikmək-qurmaqla, böyük ürəyinin hərarəti 
ilə səadətə çevirdi. 
İsmayıllılar bütün etdiklərinə, İsmayıllını yüksəlişə çatdırdığına, 
ona, xüsusilə  əhalisinə verdiyi yüksək qiymətə görə böyük insan, 
yenilməz rəhbər, dönməz diplomat, dahi siyasətçi, sabit 
həyatımızın təminatçısı möhtərəm Heydər  Əliyevə  həmişə 
minnətdardırlar. Ona 80 illiyi ərəfəsində daha möhkəm cansağlığı 
və Allah amanında olmağı arzulayırlar. 
Valeh SALEHOV, 
İsmayıllı Rayon İcra 
Hakimiyyətinin şöbə müdiri, 
Azərbaycan Jurnalistlər 
Birliyinin üzvü. 
 
 
 
 

80  
 
123 
 
 
 
                GƏNCLƏRƏ ÖRNƏK OLAN İNSANLAR 
 
Cəmiyyətin gələcək tərəqqisibir çox cəhətdən  
indi gənclərimizə nəyi və necə öyrətməyimizdən  
asılı olacaqdır. 
 
HEYDƏR ƏLİYEV 
 
Heydər  Əliyev və Azərbaycan! Bu iki adın mənasındakı 
böyüklüyü, ayrılmazlığı duymaq üçün Azərbaycanın son yarım 
əsrlik tarixinə nəzər salmaq kifayətdir. 
Azərbaycan 20-ci əsrin sonunda dövlət müstəqilliyi qazansa da, 
əslində bu tarixi hadisənin təməli dövlət başçısının 1969-cu ildə 
respublikamızın siyasi rəhbərliyinə gəlişi ilə qoyulmuşdur. Heydər 
Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illər 
Azərbaycanın inkişafında intibah dövrü olmuşdur. Məhz bu dövrdə 
doğma respublikamızın hər bir bölgəsi-şəhərləri, kəndləri çox 
böyük inkişaf yolu keçmişdir. 
1969-cu ilin isti yay günləri yaxşı yadımdadır. Orta məktəbi 
qurtarıb sənədlərimi ali məktəbə vermişdim. Elə bu vaxt da 
respublikada yaranmış yeni abı-havanı hamı kimi mən də  də hiss 
etdim. Bütün sahələrdə haqq-ədalət bərqərar olunurdu. İlk dəfə idi 
ki, ali məktəblərə  qəbul imtahanlarında bilik yeganə meyar idi. 
Yüzlərlə  mənim kimi "kimsəsiz" gəncin yoluna işıq salan Günəş 
doğmuşdu. Bu Günəşin işığında Pedaqoji instituta (indi-ki APU-
ya) qəbul olunaraq, ilk arzuma çatdım. Həmin illərdə 
 
 
 

80  
 
124 
 
gözlərimiz qarşısında yaradılan böyük sənaye müəssisələrinin, elm 
ocaqlarının, mikrorayonların, xiyabanların, çoxsaylı maddi-
mədəniyyət nümunələrinin şahidi olduq. 
Böyük siyasətçi-memar Heydər  Əliyevin düşüncəsi ilə 
yaradılan, qurulan yeni Azərbaycanın hər bir vətəndaşı, xüsusilə 
biz gənclər rəhbərin gündəlik qayğısını öz üzərimizdə aydın hiss 
edirdik. 
Bu gün biz tamamilə haqlı olaraq İsmayıllının 
iqtisadiyyatındakı, təhsilindəki uğurlarla, bütün ixtisaslar üzrə 
güclü kadr potensialımızla fəxr edirik. Bütün bunların mənbəyi isə 
məhz 1969-1982-ci illərdə möhtərəm prezidentimiz Heydər 
Əliyevin rayonumuza göstərdiyi diqqət və qayğının nəticəsində 
olmuşdur. 
Prezident 1993-cü ildə "Sobesednik"ə verdiyi müsahibədə 
müxbirin "Deməli siz xarakter etibarı ilə yaradıcı adamsınız. 
Həyatınız boyu heç dağıtmamısınız?" sualına cavab olaraq deyir: 
"Bakıdakı uçuq-sökük daxmaları dağıtmışam. Adamlar həmin 
daxmalarda yaşamır - zillət çəkirdilər. Biz həmin adamları abad 
mənzillərə köçürdük. Həyatım boyu yaxşı çox şey tikmişəm". 
Bu sözlər mənim xatirimə 1981-ci ilin noyabrında  İsmayıllıda 
baş verən dəhşətli zəlzələ vaxtı möhtərəm Heydər Əliyevin millətin 
dadına çatmasını saldı. Gecədən xeyli keçmiş baş verən təbii 
fəlakət bütün sakinləri küçələrə tökmüşdü. Uşaq, böyük hamı əlini 
göyə qaldırıb Allahdan imdad istəyirdi. Bu çağırışa yerdəki 
xilaskarımız Heydər  Əliyev gəldi. Dar günümüzdə bizimlə olan 
hörmətli rəhbər hamıya ürək-dirək verərək, zəlzələnin nəticələrinin 
aradan qaldırılması üçün əsaslı  tədbirlər gördü. İsmayıllı yenidən 
daha planlı şəkildə qurulmağa başladı. Sakin- 
 
 
 

80  
 
125 
 
lərin uçub-dağılmış köhnə daxmaları  əvəzinə dövlətin köməyi ilə 
yeni yaraşıqlı evlər tikildi, asfalt yollar, körpülər salındı. Rayonun 
ən kiçik dağ  kəndlərinə  də tikinti materialları göndərildi; maddi 
köməklik göstərildi. Yaşadığım doğma Talıstan kəndinə  də 
ikitərəfli asfalt yol çəkildi; yollar işıqlandırıldı, çoxlu yeni yaraşıqlı 
evlər tikildi. Kənd bu illərdə görkəmini demək olar ki, tamamilə 
dəyişdi, sakinlərin rifahı yaxşılaşdı, gəlirləri ilbəil artmağa başladı. 
Kəndimiz özünün gözəl təbiətinə uyğun yaraşıqlı, abad bir diyara 
çevrildi. Vaxtı ilə  kəndin təbiətini 'Talıstan" poemasında böyük 
ilhamla vəsf edən sevimli şairimiz Səməd Vurğunun arzuları yalnız 
Heydər  Əliyevin qayğısı  və  rəhbərliyi altında kəndin sədri Bilal 
Mahmudovun əlilə həyata keçirildi. S.Vurğun poemada yazırdı: 
 
Qolunu çırmasın igid oğullar, 
    Dağılsın bu daşlı, kəsəkli yollar, 
        Çəpərlər aradan bir-bir sökülsün, 
   Palçıqlı yollara çınqıl tökülsün, 
      Talıstan yolları düzəlsin dümdüz, 
       Burda seçilməsin gecəylə gündüz, 
     Axşam elektrik lampalar yansın, 
                          Onun işığına quşlar oyansın. 
 
1981-ci ildə  İsmayıllının dadına çatan Heydər  Əliyev 1993-cü 
ildə bütöv Azərbaycanın xilaskarı oldu. Torpağı, milləti 
parçalanan, dağılan Azərbaycanın aqil insanları göylərə deyil, 
Naxçıvana üz tutdular, xalqı bu bəladan yalnız ilahi qüdrətə, 
zəkaya malik olan Heydər  Əliyev qurtara bilərdi. Canından çox 
sevdiyi, hə- 
 
 
 

80  
 
126 
 
yatı bahasına qurub-yaratdığı Azərbaycanı xilas etmək üçün 
yenidən Heydər  Əliyev hakimiyyətə  gəldi, respublikamız 
zülmətdən işığa çıxdı. 
Yetmişinci illərədək nəinki bizim kənddə, heç İsmayıllıda da 
birtipli layihə üzrə tikilmiş  məktəb binası, baxça yox idi. Bizim 
Talıstan kənd orta məktəbi isə uçuq-sökük, darısqal bir binada 
yerləşirdi ki, bu da tədrisin keyfiyyətinə mənfi təsir göstərirdi. 
Yetmişinci illərdə Heydər Əliyevin qayğısı ilə rayonda bir neçə 
müasir tipli məktəb binası, baxçalar tikildi. Kəndimizdə  də 
ikimərtəbəli 480 yerlik orta məktəb binası tikilib istifadəyə verildi. 
Həmin illərdə məktəbin maddi-texniki bazası möhkəmləndirildi ki, 
bu da kənddə  təhsilin inkişafına böyük təkan oldu. Həmçinin bu 
illərdə  kəndimizdə ikimərtəbəli uşaq baxçası da tikilib istifadəyə 
verildi. Rəhbərin sadalamaqla qurtarmayan bu qayğılarını 
əbədiləşdirmək üçün məktəbimizdə Heydər  Əliyev guşəsi 
yaratmışıq. Müdrik rəhbərin həyat və  fəaliyyətinin məktəblilərə 
dərindən öyrədilməsi gənclərimizin təlim-tərbiyəsində böyük 
əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Talıstan kənd orta məktəbi 
son illərdə qazandığı nailiyyətlərlə  təkcə rayonda deyil, 
respublikada da qabaqcıl yerlərdən birini tutur. 
Bəli, möhtərəm prezident, Siz həyatınız boyu o qədər yaxşı işlər 
görmüşsünüz ki, onlar Azərbaycan xalqını, bu xalq isə Heydər 
Əliyevi daim yaşadacaqdır! Bu gün gənclərimizin dilindən cənab 
İlham Əliyevin bu sözlərini eşidəndə ürəyimiz dağa dönür: "Bütün 
vaxtlarda atamın mövqeyində dayanmışam. Çünki bilirəm ki, o 
haqlıdır. Mən indi də onun mövqeyindəyəm". 
Bir halda ki, Əliyevlər ailəsindən, alim qardaşlardan danışmağın 
yeridir, etiraf edirəm: Müdrik  insanla keçirdiyim günü 
 
 
 

80  
 
127 
 
həyatımda  ən dəyərli gün sayıram. Görkəmli alim, əsl insan, 
akademik Həsən  Əliyevin adı bütün dünyada məşhurdur. Elə 
xoşbəxt adamlar da vardır ki, onlar bu müdrik insanla - təbiətin, 
torpağın, insanlığın keşiyini çəkən, onun qorunması üçün "Həyəcan 
təbili" çalan dahi ilə  həmsöhbət olub, onunla duz-çörək kəsiblər. 
Tale elə gətirdi ki, mənə də bu müdrik insanla həm-söhbət olmaq 
xoşbəxtliyi nəsib oldu. 
Yaxşı yadımdadır İsmayıllı Rayon Partiya Komitəsində təşkilat 
şöbə müdiri işləyirdim. 1982-ci ilin ilıq payız günlərindən biri idi. 
Xəbər verdilər ki, Bakıdan qonaq gəlib. Qonağı qarşılamaq üçün 
küçəyə  çıxanda, qarşımda simasından nur yağan böyük insanı - 
Həsən Əliyevi gördüm. Əziz qonağı yuxarı otağa dəvət etdimsə də 
imtina etdi. Yarızarafat dedi: "Cavan oğlan, bu cür gözəl havanı, 
təbiəti qoyub, darısqal otaqda darıxmırsan? Qəşəm müəllim 
haradadır?" Mən rayonun birinci katibi Qəşəm Aslanovun Lahıca 
getdiyini dedim.O məndən adımı, nə  işlədiyimi soruşdu. Talıstan 
kəndindən olduğumu bildikdə - Bilal kişi necədir? - soruşdu. Mən 
Bilal Mahmudovun son dövrdə gördüyü işlərdən ağızdolusu 
danışaraq, onu da qeyd etdim ki, sizin rayona gəlişinizi eşitsə, ona 
xəbər vermədiyim üçün məni bərk danlayacaq. Akademik 
gülümsəyərək - "ağsaqqala zəhmət vermə, biz özümüz onun 
görüşünə gedərik", - deyib gəldikləri "QAZ-24"ə  tərəf getdi. İşçi 
yoldaşlarıma Talıstana getdiyimizi deyərək mən də maşına 
oturdum. 
Talıstana qalxarkən qarşıda görünən meşələrimizə baxa-baxa 
alim mənə  hər gün gördüyüm mənzərə haqqında elə  məhəbbətlə 
danışırdı ki, qəlbimdə qürur hissi ilə yanaşı, doğma təbiətimizi bir 
daha yaxından  duymaq, hiss etmək,  sevmək 
 
  
 

80  
 
128 
 
 
duyğuları yaranırdı. İndi də o günləri xatırlayanda düşünürəm: Ana 
vətənin hər bir ağacını, kolunu sevən, onun keşiyində duran bu dahi 
insan, vətənin 20 faiz torpağının işğalına dözərdimi?  Əsla 
dözməzdi! Dünyaya vətənimin işğal olunmasını başa salmaq üçün 
yorulmadan "Həyəcan təbili" çalan əziz qardaşı Heydər  Əliyevə 
etibarlı dayaq, yaxın köməkçi olardı. 
Kəndə çatan kimi Bilal dayı  gəlib çıxdı. Hörmətli Həsən 
müəllimlə Bilal dayı çox mehriban görüşdülər və hiss etdim ki, bu 
iki müdrik insan çoxdanın tanışı, dostudurlar. Biz Bilal dayıgildə 
çörək kəsərkən, Qəşəm müəllim də gəlib çıxdı. Birlikdə Talıstanın 
zümrüd meşələrinin seyrinə  çıxdıq. Söhbət edə-edə meşənin lap 
dərinliklərinə getdik. Hər çiçəkdən bir ətir qoxurdu. Yaşıl meşənin 
sükutunu arabir akademikin kəndin tarixi, meşədəki ağac növləri 
haqqında verdiyi suallar pozurdu: 
- Bilal 
kişi, deyirlər vaxtı ilə sizin meşələrdə şabalıdyarpaq 
palıd bitirmiş? 
-Bəli, mən də yaşlı kişilərdən eşitmişəm. Bunları bizim yerli 
əhali "qəmpil palıd" adlandırırlar, - deyə Bilal dayı cavab verdi. 
Gövdəsinə balta vurulmuş  ağaclar görəndə  Həsən müəllim bərk 
kədərlənir, kötükdən cücərən pöhrələri görəndə sevinirdi. O üzünü 
Qəşəm müəllimə və Bilal dayıya tutaraq, deyirdi: "Bir vaxt torpaq 
dilə gəlib şikayətlənəcək. Kimdən? Özünün "süd verib, bəslədiyi" 
insanlardan, sinəsinə yara vuranlardan, gözlərinə  zəhər tozu 
üfürənlərdən". Siz isə bu torpağın dəyərli insanları, mənim 
dostlarım kimi təbiətin, torpağın, bitkilərin qayğısına qalmalı, 
meşələrimizi artırmalısınız. Meşəlik dərəcəsi sizdə o qədər də çox 
deyil,  İsmayıllıda bu cəmi 29,2% təşkil edir. Üzünü Qəşəm 
müəllimə tutaraq dedi: "Bilirsən, deyirlər I Pyotr palıd ağacını 
kəsənlə özü məşğul olar, onu özü tənbeh edərmiş". 
 

80  
 
129 
 
Akademikin söhbəti elə  şirin, elə maraqlı oldu ki, "Səngər 
yerinə" necə  gəlib çıxdığımızdan xəbər belə tutmadıq. Bilal dayı 
təklif etdi ki, burada bir az dincələk, sonra Cavanşir qalasına 
çıxarıq. Ağ çayın kənarında süfrə açıb, duz-çörək kəsdik. Dünya 
saflıq içində üzürdü. Bu dahi, müdrik insanların yanında 
olduğumdan böyük fərəh, qürur duyur, sinəm ürəyimə darlıq 
edirdi. Bəxtin, taleyin mənə bəxş etdiyi xoş anları yaşayırdım. 
Azacıq dincəlib, Cavanşir qalasına qalxdıq. Alim xeyli dayanıb 
qalaya baxdı, onun ətrafına dolandı, sanki ürəyində qalanın hər bir 
daşı, yazısı ilə söhbət eləyirdi. Qəşəm müəllim mənə üzünü tutub: 
-
 
Aydın, 'Talıstan" poemasının qalaya aid hissəsini yada 
salsan yaxşı olar, - dedi. 
Mən iri bir daşın üstünə  çıxıb sevimli şairimiz S.Vurğunun 
aşağıdakı misralarını böyük şövqlə söylədim: 
 
Burda əsrlərdən yadigar qalan, 
Üstünü çisginlər, dumanlar alan 
       Böyük bir qala var, dörd yanı hasar, 
                             Daşında paslanmış əski yazılar. 
                             Kimdir o sənətin böyük ustadı? 
                             Ölməz sənətkarın, sənətin adı! 
       Göz qoyun bu yerə, bir yadigardır... 
    Hər batan axşamın bir adı vardır. 
 
Hörmətli akademik məni diqqətlə dinləyib, üzünü bizə tutaraq 
dedi: 
-Xalqımızın qəhrəmanlıq tarixindən xəbər verən bu cür abidələri 
gərək yaxşı-yaxşı qoruyaq, bərpa edək. Bu sadə, elə-be- 
 
 
 

80  
 
130 
 
 
lə daş hasar deyil, bu yurdumuzun, Azərbaycan xalqının tarixidir, 
mənliyidir, qəhrəmanlıq salnaməsidir. 
Qaladan asta-asta düşüb axşama yaxın, Bilal dayının evinə 
gəldik. Qonaqpərvər el ağsaqqallının yenidən süfrəsinin qonağı 
olandan sonra, Qəşəm müəllim və  mən iş yerinə qayıtdıq. Həsən 
müəllimdən ayrılarkən, gəldikləri maşından yenicə çapdan çıxmış 
"Həyəcan təbili" kitabını götürüb mənə verdi. Böyük, unudulmaz 
xatirənin rəmzi olan bu kitabı - əziz insanın  əziz hədiyyəsini 
yadigar kimi indi də saxlayıram. Həsən müəllimi isə Bilal dayı 
böyük ərklə, evində qonaq saxladı. 
Həsən müəllim səhəri gün tezdən bizimlə xudahafizləşib 
Qəbələ-Şəki-Zaqatala rayonlarının meşələrinə səyahət etmək üçün 
yola düşdü. Doğrudan da mən bu zaman hiss etdim ki, böyük 
insandan ayrılmaq özü də böyük dərddir... 
 
Aydın ƏZİZOV, 
İsmayıllı rayonundakı Talıstan 
 kənd orta məktəbinin direktoru, 
 ali kateqoriyalı müəllim,  
"Qabaqcıl maarif xadimi". 
  
 
 
 
 
 
 
 
 
 

80  
 
131 
 
 
 
            EKOLOJİ TƏHLÜKƏSİZLİK HƏYATDIR 
 
Təbiətə zərər vuranlar, təbiəti çirkləndirənlər,  
ona ağır yara vuranlar hamımızın düşmənidir. 
 
HEYDƏR ƏLİYEV 
 
İsmayıllı rayonu coğrafi-iqtisadi cəhətdən zəngin,  əsrarəngiz 
təbiətə malik ərazidir. Təbiətin gözəlliyi insanları daimi olaraq 
buraya maraq göstərməyə vadar etmişdir. Təsadüfi deyildir ki, bu 
rayonun torpaqları kadastrına görə respublikada ən qiymətli torpaq 
tipinə aid edilmişdir. 
Mən 1977-ci ilin oktyabr ayında İsmayıllı rayonuna üzümçülüyə 
kömək məqsədilə getmişdim. Sonradan elə oldu ki, mən orada 
uzun müddət işləməli oldum. O dövrdə rayon partiya komitəsinin 
birinci katibi işləyən Qəşəm Aslanov məni qəbul edib dedi ki, 
yaxın günlərdə təsərrüfat başçılarını yığmışdıq. Onları işdən tez-tez 
ayırmaq olmur. Siz iki-üç gün Üzümçülük və Şərabçılıq Birliyinin 
baş direktoru Məhəmmədəli Süleymanovla üzümlüklərə baxın, 
sonra burada, zalda mütəxəssislərə  məsləhətlər verərsiniz. Mən 
dedim ki, Qəşəm müəllim, mən məsləhət vermək üçün yox, iş 
görmək üçün gəlmişəm. Mən əməli iş görmək istəyirəm. O gündən 
də sahələrdə mütəxəssislər və fəhlələrlə əyani seminarlar başladı. 
Bu minvalla 1982-ci ilədək rayonda 15 min hektara yaxın 
  
 
  
 
 

80  
 
132 
 
üzümlük salındı, 60 min tona qədər üzüm istehsal edildi. Qəşəm 
Aslanov çox geniş ürəkli və dünyagörüşlü adam idi. O, rayonu 
hərtərəfli inkişaf etdirirdi. İsmayıllılar etiraf edirdilər ki, rayon 
tanınmaz olub. 1982-ci ildə Qəşəm müəllim Azərbaycan KP MK-
yə  işə gedəndə rayonda eyni vaxtda yüzlərlə obyektdə tikinti işi 
gedirdi. 
İsmayıllılar üçün əlamətdar vaxt 1981-ci ilin iyul ayında oldu. 
Qəşəm müəllim çox narahatlıqla dedi ki, Azərbaycan KP MK-nın 
birinci katibi H.Əliyevin bizim rayona gəlişi gözlənilir. Biz gərək 
yoldaş H.Əliyevi layiqincə qarşılayaq. Bunun üçün rayonda səliqə-
səhman işi gücləndi. O vaxt tarlalarda "tarla evi" az idi. 
Müəyyənləşdirdik ki, yoldaş Heydər  Əliyev yol boyu harada 
zəhmətkeşlərlə görüşə bilər. Həmin yerlərdə düşərgə tikmək lazım 
gəlirdi. Bunun üçün üç gün vaxt var idi. Qəşəm müəllim rayonun 
ərazisində dörd yerdə düşərgə tikməyi o dövrdə partiya komitəsinin 
ikinci katibi işləyən Məhəmmədəli Süleymanova tapşırdı. Bütün 
sutka boyu işləyib Xəlilli, Kürdmaşı, Təzəkənd, Girdiman çay 
körpüsünün yanında tarla düşərgələri tikildi, Kürdmaşı  kəndində 
əhali təəccüb etdi ki, üç günə ikimərtəbli tarla evi necə hazır oldu. 
Nəhayət, 23 iyul 1981-ci il tarixdə rayonun fəalları başda 
Qəşəm Aslanov olmaqla, Ağsu rayonu ilə  İsmayıllı rayonunun 
sərhəddində Girdiman çayının üstündəki körpüdə yoldaş Heydər 
Əliyevi qarşıladılar. O, əvvəlcə  Xəlilli kəndində, sonra isə 
Kürdmaşı  kəndində  zəhmətkeşlərlə görüşüb səmimi söhbət etdi. 
İşləri və yaşayışları ilə maraqlandı. 
Sonrakı görüşlər rayonun başqa yerlərində də çox səmimi keçdi. 
Rayonun Kalinin adına kolxozunda rayonların rəhbər işçilərinin 
iştirakı ilə geniş seminar-müşavirə keçirildi və bu kol- 
 
 
  
 

80  
 
133 
 
xoz "Qabaqcıl təcrübə  məktəbi" adlandırıldı. Sonrakı, vaxtlarda 
rayonlardan kənd təsərrüfatı mütəxəssisləri oraya qısamüddətli 
kursa gəldilər. Yekunda rayonun mədəniyyət sarayında 
zəhmətkeşlərlə görüş keçirildi. H.Əliyev yoldaş qeyd etdi ki, mən 
rayonun sosial-iqtisadi göstəriciləri ilə tanışam. Rayonda xeyli 
irəliləyiş var. 
Hörmətli prezidentimiz H.Əliyev Girdiman körpüsünün 
tikintisinə baxarkən dedi, Qəşəm (həmişə Qəşəm müəllimə adı ilə 
müraciət edirdi) mən Lahıca getmək istəyirəm. Lakin Q.Aslanov 
Lahıca getməyi məsləhət bilmədi, ona görə ki, yol çox pis 
vəziyyətdə idi. Maşın yolu yox idi, çaylarda körpülər salınmamışdı. 
Hər il yazda Girdiman çayı güclü sel axını vaxtı rayona xeyli ziyan 
vururdu və rayonun bir sıra kəndləri ilə əlaqəsini kəsirdi. 
H.Əliyev yoldaş elə buradaca əlaqədar yoldaşlara göstəriş verdi 
ki, Lahıc yolunu düzəltsinlər. O gələn il Lahıca gedəcəyini bildirdi. 
Az bir müddət  ərzində  gərgin görülən işin sayəsində Lahıc yolu 
hazır oldu, çayların üstündən körpülər salındı. Lakin yoldaş Əliyev 
artıq Moskvada yüksək rütbədə idi. Allah onu həmişə yüksəklikdə 
etsin! 
Böyük insanın sonrakı taleyi də mübariz oldu. Çünki o özü 
demişkən "həyatda  şərəflə  şərəfsizliyi,  şəxsi rifahla ictimai borcu, 
tamahkarlıqla vicdanlılığı hər kəs özü seçir". 
Bir sözlə, biz o dahi rəhbərdən çox şey öyrəndik, hələ çox da 
öyrənəcəyik. 
 
Ə.RƏSULOV, 
Respublika Ekoloji Tərbiyə və təcrübəçilik 
     mərkəzi direktorunun müavini,  
     kənd təsərrüfatı elmləri namizədi. 
 

80  
 
134 
 

Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə