İsmayillida unudulmaz gorüŞLƏR


GÖZÜMÜZÜN İŞIĞl ZƏRİFƏ XANIM



Yüklə 341.9 Kb.
Pdf просмотр
səhifə9/11
tarix07.07.2017
ölçüsü341.9 Kb.
1   2   3   4   5   6   7   8   9   10   11

 
GÖZÜMÜZÜN İŞIĞl ZƏRİFƏ XANIM
 
 
Mən ailəmlə - uşaqlarımla da, nəvələrimlə  
də fəxr edirəm. 
 
HEYDƏRƏLİYEV 
 
Aşağıda sözügedən Savad Baratqızı  Rəhimova 1937-ci ildə 
İsmayıllı rayonunda anadan olub. Düz otuz il rayonun çörək 
zavodunda işləyib. Mərhum Zərifə Əliyevanın xeyirxah əllərindən 
gözünə  işıq gələn bu ananın minnətdarlıq məktubu həkimə 
yüzlərlə, minlərlə məhəbbət yarpaqlarından biridir. 
1975-ci ildə  iş başında qəflətən gözlərim tutulmuşdu. Bununla 
əlaqədar olaraq həkimlər məni Bakı  şəhəri Respublika Klinik 
Xəstəxanasına göndərdilər. Orada məni həkimlər - Kərimov Q. 
Səmədova, Xalidə xanım, Mina xanım müayinədən keçirdilər və 
məsləhət bildilər ki, müalicəni professor Zərifə xanım  Əliyeva 
aparsın. Elə  də oldu. Professor Zərifə xanım məndə bir kurs 
müalicə apardı. Bu müalicədən sonra həkimlər məni evə yazdılar 
və  məsləhət bildilər ki, vaxtaşırı  Zərifə xanımın yanında 
müayinədən keçim. 
Beləliklə, mən vaxtlı-vaxtında professor Zərifə xanımın yanında 
müalicə və müayinədə oldum. Xeyli vaxtdan sonra Zərifə xanımın 
səyi, qayğıkeşliyi, insanpərvərliyi nəticəsində mənim gözlərim tam 
sağaldı və həmin vaxtdan indiyədək gözlərimdən heç bir şikayətim 
olmayıb. 
 
  
 
 

80  
 
135 
 
 
Bunun üçün mən bütün ömrüm boyu qayğıkeş insan, görkəmli 
alim Zərifə xanım Əliyevaya minnətdar olmuşam və indi də onun 
ruhu qarşısında baş əyirəm. 
Təəssüflənirəm ki, belə gözəl qayğıkeş, insan gözlərinə  işıq 
verən bir həkim bu gün həyatda yoxdur. Lakin onun əziz xatirəsi 
şəfalı əllərin sahibini tanıyanların qəlbində daima yaşayacaqdır. 
 
Hörmətlə: 
Savad RƏHİMOVA, 
təqaüdçü. 
 
SÖZƏ SÖYKƏK: Akademik Zərifə  Əliyevanın işlədiyi 
xəstəxanaya ayrı-ayrı illərdə  İsmayıllı rayonundan müalicəyə 
göndərilən şəxslərdən bir qrupu ilə tanışlıq yerinə düşər: 
 
Rüstəmov Osman - Vəng kəndi  
Həmzəyev Sədi - Şəbiyan kəndi  
Mustafayev Asim - Günəşli qəsəbəsi  
Şiralıyev Namiq - Talıstan kəndi  
Abbasov Ağaələkbər - İsmayıllı şəhəri  
Çuqunov Nikolay - İvanovka kəndi  
Qədirova Qənirə - Mican kəndi  
Əmirov Həsən - İsmayıllı şəhəri  
Rəhimov Sayalı - Topçu kəndi  
Kazlotsev Anatoli - İvanovka kəndi  
Əhmədov Kənan - İsmayıllı şəhəri  
Zərbəliyeva Şahpəri - İvanovka kəndi 
 
 
 

80  
 
136 
 
 
 
Quliyev Natiq - İsmayıllı şəhəri  
Salmanov Əfqan - Cülyan kəndi  
İsmayılov Neman - Talıstan kəndi  
Əliyev Zabit - Təzəkənd kəndi  
Abdullayev Bəhər - İsmayıliı şəhəri  
İsbatov Qəşəm - Qalıncaq kəndi  
Mikayılova Kifayət- Zoğallıq kəndi  
Mehdizadə Fatma - Talıstan kəndi  
Baratov Səhrab - Göytəpə kəndi  
Salehova Nübar - Quşəncə kəndi  
Kərimov Elvin - Hacıhətəmli kəndi  
Mehdiyev Əvəz - Hacıhətəmli kəndi  
Babayev Aydın - Qalacıq kəndi 

80  
 
137 
 
 
  
ATALIQ QAYĞISI YAŞADIR MƏNİ 
 
Qadın cəmiyyətin  ən hörmətli üzvüdür. 
Hamı qadının qarşısında baş  əyməlidir, 
hamı qadına hörmət etməlidir. Mən bütün 
həyatım boyu qadına hörmət etmişəm və 
cəmiyyətimizi, millətimizi, xalqımızı qadına 
hörmət etməyə dəvət etmişəm
 
HEYDƏR ƏLİYEV 
 
Ayağım yer tutandan, ağlım söz kəsəndən yoldaşlığım, dostluğum 
ancaq əməklə olub. Qubaxəlilli kəndində sovxozda sağıcı  işləmişəm. 
Əməyimə görə  həmişə qayğı görmüşəm, hörmətə çatmışam.  İllərlə 
yarış qalibi olmuşam. Gördüyüm işin nəticələri diqqətdən kənarda 
qalmayıb. 1969-cu ildən sonra möhtərəm Heydər Əliyev respublikaya 
rəhbər gələndən sonra mənə diqqət daha da artıb, mükafatlarım 
çoxalıb. Ali məclislərdə başa keçirilmişəm. O zaman üçün ən böyük 
mükafat olan "QAZ-24" markalı maşın verilib mənə. Sosialist Əməyi 
Qəhrəmanı ulduzunu ömrünə dua etdiyim, canına sağlıq dilədiyim 
cənab Heydər  Əliyev taxıb sinəmə. Bu təltiflə ömrümə fərəh gətirib, 
əməyimə böyük qiymət verib hörmətli Heydər Əliyev. Rayonumuzun 
inkişafı bilavasitə onun adı ilə bağlıdır. İsmayıllı və İsmayıllı sakinləri 
həyatlarının yüksəlişi üçün ona borcludurlar. 
1981-ci ilin iyul ayındakı  gəlişi isə hamımız üçün bayram oldu. 
Qonşu Xəlillidə ətraf kəndlərin əmək adamları ilə görüşdü. 
  
 
  

80  
 
138 
 
 
Mən də orada iştirak edirdim. Mənimlə, qabaqcıl üzümçülər  İnnab 
Babayeva, Elmira Əliyeva, Hüseyn Səfərovla səmimiyyətlə, 
mehribanlıqla hal-əhval tutdu, kəndin problemlərini soruşdu. O 
gedəndən sonra tapşırığına  əsasən Gəraybəyliyə qaz çəkildi, burada 
hamam,  şərab zavodu tikildi, su xətti çəkildi. Qubaxəlillidə 
mədəniyyət evi, yaşayış binaları tikildi, yollara asfalt döşəndi. 
Üzümçülük isə görünməmiş məhsuldarlıqla inkişaf etməyə başladı. 
Umidimiz, pənahımız qayğıkeş atamız Moskvaya gedəndən sonra 
yavaş-yavaş unudulmağa başladıq. 1985-ci ildən sonra isə dövlət və 
rəhbər qayğısından məhrum olduq. Təqaüdə  çıxdım, yaşamaq 
imkanlarım, dolanacaq mənbəyim heçə endi. Nə yaxşı ki, Allahın bizə 
rəhmi gəldi. Rəhbərimizi yenidən özümüzə qaytardı. Əldən-ələ düşən 
taleyimiz  millət atasının  əlinə keçdi. Bəxtimizə yenidən gün doğdu. 
1993-cu ilin yayında sanki yenidən həyata qayıtdım. 2002-ci ildə 
möhtərəm Prezidentimiz mənə  təqaüd təyin etdi. Çoxları  tərəfindən 
unudulmuş insanlara tükənməz qayğı göstərən Heydər  Əliyevə 
aşağıdakı minnətdarlığı göndərdim: 
Möhtərəm Prezident, əziz millət atası, qüdrətli şəxsiyyət, qəlbinin 
nuru bütün Azərbaycanı nurlandıran, hərarətləndirən müdrik rəhbər 
hörmətli Heydər Əliyev, mənə göstərdiyiniz böyük qayğıya, Prezident 
təqaüdü verməklə  məni yenidən həyata qaytardığınıza, yaşamaq 
ruhumu artırdığınıza görə bütün varlığımla Sizə minnətdarlığımı 
bildirir, dahiliyiniz qarşısında baş əyirəm. 
Rəhbərliyiniz altında, qayğınız sayəsində  əmək qəhrəmanlığı 
göstərənlərin yenidən yada salınması yalnız Sizin kimi 
 
  

80  
 
139 
 
 
əvəzedilməz rəhbər, bənzərsiz insan, ürəyi ölkəsi boyda olan Prezident 
tərəfindən mümkün olardı. 
Biz  İsmayıllılar həmişə Sizin atalıq qayğınızı görmüş, ardıcıl 
diqqətinizi hiss etmiş, rayona gəlişlərinizdən yüksək inkişaf tapmışıq. 
Mən  əmək qəhrəmanı ulduzunu Sizin köməkliyinizlə, Sizin mübarək 
əllərinizdən almışam. O əlləri öpür, həmişə sağlam, gümrah 
olmağınızı və hər bir Azərbaycan vətəndaşının əlindən möhkəm tutub
sabahkı işıqlı Azərbaycana aparmağınızı arzulayıram. 
Bu məqsədlə inam, ümid verdiniz bizlərə, sevinc gətirdiniz 
ömrümüzə. Bir daha sübut etdiniz ki, heç kimin xidməti unudulmayıb, 
hər bir Azərbaycan vətəndaşının taleyi üçün cavabdehsiniz. 
Allah amanında olasınız... 
Bu ilin oktyabr ayında Prezident seçkiləri olacaq. Bizim hamımızın 
səsi qayğıkeşimiz, xilaskarımız, az vaxtda başı çox bəlalar çəkmiş 
Azərbaycanı xoşbəxtliyə aparan hörmətli Heydər Əliyevə veriləcək. 
 
Gülüstan HƏSƏNOVA, 
Sosialist Əməyi Qəhrəmanı, 
Prezident təqaüdçüsü, 
İsmayıllı rayonunun 
Qubaxəlilli kənd sakini. 

80  
 
140 
 
 
YAXŞILIQ UNUDULMUR 
 
Anam məni bütövlükdə Azərbaycanımız üçün  
  dünyaya gətirib. Doğma, canım, varlığım qədər  
sevdiyim Azərbaycan mənim qibləgahımdır. 
 
HEYDƏR ƏLİYEV 
 
Bu həqiqəti, tarixi faktı daim xatırlamaq lazımdır. 1981-ci ildə 
İsmayıllı rayonunda və bir sıra kəndlərdə  zəlzələ baş vermişdi. 
Rayonun mərkəzində  və  ətraf kəndlərində böyük problemlər 
yaranmışdı. 
Elə o vaxt Azərbaycan respublikasının rəhbəri çox hörmətli 
prezidentimiz Heydər  Əliyev cənabları  İsmayıllı rayonuna gəldi. 
Zəlzələnin ağır nəticələrini yerində müşahidə etdi. Bu problemləri həll 
etmək üçün, komissiyalar yaradılaraq, məsələlərin həllinə başlamaq 
vəzifəsi müvafiq yoldaşlara tapşırılmışdı. Həmin ildən  İsmayıllı 
rayonunun mərkəzində  və  kəndlərində yenidən tikib-qurmaq işləri 
başlandı. Rayonda yüzlərlə obyektdə tikinti işinə başlandı və gələcək 
illər üçün də planlı qaydada lazımi tikinti binaları, yol, körpü və başqa 
obyektlərin tikilməsinin davam etdirilməsi müəyyənləşdirildi. 
Həmin dövrdə  mən Basqal üzümçülük sovxozunun direktoru 
işləyirdim. Sovxozun ərazisində  həllini gözləyən problemlər çox idi. 
Zəlzələnin törətdiyi çətinlikləri aradan qaldırmaq, minlərlə adamı 
lazımi yardımlarla təmin etməklə bərabər, əlavə 

80  
 
141 
 
 
problemlər də vardı. Belə ki, uzun illərdən bəri arzu olunmuşdusa da, 
bu problemlərin həyata keçirilməsi çox çətin idi və böyük məbləğdə 
vəsait tələb edilirdi. 
Basqal qəsəbəsi ilə  İsmayıllı  şəhəri arasında olan Girdiman çayı 
böyük problemlər yaradırdı. Daima faciələr baş verirdi. Bu körpünün 
də tikilməsinə başlandı. Körpü az vaxt ərzində tikilib istifadəyə 
verildi. 
İsmayıllı - Muğanlı yolunun düzəldilməsi, Basqal qəsəbəsi 
ərazisindən keçməsi də xalqımızın arzuladığı  məsələlərdən biriydi. 
Həmin yolun plana salınması, düzəldilməsi tapşırıldı və işə başlanıldı, 
az vaxt ərzində yüksək səviyyədə istifadəyə verildi. 
Basqal qəsəbəsində, Xankəndində orta məktəb binasının 
tikilməsinə böyük ehtiyac var idi. Plana salmaq, vəsait tapmaq 
olmurdu. Cənab Heydər  Əliyevin ayağı sayalı oldu. Maliyyə-smeta 
sənədləri hazırlandı,  əlaqədar təşkilatlara tapşırıqlar verildi. Çox 
keçmədi ki, bu məsələlər də öz həllini tapdı. 
Basqal qəsəbə sakinlərinin o dövrdə  işlə  təmin olunması üçün 
toxuculuq sexinin tikilib az vaxt ərzində quraşdırılması da əsl toy-
bayrama çevrildi. 
Bu qeyd etdiyim tikinti-abadlıq işləri məhz hörmətli prezidentimiz 
Heydər  Əliyev cənablarının yaradıcı münasibətinin nəticəsidir. Yeri 
gəlmişkən deyim ki, İsmayıllı rayon mərkəzinin yenidən plana uyğun 
tikilib qurulmasında, onun kəndlərində aparılmış yüzlərlə yeni 
binaların tikilməsində, həmin dövrdə raykomun birinci katibləri 
işləmiş  mərhum Qəşəm Aslanov və  İmran Mehdiyev yoldaşların da 
böyük əməyi olmuşdur. 
Camaatımızı heç vaxt unutmayan hörmətli prezidentimiz 
 

80  
 
142 
 
 
Heydər  Əliyev cənablarının dəfələrlə  İsmayıllı rayonuna gəlməsi 
camaatımızın böyük sevinc və bayramına çevrilmişdir. Hörmətli 
prezidentimiz hər gəlişi ilə silinməz izlər, qiymətli yadigarlar 
qoymuşdur. 
Odur ki, o dahi rəhbər böyük xidmətilə rayon sakinlərinin qəlbində 
daim qalacaqdır. Onun çox sevdiyi xalq isə yaxşılığı unutmur. 
Xaçmazlı  Nəcimə Babayevanın bir şerində deyildiyi kimi hamımız 
istəyirik ki: 
 
Torpağıma nur saçıb, dünyanı 
ram edənə,  
Prezidentlər səfində 
ön cərgədə gedənə,  
Haqq yolunda bayraqdar, haqqa 
səcdə edənə, 
Ürəyi gün, qəlbi dan 
Heydərə səs verək!  
Bizə töhfə Tanrıdan 
ər Heydərə səs verək! 
 
Malik BAĞIROV,  
təqaüdçü. 
 

80  
 
143 
 
 
AĞSAQQAL SÖZÜ 
 
Veteranlar fəhlə işinə sədaqəti vətənin hər  
bir yeni nəslinə ürəkdən-ürəyə keçən tellərlə 
            ötürürlər. 
 
HEYDƏR ƏLİYEV 
 
"El atası" mahnısı övladların ürəyinə yatdığı kimi, ağsaqqalların da 
çox xoşuna gəlir. Heydər  Əliyev cənablarına həsr olunan bu mahnı 
dünyanın nadir şəxsiyyətinin gözəl keyfiyyətini ifadə etməklə yanaşı 
varisliyə  və el ağsaqqallarına hörməti ülviləşdirir. Belə ata haqqında 
dahilərin deyimlərini yada salır və çox mühüm tərbiyəvi rol oynayır. 
Böyük alman filosofu F.İ.Herbart (1776-1841) sanki ürək sözlərini 
cənab Heydər  Əliyev kimi müdrik ataya, dünya ağsaqqalına 
ünvanlayıb: "Bir ata yüz müəllimdən üstündür".  İsmayıllı rayonunun 
dar günündə  də, xoşbəxt anlarında da qayğısını  əsirgəməyən Heydər 
Əliyev bizim ağsaqqalların ağsaqqalıdır. Ona görə  də  hər bir 
məclisimizdə onun göstərişləri, tövsiyə  və  məsləhətləri, müdrik 
kəlamları hamının diqqət mərkəzində olur. 
Respublikamızın dilbər guşələrindən biri olan İsmayıllı rayonu 
füsünkar  təbiəti,  sadə  və  zəhmətsevər insanları ilə  həmişə 
fərqlənmişdir. Bunu prezidentimiz çox gözəl bilir. Bilir ki, 
rayonumuzun iqtisadiyyatının  əsasını  kənd təsərrüfatı sahəsi təşkil 
edir.  Əhalinin  əsas məşğuliyyəti  əkinçilik və heyvandarlıq olduğu 
üçün son illər xüsusilə bu sahələr üzrə yüksək nailiyyətlər 
qazanılmışdır. 
 
  

80  
 
144 
 
 
Ümumiyyətlə, rayonumuzun iqtisadiyyatının inkişafı 1969-cu ildə 
möhtərəm prezidentimiz Heydər  Əliyev cənablarının respublikaya 
rəhbər seçildikdən sonrakı dövrə təsadüf edir. 
Onun respublikaya rəhbərlik etdiyi illər  ərzində rayonumuz bütün 
sahələr üzrə heç nə ilə  fərqlənməyən, geridə qalmış bir rayondan 
inkişaf etmiş, abad bir rayona çevrilmişdir. 
H.Əliyev cənablarının hər dəfə rayonumuza gəlişi, onun uzaqgörən 
siyasəti, ağsaqqal məsləhətləri, tapşırıqları rayonumuzun bütün sahələr 
üzrə inkişafına təkan vermişdir. 
H.Əliyev cənabları ilk dəfə rayonumuza 1981-ci ilin yayında 
gəlmişdi. o böyük insan müşavirəyə başlamazdan öncə rayonun 
ağsaqqalları, ziyalıları və kənd təsərrüfatı işçiləri ilə görüşdü, onların 
rayon haqqındakı  təklif və  nəsihətlərini dinlədikdən sonra müşavirə 
başladı. 
H.Əliyev cənabları respublikada olan vəziyyəti təhlil etdi, 
İvanovka kəndinin timsalında bütün respublikada görüləcək işlər üçün 
tapşırıqlar verdi. O, rayonumuzun inkişafı üçün də dəyərli məsləhətlər 
verdi, tikinti-abadlıq, yol çəkilişinin, üzümçülüyün, taxılçılığın, 
maldarlığın, quşçuluğun, bağçılığın və  tərəvəzçiliyin inkişaf 
etdirilməsinə diqqətin daha da artırılmasını tələb etdi. 
Dövlət rəhbərimizin bu tələbindən sonra rayonun rəhbərliyi xüsusi 
proqram hazırladı  və  işə başladı. Belə ki, bütün qoyun saxlanılan 
qışlaqlara su çəkildi, mədəni tipli qoyun yataqları  və çoban evləri 
tikilməklə bütün yataqlara elektrik xətti çəkildi və yataqların maşın 
yolları  təmir olundu, qoyunların cins tərkibinin və  məhsuldarlığının 
yaxşılaşdırılması üçün Rusiyanın qoyunçuluqla məşğul olan 
rayonlarından zərif yunlu törədici damazlıq qoçlar gətirildi və sürülər 
yaxşılaşdırıldı. 
Maldarlığı inkişaf etdirmək üçün mədəni tipli mexanikləşdirilmiş 
komplekslər tikilərək istifadəyə verildi. Cins mal-qara yetiş- 
 
  

80  
 
145 
 
 
dirmək məqsədilə Rusiyanın ayrı-ayrı bölgələrindən cins düyələr və 
buğalar alınıb gətirilərək, mal-qaranın cins tərkibi yaxşılaşdırıldı  və 
məhsuldarlığı artırıldı. 
Quşçuluğu inkişaf etdirmək üçün 50 min başlıq yumurta istehsal 
edən quşçuluq fabriki tikilib istifadəyə verildi. Bundan başqa qısa 
müddət  ərzində üzüm bağlarının hektarları 4-5 il ərzində artırılaraq 
rayondan dövlətə 60 min ton yüksək şəkərlilikdə üzüm satıldı. Xəlilli, 
Hacıhətəmli, Kürdmaşı, Ruşan, Qalıncaq, Quşəncə, Keyvəndi, 
Təzəkənd kəndlərində üzüm emalı zavodları, Qalıncaqda, Talıstanda 
və rayon mərkəzində  şirə emalı zavodları tikilərək istifadəyə verildi. 
Rayon əhalisinin ərzaq məhsullarına olan tələbatını ödəmək üçün taxıl 
istehsalı 60 min tona çatdırıldı və yeni dəyirmanlar tikildi. 
Yaşlı adamlar, hətta ağsaqqallar cənab Heydər Əliyev kimi müdrik 
ataya işarəylə böyük Nizaminin sözlərini gülə-gülə cavanlara 
xatırladırdılar: 
Oğul, sözlərimə yaxşı qulaq as - 
Ata nəsihəti faydasız olmaz. 
H.Əliyev cənablarının xüsusi tapşırığına  əsasən rayon əhalisinin 
həyat  şəraitini yaxşılaşdırmaq məqsədilə rayon mərkəzində  və 
kəndlərdə orta məktəb binaları, xəstəxanalar, doğum evləri, 
kitabxanalar, mədəniyyət evləri tikilərək xalqın istifadəsinə verildi. 
Yuxarıda göstərdiyim obyektlərin inşası məqsədilə rayonda səkkiz 
tikinti idarəsi və dörd asfalt bişirən zavod tikilib istifadəyə verildi. 
Bakı-Laqodexi yolunun İsmayıllı ərazisindən keçməşi və Girdiman 
çayının üstündə nəhəng körpünün salınması, İsmayıllı-Lahıc yolundan 
Girdiman çayının üstündə ikinci körpünün salınması bütün 
ismayıllıların güzəranının yaxşılaşmasına səbəb olmuşdur. 
  

80  
 
146 
 
 
 
Bu görülmüş  işlərə görə rayonun ağsaqqalları  və ziyalıları 
Prezidentimizə həmişə öz minnətdarlıqlarını bildirmiş, onun tərəfində 
olmuş, yeritdiyi daxili və xarici siyasəti dəstəkləmişlər. Müstəqillik 
əldə etdikdən sonra möhtərəm prezidentimiz H.Əliyev cənablarının 
rəhbərliyi ilə aparılan islahatlar xüsusilə özünü doğrultmuşdur. 
Müdrik ağsaqqalın daha bir tarixi tövsiyəsini xatırlatmağın yeridir: 
“Torpağı xüsusi mülkiyyətə verməkdə bizim əsas məqsədimiz 
torpaqdan istifadənin səmərəliliyini, torpağın məhsuldarlığını 
artırmaqdır. Torpaq şəxsi mülkiyyətdə olanda həmin torpağın sahibi 
onu göz bəbəyi kimi qoruyacaqdır. Ancaq məsələ  təkcə onun 
qorunmasında deyildir. Gərək torpağın sahibinə bütün şərait yaradılsın 
ki, o, bu torpaqdan səmərəli istifadə edə bilsin..." 
Burada mənim yadıma başqa bir dədəmizin - Dədəm Qorqudun 
kəlamı düşür: "Torpağı  əkib-becərmirsənsə, qorumağa dəyməz, yox 
torpağı qorumursansa, əkib becərməyə  dəyməz". Rayonumuzun 
camaatı isə torpağımızı  həm  əkib-becərir, həm də göz bəbəyi kimi 
qoruyur. Elə bunun nəticəsidir ki, torpaq varını bizdən əsirgəmir. 
Bazar iqtisadiyyatına keçidlə  əlaqədar torpağın və  əmlakın 
zəhmətkeş insanlara paylanması onların həyat tərzinin daha da 
yaxşılaşmasına səbəb olmuşdur. İslahatlar aparılmağa başlanıldığı illə 
müqayisədə hal-hazırda rayonumuz üzrə 11000 baş iribuynuzlu mal-
qaranın, 55000 baş qoyun-keçinin sayı artmış, 2002-ci təsərrüfat ilində 
rayon tarixində rekord miqdarda -67000 ton taxıl istehsal olunmuşdur. 
Hörmətli Prezidentimiz H.Əliyev cənablarının  İsmayıllıya ikinci 
səfəri 1981-ci il dakabr ayının 5-də olmuşdur. O baş vermiş zəlzələnin 
əhaliyə vurduğu ziyanın nəticələri ilə yerində tanış olmuş, elə  həmin 
gün rayon ağsaqqalarının və ziyalılarının 
 
  

80  
 
147 
 
 
toplantısını çağırtdırmış, təbii fəlakət nəticəsində dəymiş ziyanın qısa 
müddətdə aradan qaldırılması üçün rayon rəhbərliyinə lazımi 
göstərişlər vermişdir. Görülmüş işlərin nəticəsində ziyan dəymiş bütün 
obyektlərin fəaliyyəti bərpa edilmişdir. 
Möhtərəm Prezidentimiz H.Əliyev cənablarının İsmayıllıya üçüncü 
gəlişi 2002-ci ilin noyabr ayının 8-də  Şəki  şəhərində yeni tikilmiş 
Olimpiya  İdman Kompleksinin açılışına gələrkən yolüstü olmuşdur. 
O, qısa vaxt ərzində  də olsa, İsmayıllıda ayaq saxlamış, rayon 
ictimaiyyəti ilə görüşüb söhbət etmiş,  İsmayıllı  və ismayıllılar 
haqqında xoş sözlər demiş, rayon əhalisinin dolanışıq tərzi, aparılan 
islahatların nəticələri ilə maraqlanmış  və bundan sonra da əhalinin 
həyat tərzinin yüksəldilməsi ilə əlaqədar rayon ictimaiyyəti ilə dəyərli 
söhbətlər etmişdir. Odur ki, biz ismayıllılar respublikamızda  əmin-
amanlığı  və siyasi sabitliyi yaratdığı, dövlətimizi möhkəmlədib 
dünyada tanıtdığı, xalqın güzəranını yaxşılaşdırdığı, cəbhə bölgəsində 
tökülən qanlara son qoyduğu, dünyaya Azərbaycan adlı bir 
məmləkətin varlığını sübut etdiyi üçün onu sevir və yeritdiyi bütün 
siyasəti dəstəkləyirik. 
Dahi rəhbərin xalqa göstərdiyi  əvəzsiz xidmətlərə görə rayon 
ağsaqqalları, onun şura üzvləri və idarə heyəti adından, eləcə də bütün 
ismayıllılar adından bildiririk ki, biz 2003-cü ildə keçiriləcək 
prezident seçkilərində  də hörmətli prezidentimiz, əzizimiz H.Əliyev 
cənablarına səs verəcəyik. Bu yolda biz ona uğurlar, cansağlığı 
arzulayır, tanrının ona yar olmasını diləyirik. 
 
İnqilab HƏSƏNOV, 
İsmayıllı rayon Ağsaqqallar 
şurasının sədri. 
 
 
  

80  
 
148 
 
 
XALQA MƏHƏBBƏT KORPÜSÜ 
 
Bu gün gördüyümüz işlər gələcəyimiz 
haqqında düşünmək deməkdir. 
 
HEYDƏR ƏLİYEV 
 
Hörmətli prezidentimiz H.Əliyev cənabları dəfələrlə rayonumuzda 
olmuşdur. O, 23 iyul 1981-ci ildə rayona gələrkən  əməkçilərlə 
görüşlər keçirmiş, rayon mərkəzində olmuş  və  İvanovka kolxozuna 
Qırmızı Əmək bayrağı ordeni təqdim etmiş, orada respublika seminar-
müşavirəsini keçirmişdi. 
Rayonda olarkən H.Əliyev cənabları  İsmayıllı-Muğanlı yolunun 
çəkilişi ilə maraqlanmış  və bu yolda Girdiman çayının üstündə 
tikilməkdə olan körpüdə olmuşdur. Burada o, rayonun ən qədim 
yaşayış və  mədəniyyət mərkəzi olan Lahıc qəsəbəsinə getmək istədi. 
Ancaq o vaxt rayon partiya komitəsinin birinci katibi işləyən mərhum 
Q.Aslanov H.Əliyev cənablarının Lahıca getməsini məsləhət bilmədi. 
Çünki yol bərbad vəziyyətdə idi, çaylarda körpülər yox idi. Elə burada 
H.Əliyev cənabları yol tikintisi naziri R.Xələfova göstəriş verərək 
tapşırdı ki, elə edirsən ki, gələn il Lahıca bütün nəqliyyat vasitələri 
getsin. Həmin vaxtdan Lahıc yolunun tikintisinə başlandı.  İllərlə 
görülməli olan işlər bir il müddətində görülüb başa çatdırıldı. Bu vaxt 
dağlarda yol çəkilişi üçün lazımi partlayıcı maddələrdən, qurğulardan 
və 
  

80  
 
149 
 
 
iri həcmli buldozerlərdən istifadə olundu. Sevimli rəhbərin sözünü 
yerinə yetirmək üçün işçilər  əllərindən gələni edərək gecələr də 
işləyirdilər. Girdiman çayının üstündə iki nəhəng körpü quruldu və yol 
genişləndirildi. Gəndov çayının üstündə qurulan körpüyə lahıclılar 
"Heydər körpüsü" adı verdilər. 
Qeyd etmək lazımdır ki, yol çəkilməmişdən əvvəl güclü sel gələn 
zaman bu yolda insan tələfatı ilə nəticələnən hadisələr olurdu. Odur ki, 
indi bu yolla gedən hər şəxs H.Əliyevə dualar edərək, ona uzun ömür, 
can sağlığı arzulayırlar. Onu əsl rəhbər kimi sevirlər. Onun bütün 
göstərişlərinə "hə" deyərək, məmnuniyyətlə yerinə yetirirlər. 
Hörmətli prezidentimiz H.Əliyev cənabları sonra İsmayıllıya 
zəlzələ baş verən kimi gəldi. Zəlzələnin rayona vurduğu zərəri öz 
gözləri ilə gördü. Əhali ilə görüşdü. Ziyan çəkmiş  vətəndaşların 
evlərinə baxdı. Onların  şikayət və  təkliflərinə qulaq asaraq, 
istəklərinin tezliklə yerinə yetiriləcəyinə söz verdi. H.Əliyev cənabları 
rayondan Bakıya qayıtdıqdan sonra baş vermiş zəlzələnin nəticələrini 
aradan qaldırmaq üçün rayonla əlaqədar xüsusi qərar qəbul edildi. 
Rayona arası  kəsilmədən tikinti materialları - taxta, şalban, sement, 
dəmir və başqa materialları Ucar və Müsüslü dəmiryol stansiyalarına 
göndərilirdi. Oradan da arası  kəsilmədən avtomobil karvanlarıyla 
gecə-gündüz rayona daşınırdı. Bu material axını bir neçə ay davam 
etdi. Rayonumuz tikinti meydanını xatırladırdı. Həmil il İsmayıllının 
inkişafının kuliminasiya ili idi. O il həm vətəndaşlartərəfindən fərdi 
tikintilər, həm də dövlət tərəfindən 2 və 5 mərtəbəli yaşayış binaları 
tikilərək  əhaliyə verildi. Dövlət binaları, məktəblər, xəstəxanalar da 
inşa edilərək xalqın istifadəsinə verildi. 
  
 
  

80  
 
150 
 
 
İsmayıllı camaatı  qədirbilən camaatdır və heç vaxt yaxşılığı 
unutmayandır. Odur ki, bütün Azərbaycan xalqı kimi onlar da öz 
prezidentlərini qəlbən sevirlər, ulu Tanrıdan ona çansağlığı, uzun 
ömür, çətin və şərəfli işində müvəffəqiyyət arzu edirlər. 
İnamla bildirirəm ki, 2003-cü il prezident seçkilərində camaatımız 
fəallıqla iştirak edərək xalqımızın böyük ümidgahı Heydər  Əliyev 
cənablarına səs verəcəklər. 
 

Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə