Issn №2078 6042 azərbaycan respublikasi кənd тəSƏRRÜfati naziRLİYİ аqrar elm məRKƏZİ


Az.ETKTİ və Tİ, Elmi Əsərləri 2013/2 səh.119



Yüklə 476,68 Kb.
səhifə91/93
tarix25.12.2016
ölçüsü476,68 Kb.
#3185
1   ...   85   86   87   88   89   90   91   92   93
Az.ETKTİ və Tİ, Elmi Əsərləri 2013/2 səh.119
Müəlliflərin nəzərinə
Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun Elmi əsərləri” jurnalının redaksiyasına təqdim olunan əlyazmalarına qoyulan tələblər
Redaksiyaya göndərilən məqalələr beynəlxalq standartlara və Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyasının tələblərinə uyğun olmalıdır. Bu halda məqalədə: mövzunun aktuallığı və öyrənilmə dərəcəsi, müəllifin (müəlliflərin) şəxsi tədqiqatlarının nəticələri, gerçəklik, şərh edilmiş materialın analitik tədqiqi və yeniliyi, elmi-təcrübi nəticələri və təkliflər, həmçinin mətndə istinadlar göstərilməklə istifadə olunmuş ədəbiyyatın siyahısı olmalıdır.

Məqalənin tövsiyə olunan həcmi cədvəllər, qrafiklər, diaqramlar və şəkillər daxil olmaqla 0,5 çap vərəqindən (20 min işarədən) və ya 12 standart səhifədən artıq olmamalıdır. Mətni WORD proqramında, Times New Roman 14 şrifti ilə 1,5 intervalda, səhifənin yığım sahəsi soldan 3 sm, sağdan 1,5 sm, yuxarıdan və aşağıdan 2 sm saxlamaqla yazmaq lazımdır.

Məqalənin adı qısa, 10 sözdən artıq olmamalı və baxılan problemin mahiyyətini əks etdirməlidir. Əlyazmanın əvvəlində məqalənin yazıldığı dildə (məs. azərbaycan dilində) 10 sətirdən çox olmamaqla xülasə və 5-7 sözdən ibarət açar sözlər göstərilməlidir. Məqalənin sonunda isə azərbaycan dilində yazılmış məqalənin xülasəsi və açar sözləri rus və ingilis dillərində verilməlidir.

Əlyazma soyadı, adı, iş yeri, tutduğu vəzifə, elmi dərəcəsi və elmi adı, poçt ünvanı və indeksi, telefon nömrəsi, həmçinin elektron poçt ünvanı göstərilməklə müəllif (həmmüəlliflər) tərəfindən imzalanmalıdır. Əlyazmaya məqalənin digər nəşriyyatlara göndərilmədiyi və göndərilməyəcəyinə dair müəllifin arayışı əlavə edilməlidir.

Məqalənin materiallarına mütləq jurnalın redaktorunun adına 1 nüsxədən ibarət qoşma məktub əlavə olunmalıdır.

Jurnala göndərilən bütün məqalələrə müvafiq profilli mütəxəssislər rəy verməlidir.

Nəşrə qəbul olunmuş və ya nəşr olunmaqdan kənarlaşdırılmış əlyazmalara rəy verilmir və müəllifə geri qaytarılmır.

Yuxarıda göstərilmiş tələblərə cavab verməyən məqalənin əlyazmasına redaksiya tərəfindən baxılmır.

Jurnalın bir nömrəsində müəllifin iki məqaləsi dərc olunmur. Müəlliflər əlyazmadakı statistik rəqəmlərin, faktların və sitatların dəqiqliyinə məsuliyyət daşıyırlar.

Məqalələr bilavasitə redaksiyaya təqdim olunmaqla qəbul olunur və ya poçtla (o cümlədən elektron poçtla Neshriyat @ mail.ru) göndərilir.

Jurnal Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə iqtisad üzrə fəlsəfə doktoru və iqtisad elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən nəşrlərin siyahısına daxil edilmişdir.


Yüklə 476,68 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin